2026

Ernçak əyalətinin Saltag (Sali tağ) kəndi

2026-03-23

Saltaq erməni kəndi Ermənistan krallığının Sünik vilayətinin Yerncak əyalətində eyniadlı çayın sol sahilində-Odzasar dağının ətəyində yerləşirdi.

Ənənəyə görə, bu kənd Tigranavan şəhərinin bir məhəlləsi olmuşdur və böyük sal daşların üzərində yerləşdiyinə görə Sali-tağ adlandırılmışdır, buradan da Saltaq adı yaranmışdır.

17-ci əsrdə kəndin erməni əhalisi haqqında məlumatları Fars şahı I Abbasın sarayında İspan səfirliyinin rəhbəri Garcia de Silva Figuero tərəfindən verilmişdir. Yuxarıdakı qeyd etmişdir ki, Naicevan şəhərinin tabeliyində olan 12 kənddə, o cümlədən Saltaqda, katolikliyi qəbul etmiş ermənilər yaşayırdılar. Onlar bu məzhəbə 14-cü əsrdən etibarən[1] mənsub olmuşdur.

1616-cı ildə katolik missionerlər tərəfindən tərtib edilmiş bir hesabatın məlumatına görə, Saltaqda 3 katolik erməni ailəsi (20 nəfər) yaşamışdır, halbuki 1604-cü ildə ermənilərin deportasiyasından əvvəl-1601-ci ildə kənddə 800 nəfər[2]-120 katolik erməni ailəsi olub.

17-ci əsrin əvvəllərində Şah Abbasın yürüşləri zamanı (1604-1605-ci illər) kənd tərk edilmişdir, lakin həmin əsrin sonlarından etibarən yenidən məskunlaşdırılmışdır. Artıq 18-ci əsrin sonlarında şah İranın apardığı ağır vergi siyasəti, həmçinin tətbiq olunan repressiayalar nəticəsində Naxicevanın katolik ermənilərinin bir hissəsi islamı qəbul etmiş, digər hissəsi isə köç etmişdir.

1826-1828-ci illərin Rusiya-İran müharibəsindən sonra, 1828-ci ildə, Xoy rayonundan 202 nəfər erməni Saltaqda yenidən məskunlaşdırılıb. 1829-1832-ci illərdə kənddə 155 sakin, 1870-ci illərdə 50 ev, 1906-cı ildə 48 sakin[3] olub.

Saltaq əhalisi əkinçilik, bağçılıq, heyvandarlıq, tütünçülüklə məşğul olurdular.

Kənddə 13-14-cü əsrlərdə inşa edilmiş Surb (Müqəddəs) Gevorg kilsəsi yerləşirdi, həmin kilsə barədə ilk qeydlər 1540-cı ilə[4] aiddir.

1860-cı illər, habelə 1873-ci illərin məlumatlarına görə Surb (Müqədəs) Gevorg kilsəsi artıq dağıdılmış vəziyyətdə idi.

Kənd ərazisində həm də Kusanats ibadətgahı yerləşirdi, yuxarıdakı ənənəyə görə, Hripsimyan bakirələrinin qalıqları üzərində qurulmuşdur. İbadətgah 19-cu əsrdə yenidən inşa edilmişdir. Hazırda xarabalıq vəziyyətdədir[5].

Saltağın şimal tərəfindəki hündür yerdə 12-16-cı əsrlərə aid qəbiristanlıq var idi. 19-cu əsrin sonlarında qəbiristanlıqda təxminən 300 qəbir daşı olmuşdur, hazırda isə onların sayı 23-ə çatır, onlardan 8-i kitabəlidir. 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində qəbir daşları tədricən götürülüb, epiqrafik yazılar isə təhrif edilərək aşınıb[6]. Kənd yaxınlığında bir dağ var ki, “Gəlin və Bəy” adlanır.

Kənd hazırda Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda-eyni adlı şəhərdən 20 km şimal-şərqdə yerləşir və azərbaycanlılar yaşayır[7].

İstifadə olunmuş ədəbiyyat:

Qevond Alişan, Sisakan, Venesiya, 1893-cü il.

A.Ayvazyan, Naxicevan: təsvirli təbiət ensiklopediyası, Yerevan, 1995-ci il.

A.Ayvazyan, Naxicevan MSSR-in erməni abidələri. Toplu siyahı. Yerevan, 1986-cı il.

E.Tanciryan, Nor Cuğa (Yeni Culfa) 17-18-ci əsrlərə aid Avropa mənbələrində, Hissə II, Ermənistan Respublikası EA, Yerevan, 2017-ci il.

A.Yeprikyan, 17-18-ci əsrlərdə Naxicevanda katolik icmasının rolu, “Millət, dövlət, vətən, dövlətçilik ideyası”, 3-cü Beynəlxalq Konfransın materialları, Yerevan 2018-ci il.

Ermənistanın qonşu rayonlarının toponimlər lüğəti, cild 4, s. 1, Yerevan, 1998-ci il.

Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012-ci il.

[1] E.Tanciryan, Nor Cuğa (Yeni Culfa) 17-18-ci əsrlərə aid Avropa mənbələrində, Hissə II, Ermənistan Respublikası EA, Yerevan, 2017-ci il, s. 17.

[2] Qevond Alişan, Sisakan, Venesiya, 1893-cü il, s. 387. Habelə- A.Yeprikyan, 17-18-ci əsrlərdə Naxicevanda katolik icmasının rolu, “Millət, dövlət, vətən, dövlətçilik ideyası”, 3-cü Beynəlxalq Konfransın materialları, Yerevan 2018-ci il.

[3] Ermənistanın qonşu rayonlarının toponimlər lüğəti, cild 4, s. 1, Yerevan, 1998-ci il, s. 468.

[4] Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012-ci il, s.24.

[5] Eyni yerdə.

[6] Ayvazyan A., Naxicevan MSSR-in erməni abidələri. Toplu siyahı. Yerevan, 1986-cı il, s. 97.

[7] Kənddə hazırda azərbaycanlılar yaşayır və Saltaq adlanır.

Telegram kanalımıza abunə olun