2026
2026-03-21
Azərbaycan hökuməti davamlı olaraq Artsaxı “yenidən qurduğunu”, turistlər üçün sərhədləri açdığını, giriş icazəsi və onlayn qeydiyyat sistemləri tətbiq etdiyini iddia etsə də, xarici səyahətçinin təqdim etdiyi faktlar başqa mənzərəni göstərir.
Koreyalı səyyah Yang Min bir neçə gün əvvəl YouTube səhifəsində video yayımlayaraq Artsax səfəri barədə danışıb. O, bu səfəri “129 ölkə üzrə səyahətləri ərzində ən çətin səfər” kimi təsvir edir. Səfər zamanı turistin müşahidə etdikləri isə Azərbaycan tərəfinin təqdim etdiyi “reallıq”la heç bir əlaqəsi yoxdur.
Artsaxın erməni abidələri
Yang Minin səfərinin məqsədi həm də Artsaxdakı erməni izlərini və erməni abidələrini görmək olub.Lakin, o, videosunda qeyd edir ki, bəzi erməni abidələrinə-xüsusilə Stepanakertin Ana kilsəsinə ziyarət təşkil etmək üçün etdiyi çoxsaylı müraciətlər cavabsız qalıb. Bu müraciətlər “gecikirik” və ya “sonra ziyarət edərik” kimi yayınan cavablarla rədd edilib. Səyyah vurğulayır ki, qrupa Stepanakert şəhərində gəzməyə belə icazə verilməyib. O, Stepanakerti belə təsvir edir: “Faciə, kədər. Hara getsən, boş evlərdir”. Koreyalı qeyd edir ki, hər yerdə erməni abidələri ya dağıdılıb, ya da “yenidən qurulub”.
Qeydiyyat saytının çatışmazlıqları
2025-ci ilin iyul ayında Azərbaycan hökuməti Artsaxa səfər edən turistlərə icazə verilməsi prosesini asanlaşdırmaq və sürətləndirmək məqsədilə xüsusi prosedur tətbiq edib. Lakin videodan göründüyü kimi, Artsaxa giriş üçün nəzərdə tutulan onlayn icazə sistemi nə ölkə xaricindən, nə də ölkə daxilindən düzgün işləmir. Turistlərə yeganə real imkan əvvəlcədən təşkil olunmuş qrup turları ilə səfər etmək olaraq qalır. Bu turlar isə yalnız turistlərin bölgədə sərbəst hərəkət və araşdırma imkanlarını məhdudlaşdırmır, həm də onları əvvəlcədən müəyyən edilmiş və sərt gündəm çərçivəsində hərəkət etməyə məcbur edir. Məsələn, turist qeyd edir ki, bələdçi ermənilərə və yerli erməni mədəniyyətinə aid olan hər hansı sualdan israrla yayınır, yaxud Azərbaycanın rəsmi siyasi xəttindən müəyyən qədər kənara çıxan mövzulara toxunmaqdan çəkinirdi.
Koreyalı maraqlı paralellər apararaq qeyd edir ki, əgər “keçmişdə Ermənistandan Artsaxa xarici səyahətçilər üçün birbaşa pasport nəzarət məntəqəsi mövcud idisə”, indi “bölgəyə səfərin yeganə yolu Azərbaycandan qərb istiqamətində xüsusi icazələrlə hərəkət etməkdir”. O əlavə edir ki, Akna (Ağdam) sərhədində “yalnız şəxsiyyəti təsdiq edən sənəd deyil, həm də səyahət icazəsi yoxlanılır”.
Yaşayışla bağlı problemlər
Azərbaycan hökumətinin Artsax ərazisini yenidən məskunlaşdırmaq istiqamətində göstərdiyi böyük səylərinə baxmayaraq, burada turistlər üçün nəzərdə tutulmuş şərait hələ də kifayət qədər yaxşı səviyyədə deyil. Beynəlxalq platformalarda Stepanakert şəhərində yerləşən heç bir otel haqqında məlumat qeydə alınmayıb. Səyyah vurğulayır ki, bu sahədə də “Azərbaycan qonaqpərvərliyi” adlandırılan yanaşma xarici turistləri aldatmaqdan və onlardan bir neçə dəfə artıq məbləğ tələb etməkdən uzaq deyil.
Səyahət zamanı yaranan problemlər
Koreyalı turist qeyd edir ki, Artsax ərazisində rabitə yoxdur. O, bölgə ilə bağlı əvvəlcədən heç bir məlumat və ya bələdçi material almadığını bildirir. Turist həmçinin xidmət sahəsində çalışanların soyuq və pis münasibətindən də narazı qaldığını vurğulayır. “Budur, Artsaxa səyahət etməyin yeganə mümkün forması-o da qrup turları vasitəsilə” ,-deyə o qeyd edir.
“Bələdçi, yoxsa təbliğatçı?”
Bələdçinin təsviri həm də Azərbaycan hökumətinin apardığı siyasətin ümumi mənzərəsini əks etdirir: davamlı susqunluq, suallardan yayınma, tarixi kontekstin tam olmaması, açıq-aşkar təbliğat, qərəzli və siyasiləşdirilmiş şərhlər, keçmiş erməni rəhbərliyinə qarşı səsləndirilən təhqiramiz ifadələr və s. Səyyahın sözlərinə görə, burada açıq şəkildə “beyin yuyulması” prosesi müşahidə olunurdu. Yang Min bildirir: “Bayraqların nümayişindən, gur azərbaycan musiqisindən və nizamsız vandalizmdən əlavə, biz gördük ki, azərbaycanlılar hər şeyin erməni ilə bağlı olan hissəsinin məhv etməsini istəyirlər”.
Kütləvi aldatma
Koreyalı turist videosunu maraqlı ifadələrlə yekunlaşdırır։ “Bakıdakı kirayə avtomobil sürücüsündən tutmuş küçə fırıldaqçılarına, otel problemlərindən restoran işçilərinə qədər — ölkənizin imicini tamamilə zədələdiniz.”
“Düzünü desəm, indiyə qədər yalnız neft pullarını və heç bir real dəyəri görmədim”,-deyə turist səfərini yekunlaşdırır.