2026
2026-06-29
Azərbaycan Respublikasının ərazisində yaşayan bir sıra yəhudi etnik alt qrupları (aşkenazlar, sefardlar, mizrahimlər, dağ yəhudiləri, gürcü yəhudiləri) arasında sefard icması xüsusi maraq doğurur. Rəhbəri rabbi Zamir İsayevdir və onu Azərbaycan prezidentinin İsrail və ABŞ-də fəaliyyət göstərən “xüsusi elçisi” kimi səciyyələndirmək olar. İsayev həmin ölkələrə tez-tez səfər edir, o, ilk növbədə Bakının, yalnız ondan sonra yəhudi icmasının maraqlarını təmsil edir.
İsayev barədə çoxmənalı məlumatlara-o cümlədən onun “Bakının diktatoru II Əliyevin cinayətkar göstərişlərini yerinə yetirən korrupsiyalaşmış təxribatçı” rüşvətxor, saxtakar, tərəfdarı olmayan qurumlar vasitəsilə dövlət vəsaitlərini və ianələri israf edən şəxs kimi təqdim olunmasına baxmayaraq, onun Azərbaycanın daxili siyasətində və xüsusilə xarici münasibətlərində oynadığı rol açıq şəkildə görünür.
Yəhudi xalqına Azərbaycanı “ən təhlükəsiz yer” kimi hesab edən bu şəxsin göstərdiyi xidmətlərdən Azərbaycan hakimiyyətinin açıq şəkildə “məmnun” olduğu görünür. Bakıda ona xüsusilə “Azərbaycan həqiqətlərinin, multikultural dəyərlərin və zəngin mədəni irsin beynəlxalq ictimaiyyətə çatdırılmasına, eləcə də azərbaycanlıların birliyinin möhkəmləndirilməsinə” verdiyi dəstəyə görə minnətdarlıq ifadə olunur. Müxtəlif yəhudi təşkilatları da, məhiyyət etibarilə, İsayevin Azərbaycanın yəhudi icmasının həyatında və İsrail-Azərbaycan münasibətlərinin inkişafında oynadığı rolu yüksək qiymətləndirirlər.
İsrail hakimiyyəti İsayevin rolunu təkcə Azərbaycanla strateji münasibətlərin inkişaf etdirilməsi baxımından deyil, həm də Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulmasına yönəlmiş fəaliyyət çərçivəsində yüksək qiymətləndirir.
Zamir İsayev habelə Azərbaycanda keçirilən ümumrespublika seçkilərində Əliyev hakimiyyətinə dəstək göstərməkdən də kənarda qalmır. İcma rəhbəri statusundan istifadə edərək, o, Azərbaycanın yəhudi icmalarında-seçicilər arasında, hakimiyyətin namizədi naminə təşviqat və yönləndirmə funksiyasını yerinə yetirir. Yuxarıdakı, mütəmadi olaraq İlham Əliyevi və onun yəhudi icmasına münasibətini tərifləyir, habelə yerli yəhudi icmalarının Azərbaycan prezidentinin ehtiyat fondu hesabına maliyyələşdirildiyini xüsusi vurğulayır.
Zamir İsayev həmçinin gürcü-yəhudi icmasının rəhbəri, Bakının Yəhudi Məktəbinin müdiri, Azərbaycanda fəaliyyət göstərən yəhudi humanitar təşkilatı “Yəhudi İrsi üzrə Avropa Marşrutu”nun direktor müavini, Amerika Yəhudi Təşkilatının Azərbaycan nümayəndəsi, yəhudi “Vaad Le-Haysala” təşkilatının Azərbaycan bölməsi rəhbərinin müavini, eləcə də baş qərargahı Nyu-Yorkda yerləşən, Tbilisi və Bakıda nümayəndəlikləri olan “Vaad LeHatzolas Nidchey Yisroel” təşkilatının Bakı üzrə koordinatorudur.
2024-cü ildə Zamir İsayev habelə İsrayil prezidenti İsaak Herzoqun rəhbərlik etdiyi “Ümumdünya Yəhudi Konqresinin” 150 üzvündən biri seçilmiş, bununla da antisemitizmlə mübarizə aparmaq və yəhudilər haqqında müsbət ictimai dialoqu təşviq etmək missiyasını üzərinə götürmüşdür.
Bakıda 2024-cü ildə təşkil olunmuş Beynəlxalq İqlim Konfransı (COP29) çərçivəsində İsayev həm də dünyanın müxtəlif ölkələrinin yəhudi icmalarının rəhbərlərinin iştirak etdiyi toplantıya rəhbərlik etmiş, qonaqları Bakıda və Quba rayonunda yaşayan yəhudiləri ilə tanış etmişdir. Həmin toplantının əsasında, onun təşəbbüsü və rəhbərliyi ilə dini liderlərin hər il keçirilən konfransı təsis edilmişdir. 2025-ci ildə Bakıda keçirilən ikinci belə konfrans çərçivəsində İsayev bir daha Azərbaycan hakimiyyətini və şəxsən İlham Əliyevi tərifləyərək, Azərbaycanın “tolerant, multikultural və dinlərarası harmoniyanın beynəlxalq səviyyədə tanınmış nümunəsi” olduğunu vurğulamışdır.
Yəhudi icmasının rəhbəri dəfələrlə öz anti-erməni fəaliyyəti ilə də diqqət çəkmişdir. O, erməniləri 1918-1920-ci illər ərzində təxminən 3 min dağ yəhudisinin və 50 minə yaxın azərbaycanlının qətlə yetirilməsində ittiham etmişdir. “Bir yəhudi kimi İsrail mənim ölkəmdir. Azərbaycanlı kimi Azərbaycan ölkəmdir”,-Bakıda anadan olmuş, İsraildə yetişmiş, İsrail ordusunda xidmət etmiş İsayev deyə bildirib.
Artsaxın işğalından sonra, İsayev Artsaxa səfər etmiş və müharibədə onun icmasının nümayəndələrinin də iştirak etməsi ilə fəxr etdiyini bildirmişdir. Şübhəsiz ki, Araks çayı boyunca yerləşən ərazidə etdiyi səfər təkcə erməni əleyhinə deyil, həm də İran əleyhinə addım kimi qiymətləndirilə bilər. Bundan əlavə, öz anti-erməni və anti-iran siyasəti çərçivəsində İsayev yalnız yerli digər yəhudi icmalarını, İsrail, ABŞ, Avropa və digər regionlardakı rabbinin həmkarlarını deyil, habelə yəhudi və ya İsrail tərəfdarları olan siyasətçiləri və təşkilatları da bu fəaliyyətə cəlb etməyə və onlardan istifadə etməyə çalışır.
Müxtəlif hallarda o, həmçinin 1993-cü ildən sonra erməni nəzarəti altında olmuş ərazilərdə guya “ermənilər tərəfindən törədilmiş dağıntılar” məsələsinə də toxunmuşdur. Sözdə “Xocalı hadisələri” də onun diqqət mərkəzində olmuşdur. O, bu hadisələrə “həsr olunmuş” tədbirlər təşkil etmiş, “məqalə” yazaraq həmin hadisələri 2023-cü il oktyabr ayının 7-də HƏMAS qruplaşmasının silahlıları tərəfindən İsrailə edilən hücumla müqayisə etmişdir. Eyni İsayev, Bakının rəsmi erməni əleyhinə ritorikasına qoşularaq, erməni tərəfini minalanmış ərazilərin xəritələrini təqdim etməməkdə ittiham etmiş və Beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırmışdır.
Zamir İsayevi 2022-ci ilin dekabr ayından etibarən Artsaxı Ermənistan Respublikası ilə birləşdirən yeganə yolu-Berdzor dəhlizini bağlayan və faktiki olraq 120 mindən çox ermənini blokadaya məhkum edən saxta “ekoloqların” sırasında da müşahidə edilmişdir.
Onun Əliyevin Artsaxa qarşı həyata keçirdiyi hərbi əməliyyatları əsaslandıran bəyanatları 2023-cü ilin sentyabr ayında baş vermiş genişmiqyaslı hücumdan sonra da davam etmişdir. Oktyabr ayının 6-da Azərbaycanın yəhudi icmasının rəhbəri Ermənistanda yaşayan yəhudiləri Ermənistanı tərk etməyə çağırmış (“gec olmadan gedin”) və hətta bu məsələdə onlara yardım təklif etmişdir. İsayev öz çağırışını onunla əsaslandırmışdır ki, ermənilər İsraili Artsax ermənilərinə qarşı etnik təmizləmə siyasəti həyata keçirməkdə Azərbaycana dəstək verməkdə ittiham edirlər və bu zəmin əsasında 2023-cü ilin payızında Yerevanda fəaliyyət göstərən sinaqoqa hücum baş vermişdir. Baş verənlərə münasibət bildirərkən rabbin qeyd etmişdir ki, Azərbaycan Oğuz şəhərində sinaqoqun qapısı hətta gecələr bağlanmır. Bu baxımdan Ermənistanın Azərbaycandan öyrənəcəyi məqamları var.
Yerevanda fəaliyyət göstərən yəhudi sinaqoqun və Ermənistanda yaşayan yəhudilərin “taleyi” ilə bağlı ciddi şəkildə narahatlıq edən İsayev daha sonra etiraf etmişdir ki, 2023-cü ilin payızınadək Azərbaycan yəhudilərinin Ermənistan yəhudiləri barədə məlumatı və onlarla əlaqəsi olmayıb.
İş otağında başının üstündə, Artsaxın erməni əhalisinə qarşı aqressiya və etnik təmizləmə siyasəti həyata keçirmiş İlham Əliyevin şəklini asmış İsayevi, həmçinin ABŞ Dövlət Departamentinin Azərbaycanı dinni azadlıqların pozulması ilə seçilən ölkələr sırasına daxil etməsi barədə qərarı da qəzəbləndirib. O, Azərbaycan və Amerika yəhudi icmalarının adından bəyan edib ki, bununla Vaşinqton Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışır, halbuki bütün bunların arxasında erməni lobbisi dayanır.
Zamir İsayev diqqətini Nyu-York şəhərinin merinin fəaliyyətinə də yönəlib. Zöhran Mamdani 2026-cı il aprel ayının 24-də Erməni Soyqırımının 111-ci ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşım edərək Osmanlı İmperiyası tərəfindən müasir Türkiyə, Suriya və Ermənistan ərazilərində qətlə yetirilmiş 1,5 milyon erməninin xatirəsindən bəhs etmişdi. Bələdiyyə sədri öz müraciətində 2020-ci ildə Azərbaycanın və Türkiyənin Artsaxa qarşı hücumuna, eləcə də 2023-cü ildə Artsaxdan 100 mindən çox erməninin məcburi köçkün düşməsinə toxunaraq vurğulayıb ki, Azərbaycan və Türkiyə 100 il əvvəl başladıqları soyqırımçı siyasəti davam etdirirlər.
Bakıdan səsləndirilən rəsmi və guya qeyri-hökumət təşkilatlarının bəyanatlarına qoşulan yəhudi icmasının rəhbəri Nyu-York merinin bəyanatını “saxta, təxribatçı və sülhə zərər vuran” kimi qiymətləndirib.
Şübhəsiz ki, İsayevə ermənifob mövqe əsas prioritetdir, lakin əminliklə demək olar ki, onun Nyu-York merinə münasibəti digər amillərlə də bağlıdır. Hindistan mənşəli, İslam dininə mənsub Zöhran Mamdani dəfələrlə İsrailin Fələstinin müsəlmanlarına qarşı həyata keçirdiyi əməliyyatları pisləyib.
İsayev öz ictimai çıxışlarında Azərbaycan, İsrail və ABŞ arasında “ekzistensial əlaqəni” möhkəmləndirmək missiyasını üzərinə götürüb. ABŞ-ın yəhudi icmaları ilə əlaqələrində Azərbaycanın sefard yəhudi icmasının rəhbəri Vaşinqtonun Azərbaycanın xarici düşmənlərdən müdafiəsində göstərdiyi dəstəyi vacib hesab edib və “Azərbaycana qarşı mövqeyi olan konqresmenləri öz tərəflərinə çəkmək istiqamətində çalışmaq”, bununla da mənfi münasibətin yumşaldılmasına nail olmağa çağırıb.
Bu şəxs İranın Təbriz şəhərini “azərbaycanlılar üçün tarixi” adlandırmaqla yanaşı, digər ölkələrdə və platformalarda da İranın Azərbaycana sərhəd boyunca keçirdiyi hərbi təlimləri təxribat kimi qiymətləndirərərk ondan “şikayət edib”. Onun sözlərinə görə, Kanada və digər Qərb ölkələri İrana qarşı Azərbaycana dəstək verməlidirlər.
İsayevin anti-İran davranışını onun İsrail maraqlarına xidmət etməyə cəlb olunması ilə əlaqələndirə biləcəyimizi əminliklə söyləmək olar, İsayevin ermənilərə qarşı mövqeyini isə yalnız Azərbaycan hakimiyyəti və şəxsən Əliyevlə qarşılıqlı maraq və münasibət prinsipi ilə əlaqələndirmək mümkündür. İsayev Azərbaycanda keçirilən mühüm tədbirlərdə iştirak edir və böyük rol, təsir və nüfuza malikdir .Anti-ermənilik fəaliyyətinə, beynəlxalq platformalarda Azərbaycanın və onun prezidentinin nüfuzunun artırılması müqabilində, şübhəsiz ki, rabbinin aldığı məbləğ də böyükdür.
Dini xadim olduğunu unudan İsayev daha çox azərbaycanlı siyasi və təbliğat dairələrinin muzdlu xadimlərə bənzəyir, o, həm də ifrat anti-erməni ideyalar yayaraq, din xadiminə yaraşmayan davranış nümayiş etdirir.