2026

Azərbaycanın “yeni” kəşfi 37 illik tarixə malikdir: Odzasarın (İlandağ) urartu yazısının odisseyası

2026-06-06

Bu günlərdə azərbaycanlı arxeoloqlar özlərinin “müstəsna kəşfi” barədə bəyan etdilər. Onların iddia etdiklərinə görə, Naxicevan Muxtar Respublikasının ərazisində, Odzasar (İlandağ) adlanan qayanın üzərində guya 2800 illik urartu kitabəsi aşkar ediblər, həmin kitabə yerləşdiyi yer göstərilmədiyinə dörd onillikdən artıq müddət ərzində naməlum qalmışdı.

Azərbaycanlı arxeoloqların yaddaşını təzələyək:

Urartu mixi yazılı kitabəsi hələ də 1988-ci ildə geoloq-arxeoloq Valeri İqumnov tərəfindən aşkar edilib.

1997-ci ildə nəşr olunan “Tarix-filologiya jurnalı”nın 1-ci sayında dərc edilmiş “Odzasar mixi yazılı kitabəsi” adlı məqalədə (müalliflər-V.A. İqumnov, H.H. Karagyozyan, S.G. Hmayakyan) aşkar edilmiş kitabə, onun yerləşdiyi yer, tərcüməsi və məzmunu, eləcə də kitabənin şərhləri tam təfərrüatı ilə təqdim olunur. Qeyd olunur ki, kitabə “e.ə. IX əsrin son rübündə-820-ci illərdə həkk edilib. Mətn İşpuini adından tərtib olunub, lakin Minuanın əmri ilə həkk edilib”. 1988-ci ildə aşkar edilmiş bu kitabə 1989-cu ildə V.A. İqumnov tərəfindən ikinci dəfə fotoşəkillənib, təsvir edilib və ölçüləri götürülüb.

V.A. İqumnon tərəfindən çəkilmiş fotoşəkil-1989-cu il.

Azərbaycaan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu bəyan edir ki, həmin kitabə bölgənin qədim tarixinin öyrənilməsinə mühüm mənbədir və onu Azərbaycanın tarixi irsinin bir hissəsi kimi təqdim edir.

Kitabə ətrafında formalaşdırılan şərhlər Azərbaycanın rəsmi təbliğatı çərçivəsindədir, regiondakı çoxsaylı erməni abidələri “Azərbaycan” irsi kimi təqdim olunur.

“Xaldi tanrısının himayəsi ilə, Sardurinin oğlu İşpuini və İşpuininin oğlu Menua Arsini şəhərini fəth etdilər. Onlar (hərfi mənasında-o) Arşini şəhərinin ölkəsini məğlub etdilər, Aniani şəhərinin ölkəsini fəth etdilər və onu dağıtdılar. Bu (?) […] idi. O Xaldi tanrısının şərəfinə bir obelisk ucaltdı. Puluadi ölkəsində o, bir ayin təsis etdi. O (ayin icraçısı) Xaldi tanrısına bir öküz və Puluadi ölkəsində Xaldi tanrısının həyat yoldaşına bir inək qurban edə bilərdi”.

Bu kitabə urartu dövrünün hərbi və dini siyasətinə aiddir. Mətndə İşpuini və Menua hökmdarlarının (e.ə. 9-8-ci əsrlər) adları xatırlanır. Yuxarıdakılar Urartunu gücləndirən hökmdarlar kimi tanınırlar-onlar qalalar tikmiş, ərazilər fəth etmiş və Xaldi tanrısının kultunu dövlət dini səviyyəsinə yüksəltmişdilər.

V.A. İqumnov tərəfindən çəkilmiş fotoşəkil-1989-cu il.

Arsini və Aniani şəhərlərinin fəthi Urartunun ərazi genişlənməsi siyasətini göstərir. “Fəth etdilər” və “dağıtdılar” ifadələri urartuluların hərbi qələbəsini güc nümayişi kimi vurğulayır.

Qələbədən sonra, Xaldi tanrısının şərəfinə obelisk ucaldılması urartu ənənəsinə xas idi-hərbi uğurları ilahi himayə ilə əlaqələndirmək. Xaldi Urartunun ali və müharibə tanrısı idi və onun kultu hökmdarın legitimliyini möhkəmləndirirdi. Fəth edilmiş ərazilərdə müəyyən edilən xüsusi ayin vasitəsilə-Xaldiyə və onun “həyat yoldaşına” qurban təqdim olunması ilə-urartu dini sistemi birbaşa siyasi nəzarət vasitəsi kimi təsis edilirdi.

Naxicevanın Cuğa (Culfa) rayonunda, erməni Xoşakunik yaşayış məntəqəsinin yaxınlığında yerləşən Odzasar dağının qərb hissəsində yerləşən, uzunluğu 100 sm uzunluğu olan, 5 sətirdən ibarət və zamanla aşınmış kitabə son günlər Azərbaycan siyasi təbliğatının alətinə çevrilib və onu müasir milli kimliklərlə süni şəkildə əlaqələndirilməsi kitabənin əsl tarixi-elmi dəyərini və əhəmiyyətini kölgədə qoyur.

Telegram kanalımıza abunə olun