2026
2026-03-02
Qağ Ermənistan krallığı Sünik vilayətinin Yerncak əyalətinin erməni kəndlərindən biri idi. O, Yerncak qəzasının uca dağlarından-Odzasarın şərq ətəklərinə doğru uzanır. Qədim yaşayış məntəqəsi idi, burada erməni əhalisinin həyatı erkən orta əsrlərdən gec orta əsrlərədək inkişaf etmişdir. Burada təxminən 700 ev erməni[1] məskunlaşmışdır.
Kənd ilk dəfə 13-cü əsrin görkəmli erməni tarixçisi Stepanos Orbelyan tərəfindən xatırlanıb. Yuxarıdakı qeyd edib ki, kənd Tatev monastırına ildə 12 dahekan vergi[2] ödəyirdi.
Kəndin erməni əhalisi 17-ci əsrin əvvəllərində türk-iran (səfəvi-osmanlı) müharibələri zamanı, xüsusilə də I Şah Abbas, daha sonra isə Nadir şahın yürüşləri nəticəsində böyük itkilər vermişdir. Qağın erməni əhalisi əsasən İzmirə, Konstantinopola və digər yerlərə köçməyə məcbur olmuşdur. Kəndin son erməni ailələri 1960-1964-cü illər ərzində Sovet Ermənistana köçərək əsasən Yerevanda və ətrafında[3] məskunlaşmışlar.
Qağlı tacirlər Avropaya qədər genişlənən ticarət fəaliyyəti ilə məşğul olublar. Həmin tacirlərin sifarişləri ilə köçürülmüş əlyazmalar[4] qorunub saxlanılmışdır.
Qağdan olan tacirlər barədə qeydlər Venesiyada mövcuddur. 1698-1725-ci illərdə yerli Surb (Müqəddəs) Markos kilsəsinin sütunlarından birində Qağlı Hakobun adı qeyd olunmuşdur. Habelə kilsə xidmətçisi Astvatsatur, Hovhannes və Baği (Bağdasar)[5] xatırlanır. 1571-ci ildə Florensiyada Abel Qağetsi[6] “Çaşots” yazmışdır.
Hələ də 19-cu əsrin əvvəllərində tarixi Qağın xarabalıqlarında çoxlu tikililər və abidələrin izləri görünürdü. Kəndin qəbiristanlığında 14-18-ci əsrlərə aid yazıları olan 1000-dən çox qəbir daşı qorunub saxlanılmışdır.
Qağın abidələrinin bir hissəsi kəndin şimal-qərb tərəfində-“Karhezlər dərəsində” yerləşir. Surb (Müqəddəs) Gayane kilsəciyin, Surb (Müqəddəs) Hripsime, Surb (Müqəddəs) Nahatak kilsələrinin, Surb (Müqəddəs) Anapat monastırının xarabalıqları buradadır. Kəndin ətrafında habelə Surb (Müqəddəs) Yeğia, Surb (Müqəddəs) Sargis və digər məqbərə tipli kiçik kilsələrin, qalaların xarabalıqları[7] məşhurdur.
Surb (Müqəddəs) Hripsime kilsəsinin bulağı məşhurdur, onun şəfa verici xüsusiyyətləri olmuşdur. Həmin bulaq “Gəl-Caracur” adı ilə tanınır.Ənənəyə görə, müqəddəs bakirə Hripsime özü ilə gətirdiyi təqdis çörəkləri Qyağ adlanan yerdə gizlədib. “kafirlər Hripsimeyi tapıb öldürdüyü yerdə qalıqların möcüzəvi qüdrəti ilə bir bulaq yaranır, bu bulaq günahsız qurbanların qanını[8] yumaq üçündür”. Ənənəyə görə, Qağ adı bakirə Hripsimenin təqdis çörəklərin həmin yerdə saxlanmasından[9] yaranmışdır.
Qağ memarlıq abidələri sırasında Surb (Müqəddəs) Qriqor Lusavoriç monastırı məşhurdur, o, 1990-cı illərin əvvəllərində hələ də mövcud olmuşdur. 12-13-cü əsrlərdə əsası qoyulmuşdur. Məlumdur ki, Qoğtnın və Yerncakın bir sıra monastırlar və kilsələri ilə birlikdə bu monastır da 1658-1659-cu illərində Movses və Pilipos katolikosları tərəfindən[10] təmir olunub. Kilsənin girişi qərb fasadından idi. Kilsədə anbarlar və gizli sığınacaqlar olmuşdur, burada monastırın müqəddəs əşyaları və əlyazmaları saxlanılmışdır. Bu kilsənin divar rəsmləri qonşu Şorot qəsəbəsinin Hovnatanyan ailəsinin rəssamları tərəfindən[11] yaradılmışdır.
Kilsə habelə məşhur yazı ocağı idi. Burada köçürülmüş və 1657, 1666-cı illərlə tarixlənmiş alyazmalar[12] bizə gəlib çatmışdır.
Kilsənin qərb fasadında bir neçə xaçkar yerləşdirilmişdir, bunlar monastırın 16-17-ci əsrlərdəki təmir işlərinə aiddir.
Sovet illər ərzində kilsə anbar kimi istifadə edilmişdir.
Hazırda Qağ[13] Naxicevan Muxtar Respublikasında yerləşir, azərbaycanlılar yaşayır, kəndə onların ilk gəlişi 1965-1966-cı illərdə olmuşdur.
Ədəbiyyat siyahısı:
Qevond Alişan, Sisakan, Venesiya, 1893.
St. Orbelyan, Sünik tarixi, Yerevan, 1986.
Arakel Davrijetsi, Tarix, Yerevan, 1988.
A.Ayvazyan, Şorot və Qağın memarlıq abidələri, Ecmiadzin, 1977, s. 5.
A.Ğanalanyan, ənənə toplusu, Yerevan, 1969.
M. Ğazaryan, 17-18-ci əsrlərdə erməni təsviri incəsənəti, Yerevan, 1974-cü il.
Ermənistan Sovet Ensiklopediyası, cild 2, Yerevan, 1976.
Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012.
[1] A.Ayvazyan, Şorot və Qağın memarlıq abidələri, Ecmiadzin, 1977, s. 5, s. 51-52.
[2] St. Orbelyan, Sünik tarixi, Yerevan, 1986, s. 403.
[3] A.Ayvazyan, Şorot və Qağın memarlıq abidələri, Ecmiadzin, 1977, s. 5, s. 52.
[4] Ermənistan Sovet Ensiklopediyası, cild 2, Yerevan, 1976, s. 664.
[5] Qevond Alişan, Sisakan, Venesiya, 1893, s. 360.
[6] Eyni yerdə-s. 360
[7] A.Ayvazyan, Şorot və Qağın memarlıq abidələri, Ecmiadzin, 1977, s. 5, s. 52.
[8] A.Ğanalanyan, Avandapatum (ənənə toplusu), Yerevan, 1969, s. 101.
[9] Gağel-gizlətmək, saxlamaq, örtmək.
[10] A.Davrijetsi, tarix, Yerevan, 1988, s. 278.
[11] M. Ğazaryan, 17-18-ci əsrlərdə erməni təsviri incəsənəti, Yerevan, 1974-cü il, s.171-173.
[12] Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012, s. 22.
[13] Hazırda kənd azərbaycan dilində Qağ adlanır.