2026
2026-06-19
Azərbaycanda məscidlər mal-qara tövlələrinə və anbarlara çevrilir: Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov
Azərbaycan prezidenti iyun ayının 18-də bəyan edib ki, “ermənilər məscidlərdə müxtəlif hayvanlar saxlayıblar və təxminən 65 məscid məhv ediblər”.
Deyilənlər, yumşaq desək, reallığa qətiyyən uyğun deyil. Üstəlik, prezident İlham Əliyev yəqin ki, məhz Azərbaycanın ərazisindəki məscidlərin acınacaqlı vəziyyətindən danışmağı “unudur”. Mətbuat azadlığının məhdud olduğu şəraitində belə, bu məsələyə azərbaycanlı mütəxəssislər və hüquq müdafiəçiləri də toxunublar.
Yaxın keçmişdə, 2020-ci ilin avgust ayında “Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun” rəhbəri Əhməd Şahidov həyəcan təbili çalaraq bilidirmişdi ki, “Azərbaycanın bir çox kəndlərində məscidlər mal-qara tövləsi və ya anbar kimi istifadə olunur. İslam ölkəsində belə bir yanaşma Allahsızlıqdan başqa bir şey deyil”. Hüquq müdafiəçisinin fikrincə, Azərbaycanda olduqca acınacaqlı vəziyyətdə olan çoxsaylı məscidlər var. “İlisu, Sarıbaş və digər kəndlərdə çoxlu tarixi abidələrimiz var. Həmin tarixi abidələr diqqətsizlik və səhlənkarlıq ucbatından illərdir dağıdılır və yerlə-yeksan edilir”,-deyə Şahidov bildirib. Yuxarıdakının iddia etdiyinə görə, Qax rayonunda tarixi abidələrin məhv edilməsinə məsuliyyət daşıyan qurumlar günahkardır. “həm Qax rayon İcra Hakimiyyəti, həm də tarix və mədəniyyət abidələrinə nəzarət edən qurumlar günahkardır”. Onlar öz üzərinə düşən vəzifələri ümumiyyətlə yerinə yetirmirlər. Məhz buna görə vəziyyət bu qədər fəlakətlidir. Minillik tarixə malik abidələr, qoruqlar və qalalar sadəcə olaraq məhv olur”,-deyə o vurğulayıb.
Azərbaycan ərazisindəki məscidlərin qorunması istiqamətində həyata keçirilən işlərlə tanış olduqda demək olar ki, onlar beynəlxalq standartlara uyğun deyil.
Azərbaycan illərdir müxtəlif platformalarda ermənilərin Artsax ərazisində yerləşən məscidləri “məhv etdikləri” barədə ittihamlar səsləndirir. Həmin mədəni irs nümunələrinin əslində “Azərbaycan mədəniyyəti” adlandırılan anlayışla heç bir əlaqəsi olmasa da, Azərbaycan tərəfi tarixi faktları təhrif etməklə və ermənilər haqqında yanlış təsəvvür formalaşdırmaqla beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməyə çalışır.
Faktlar göstərir ki, Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilən “mədəni siyasət” adlandırdığı yanaşma islamın tarixi-mədəni irsinin qorunmasına birbaşa təhdid yaradır. Azərbaycan ərazisində həm xristian, həm də müsəlman tarixi-mədəni abidələri təhlükə altındadır.
“Geğard” fondu daha əvvəl də Azərbaycandakı tarixi abidələrinin acınacaqlı vəziyyətinə, məscidlərin və hamamların qorunması problemlərinə toxunaraq bu istiqamətdə araşdırmaları davam etdirib.
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Cümə məscidi uçmaq təhlükəsi ilə üz-üzədir. Aidiyyəti qurumlar məscidin acınacaqlı vəziyyətindən xəbrdar olsalar da, onun bərpası istiqamətində heç bir tədbir görməyiblər.
Məscid 1993-1995-ci illərdə Küveytin İslam İrsinin Dirçəldilməsi Cəmiyyəti tərəfindən inşa edilib. Şeyx Məhəmməd Yaraqlı adı ilə tanınan bu müsəlman mədəni irs nümunəsi 2001-ci ildən etibarən fəaliyyət göstərmir. Yerli sakinlərdən birinin sözlərrinə görə, “məscid narkomanların sığınacağına çevrilib. “Xudatda məscid bağlayıblar, ona bitişik həyəti isə satıblar. Mədəniyyət abidəsi tamamilə zibilliyə çevrilib. Məscidin içərisində pivə butulkaları və istifadə olunmuş şprislər görmək mümkündür”.

Qax rayonunun Çinarlı kəndinin məscidi də təhlükə altındadır. 17-ci əsrdə inşa edilmiş bu məscid son dəfə sovet dövründə təmir olunub və hazırda xarabalıq vəxiyyətindədir. Məscidin divarları tamamilə çatlayıb, dam isə yararsız vəziyyətə düşüb. Sakinlər bildirirlər ki, aidiyyəti qurumlara ünvanladığı çoxsaylı müraciətlərə baxmayaraq, bu günədək həmin mədəni irsin qorunması istiqamətində heç bir tədbir görülməyib. Məsələyi habelə yerli televiziya kanalları qaldırıblar və Mədəniyyət Nazirliyinə müraciət ediblər. Nazirlik isə iddia edib ki, nə kənd sakinlərdən, nə də digər qurumlardan hər hansı müraciət daxil olmayıb. Faktiki olaraq, Azərbaycan hakimiyyəti bu cür fəaliyyət tərzi ilə mövcud problemlərə məqsədyönlü şəkildə laqeyd yanaşır.

17-ci əsrin əvvəlində inşa edilmiş Şah Abbas məscidi də tarixi baxımdan dəyərli bir abidədir (Tovuz rayonunun Yanıqlı kəndində yerləşir) və dövlətin səhlənkarlığı nəticəsində uçmaq təhlükəsi ilə üz-üzədir. Öz memarlıq üslubuna görə, Gandzak (Gəncə) Şah Abbas məscidinə bənzəyir. 2014-cü ildə məscidin günbəzi tamamilə uçub. 2022-ci ildə məscidin bərpası işlərinin zəruriliyi elan edilsə də, bu istiqamətdə, faktiki olaraq, heç bir praktiki addım atılmayıb. 2024-cü ildə yerli sakinlərdən birinin yayımladığı videoya əsasən, məscid xarabalığa çevrilib. “Biz erməni tərəfini günahlandıraraq, deyirik ki, ermənilər məscidlərimizi dağıdıblar, amma baxın görün bu məscidin vəziyyəti necədir, aidiyyəti qurumların diqqəti haradadır və ümumiyyətlə bu ölkədə nə baş verir”,-deyə sakin narazılığını ifadə edib.
Məscidin qorunması problemi ilə bağlı növbəti reaksiya 2026-cı ildə qeydə alınıb. “Üç əsrdən artıq tarixə malik bu məscid niyə bərpa edilmir?”,-tarixi-mədəni irs nümunəsinin taleyi ilə maraqlananları məhz bu sual düşündürür.

19-cu əsrdə Quba rayonunun Möhüc kəndində inşa edilmiş məscid eyni taleyi yaşayıb. 2022-ci ildə məscidin bərpası layihəsi Tarix institutu tərəfindən təsdiqləndiyinə baxmayaraq, layihənin həyata keçirilməsinə icazə verilməyib.
2025-ci ilin mart ayında Azərbaycan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə dövlət xidməti bildirib ki, “yarıuçuq vəziyyətdə olduğuna görə tarixi abidə nəzarət altındadır və yaxın günlərdə onunla bağlı yoxlamaların aparılması nəzərdə tutulur”. Bununla belə, 2026-cı ildə sosial şəbəkələrdə məscidlə bağlı yayılan video tamamilə başqa mənzərə ortaya qoyur. “Möhücün tarixi abidəsi məhv olur. Məscidin uçub-dağılan divarları səhlənkarlığın və laqeydliyin nəticəsidir”. Qeyd edək ki, sözügedən video sonradan internetdən silinib.

19-cu əsrin əvvəlində inşa edilmiş digər bir məscid Quba rayonunun Birinci Nügədi kəndində yerləşir. İkimərtəbəli bina yarıuçuq vəziyyətdədir-tikilinin divarlarında iri çatlar var, tavanı isə zədələnib. Yağıntılar zamanı məscidin birinci mərtəbəsini su basır. Yerli sakinlər isə çıxış yolu tapmağa çalışaraq dam örtüyünü müvəqqəti şəkildə örtürlər. Təhlükəli vəziyyəti nəzərə alaraq ikinci mərtəbənin istifadəsi də dayandırılıb. “Biz ürəyimizdə qorxu ilə ibadət edirik”,-deyə yerli sakinlərdən biri qeyd edib.
Azərbaycanın Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hələ də 2020-ci ildə bildirmişdi ki, bir sıra tarixi-mədəni irs nümunələrinin bərpa işləri, o cümlədən Birinci Nügədi məscidi, yekun mərhələdədir. Lakin 2025-ci ildə yayılan video göstərir ki, bu məsciddə heç bir bərpa işi görülməyib və müsəlman mədəni irsinin bu nümunəsi bu gün də təhlükə altında qalmağa davam edir.

Ağstafa rayonunda da eyni vəziyyətdir. Qıraq Kəsəmən və Aşağı Kəsəmən kəndlərində yerləşən, 200 illik tarixə malik qədim tikililər məhv olmaq təhlükəsi ilə üz-üzədir.
“Baxın, ibadət yerimiz hansı vəziyyətdir-bütün bunlar çox ağrılıdır”,-deyə sakinlərdən biri bildirib.

Ağstafa rayonunun Qarahəsənli kəndinin 19-cu əsrin əvvəlində inşa edilmiş məscid də xarabalığa çevrilib. “Buna məscid demək çətindir, çünki burada artıq məscidi xatırladan demək olar ki, heç nə qalmayıb”,-şahidlər bildirirlər. Yarıuçuq həmin məscidin iki günbəzi tamamilə uçub, qapı və pəncərələri isə yararsız vəziyyətə düşüb.

Beləliklə, Azərbaycan tərəfi, faktiki olaraq, islam sivilizasiyasının irsinə qarşı da dağıdıcı münasibət nümayiş etdirərək, nəzərəti altında olan ərazilərdə müxtəlif tarixi dövrlərdə və müxtəlif xalqlar tərəfindən yaradılmış mədəni və dini irs nümunələrinin sistemli şəkildə məhv edilməsinə şərait yaradır. “Multikultural” Azərbaycan 21-ci əsrdə regionun yerli xalqlara birbaşa təhdidə çevrilib-yuxarıdakılar tərəfindən yaradılmış mədəni və tarixi dəyərlər məqsədyönlü şəkildə məhv edilir və ya mənimsənilir, Azərbaycan “kimlik mühəndisliyinin müqəddəs məqsədinə” xidmət etdirilir. Qeyd etməyə dəyər ki, ölkədəki məscidlərə qarşı Azərbaycan hakimiyyətinin laqeyd münasibəti habelə yuxarıda qeyd olunan mədəni irs nümunələrinin Azərbaycan dövləti və “Azərbaycan mədəniyyəti” ilə heç bir əlaqəsi olmadığıylə əlaqəlidir.