2026

Qutqaşen rayonunun Corlu kəndi

2026-07-27

Kutkaşen rayonunun Corlu kəndi rayon mərkəzi Kutkaşendən (indiki Qəbələ) təxminən 12 km cənub-qərbdə yerləşir. Hay Corlu, Çorlu ad formalarında da tanınır.

Bu erməni yaşayış məntəqəsi yazılı mənbələrdə ilk dəfə 1725-ci ildə xatırlanmışdır, həmin dövrdə Kapağak mahalının ermənilərin yaşadığı digər kəndlərinin nümayəndələri tərəfindən Rusiya imperatoru I Pyotra unvanlanmış yardım xahişnaməsinin altında “Çorlulu Allahverdi” də imza atmışdır, ehtimal ki, o, kəndin kəndxudası olmuşdur.

Məlumatlardan birinə görə, 18-ci əsrin sonlarında Artsaxdan köçən ermənilər də burada məskunlaşmışlar. Corlu kəndi barədə daha bir xatırlanma mövcuddur. 1896-cı ilin avqust ayının 4-də kənddə daşqın baş vermiş və nəticədə kəndə xeyli ziyan dəymişdir.

1841-ci ilə aid məlumatlara görə, Corluda 259 erməni sakin yaşamışdır. 1879-cu ildə kəndin erməni əhalinin sayı 301 nəfərə çatmışdır. 1886-cı ildə kənddə 291 nəfər, 1889-cu ildə isə 345 erməni sakin yaşamışdır. 1901-ci ilin məlumatlarına görə, kəndin əhalisinin sayı 310 nəfərə 1908-ci ildə 370 nəfərə, 1914-cü ildə isə 397 nəfərə çatmışdır.

Corlunun erməniləri əsasən türkdilli olsalar da, kənddə istifadə olunan yazılı dil erməni dili olmuşdur. 1914-cü ildən etibarən kənddə erməni məktəbi fəaliyyət göstərirdi, 41 şagird təhsil alırdı. Məktəb Artsax (Qarabağ) yeparxiyasının maddi cəhətdən ağır vəziyyətdə olan təhsil müəssisələri sırasında qeyd edilmişdir. Kəndin qəbiristanlığının məzər daşlarının üzərində ermənicə yazılar mövcud olmuşdur.

Kənddə Surb (Müqəddəs) Astvatsatsin kilsəsi fəaliyyət göstərirdişdir, həmin kilsə barədə ilk xatırlanma 1839-cu ilə aiddir. Lakin kilsə tezliklə yararsız vəziyyətə düşmüşdür. Həmin səbəbdən Corlu erməniləri qonşu Mirzəbəyli kəndinin kilsəsini ziyarət edirdilər. Kənddə dini xidmət göstərmiş din xadimlərindən keşişlər Ter Abraham, Poğos Ter-Abrahamyan, Sahak Ter-Stepanosyants, Martiros Haxverdyan, Meliksedek Hovsepyan-Xaçatryants, Avetik Ter-Mikayelyan, Mkrtiç Ter-Astvatsatryantsın adları qeyd edilmişdir.

Lakin kənddə yeni kilsə tikilmişdir. 1986-cı ildə folklorşünas və tarixçi Samvel Karapetyan Corluya səfər edərkən kilsə hələ də salamat vəziyyətdə olmuşdur. Sovet dövründə kilsə klub, məktəb, daha sonra isə anbar kimi istifadə olunmuşdur. Samvel Karapetyan erməni qəbiristanlığında onlarla məzar daşının olduğunu qeyd etmişdir, onlardan yalnız dördünün üzərində kitabələrinin qorunub saxlandığını bildirmişdir.

Bunlar aşağıdakılar idi:

Bu corlulu Ğabalu Ter Abrahamın məzarıdır, 1815-ci il.

Bu Martirosun yoldaşı Surmayın məzarıdır, 1817-ci il.

Bu Şahsuvarın oğlu Melkumun məzarıdır, oxuyan “Tanrı rəhmət eləsin” desin, 1857-ci il

Hambardzum Osmanyantsın oğlu Allahveranın məzarıdır, Nubar onun anasıdır, arvadı Zarnşahdır, Grigor və Gülkeazarr oğullarıdır.

Ətrafdakı digər erməni kəndləri kimi Corlu da 1918-ci il hadisələri zamanı dağıdılmışdır, həmin dövrdə bölgəyə daxil olan Osmanlı qoşunları və yerli Qafqaz tatarlarının silahlı dəstələri Şərqi Zaqafqaziyanın ermənilərinin böyük hissəsini qətlə yetirmişdir. Həmin hadisələrdən sonra, kənddə türkdillilər məskunlaşmışlar. Hazırda kənddə azərbaycanlılar yaşayır.

Ədəbiyyat

Barxudaryants M., Albaniya ölkəsi və qonşuları, Artsax, Yerevan, 1999, s. 126.

Karapetyan S., Albaniyanın ermənicə litografiyaları, I kitab, Yerevan, 1997-ci il, s, 43.

Karapetyan S., Albaniyanın özü. Erməni memarlığını tədqiq edən fondu, 2024, kitab 22, hissə 1, s. 312-315.

Ğazaros keşiş Hovsepyants, redaksiya məktubu, “Nor Dar”, 1890, N 70, 1 iyun, s. 2.

“Nor-Dar”, 1896, N 185, 19 oktyabr, s. 3.

Алфавитные списки армяногригорянских церквей и магометанских мечетей в Империи. Департамент духовных дел иностранных вероисповеданий, 1886, с. 26-27.

Кавказскій календарь на 1910 годъ. Тифлисъ, 1909, с. 244. Эзовъ Г.А., Сношенія Петра Великаго с армянскимъ народомъ. Документы. СПБ, 1898, с. 427-428.

Telegram kanalımıza abunə olun