2026
2026-09-14
Böyük Əmili və Kiçik Əmili kəndləri Şərqi Zaqafqaziyanın Kutkaşen (indiki Qəbələ) rayonunun Erməni yaşayış məntəqələrindən biridir. Bu iki kənd bir-birinin qonşuluğunda-rayon mərkəzi Kutkaşendən təxminən 17 km cənub-qərbdə yerləşir.
Böyük Əmili kəndi habelə Əmülli adı ilə tanınırdı.
Bu iki erməni kəndinin əhalisi 18-ci əsrin ikinci yarısında zorla müsəlmanlaşdırılıb. Lakin 1908-ci ilə aid rus mənbələrrində bu iki kəndin sakinləri erməni kimi qeyd olunub. Böyük Əmilidə 193 erməni, Kiçik Əmilidə isə 33 sakin yaşayırdı. İslam qəbul etdiyinə görə yerli sakinlər zaman ərzində erməni mühitindən uzaqlaşıblar və özlərini müsəlman hesab ediblər, yerli türkcə danışırdılar. Artıq 1915-ci ilə aid statistik məlumatlarında həmin iki kəndin sakinləri türk kimi xatırlanıblar (Böyük Əmilidə 250 sakin, Kiçik Əmilidə isə 58 sakin qeyd olunub). Daha sonra Azərbaycan Respublikasının yaradılmasından sonra, qeyd olunan kəndlərin sakinləri azərbaycanlı kimi qeydiyyata alınıblar.
Böyük Əmili kəndində müsəlmanlığa keçməzdən əvvəl qonşu Sultan-Nuxi yaşayış məntəqəsinin keşişi Ter Danielin burada keşişlik etdiyi barədə məlumat qorunub saxlanılmışdır. Böyük Əmili və Kiçik Əmili kəndlərində uzun müddət erməni-Xristian məzar daşları qorunub saxlanılmışdır. Təəssüf ki, bu gün həmin kəndlərdə erməni izi tamamilə məhv edilib.
Ədəbiyyat
Karapetyan S., Albaniyanın özü. Erməni memarlığını tədqiq edən fondu, 2024, kitab 22, 1-ci hissə, səh. 235.
Т. P., yazışmalar, “Nor-Dar”, 1889, N 65, 29 Aprel, səh. 3.
Кавказскiй календарь на 1910 годъ. Тифлисъ, 1909, с. 204, 290.
Кавказскій календарь на 1915 годъ. Тифлисъ, 1914, с. 99, 142.