2026
2026-08-03
Paradaşt erməni kəndi Böyük Haykın (Ermənistan) Syunik vilayətinin Yerncak mahalında yerləşmişdir, həmin kənd iki yaşayış məntəqəsindən-köhnə və yeni Paradaştdan ibarət plmuşdur. Kənd Cuğa (Culfa) şəhərinin şimal-şərqində, Gilan çayının sağ sahilində։ yüksək dağ silsiləsinin yamacında yerləşmişdir. Habelə kəndin Gacaran, Voçxaralearn ad formaları da qorunub saxlanılmışdır[1].
Qədim Poradaşt və ya Poradaşt hələ də erkən orta əsrlərdən xatırlanır-təxminən 90-100 ev erməni əhalisi ilə. 16-cı əsrin ortalarından sonra, yəqin ki, ərazinin əlverişsiz iqlim şəraiti səbəbindən kənd sakinləri təxminən 1 km aşğıya köçərək yeni kənd-Yeni Poradaşt[2] kəndini salmışlar.
Rəvayətə görə, Poradaşt adının mənşəyi kəndin qarşısında, düzənlikdə yerləşən və pul (“para”) formasında daşların mövcudluğu ilə izah olunur[3]. 1829-1832-ci illərdə kənddə 15 ev-təxminən 81 erməni əhali yaşayırdı-onlardan 8 evi İrandan köçmüşdür. 1873-cü ilin məlumatlarına görə, Poradaştda 40 ev 341 erməni əhali yaşayırdı[4]. 1914-cü ilin vəziyyəti ilə kənddə yalnız ermənilər yaşayırdı[5]. Kəndin məşhur olması haqqında Qevond Alişan[6] da məlumat verir.
1870-ci illərdə kənddə erməni kilsə məktəbi açılmış və fasilələrlə 1915-ci ilədək 30-50 şagirdlə[7] fəaliyyət göstərmişdir.
Hazırda qədim və yeni kənd yerlərinin xarabalıqları və tarixi-memarlıq yarımdağıdılmış abidələrin bir hissəsi qorunub saxlanılır.
Qədim Paradaşt Surb (Müqəddəs) Stepanos monastırı, “Franki” adlanan kilisəsi və Surb (Müqəddəs) Astvatsatsin kapellası ilə məşhur olmuşdur.
Surb (Müqəddəs) Astvatsatsin monastırı Qədim Paradaştdan 4-5 km şimal da yerləşirdi. Arxiv sənədlərinə görə, monastır 1385-ci ildə[8] Mağakiya vardapet trəfindən inşa edilmişdir. Rəvayətə görə, monastırın sifarişçisi və himayədarı orta əsrlərin görkəmli erməni alimi və filosofu Hovnan Vorotnetsi olmuşdur. Monastır 1560 və 1683-cü illərdə təmir edilmişdir. Monastırın girişi qərb fasadında olmuş, burada kitabələr də qorunub saxlanılmışdır. Freskalar, heykəltəraşlıq təsvirləri və dekorativ oyma nümunələri monastırda olmayıb. Qərb fasadının qarşısında qavvax, cənub və şərq tərəflərində isə 12-15 əlavə tikili olmuşdur. Monastr habelə 1931-ci ilin Sovet topoqrafik xəritəsində[9] də qeyd olunmuşdur. Peyk görüntüləri 2001-ci il oktyabr ayının 7-nə olan vəziyyətə görə monastırın xarabalıqlarının hələ də salamat qaldığını, lakin 2009-cu il noyabr ayının 11-nə olan vəziyyətə görə[10] onların tatamilə dağıdıldığını təsdiqləyir.
Qədim Paradaşt kəndindən şimalda “Franki” adlanan kilsəsi yerləşirdi, yaxınlığındakı xaçkarlardan birinin üzərində 1627-ci ilə aid kitabə olmuşdur. Hazırda kilsə xarabalıq vəziyyətdədir[11].
16-17-ci əsrlərə aid Surb (Müqəddəs) Astvatsatsin kilsəsi Qədim Poradaştın şərq tərəfində yerləşmişdir. Hazırda o da dağıdılmış vəziyyətdədir[12].
Qədim kənd yerindən 0,5 km cənub-şərqdə 12-17-ci əsrlərə aid qəbiristanlıq yerləşir. Burada 580-600 ədəd yastı və qoçşəkilli qəbirüstü daşlar, həmçinin xaçkarlar qorunub saxlanılmışdır. Onlardan 60-63-ü kitabəlidir. Qəbir daşlarının əksəriyyəti sınıq və dağılmış vəziyyətdədir[13].
Surb (Müqəddəs) Stepanos monastırından 200-250 metr cənub-şərqdə 16-18-ci əsrlərə aid monastırın qəbiristanlığı yerləşir. Qəbir daşlarının sayı altıdır, onlardan beşi kitabəli. Monastırdan 250-300 metr şərqdə, iki nəhəng qayanın arasında “Nahatak” adlı ziyarətgah-bulaq yerləşir. Ziyarətgah 17-ci əsrdə təmir edilmişdir. Ətrafında 15-17-ci əsrlərə aid bir neçə yarıdağılmış xaçkar vardır. Hazırda bulaq qorunub saxlanmış, ibadətgah isə xarabalıq vəziyyətindədir[14].
Qədim Poradaşt 1950-ci illərdə ermənilərdən boşaldılmış, yaşayışsız qalmış və xarabalıq kənd yerinə çevrilmişdir[15].
Yeni Poradaşt Qədim Poradaştdan 1 km cənubda yerləşirdi, 130-140 yaşayış ev və digər tikililər olmuşdur. Kənd Surb (Müqəddəs) Gevorg kilsəsi, Surb (Müqəddəs) Yeğia ibadətgahı və digər abidələrlə məşhur idi. Surb (Müqəddəs) Gevorg kilsəsi kəndin qərb hissəsində yerləşirdi, memarı Hovhan idi[16]. Kilsə hündür və geniş divarlarla əhatə olunmuş, taxta örtüklü tikili olmuşdur.
Həyətindəki xaçkar üzərində xaçkar ustası Danielin adı 1683-cü il tarixli kitabə ilə[17] qorunub saxlanılmışdır. Kilsənin girişi qərb fasadında yerləşmişdir. 19-cu əsrdə təmir olunub. 1950-ci illərdə kilsə binası məktəbə çevrilmişdir. 1964-1987-ci illərdə kilsə baxımsız vəziyyətdə olmuşdur. Taxta dam örtüyü, cənub divarı və sakristiyası dağıdılmışdır. 2001-ci ilin oktyabr ayının 7-nə olan vəziyyəti ilə, peyk görüntülərə görə, kilsənin bünövrəsi qorunub saxlanılmışdır. Lakin 2009-cu ilin noyabr ayının 11-ə qədər kilsənin qalıqları məhv edilmiş, ərazi isə hamarlanmışdır[18].
Yeni Paradaştın qərb tərəfindəki hündür zirvəli təpənin üzərində 17-ci əsrdə tikilmiş Surb (Müqəddəs) Yeğia ibadətgahı yerləşmişdir. İbadətgahın kitabələri və heykəltəraşlıq təsvirləri olmayıb. Ətrafında 17-ci əsrə aid bir neçə xaçkar qorunub saxlanılmışdır. Hazırda ibadətgah xarabalıq vəziyyətdədir.
17-20-ci əsrlərə aid qəbiristanlığı Kənd yerinin şərq hissəsində yerləşir. Burada 500-510 dördkünc və qoçşəkilli qəbirüsütü daş qorunub saxlanılmışdır, onlardan 250-255-i kitabəlidir[19].
Məşhur filoloq, tarixçi, coğrafiyaşünas və ruhani xadim arxyepiskop Mesrop Smbatyants Poradaştdan olmuşdur.
Poradaşt kənd yeri hazırda xarabalıq və yaşayışsız vəziyyətdədir, Naxicevan Muxtar Respublikasının Culfa (Cuğa) rayonunda: eyniadlı şəhərindən 25 km şimal-şərqdə yerləşir.
Ədəbiyyat siyahısı:
Qevond Alişan, Sisakan, Venesiya, 1893.
Ermənistanın və qonşu rayonların toponimlər lüğəti, c. 5, siyahı 1, Yerevan, 2001.
St. Melik-Baxşyan, Ermənilərin tarixi-mədəni yerləri, YDU, Yerevan, 2009.
Ayvazyan A., Naxicevan MSSR-in erməni abidələri: ümumiləşdirilmiş siyahı, Yerevan, 1986.
Ayvazyan A., Naxicevanın monumental abidələri və təsvirli heykəltəraşlıq nümunələri, Yerevan, 1987.
Naxicevan: Xəritələr toplusu, Yerevn, 2012, səh. 21.
Qafqaz İrsinin Monitorinq Mərkəzi, Qədim Poradaştdakı Surb (Müqəddəs) Stepamos monastırı.
https://storymaps.arcgis.com/stories/e275d2e351d6410aaf3add87c6e3235b
[1] Ermənistanın və qonşu rayonların toponimlər lüğəti, c. 5, siyahı 1, Yerevan, 2001, səh. 241-242.
[2] A. Ayvazyan, Naxçıvanın monumental abidələri və təsvirli heykəltəraşlıq nümunələri, Yerevan, 1987, səh. 77.
[3] Ermənistanın və qonşu rayonların toponimlər lüğəti, c. 5, siyahı 1, Yerevan, 2001, səh. 241-242.
[4] Həmin yerdə.
[5] Naxicevan: Xəritələr toplusu, Yerevn, 2012, səh. 21.
[6] Qevond Alişan, Sisakan, Venesiya, 1893, səh. 359.
[7] Ermənistanın və qonşu rayonların toponimlər lüğəti, c. 5, siyahı 1, Yerevan, 2001, səh. 241-242.
[8] St. Melik-Baxşyan, Ermənilərin tarixi-mədəni yerləri, YDU, Yerevan, 2009, səh. 378-379.
[9] Qafqaz İrsinin Monitorinq Mərkəzi, Qədim Poradaştdakı Surb (Müqəddəs) Stepamos monastırı. https://storymaps.arcgis.com/stories/e275d2e351d6410aaf3add87c6e3235b
[10] Həmin yerdə. https://storymaps.arcgis.com/stories/e275d2e351d6410aaf3add87c6e3235b .
[11] St. Melik-Baxşyan, Ermənilərin tarixi-mədəni yerləri, YDU, Yerevan, 2009, səh. 427.
[12] Naxicevan: Xəritələr toplusu, Yerevn, 2012, səh. 24.
[13] A. Ayvazyan, Naxicevan MSSR-in erməni abidələri: ümumiləşdirilmiş siyahı, Yerevan, 1986, səh. 84.
[14] Həmin yerdə, səh. 84-85.
[15] Qafqaz İrsinin Monitorinq Mərkəzi, Qədim Poradaştdakı Surb (Müqəddəs) Stepamos monastırı. https://storymaps.arcgis.com/stories/e275d2e351d6410aaf3add87c6e3235b
[16] A. Ayvazyan, Naxicevan MSSR-in erməni abidələri: ümumiləşdirilmiş siyahı, Yerevan, 1986, səh. 82.
[17] St. Melik-Baxşyan, Ermənilərin tarixi-mədəni yerləri, YDU, Yerevan, 2009, səh.103.
[18] Qafqaz İrsinin Monitorinq Mərkəzi, Qədim Poradaştdakı Surb (Müqəddəs) Stepamos monastırı. https://storymaps.arcgis.com/stories/e275d2e351d6410aaf3add87c6e3235b
[19] A. Ayvazyan, Naxicevan MSSR-in erməni abidələri: ümumiləşdirilmiş siyahı, Yerevan, 1986, səh. 83.