2026
2026-03-09
Bu yaxınlarda Bakı TV "Geghard" elmi-analitik fondu haqqında reportaj yayımladı. Təkən verən isə, “Geğard”ın Azərbaycanın erməni tarixi-mədəni irsə olan əsassız iddialarını ifşa edən və "Qərbi Azərbaycan" adlanan uydurma tezisi irəli sürən nəşrləri idi. Əliyevin 2040-cı il üçün nəzərdə tutulan yeni mədəni konsepsiyasına görə, Azərbaycan Milli Elmlər Akademiyası və digər dövlət qurumları yeni mədəni siyasətlə məşğul olaraq erməni irsini “mənimsəməyə” yönələcəklər Xüsusi diqqətə layiq olan məhz akademiyadır — son üç prezidenti hazırda korrupsiyaya görə məhkum edilmiş şəxslərin kürsülərini tutan, yuxulu akademikləri isə akademiyanın illik hesabat iclasında epik duruşları ilə bu yaxınlarda şöhrət qazanan həmin qurum.
Akademiyanın bu "mənimsəmə" missiyasına seçilməsi məntiqlidir: təcrübə vardır. Azərbaycan akademik mühitində mənimsəmə sənəti təkcə erməni irsi sahəsində deyil, ən müxtəlif istiqamətlərdə mükəmməllik səviyyəsinə çatdırılmışdır. Misal üçün: Akademiyanın keçmiş prezidenti İsa Həbibbəyli o qədər müvəffəqiyyətlə "mənimsədi" ki, qızı Berlində villalar satın aldı, milyonlarla dollarlıq hesablar açdı, sonra isə həm özünü, həm atasını, həm də akademiyanı rüsvay etdi. Açıq dillə desək: adi azərbaycanlıların və büdcə vəsaitlərinin hesabına "Qərbi Azərbaycanın sənəti və tarixini araşdıran mərkəzlər" — mahiyyətcə uydurmalar araşdıran mərkəzlər — yaradılır. Pullar mifologiyaya xərclənir, ölkədə isə yoxsulluq və korrupsiya çiçəklənir. Hər halda akademiyanın mənimsəmə “bacarıqları” var, buna görə də seçim də məntiqlidir.
Bakı TV-nin jurnalistləri Geğard Fondunun adının mənşəyini izah etməyə çalışarkən xüsusilə gülünc vəziyyətə düşürlər. Əvvəlcə onlar əsassız özünəinamla bunun ermənilər tərəfindən "Eyrivənk" monastırı adının "saxtalaşdırılması" olduğunu elan edirlər. Əslində isə "Eyrivənk", həm də Surb (Müqəddəs) Geğard adıyla tanınan "Ayrivank" erməni monastırı adının təhrif edilmiş türk tələffüzündən başqa bir şey deyildir. Kanal bundan sonra tamamilə özündən çıxaraq Geğardı "alban-qıpçaq xristian monastırı" elan edir.
Baku telekanaslı və “elmi” mərkəzlərin “yarımtəhsilli” işçiləri üçün xatırladaq: hələ XIX əsrin ortalarında, "azərbaycanlı" etnonimi və müvafiq dövlət mövcud olmadığı bir dövrdə, tanınmış tədqiqatçılar və şərqşünaslar Geğard haqqında erməni monastırı kimi yazırdılar. Məsələn, M. F. Brosse 1849-cu ildə qeyd etmişdir:
«Si l'hiver eût été moins rigoureux, je désirais ardemment visiter du moins les couvents de Géghard; et de Khorvirap, et les ruines d'Ani.» («Qış daha yumşaq olsaydı, heç olmasa Geghard və Xorviraṗ monastırlarını, eləcə də Ani xarabalıqlarını ziyarət etməyi şövqlə arzulayardım»).
Yaxud:
«Au couvent de Géghard; ou Aïrivank, sur le mur d'une des églises souterraines, on lit…» («Geğard, yaxud Ayrivank monastırında, yeraltı kilsələrdən birinin divarında oxuyuruq…»).
Tanınmış irlandiyalı coğrafiyaşünas və erməniçi Henri Linç isə 1901-ci ildə — Azərbaycan dövlətinin yaranmasından 17 il əvvəl — yazırdı:
«Above the river are found the relics of the city of Garni; and, near the sources of the stream, at a distance of some five miles from Garni, the caves and monastery of Surb Geghard; reputed to have been founded by St. Gregory.» («Çayın yuxarı hissəsində Qarni şəhərinin qalıqları yerləşir; axının mənbələri yaxınlığında, Garnidən təxminən beş mil aralıda, Surb Geğardın mağaraları və monastırı var; rəvayətə görə, müqəddəs Qriqor tərəfindən əsası qoyulmuşdur»).
Bakı TV-yə müəyyən təvazökarlıq göstərməyi və "alban-qıpçaq" azərbaycanlı ekspertlər meydana çıxmazdan çox əvvəl yazmış Brosse, Linç və digər tədqiqatçıların fikirlərini nəzərə almağı tövsiyə edirik. Hörmətli “Baku” telekanalı, Qafqazşünas M. Brosse 1847–1848-ci illərdə təsəvvür belə edə bilməzdi ki, kimsə Geğardı alban-qıpçaq elan edəcək. Zəhmət olmasa, tarixi faktların mövcudluğunu anlayışla qarşılayın-onlar Azərbaycan təbliğatının rəngini daşımaq məcburiyyətində deyil. Geğardı uqro-fin-alman-qaqauz monastırı" da elan etmək olardı — Bakı TV-nin "həqiqət" anlayışına görə bu da "doğru" sayılardı-reallıqla əlaqəsi olmayan hər hansı təsəvvür Azərbaycan təbliğat maşınından gözləniləndir.
Etimoloji xəyalpərvərliyə qoşulmadan əvvəl, heç olmasa, kanalın adının və Azərbaycan paytaxtının adının "azərbaycanlılarla" nə üçün heç bir əlaqəsi olmadığını izah etmək yerinə düşərdi. Məsələn, Bakı, sovet şərqşünaslığına görə, fars dilindəki "Bad Kube"dən — "küləyin döydüyü yer" mənasından — əmələ gəlmişdir (Böyük Sovet Ensiklopediyası, 3-cü nəşr, 1970, c. 2, s. 550–552). Bu baxışla tanış olduqdan sonra telekanalı növbəti videoda Bakı şəhərini “Azərbaycan mənşəli küləklərdən əzilən” şəhər kimi təqdim etməkdən çəkinməyə çağırırıq.
Müasir Azərbaycanın Bakı və digər şəhərlərinin toponimlərində "Azərbaycan izini" tapmaq əlbəttə mümkün deyil, amma biz çağırırıq-ümidsizliyə qapılmayın və fantaziya ilə hər hansı bir toponimi və yaşayış yerini mənimsəyib Azərbaycan adlandırmağa davam edin. Bakı TV istənilən toponimi azərbaycanlı elan edə bilər — məsələn, Bağdadı "bağ-dədə" ("babamın bağçası"), Bali adasını "ballı Azərbaycan adası" (azərbaycanca "bal" — bal deməkdir), Varşavanı isə "var su" ("su var") kimi təqdim etmək olar — və s.
Videoda ermənilər yalançılar kimi təqdim olunur, Ermənistan tarixi isə böyük yalan kimi göstərilir, ermənilər isə “soyqırıçı tarixi olan xalq” kimi qələmə verilir. Başqa sözlə, “Baku” telekanalının jurnalistlərinin marazmatik məntiqi ilə, 1915-1923-cü illərdə soyqırıma məruz qalmış ermənilər Azərbaycanlılara qarşı “soyqırım əməllərində” ittiham olunurlar.
Proqramın dili və tonu ayrıca diqqətə layiqdir. Təhqirlər, kobudluq, Geğardın şeytanlaşdırılması Bakı TV-nin "etikası"nın xüsusi atributlarıdır.
Bakı TV-nin nümunəvi "etikasının" zirvəsi Geğardın "şeytanlar yuvası" adlandırıldığı hissə oldu. Burada nə ilə üzləşdiyimizi söyləmək çətindir — travma almış uşaq psixikasıyla mı, yoxsa Geğardın qəsdən şeytanlaşdırılmasıyla mı? Birinci halda müəllifləri sakitləşdirmək olar — şeytanlar yoxdur, ixtisaslı psixoloqlardan məsləhət almaq mümkündür.
İkinci halda, əgər Geğard fondu qəsdən şeytanlaşdırılırsa, bu yalnız Azərbaycan təbliğat maşınının qorxusunu göstərir, bu qorxu fondun uğurlu fəaliyyətinin nəticəsi olaraq tarixi yalanların ifşa olunması və geniş ictimaiyyətə çatdırılmasından yaranıb.
Döğrudur “Geğard” fondunun tədqiqatçıları, yayımlarda “cinlər” adlandırılsalar da, heç də “Baku” telekanalı və digər təbliğat mərkəzlərinin “mələkləri” kimi deyil, onlar Azərbaycan təbliğat maşınının neft-dollar “cənnətində” yaşamırlar. Əksinə “Geğard” fondunda çalışan insanlar tədqiqatçılardır, obyektiv elmlə məşğul olurlar-ermənilikşünaslıq, şərqşünaslıq və digər tarixçünaslıq istiqamətləri üzrə, həm Azərbaycanın, həm də qonşu ölkələrin və xalqların tarix və mədəniyyət sahəsindəki saxtakarlıqları aşkar edirlər.