2025

Bakının “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” və onun anti-erməni təbliğat alətləri

2025-12-01

Bakıda fəaliyyət göstərən və ekspert səviyyəsində anti-erməni təbliğat aparan “Beynəlxalq münasibətlərin təhlili mərkəzi”, beyin mərkəzi kimi, fəal şəkildə Azərbaycanın rəsmi mövqeyinin hazırlanması və təqdim edilməsində, müxtəlif platformalarda Bakının xarici siyasət prioritetlərinin işığlandırılması işlərində iştirak edir. Bakının dövlət təbliğat qurumlarından biri olaraq, o, həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyi və xarici siyasəti formalaşdıran digər qurumlarla da aktiv şəkildə əməkdaşlıq edir. Faktiki olaraq, mərkəz Azərbaycanın Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və beynəlxalq münasibətlərlə məşğul olan digər dövlət qurumlarına ekspert və məsləhətçi orqan kimi xidmət göstərir.

Mərkəzin yaradılması

“AİR Center” Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu il 6 fevral fərmanı ilə yaradılmışdır. 2019-cu ilin aprel ayının 19-da Əliyevin başqa bir fərmanı ilə mərkəzin nizamnaməsi təsdiqlənib, bundan sonra rəsmi fəaliyyətə başlamışdır. Mərkəzin rəhbərliyi birbaşa Azərbaycan prezidenti tərəfindən təyin edilir və azad edilir. Nizamnaməyə görə, mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Prezidenti və Müdirlər şurası həyata keçirir. “Air Center”in fəaliyyəti barədə illik hesabat Azərbaycan prezidentinə təqdim edilir. O, həmçinin qurumun ləğvini və yenidən təşkili işlərini həyata keçirir.

2019-cu ildən etibarən mərkəzin sədri Fərid Şəfiyevdir. O, Azərbaycanın xarici siyasət narrativlərinin və təbliğat tezislərinin hazırlanması və onları beynəlxalq ictimaiyyətə təqdim etmə prosesində aktiv iştirak edən şəxslərdən biridir. Şəfiyev ölkə rəhbərliyi ilə sıx əlaqələrdədir və tez-tez beynəlxalq tədbirlər zamanı Bakının rəsmi mövqelərini çatdırır. Qurumun şurasının üzvləri Gülşən Paşayeva və Cavid Vəliyevdir.

Paşayeva münaqişələrin həlli, təhlükəsizlik araşdırmaları, gender məsələləri və dil siyasəti sahələrində ixtisaslaşmışdır.

Cavid Vəliyev 2005-2009-cu illərdə Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırmalar Mərkəzində (TUSAM) işləyib, 2009-2019-cu illər arasında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışıb və 2015-2019-cu illərdə mərkəzin xarici siyasət şöbəsinin müdiri vəzifəsində işləyib. Valiyev də öz yayımlarında Bakının təbliğat tezislərini irəli sürür, hətta iddia edir ki, Ermənistan azərbaycanlıları qovub və bunu “etnik təmizləmə” kimi təqdim edir.

Yaradılmasından etibarən, “AİR Center” digər analitik mərkəzləri və təşkilatlarla əməkdaşlıq vasitəsilə geniş tərəfdaşlıq şəbəkəsi qurmuşdur. Bu beynəlxalq səviyyədə öz legitimliyini möhkəmləndirmək və Azərbaycan narrativlərinin təsirini genişləndirmək strategiyasının bir hissəsidir. Saytda yerləşdirilən tərəfdaşların rəsmi siyahısına görə, mərkəz təxminən 40 analitik və elmi təşkilatlarla əməkdaşlıq memorandumları imzalamış və ya əlaqələr qurmuşdur. Məsələn, tərəfdaş mərkəzlərindən bəziləri bunlardır-Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzi, Avrasiya Araşdırmaları Mərkəzi (AVİM), ANKASAM-Ankara Böhran və Strategiya Araşdırmaları Mərkəzi.

“AİR” (BMTM) habelə Avropanın müxtəlif ölkələrinin, ABŞ-ın, Cənubi Amerikanın bir sıra ölkələrinin, İranın, Gürcüstanın, Belarusun, Ukraynanın, Rusiya Federasiyasının, Çinin, Cənubi Koreyanın və Mərkəzi Asiya ölkələrinin digər təhlil mərkəzləri ilə əməkdaşlıq edir.

Fəaliyyətin məqsədləri və maliyyələşdirilməsi

“BMTM”-in rəsmi saytında qeyd olunur ki, mərkəzin əsas məqsədi Azərbaycanda və bütün dünyada baş verən mühüm prosesləri araşdırmaq, beynəlxalq məsələlərlə bağlı tədqiqat materialları və hesabatlar hazırlamaqdır. Məqsəd olaraq, habelə Cənubi Qafqazda təhlükəsizlik prosesləri və problemlərin öyrənilməsi, Azərbaycana aid tədqiqatların çərçivəsinin genişləndirilməsi, eləcə də onların beynəlxalq ictimaiyyət və akademik dairələrlə müzakirəsi göstərilmişdir.

Saytın ingilisdilli versiyasında isə qeyd edilir ki, mərkəzin missiyası “Beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan Azərbaycan münaqişəsi zonası və regional təhlükəsizliklə bağlı məlumatlığını artırmaqdır”.

“BMTM” Qarabağ münaqişəsi, türkdilli dövlətlər arasında əməkdaşlıq, Qara və Xəzər dənizlərinin təhlükəsizliyi, həmçinin Azərbaycanın Avropa, Afrika, Rusiya və Yaxın Şərq və digər mərkəzlərlə əlaqələri kimi mövzularda məruzələr, məqalələr və təkliflər hazırlayır. Lakin, qurumun araşdırmalarının əsas hədəfləri Ermənistan və Dağlıq Qarabağ münaqişəsidir. Bu barədə habelə mərkəzin nizamnaməsinə dair Azərbaycan prezidentinin sərancamında qeyd edilir. Buna görə də, mərkəzin fəaliyyət istiqamətlərinə Qarabağ münaqişəsinin müxtəlif aspektləri ilə bağlı tədqiqatlar aparmaq, bu və digər problemlərin həlli üçün təkliflər hazırlamaq və yollarını müəyyən etmək daxiıdir.

“AİR Center” öz saytında 5 əsas layihəni vurğulayır: Post-münaqişəsi dövrü: Ermənistan-Azərbaycan münasibətləri, Qoşulmama Hərəkatı, Avrasiya Bağlantıları və Orta Dəhliz, Türk Dövlətləri Təşkilatı, COP29.

“Air Center”-in ilkin qeydiyyatdan keçmiş kapitalı 100.000 manatdır. İlham Əliyevə görə, qurumun nizamnaməsi barədə 2019-cu il aprel ayının 19-un fərmanına əsasən, mərkəz nizamnamə kapitalından, dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə etdiyi gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb olunmuş investisiyalardan və qanunvericiliyə uyğun digər mənbələrdən maliyyələşdirilir. Mərkəzin həmçinin fəaliyyəti nəticəsində əldə etdiyi mənfəəti müstəqil şəkildə idarə etmək hüququ vardır.

“AİR Center”in saytında təqdim olunan 2020, 2021, 2022, və 2023-cü illərin maliyyəy auditi məlumatlarına görə, bu dörd il ərzində mərkəzin əmək haqqı xərcləri 7.581.131.86 manat (3.9 milyon ABŞ dolları) təşkil etmişdir. 2023-cü ildə ümumi əmək haqqı 2.202.440.27 manat təşkil etmiş, bu isə 2022-ci illə müqayisədə (1.891.038.68 manat) artım deməkdir. Əgər 2020-ci ildə orta əmək haqqı 4.600 manat (2.350 ABŞ dolları) idisə, 2023-cü ildə 6.350 manat (3240 ABŞ dollar) təşkil edib.

Anti-erməni təbliğat, nəşrlər

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın dövlət mövqeleri “AİR Center” mərkəzinin dərc etdiyi təhlillərdə, məqalələrdə, kitablarda və hesabatlarda öz əksini tapıb. Bunlarda Ermənistan tez-tez aqressor kimi təqdim olunur, Azərbaycanın hərbi əməliyyatları əsaslandırılır, “Qərbi Azərbaycan” saxta tezisi (rəsmi Bakı Ermənistan Respublikasının ərazisini belə adlandırır) kimi ekspansionist tələblər irəli sürür. Xüsusilə 44 günlük Artsax müharibəsindən sonra, mərkəz fəal şəkildə Ermənistana qarşı aparılan fəaliyyətinə qoşulub-bir çox hallarda Azərbaycanın Dağlıq Qarabağa qarşı təcavüzünə və etnik təmizləməyə haqq qazandırır.

Xüsusilə, 2025-ci il fevral ayının 5-də Cavid Vəliyevin “Erməni millətçi irredentizmi və Qarabağ müharibələrikitabının təqdimatı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun Elmi Tədqiqatlar Mərkəzinin direktor müavini İlqar Niftəliyev kitabda erməni diasporunun arxivlərinə və erməni müəlliflərinin işlərinə istinad olunmasını yüksək qiymətləndirib. O qeyd edib ki, sovet dövründə Qarabağ tarixi əsasən erməni müəllifləri tərəfindən öyrənilib, bu da erməni irredentizminin (ekspansionizm) yayılmasına səbəb olub. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra bu sahədə mühüm tədqiqatlar aparılıb, həmin tədqiqatlar informasiya müharibəsinin tərkib hissəsi kimi istifadə edilir.

Əslində, Niftəliyev etiraf edir ki, Bakı bu cür işləri və psevdotədqiqatları təbliğat məqsədi ilə aparır, Ermənistana qarşı informasiya müharibəsi aparır.

2024-cü ilin may ayında mərkəz “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışımövzusunda hesabat hazırladı və guya “azərbaycanlıların Ermənistandan deportasiyasına işıq salır və azərbaycanlıların öz vətənlərinə qayıtmasına siyasi təklifləri aydın şəkildə formalaşdırır”. Habelə vurğulanır ki, “bu sənəd Azərbaycanın Qarabağ bölgəsinə ermənilərin qayıdışı məsələsini gündəmə gətirən, eyni zamanda Ermənistandan qovulan azərbaycanlıların taleyinə göz yuman beynəlxalq siyasət formalaşdırıcıları və ekspertlərə açıq bir oyandırıcı çağırışıdır”.

Əslində, hesabatın əsas məqsədi Artsax ermənilərinin geri qayıdışı ilə bağlı beynəlxalq təşəbbüslərə qarşı çıxmaq və onları əngəlləməkdir, bu isə Azərbaycan təbliğatının saxta tezisləri ilə əsaslandırılır və Artsax ermənilərinin etnik təmizləməsinə haqq qazandırmağa xidmət edir. Bakı bu yolla güzgü efekti yaratmağa çalışaraq, Ermənistana azərbaycanlıların qayıdışı məsələsini gündəmə gətirir. Rəsmi Yerevan dəfələrcə bəyan edib ki, “Sovet Ermənistanda yaşayan azərbaycanlılara gəlincə, onlar SSRİ-nin mövcudluğunun son illərində Ermənistanı könüllü şəkildə tərk ediblər, öz əmlaklarını satıb və ya dəyişdirə biliblər, yaxud Ermənistan hökumətindən təzminat alıblar”. Azərbaycanda-Bakıda, Sumqayıtda və ermənilərin kütləvi qırğınların və məcburi deportasiyasının baş verdiyi digər yerlərdə ermənilərin taleyi eyni deyildi. Son fakt isə, 2023-cü ilin payızında baş verdi-115.000-dən çox erməni etnik təmizləməyə məruz qalaraq Dağlıq Qarabağı tərk etməyə məcbur oldu.

Buna oxşar azərbaycan tezisləri və məntiqi ilə başqa bir hesabat-“Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?”, 2024-cü ilin dekabr ayının 3-də təqdim edilib və “AİR Center” Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzi (AVİM) ilə birgə hazırlayıb.

2020-ci ilin noyabr ayında mərkəz “Ermənistan tərəfindən Azərbaycana qarşı muzdlu və xarici döyüşçülərin istifadəsi” başlıqlı digər diqqətçəkən təbliğat xarakterli hesabatını təqdim edib. Burada qeyd olunur ki, guya Ermənistan tərəfindən əcnəbi silahlıların, o cümlədən muzdlu döyüşçülərin cəlb olunması barədə məlumatlar mövcuddur.

Təbii ki, azərbaycan dövlət analitik mərkəzinin Bakının törətdiyi cinayətləri Ermənistan tərəfinin üzərinə atması diqqətəlayiqdir, hətta BMT Türkiyənin dəstəyi ilə 44 günlük Artsax müharibəsində Azərbaycanın suriyalı muzdlulardan istifadə etməsini sənədləşdirib.

2021-ci ilin iyul ayında dərc edilmiş “AİR Center” hesabatı-“Azərbaycanın mədəni və tarixi irsinin Ermənistan tərəfindən mənimsənilməsi”-Artsaxda erməni dini və mədəni irsinin, həmçinin erməni izlərinin məhv edilməsinə beynəlxalq reaksiyaya qarşı bir cəhd kimi hazırlanıb.

Hesabatda qeyd olunur ki, “Ermənistanın Azərbaycan mədəniyyəti və irsinin mənimsənilməsi siyasətinin müxtəlif aspektləri araşdırılır”. Guya Qarabağın mədəni irsinin “artefaktlarının talan edilməsi” məsələsinə və Azərbaycan abidələrinin saxtalaşdırılması siyasətinə, Azərbaycanın tarixi və dini abidələrinin “erməniləşdirilməsi” və “farslaşdırılması” vasitəsilə istinad ediblər.

Əlavə edək ki, rəsmi Bakı Azərbaycanın müxtəlif yaşayış məntəqələrində, Naxicevanda erməni dini və mədəni irsinin məhv edilməsi, mənimsənilməsi onillik adətinə sadiq qalaraq, 44 günlük müharibədən və 2023-cü ilin sentyabr ayında həyata keçirilən etnik təmizləmədən sonra indi həmin fəaliyyəti Artsaxda davam etdirir. Hətta Beynəlxalq Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarı Azərbaycanı bu əməllərdən çəkindirmir. Qərar Azərbaycana məcburiyyət yaradırdı.“erməni mədəni irsinə təsir edən vandalizm və təhqir halları qarşısını almaq, cəzalandırmağa bütün zəruri tədbirləri görülsün, o cümlədən bununla məhdudlaşmadan, kilsələr, digər ibadət yerləri, abidələr, görməli yerlər, qəbiristanlıqlar və artefaktlar”.

Azərbaycan hakimiyyətinin bəyanatları və hərəkətləri ilə paralel olaraq mərkəz beynəlxalq auditoriyaya dövlət təbliğat tezisləri və narrativləri ilə hesabat və araşdırmalar da dərc edir.

Belə ki, 2023-cü ilin sentyabr ayının 19-da “AİR Center” mərkəzinin şura üzvü Cavid Vəliyevin “Azərbaycanın antiterror əməliyyatlarının hüquqi, siyasi və hərbi səbəbləri” başlıqlı məqaləsi dərc olunub, məqalə habelə Türkiyənin Daily Sabah xəbər portalında yayımlanıb.

Həmin məntiqlə, mərkəzin ekspertləri 2023-cü ilin noyabr ayının 23-də “Laçın-Xankəndi (Stepanakert) ətrafındakı mübahisə” başlıqlı hesabat təqdim ediblər. Burada qeyd olunur ki, son üç il ərzində “Laçın-Xankəndi yolu (Laçın dəhlizi nəzərdə tutulur)” ətrafında baş verən hadisələr ermənilər tərəfindən aktiv şəkildə “blokada, etnik təmizləmə və humanitar böhran” terminləri ilə təqdim edilib. Bakının dövlət təbliğat maşını yalanlarla beynəlxalq auditoriyanı inandırmağa çalışır ki, Laçın dəhlizinin bağlanması, blokada, Artsaxda humanitar böhran, etnik təmizləmə olmayıb.

“CAİR”in habelə Ermənistan və müxtəlif geosiyasi mərkəzlərin əməkdaşlığı ilə bağlı bir çox nəşrləri var, həmin nəşrlərdə rəsmi Bakının narazılıqları əks olunub. Buna oxşar nəşrlər-“Fransa-Ermənistan hərbi əməkdaşlığı: Cənubi Qafqaz üçün “iki tərəfi kəskin qılınc ssenarisi”? ”, “Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı Avropa İttifaqında fikir ayrılığı”, “Hindistan: Ermənistanın Azərbaycana qarşı yeni müttəfiqi”, “Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq” və digər məqalələr, bu məqalələr habelə bir sıra beynəlxalq platformalarda yayımlanıb. Bu yaxınlarda mərkəz “ Yaxın Şərqdə Erməni diasporu: tarixi, dini, siyasi, mədəni, media, təhsil və sosial fəaliyyətlər” adlı kitab nəşr edib. Kitab Yaxın Şərqin beş ölkəsində-Livan, Fələstin, Suriya, Misir və İordaniya-fəaliyyət göstərən erməni diasporuna həsr olunub.

Anti-Erməni tədbirlər

“AİR Center” mütəmadi olaraq habelə anti-erməni məzmunlu müxtəlif tədbirlər təşkil edir. Xüsusilə 2024-cü ilin dekabr ayının 10-da mərkəz Bakıda “Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans təşkil edib. Tədbirdə beynəlxalq və yerli ekspertlər, diplomatik nümayəndələr də daxil olmaqla 120-dən çox iştirakçı iştirak edib.

2025-ci ilin yanvar ayının 31-də BMTM anti-erməni və anti-fransız çalarları ilə “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda beynəlxalq konfrans təşkil edib.

Məruzəçilər Fransanı açıq-aşkar ermənipərəst mövqe tutmaqda ittiham ediblər və bildiriblər ki, əgər 2020-ci ilə qədər Fransa Ermənistana gizli şəkildə dətək verirdisə, İkinci Qarabağ müharibəsindən sonra, açıq şəkildə öz anti-Azərbaycan mövqeyini nümayiş etdirməyə başlayıb.

2025-ci ilin aprel ayında Azərbaycanın diplomatik ADA universiteti və “AİR”mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci siyasi forumu keçirilib. “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq foruma 44 ölkədən 80 beynəlxalq ekspert və analitik mərkəzlərin nümayəndələri iştirak edib.

Maraqlıdır ki, konfransın ilk günü etnik təmizləməyə məruz qalmış və ermənilərdən boşaldılmış Stepanakertdə keçirilib, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

2025-ci ilin iyun ayının 5-də mərkəzin təşkilatçılığı ilə “Daşlar sükut içində danışır. Azərbaycan irsinin qorunması” adlı tədbir keçirilib. Tədbirdə dövlət qurumları, səfirliklər, analitik mərkəzləri və media nümayəndələri iştirak ediblər. Tədbir zamanı “Daşları toplamaq vaxtıdır” kitabının təqdimatı olub, hansı guya ki, təqdim edir. “azərbaycanlıların tarixi mövcudluğunu-yerli əhali kimi, müasir Ermənistan ərazisində”.

2025-ci ilin sentyabr ayının 29-da Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilib. “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi” mövzusunda keçirilən konfransda fəal iştirak edən “AİR Mərkəzinin” sədri Fərid Şəfiyev öz çıxışında qondarma “Zəngəzur dəhlizi” haqqında danışıb. Şəfiyev qeyd edib ki, “Azərbaycan və Ermənistan arasında diplomatik danışıqlar və münasibətlərin normallaşdırılması prosesi regionumuzda əməkdaşlıq üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı artan perspektivlər xüsusilə nəqliyyat və energetika sahələrində türkdilli dövlətlər arasında yeni imkanlar açır”.

Azərbaycan prezidenti yanında “Beynəlxalq münasibətlərin təhlili mərkəzi”, faktiki olaraq, beynəlxalq ictimaiyyət arasında çoxşaxəli anti-erməni fəaliyyətini aktiv şəkildə davam etdirir və Azərbaycan təbliğat narrativlərini yayır. “AİR Center” Azərbaycanın xarici siyasət aparatının tərkib hissəsidir və nüfuzlu təbliğat əlatlərindən biri qalmağa davam edir.

Telegram kanalımıza abunə olun