2025

Azərbaycan hakimiyyəti fəal qadınları ictimai həyatdan kənarlaşdırır

2025-12-18

Azərbaycan cəmiyyətinin ictimai, sosial-iqtisadi və gündəlik həyatında daim patriarxal münasibətlər və kişilərin qadınlar üzərində nəzarəti üstünlük təşkil etmişdir. Sovet hakimiyyəti illər ərzində azərbaycanlı qadınlar ölkənin təhsil sahələlərində, siyasi proseslərində bəzən cəlb olunduğuna baxmayaraq, qadınların partiya və inzibati orqanlarda əsas olmayan vəzifələrə təyin olunması, ölkənin siyasi həyatında iştirakı sadəcə illüziya idi. Sovet ittifaqının dağılması ilə mənzərə daha da real xarakter almışdır. Əgər 1991-ci ilin əvvəlində Azərbaycanda qadınlar Ali Sovetin təxminən 40 %-ni təşkil edirdilərsə, 1992-ci ildə bu göstərici cəmi 6 % olmuşdur-1995-ci il seçkilərindən sonra və 2005-ci ildə parlamentdə qadın deputatların sayı 12 %-ə çatmışdır.

2006-cı ildə qəbul edilmiş “Gender (kişilər və qadınlar) bərabərliyinin təminatları haqqında” qanunu ali dövlət orqanlarında qadınların rolunun irəlilədilməsini xüsusi olaraq təşviq etməmişdir. 2016-cı ilin məlumatlarına görə, azərbaycanlı qadınlar parlamentin 16 %-ni təşkil etmişdir. 2024-cü ilin növbədənkənar parlament seçkilərin nəticələrinə görə, mənzərə əhəmiyyətli dərəcədə dəyişməyib. Azərbaycanın VII çağırış Milli Məclisində 125 deputatdan cəmi 19-u: təxminən 15 %-i qadınlardır.

Azərbaycanda siyasi, dini məsələlərlə bağlı, hətta qadın hüquqlarının müdafiəsinə dair etiraz aksiyaları belə heç vaxt azərbaycanlı qadınların kütləvi iştirakı ilə seçilməmişdir. Etiraz aksiyaları zamanı qadınlara qarşı hüquq-mühafizə orqanlarının sərt münasibəti, tətbiq olunan zorakılıq, casusluq və onların şəxsi həyatına nəzarət bir çox qadınlara çəkindirici amil olmuşdur.

Bunun bariz nümunəsi 2007-ci ildə Heydər və İlham Əliyevə qarşı etiraz aksiyalarında fəal şəkildə iştirak edən Azərbaycan Demokrat Partiyasının üzvü Faina Kunqurovanın həbsi və həbsdə ölümüdür. Bu o halda ki, Kunqurova Avropa Şurası tərəfindən Azərbaycanda yeganə qadın siyasi məhbusu kimi təsnif edilmişdi.

Նկար 1

Qadın siyasətçilərin fəallığına mənfi təsir göstərə biləcək amillərdən biri də deputat və siyasi fəaliyyətdə fəal olmuş Qənirə Paşayevanın 2023-cü ildə şübhəli şəkildə vəfat etməsi olmuşdur. Tovuz rayonunda anadan olmuş “dəmir qadın” (belə adlandırılmışdır) habelə böyük populyarlığa malik olmuş və beynəlxalq tərəfdaşlar tərəfindən tanınmışdır. Bu, əslində, paşayevlər klanına mənsubluğundan asılı olmayaraq hakim ailə və ölkənin birinci xanımları üçün dözülməz rəqabət idi.

Tarixçi və hüquq müdafiəçisi Leyla Yunusovanın həbsi başqa bir nümunədir, yuxarıdakı beynəlxalq təşkilatların müdaxiləsi nəticəsində azad edilmiş, ondan sonra Azərbaycanı tərk etmişdir.

Ümumiyyətlə beynəlxalq tənqiddən yayınmaq məqsədi ilə dövlət təhlükəsizlik orqanları adətən fəal qadın etirazçıları qısa müddətli “simvolik” həbsdə saxlamağa və ya şəxsi həyatlarını ictimailəşdirməklə onları gözdən salmağa üstünlük veriblər. Beləliklə “qurban nə qədər zərərsiz və günahsızdırsa, psixoloji təsir bir o qədər böyük olur” prinsipi işə salınmışdır.

Az-çox iştirakçılıq sadəcə liberal, bəzən də feminist xarakterli fleşmoblarda olmuşdur. Bunların təşkilatçıları, görünən siyasi etiraz aksiyalardan fərqli olaraq, xüsusilə onlayn platformalarda fəaliyyət göstərmişlər. Fleşmoblara qarşı olan müəyyən dözümlülük isə dövlət orqanlarının onları apolitik, zərəsiz və əyləncəli fəaliyyət kimi təqdim etməsi ilə izah olunmuşdur.

2000-ci illərin sonlarında və 2010-cu illərdə feminist üzvləri olan bir neçə on təşkilat yaradılmışdır. Bunlara “Azərbaycan Feminist Qrupu”, “Feminist Qadınlar Hərəkatı”, “MIL” şəbəkəsi, “Bərabərlər”, “FEMM” layihəsi gender proqramları, feminist “Qadınkimi.com” platforması və s. daxildir. Lakin bunlar özlərini feminist və ya siyasi vahidlər kimi təqdim etməyiblər. Qadənların təşəbbüsü ilə və ya onların iştirakı ilə yaradılmış bu təşkilatlar ilkin mərhələdən siyasi nitqdən və aktivizmdən çəkinmişlər. Səbəb azərbaycan ictimai, siyasi (o cümlədən müxalifət) və hətta akademik dairələrin qavrayışları idi-feministlər və feminizm mənfi hesab olunur və tənqidə məruz qalırdı. Bundan başqa, Azərbaycanın hakim elitası ilkin olaraq qadınların siyasi gücünü aşağı qiymətləndirmişdir.

2019-cu ildə feminist qadınların təşəbbüsü qrupu tərəfindən Bakıda “8 Mart Zorakılığa Qarşı” adlı ilk feminist marşı təşkil edilib. Azərbaycanlı feministlər qadınları cəmiyyəti patriarxal münasibətlərdən və kişilərin hökmranlığından azad etməyə, qadınların səsini eşitdirmək, məişət və digər növ zorakılıqdan, o cümlədən erkən evlilikdən və qadın qətllərindən qorunmağa birləşməyə çağırırdılar.

Tədbir göstərdi ki, Azərbaycanda artıq geniş feminist şəbəkə formalaşmışdır və feminizm, qadın məsələlərinin siyasətləşdirilməyə başladı-“sosial/zərərsiz” sahədən “siyasi/təhlükəli” sahəyə keçdiyini nümayiş etdirdi. Məlum oldu ki, qadınların iştirakı ilə yaradılmış təşkilatların vurğusu tədricən təhsil-mədəniyyət məsələlərindən feminizmə və əsasən gender mövzusunda maarifləndirmənin artırılmasına, ictimai müzakirələrin sahəsinin genişləndirilməsinə və yerli cəmiyyətdə feminizmin mənfi qavrayışının dəyişməsinə keçməyə başlamışdır.

Nəticədə 2019-2021-ci illərdə hüquq-mühafizə orqanları yalnız müxalif qüvvələrin deyil, habelə qadınların fəal iştirakı ilə mütəmadi təşkil edilən etiraz aksiyaları və yürüşlərin iştirakçılarına qarşı kütləvi repressiyalar tətbiq edib. Qadınların hüquqlarının müdafiəsinə yönəlmiş transformasiya Azərbaycanda narahatlıq doğurub. Hakimiyyət orqanları lazımi auditoriyaya və elektorata malik olan belə fəal qrupların siyasətə girməyə müraciət edə biləcəyindən və ya daxili siyasi proseslərə əhəmiyyətli təsir göstərə biləcəyindən narahat olmağa başlayıb.

Əliyev rejimi bu tendensiyanın qarşısını almaq və Azərbaycan cəmiyyətini fəal qadınların fəaliyyətinə biganə etməyə azərbaycanlılar arasında məqbul olmayan davranışa əl atıb: onları marginallaşmış (gözə görünməyən) qrupların nümayəndələri ilə eyniləşdirmək, aşağılamaq, zərərsizləşdirmək. Hakimiyyət mənbələri qadınları, onların hüquqlarının pozulması ilə bağlı danışanları “dəlilər, əxlaqsızlar, pozğunlar, satqınlar, “Qərb”in kuklaları (marionet kimi), təhlükəli, kişi-əleyhinə, ailə-əleyhinə, anti-milli” və s. kimi ifadələrlə adlandırıblar.

Əgər 2019-cu ilin sonlarından etibarən müxalifətin səsini müəyyən qədər susdurmaq mümkün olubdursa da, müxtəlif qadın qrupları ən azı 8 Mart tədbirləri ilə qadın hüquqları məsələsini gündəmdə saxlamağa davam edir. Həmin tədbirlər əsasən hüquq-mühafizə orqanlarının sərt reaksiyasına məruz qalmışlar.

2024-cü ilin mart ayının 8-də Bakıda təşkil olunmuş azsaylı və dövlət orqanları tərəfindən icazəsiz aksiya istisna olmuşdur, iştirakçıların təəccübünə baxmayaraq, hüquq-mühafizə orqanları onu dağıtmamışdır. Hakimiyyətin bu “tolerantlığının” öz məntiqi səbəbləri olub. Fəal qadınların və qadın jurnalistlərin böyük əksəriyyəti 2023-cü ildən davam edən represiyalar nəticəsində artıq həbsdə və ya mühacirətdə idi, aksiyanın keçirildiyi yer isə polis qüvvələri tərəfindən mühasirəyə alınmışdı. Bundan başqa, hüquq-mühafizə orqanları tərəfindən eyni vaxtda Toplum TV-nin ofisində axtarışlar və həbslər aparıldığı, mətbuatın və ictimai təşkilatların diqqəti növbəti repressiya mərhələsinə yönəldiyindən aksiya lazımi səviyyədə işıqlandırılmayıb.

Qadınların ölkənin ali rəhbərliyi sıralarına cəlb olunması illüziyasını hazırda Azərbaycan Milli Məclisinin birinci qadın sədri Sahibə Qafarova, eləcə də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edir. Xüsusilə də yuxarıdakının rolu ilə onun ictimai rəya təsir göstərməyə cəhd edilir, onun yüksək dövlət vəzifəsinə təyin olunması faktı isə “Azərbaycanda qadınlara verilən dəyərin parlaq nümunəsi” kimi təqdim olunur.

Նկար 2

Azərbaycan nümayəndələri tərəfindən beynəlxalq qurumlara ünvanladıqları, guya Azərbaycan gender bərabərliyi sahəsində irəliləyiş əldə etdiyi barədə təminatlarına baxmayaraq, faktiki vəziyyət fərqlidir.

BMT-nin Azərbaycanda gender bərabərliyinə dair araşdırmasına görə, bu ölkədə qadınlar kişilərlə müqayisədə iqtisadi resurslara daha az çıxış imkanına malik olmağa davam edirlər. Qeyd olunur ki, qadınlar həm şəxsi, həm də ictimai həyatda qərarların qəbulunda iştirak etmək üçün daha az imkan və təcrübəyə malikdirlər. Qadınlara qarşı ayrı-seçkiliyin mövcudluğu ilə bağlı təkziblər də öz növbəsində tənqidə dayanmır, çünki mövcud faktlar Azərbaycan hakimiyyətinin fəal qadınlara qarşı cinsi ayrı-seçkilik tətbiq etdiyini və ya bununla hədələdiyini göstərir.

Beynəlxalq media müşahidələrinə görə, Azərbaycanda qadın ictimai xadimlərə qarşı hücumlar gender baxımından qərəzlidir, çünki mahiyyət etibarilə qadınları ictimai həyatdan kənarlaşdırmaq cəhdi daşıyır. Bununla belə, Azərbaycan hakimiyyəti 350-dən çox siyasi məhbusun azadlığa buraxılması ilə bağlı çağırışlarını görməzlikdən gəlməyə davam edir.

Hər şeyin bahasına hakimiyyəti öz ailəsinin əlində saxlamağa yönəlmiş ardıcıl addımlar sırasında Əliyev administrasiyası, faktiki olaraq, Mehriban Əliyevanı siyasi meydanda “yeganə qadın” elan etməklə, bu kontekstdə hakimiyyət qanadının potensial rəqiblərini də Azərbaycan siyasi və ictimai həyatından sıxışdırıb kənarlaşdırır. Bundan başqa, Bakı küçələrində çoxlu sayda qadının olması hakim elita üçün təhlükəlidir, çünki o, hüquqlar uğrunda mübarizədən zəncirvari reaksiya ilə hakimiyyət uğrunda siyasi mübarizəyə çevrilə bilər.

Telegram kanalımıza abunə olun