2026

Azərbaycanın Türkiyə üzərində siyasi və iqtisadi təsiri

2026-02-18

2024-2025-ci illər ərzində Ankara və Bakı arasındakı mövcud olan ziddiyyətlər iki ölkə arasında həyata keçirilən birgə proqramlara, imzalanmış sənədlərə və zəhirən harmonik xarici siyasətə baxmayaraq, özünəməxsus təzəhürlərlə ifadə olunmuşdur.

Bu iki dövlət arasında mövcud olan problemlərin əsas müstəvisində Ermənistan və Artsax məsələsi dayanır. Məhz bu kontekstdə əməkdaşlığın harada başa çatdığı və ziddiyyətlərin haradan başlandığı aydın şəkildə müşahidə olunur. Türkiyə Azərbaycanın üzərində kifayət qədər böyük hərbi-siyasi təsirə malik olsa da, Azərbaycan da elə rıçaqlara sahibdir ki, bu da bəzən Ankaranı Bakının mövqeyi ilə hesablaşmağa məruz edir.

Belə ki, hələ də 1990-cı illərdən etibarən Bakı Türkiyənin Ermənistanla münasibətlərin qurulması və ya normallaşdırılması istiqamətindəki yanaşmalarına davamlı şəkildə qarşı çıxmış, enerji, maliyyə və demoqrafik rıçaqlardan istifadə etməklə bütün normallaşma proseslərini pozmuş və Türkiyə-Ermənistan sərhədinin bağlı saxlanmasına məcbur edilmişdir.

Əvvəlcə, Ermənistan Respublikasının müstəqilliyini tanımış Türkiyə hələ də 1993-cü ildə Ermənistanla sərhədini birtərəfli qaydada bağlamışdır və bunu “Azərbaycan ərazilərinin işğalına” cavab kimi izah etmişdir. Sonrakı dövrdə sərhədin mümkün açılması və münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar isə Azərbaycanın sərt mövqeyi səbəbindən vaxtaşırı olaraq dayandırılmışdır.

Məhiyyət etibarilə, Bakı tərəfindən Ankaraya bir tələb irəli sürülmüşdür-“Qarabağ məsələsi həll olunmadığı şəraitdə Ermənistanla sərhəd açılmamalıdır”.

2009-cu ilin aprel ayında-Ermənistan-Türkiyə növbəti dialoqu zamanı, Türkiyənin azərbaycanlıların sıx yaşadığı bölgələrində (xüsusilə azərbaycanlaşdırılan İğdirdə) Ermənistanla diplomatik əlaqələrin qurulmasına və sərhədin açılmasına dair Ankaranın niyyətinə qarşı kütləvi etiraz aksiyaları başlamışdır. Gərginlik yalnız Türkiyə tərəfi “Ermənistan-Türkiyə danışıqlarında Azərbaycanın maraqlarının və Dağlıq Qarabağ amilinin ikinci dərəcədə ola bilməyəcəyini” bəyan etdikdən sonra səngimişdir.

2011-ci ildə, Türkiyədə parlament seçkiləri ərəfəsində, Qarsdakı Azərbaycan icması Ermənistanla dostluq və barışığa həsr olunmuş “İnsanlıq Abidəsi”nin şəhərdə yerləşdirilməsinə etiraz etmişdir. Nəticədə, seçkilərdə məğlub olmaq ehtimalını və yerli azərbaycanlıların tələblərini nəzərə alan R.T. Ərdoğan abidəni “ucube” adlandırmış və onun sökülməsi barədə göstəriş vermişdir.

Azərbaycan təsir zonasında olan Qarsda fəaliyyət göstərən “Qafqaz Universiti”nin azərbaycanlı tələbələri öz növbəsində 2019-cu ildə “Panerməni Oyunları” təşkilat komitəsinin nümayəndə heyətinin səfərinə etiraz olaraq aksiya keçirmiş, yerli kürd əhalini də onlara qoşulmağa çağırmışdılar.

2014-cü ilin iyun ayında Türkiyə prezidenti adından Əlican (Marqara) sərhəd-keçid məntəqəsinin açılması barədə məlumat yayılmış (lakin sonradan təkzib edilmiş) və bunun ardınca 2014-cü ilin avqust döyüşləri baş vermişdir. İyul ayının 9-da Azərbaycan Silahlı Qüvvələri diversiya yolu ilə Karvaçarın (Kəlbəcər) erməni kəndlərinə daxil olaraq mülki şəxsləri qətlə yetirmişlər. Həmin gün Tavuş mərzinin kəndləri də atəşə tutulmuş, bu isə Artsax və Ermənistan sərhədinin müxtəlif istiqamətlərində döyüş əməliyyətlərinə çevrilmişdir. Döyüşlər avqustun 10-da Soçidə Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin görüşündən sonra dayandırılmışdır. Bununla da, faktiki olaraq, Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müzakirələr gündəmdən çıxmışdır.

2022-ci ilin iyul ayının 1-də digər bir diqqətçəkən insident qeydə alınmışdır. Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü günü Azərbaycan Naxicevanın Türkiyə ilə açıq olan sərhədini iki ay müddətinə birtərəfli qaydada bağlamış, bunu yenidən pandemiya vəziyyəti ilə əsaslandırmışdır.

Regionu destabilizasiya etmək mümkün təhdidindən istifadə olunması ilə 2022-ci ilin sentyabr ayının 14-də Ermənistan-Türkiyə sərhədində planlaşdırılan ikitəreəfli görüş əvvəlki gün-13 sentyabrda-Azərbaycanın Ermənistanın şərq sərhədlərinə hücumu və Vardenisdən Teğ istiqamətinədək uzanan ərazidə erməni torpaqlarının işğalı səbəbindən ləğv edilmişdir. Qeyd etmək olar ki, regionu destabilizasiya etmək təhdidi ilə Azərbaycan Türkiyəyə qarşı siyasi təsir rıçaqlarından istifadə edir.

2025-ci ilin mart ayının 21-də Ermənistan və Türkiyə arasında quru sərhədi müvəqqəti olaraq açılmış, erməni humanitar yardım yük maşınlarının Türkiyə ərazisi vasitəsilə Suriyaya çatdırılması təmin edilmişdir. Bu halda da Azərbaycan kəskin reaksiya vermiş, Ankara ilə Yerevan arasında əldə olunmuş razılaşmadan narazılığını nümayiş etdirmişdir. Bakı Türkiyə tərəfini “Azərbaycanı xəyanət etməkdə və imperalist qüvvələrin, eləcə də Avropa İttifaqının rəqbətini qazanmaq məqsədi ilə Qərbyönlü Ermənistana yardım etməkdəittiham etmişdir.

Lakin, Türkiyə və Azərbaycan münasibətlərinin kontekstində əsas rol habelə iki ölkə prezidentlərinin qarşılıqlı təsirinə də aiddir. Bəzi hadisələr göstərir ki, “qardaşlıq” yalnız maraqların üst-üstə düşməsi ilə bağlıdır. Belə ki, əgər Əliyevin nüfuzu ölkəsində böyük ölçüdə Ərdoğanla “qardaş” hesab olinması ilə bağlıdırsa, Ərdoğan isə Türkiyə prezidenti olaraq demək olar ki, Əliyevin müdaxiləsi də nəticəsidir.

Türkiyə prezident seçkilərində Bakının bitbaşa və dolayı müdaxiləsi yalnız ekspertlər tərəfindən deyil, həm də Azərbaycan mətbuatında və Türkiyəyə aid Azərbaycan mediasında Ərdoğanı dəstəkləyən təbliğat materialları ilə qeyd olunmuşdur. Bu materiallar Ərdoğanın rəqiblərinin nüfuzunu zəiflətməklə kifayətlənməyib, həm də Türkiyədə azərbaycanlıların səsini hakim prezidentə yönəltmək məqsədini güdürmüşdür.

Bu Əliyevin Ərdöğana və nəticədə Türkiyənin daxili və xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərdiyini ən yaxşı şəkildə göstərir. Maraqların toqquşması halında, açıq-aşkar görünür ki, Bakı Ankaraya dəstəyini xatırlatmalıdır. Diqqətçəkən məqam budur ki, burada da əsas mərkəzdə regional maraqlar dayanır, xüsusilə də Ermənistanla münasibətlər. Xüsusilə Azərbaycan mətbuatı böyük narahatlıqla Ərdoğan rəqibi Kemal Kılıçdaroğlunun seçki şüarını şərh etmişdir, bu şüara görə, Asiya Avropaya Türkiyə vasitəsilə birləşəcək (yayılmış xəritəyə əsasən, Azərbaycan və Ermənistan ərazisindən keçən “korriddor”dan yan keçməklə). Bu, Bakıya təhdid yaratması kimi təqdim olunmuşdur ki, əgər müxalifət namizədi seçilərsə, fikirlərə görə, regional məsələlərdə və Ermənistanla bağlı siyasətində Türkiyənin Azərbaycana verdiyi dəstək dayandırıla bilər. Əvəzində vurğulanmışdır ki, Ərdoğanın qələbəsi Əliyevin əlini daha da açacaq və ona daha sərbəst fəaliyyət imkanları verəcəkdir.

Siyasi təsirdən əlavə, Azərbaycanın Türkiyədə iqtisadi təsiri də, açıq-aydın şəkildə, böyükdür. Türkiyə yalnız Azərbaycan enerji daşıyıcılarını idxal etmir, həm də onları tranzit kimi istifadə edir. Bu sahə Ankaraya büdcəyə böyük gəlirlər və bununla bağlı iqtisadi fəallıq təmin edir. Bu faktoru Bakı Ankaraya qarşı təsir rıçağı kimi istifadə edir və zərurət olduqda bu vasitə ilə təzyiq göstərmək imkanına malikdir. Belə ki, 2009-cu ildə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması dövründə Azərbaycan Türkiyəyə çatdırılan qazın qiymətini demək olar ki, ikiqat artırmış və “Azərbaycanın maraqlarını nəzərə almamaq” halında daha yüksək tarif tətbiq etməkdə təhdid etmişdir.

Türkiyə iqtisadiyyatının böhranlı vəziyyətindən istifadə edərək Bakı Ankaraya qarşı təsirini artırmaq məqsədi ilə maliyyə imkanlarını da işə salır. Azərbaycan manatı-investisiya və ya xarici borc şəklində-bəzən Türkiyə iqtisaddiyyatına həqiqətən xilasedici vasitə olur. Misal üçün, 2022-ci ildə Türkiyə valyutasının müəyyən sabitliyinin təmin olunması Azərbaycan Neft Fondu (SOFAZ) tərəfindən Türkiyə Mərkəzi Bankına 1 milyard avro depozit verməsi sayəsində mümkün olmuşdur. Buna əlavə olaraq, Azərbaycan Türkiyəyə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına da texniki və genişmiqyaslı dəstək göstərmişdir.

Azərbaycan Türkiyədə milyardlarla dollar yatırır və yumşaq güc siyasəti vasitəsilə öz təsirini artıraraq Türkiyənin oxşar fəaliyyətlərinə qarşı reaksiya göstərməyə çalışır. Azərbaycan investisiyalarının həcminin böyük olması açıq-aydın göstərir ki, onlar Bakıya təsir rıçaqları rolunu oynayır. Buna misal kimi, Azərbaycanın ali rəhbərliyi tərəfindən Türkiyədə 20 milyard dollardan çox investisiya yatırıldığı barədə mütəmadi olaraq səslənən açıqlamaları göstərmək olar. Habelə, bu cür bəyanatlar Bakı tərəfindən verilir və onların məzmunu Ermənistan-Türkiyə münasibətləri kontekstinə bağlanır.

Qeyd edək ki, Türkiyə iqtisadiyyatına 3000-dən çox Azərbaycan şirkəti cəlb olunub. Onlardan SOCAR Türkiyədə xarici investorlar arasında ən böyükdür və neft emalı, neft-kimya sənayesi və təbii qaz sahələrində strateji layihələr həyata keçirir. Bu və bir çox nümunalər göstərir ki, Azərbaycan Türkiyəyə qarşı həm siyasi, həm də iqtisadi böyük təsir imkanına malikdir və bunu zərurət və imkan kimi istifadə edir. Türkiyənin “zəif tərəflərindən” və əlverişli vəziyyətindən yararlanaraq Bakı regional maraqlarını irəli sürür, xüsusilə Ermənistanla bağlı siyasətdə. Hazırda Azərbaycan Türkiyəyə qarşı maliyyə-iqtisadi, demoqrafik və siyasi rıçaqlardan istifadə edərək Türkiyənin Cənubi Qafqazda və Ermənistanla münasibətlərdəki yanaşmalarını mümkün qədər məhdudlaşdırır.

Telegram kanalımıza abunə olun