2026

Tarixi Qafqaz Albaniyasında Amuravan kəndi

2026-01-19

Amuravan yaşayış məntəqəsi tarixi Albaniyanın Kapağak əyalətində-indiki Qəbələ (Kutkaşen) rayon mərkəzindən 17.3 km cənub-şərqdə yerləşir. Kənd habelə Amiravan, Amirvan, Amrvan ad formalarında xatırlanıb.

Yaşayış məntəqəsi barədə ilk məlumatlar 19-cu əsrə aiddir. 1841-ci ildə kənddə 617 erməni, 1851-ci ildə-438, 1876-cı ildə isə 992 erməni sakin yaşayırdı. 1886-cı ilin məlumatlarına görə, kənddə 1012, 1914-cü ildə isə 1174 erməni sakin yayayıb. “Nor-Dar” qəzetinin məlumatlarına görə, 1888-ci ildə kənd sakinlərinin çoxu çiçək xəstəliyindən öldü. Habelə məlumdur ki, amuravanlıların bir qismi 1870-ci ilə dək kəndi tərk edərək yeni kənd salıblar-Qarasu (Amuravandan 2.8 km şimal-şərqdə yerləşirdi) adlı.

Kəndlilərin göstərdiyi səyləri və Bakının Humanitar Cəmiyyətinin dəstəyi ilə 1882-ci ildə kənddə məktəb açılmışdır. Təhsil müəssisəsi yaşayış məntəqəsindəki kilsənin adı ilə Gevorgyan adlandırılıb. 1886-1887-ci tədris ilində məktəbdə müəllim Hovhannisyants dəs verib, şagirdlərin sayı isə 38-40 nəfər idi. 1888-1889-cu tədris ilində məktəbdə 23, 1889-1890-cı tədris ilində isə 42 şagird təhsil alırdı. 1895-ci ildə Çar hakimiyyəti məktəbi bağladı. Yenidən açılmış məktəb barədə məlumatlar 1908-ci ildən etibarən qorunub saxlanılmışdır, həmin dövrdə məktəbdə 1 müəllim və 53 şagird var idi. 1914-cü ildə məktəb yenidən bağlandı.

Amuravan kəndində Surb (Müqəddəs) Gevorg kilsəsi fəaliyyət göstərirdi, yuxarıdakı 1832-ci ildən xatırlanıb. 1887-ci ildə kilsə Surb Amenaprkiç adı ilə xatırlanıb. 1891-ci ildə amuravanlıların səyləri nəticəsində kilsə yenidən təmir olunub. Samvel Karapetyan qeyd edir ki, 1984-cü ildə kilsə binasının cənub girişində kilsənin təmir olunması barədə məlumatlandıran yazı qorunub saxlanılmışdır. “Surb (Müqəddəs) Amenaprkiç kilsəsi Amuravan kilsə cəmiyyətinin vəsaiti ilə, keşiş Harutyun Harutyunyanın fəaliyyət göstərdiyi dövründə-1891-ci ildə təmir olunub”.

Kilsə keşişlərindən 1868-ci ilə qədər xidmət etmiş Mikayel Avtandilyan Margaryants, 1868-ci ildə adı çəkilən Qalust Ter-Sarkisyants, 1910-cu ildə xatırlanan Harutyun Hakobyan-Harutyunyants və Nerses Voskanyantsın adı çəkilir. 1917-ci ildə kənddə keşiş Yeğişe Ter-Hovsepyan idi. Kənd Erməni Apostol kilsəsinin Artsax yeparxiyasının mənəvi ərazisində yerləşirdi.

Kəndin cənubi hissəsində yerləşən erməni qəbiristanlığında 1984-cü ildə 18-20-ci əsrlərə aid təxminən 200 düzbucaqlı, işlənmiş və kitabələri ilə qəbir daşı qorunub saxlanılmışdır. Qəbir daşlarından ən qədimi 1786-cı ilə aiddir, bundan güman etmək olar ki, erməni yaşayış məntəqəsi hələ də 18-ci əsrin ikinci yarısından mövcuddur. Həmin qəbir daşının üzərində erməni dilində aşağıdakılar yazılmışdır. “Ğarakatın oğlu Bakverdinin məzarı budur, 1786-cı il”.

Amuravanın şimalında və şimal-şərqində iki orta əsr kənd yerinin-Parav Bağı və Uzuxun izləri qorunub saxlanılmışdır. Həmin qədim yerlərdə kilsə xarabalıqları və erməni qəbiristanlıqları olub, bu da həmin yerlərdə vaxtilə erməni yaşayış məntəqələrinin olduğunu göstərir. Arxeoloji abidələri 1880-ci illərin sonlarında Makar Yepiskopu Barxudaryants tərəfindən tədqiq edilmişdir. O Parav bağının qəbiristanlığında tapılmış kitabələrindən dördü nəşr etdirmişdir. 1984-cü ildə həmin yerlərə Samvel Karapetyanın səfəri zamanı, kitabəli məzar daşlarından yalnız biri qorunub saxlanılmışdır üzərində aşağıdakı yazısı ilə. “1466-cı il, Tanrı mərhum Ovannesə/Hovhannesə rəhmət eləsin, o çox xeyirxah insan idi”. Qəbir daşının şərq kənarında həmin şəxsin xatirəsinə üzərində ermənicə yazısı olan xaçkar ucaldılıb. Sonradan azərbaycanlı tədqiqatçı F. Nağıyev qəbir daşının üzərindəki kitabəsini saxtalaşdıraraq, öz əsərində alban kimi təqdim etmiş və tarixi də göstərmişdir. Həmin arxeoloji abidəsinin üzərində 1984-cü ildə 15-ci əsrə aid ermənicə kitabələri olan başqa məzar daşları və xaçkarlar tapılıb.

Uzux arxeoloji abidəsinin qəbiristanlığında Makar yepiskopu Barxudaryants ermənicə 7 kitabə köçürərək nəşr etdirib, lakin bunlar 1984-cü ildə qorunub saxlanılmamışdır. Həmin ildə Samvel Karapetyan maraqlı kompozisiyaya malik bir xaçkar aşkar etmişdir, onun yuxarı hissəsində erməni dilində aşağıdakı yazı olmuşdur. “1556-cı ildə, Çunşib”.

1917-ci ildə: rus inqilabından sonra, Şərqi Zaqafqaziyada hökm sürən anarxiya ilə əlaqədar olaraq erməni yaşayış məntəqələri türk-müsəlman quldur dəstələrinin hücumuna məruz qaldı. Osmanlı qoşunlarının bölgəyə daxil olması ilə vəziyyət daha da mürəkkəbləşdi. Amuravan kəndi, bölgənin digər erməni kəndləri kimi, dağıdılmış, əhalinin əhəmiyyətli hissəsi isə ölsürülmüşdür. Sovet hakimiyyəti qurulduqdan sonra, sağ qalan amuravanlılar öz kəndlərinə qayıtmış və onu bərpa etmişlər. Lakin Sovet Azərbaycanın apardığı anti-erməni siyasəti nəticəsində bir çox amuravanlılar kəndi tərk etmişdir. Bunun əksinə olaraq, kənddə azərbaycanlılar məskunlaşmışdır. Artıq 1985-ci ildə Amuravanda yalnız 12 erməni ailəsi qalmışdı və onlar 1988-ci il dekabr ayının 1-də məcburi şəkildə kəndi tərk etmişlər.

Ədəbiyyat

Amirvan kəndi, “Nor-Dar”, 1985-ci il, N 185, 1 noyabr, s. 2-3.

Amirvan, “Nor Dar”, 1888, N 194, 18 noyabr, s. 2.

Amirvan kəndindən, “Nor-Dar”, 1888, N 219, 28 dekabr, s. 2.

Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il, s. 112-113.

Xoy-Zade, Nuxi, “Nor-Dar”, 1895, N 223, 19 dekabr, s. 2.

Karapetyan S., Albaniyanın erməni litoqrafiyaları, 1-ci kitab, Ermənistan Respublikasının Milli Elmlər Akademiyası “Elm” nəşriyyəti, Yerevan, 1997-ci il, s. 35-38.

Karapetyan S. Albaniyanın özü. Erməni memarlığını tədqiq edən fond, 2024, kitab 22, 1-ci hissə, s. 235-247.

Martirosyants G., Amruan, “Nor-Dar”, 1891, N 62, 12 aprel, s. 2-3.

Syunetsi, Amirvan, “Nor-Dar”, 1887, N 86, 3 iyun, s. 2.

Ter-Hovsepyan Eğ., Amirvan, “Horizon”, 1917, N 177, 20 avgust, s. 3-4.

Нагиев Ф., Новые албанские письмена и их дешифровка, Известия ДГПУ, N 2, 2009, с. 100-101.

Telegram kanalımıza abunə olun