2026
2026-08-24
Soltannuxa (Sultan-Nuxi) kəndi Kutkaşen rayonunun eyniadlı rayon mərkəzindən (indiki Qəbələ) təxminən 11 km cənub-qərbdə yerləşir. Kənd habelə Qəbələ-Nuxa adı ilə tanınır.
Soltannuxa 18-ci əsrdə salınıb. Kənddə, erməni xristianlardan başqa, habelə müsəlman ermənilər yaşamışlar: əsasən kəndin Təpə-Məhəllə məhəlləsində.
1841-ci ildə kənddə 338 nəfər yaşamışdır, on ildən sonra isə kəndin erməni əhalisinin sayı 668 nəfərə çatmışdır.1874-cü ildə Soltannuxada 1027, 1886-cı ildə 868 sakin olub. 1890-cı ildə kəndin erməni əhalisi 1019 nəfər, 1901-ci ildə 983 nəfər, 1908-ci ildə 952 nəfər idi. 1912-ci ildə Soltannuxada 1061, 1914-cü ildə isə 1110 erməni yaşamışdır. Qeyd olunur ki, 1917-ci ildə kənddə cəmi 160 ev erməni əhalisi yaşamışdır, qalanları isə türkləşmiş ermənilər olub.
1886-cı ildə kənddə erməni məktəbi açılıbvə həmin məktəbdə 30 şagird təhsil alıb. Qeyd olunur ki, Surb (Müqəddəs) Sahakyanın adını daşıyan məktəbdə 1889-cu ildə 33 şagird və bir müəllim olub. Məktəb 1894-cü ildə bağlanıb, 1914-cü ildə isə yenidən açılıb-şagirdlərin sayı 43 nəfər olub.
Soltannuxada iki erməni kilsəsi olub. Kəndin qərb məhəlləsində Surb (Müqəddəs) Astvatsatsin kilsəsi yerləşirdi, həmin kilsənin təmir işlərinə 1872-1873-ci illərdə başlanılıb. Bunu kilsənin cənub girişindəki kitabə də təsdiq etmişdir:
Daşı gətirdim, Xaçatur Atabekyants 1873-cü ilin sentyabr ayının 10-da Surb (Müqəddəs) Astvatsatsin kilsəsini icma vəsaiti hesabına inşa etdirdi, həmin dövrdə Soltannuxanın keşişi Avetis Ter-İsrayelyants idi.
Kilsənin şimal tərəfində: baptisteriyanın yaxınlığında başqa bir kitabə olmuşdur.
Müqəddəs hovuz keşiş oğlu Galustun həyat yoldaşı Sanduxtun və oğulları Ğarazın, Ohanın, İbrahimin xatirəsinədir.
Yuxarıdakı kitabələr habelə 1986-cı ildə abidəşünas Samvel Karapetyan Soltannuxaya səfər etdikdə də qorunub saxlanılmışdı.
Kəndin iki kilsəsində də keşişlər olub, onlardan Ter Daniel (18-ci əsr), Ter İsrayel (19-cu əsrin əvvəlində, 1807-ci ildə vəfat edib), Karapet Ter-İsrayelyants (1812-1845-ci illərdə vəzifəsini icra etmişdir), Zakaria Mikayelyan (1817-1849-cu illərdə vəzifəsini icra etmişdir), Xaçatur, Avetik, Arakel keşişləri (1843-cü ildə xatırlanıb), Petros Ter-Karapetyan-Ter-İsrayelyants (1850-1877-ci illərdə vəzifəsini icra etmişdir), Hovhannes Ter-Zakaryan (19-cu əsrin ikinci yarısında xatırlanıb), Avetik Ter-İsrayelyants (1870-1908-ci illərdə vəzifəsini icra etmişdir, soltannuxalı idi), Harutyun Atakişiyan (Harutyunyan)-Ter-Zakaryants (1879-1910-cu illərdə vəzifəsini icra etmişdir), Suren Ter-Zakaryants (1910-1914-cü illərdə vəzifəsini icra etmişdir) xatırlanmışlar.
Kəndin müsəlman ermənilərinin məhəlləsində iki məscid fəaliyyət göstərmişdir.
Soltannuxada erməni qəbiristanlıqları olub, onlardan biri Surb (Müqəddəs) Astvatsatsin kilsəsinin yaxınlığında yerləşib. Burada qorunub saxlanılmış qəbir daşlarının üzərində kitabələr olub. Aşağıda onlardan bəzilərini təqdim edirik:
Ter İsrayelin yoldaşı Annanın məzarı budur, 1795-ci il.
Qəbələnin nuxalı Akarın oğlu Minasın məzarı budur, 1815-ci il, may 10.
Qəbələnin nuxalı Sargisin oğlu Hovsepin məzarı budur, məzara yaxınlaşınca Tanrı rəhmət eləsin deyin, 1819-cu il.
Ter Zakarın qızı və Hovhannesin (keşiş Karapetin oğlu) yoldaşı Mariamın məzarı budur, 1844-cü ilin aprel ayının 8-də vəfat etmiş.
Ter İsrayelin oğlu, keşiş ter Danielin nəvəsi ter Karapetin məzarıdır. Bunlar keşişin qohumlarıdır-mənşəcə Soltanuxalı. Bu məzara yaxınlaşan desin...1846-cı ilin may ayının 4-də vəafat etmiş, yaxınlaşanı yalvarıram, Ya Rəbb, rəhmət eləsin desin,yanındakılara isə təmiz vicdanla rəhmət diləsin.
Digər bir qəbirüsüt daşı kəndin şərq məhəlləsində yerləşib.
İsa-Tanrı Rostama rəhm etsin, … il.
Kəndin yaxınlığında Vankasar yerləşir. Burada vaxtilə Qəbələnin yepiskopluq mərkəzi olmuş monastırın (V-VII əsrlər) xarabalıqları aşkar edilmişdir.Ətrafdakı digər erməni kəndləri kimi, Soltannuxanın erməni əhalisi də 1918-ci il hadisələri zamanı zərər çəkmişdir. Həmin dövrdə bölgəyə daxil olan Osmanlı qoşunları və yerli Qafqaz tatarları Şərqi Zaqafqaziyanın erməni yaşayış məntəqələrini dağıtmışlar. Bu hadisələrdən sonra da ermənilər kənddə yaşamağa davam etmiş, 1988-ci ildəki deportasiyaya qədər burada qalmışlar.
Ədəbiyyat
“Ararat”, 1886-cı il, JA, səh. 503.
“Ararat”, 1913-cü il, I-T, səh. 687.
“Ararat”, 1914-cü il, G, səh. 201.
“Ararat”, 1915-ci il, JA-JB, səh. 824.
“Ardzagank”, 1884-cü il, N 32, 19 avgust, səh. 478.
“Ardzagank”, 1887, N 4, 8 fevral, səh. 56.
Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999, səh. 125-126.
T. P., müxbir yazıları (yazışmalar), “Nor-Dar”, 1889, N 65, 29 aprel, səh. 3.
Karapetyan S., Tarixi Ermənistanın Kapağak qəzasının türkdilli erməni kəndləri, “Lraber hasarakakan gitutyunneri”, 1998, N 1, səh. 40-46.
Karapetyan S., Albaniyanın erməni litoqrafiyaları, I kitab,Yerevan, 1997-ci il, səh. 44-46.
Karapetyan S. Albaniyanın özü. Erməni memarlığını tədqiq edən fond, 2024, kitab 22, 1-ci hissə, s. 315-324.
“Horizon”, 1917-ci il, N 44, 1 mart, səh. 3.
Majak, Vardaşen və Nij Nuxi qəzasımda, “Meğu Hajastani”, 1879-cu il, N 81, 20 oktyabr, səh. 1.
“Mşak”, 1914-cü il, N 81, 18 aprel, səh. 2.
“Nor-Dar”, 1887-ci il, N 210, 4 dekabr, səh. 2.
“Nor-Dar”, 1889-cu ul, N 186, 8 noyabr, səh. 2.
“Nor-Dar”, 1892-ci il, N 140, 8 sentyabr, səh. 1.
“Nor-Dar”, 1893-cü il, N 192, 2 noyabr, səh. 2.
Prom-zu, Müxbir yazıları (yazışmalar), “Nor-Dar”, 1890-cı il, N 68, 29 may, səh. 3.
Sevordi., Müxbir yazıları (yazışmalar), “Nor-Dar”, 1894-cü il, N 97, 10 iyun, səh. 3.
Ter-Grigoryants Y., Müxbirə məktub, “Mşak”, 1882-ci il, N 182, 2 oktyabr, səh. 2.
Ter-Zakaryan S., Məktəb məsələsi ətrafında, “Mşak”, 1914-cü il, N 81, 18 aprel, səh. 2.
Tonyan A., Sultan-Nuxi, “Horizon”, 1917-ci il, N 8, 13 yanvar, səh. 3.
Алфавитные списки армяногригорянских церквей и магометанских мечетей в Империи. Департамент духовных дел иностранных вероисповеданий, 1886, с. 58-59.
Кавказскiй календарь на 1910 годъ. Тифлисъ, 1909, с. 367.
Кавказскій календарь на 1915 годъ. Тифлисъ, 1914, с. 183.