2026
2026-03-06
Azərbaycan-İran münasibətlərinin pisləşməsi fonunda mart ayının 5-də Azərbaycanda iranofobiya dalğası yeni vüsət aldı. Xüsusilə bu, Azərbayca Prezidentinin sədirliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında öz əksini tapıb. İclas zamanı İlham Əliyev İran tərəfinin ünvanına təhdidlər və təhqiramiz ifadələr səsləndirərək onu “namərd, şərəfsiz, nakişi” ifadələri ilə xarakterizə etdi.
Azərbaycan prezidentini nə qəzəbləndirmişdi...?
2026-cı ilin mart ayının 5-də, Azərbaycan tərəfinin iddiasına görə, İran pilotsuz uçuş aparatları Naxçıvan ərazisinə zərbələr endirib. Bildirib ki, PUA-lardan biri Naxçıvan Beynəlxalq aeroport ərazisinə, digəri isə Şəkərabad kəndindəki məktəbin yaxınlığına düşüb.
Çıxışı zamanı İlham Əliyev baş verənləri terror aktı kimi qiymətləndirib və İran rəhbərliyindən müvafiq izahat verilməsini, həmçinin üzr istənilməsini tələb edib. Bundan əlavə, prezident vurğulayıb ki, Azərbaycanın silahlı qüvvələri istənilən addıma hazır olmalıdır.
Azərbaycan prezidenti daha da irəli gedərək İran Atropatena vilayətində yaşayan türkdilli əhali arasında separatçılıq toxumları səpməyə çalışıb.
“Bu gün İranda yaşayan “azərbaycanlıların” ümidi müstəqil Azərbaycan dövlətidir”,-deyə İlham Əliyev bildirib.
Öz fəaliyyət üslubuna sadiq qalaraq, Azərbaycan tərəfi baş verən hadisələrlə paralel olaraq, təbliğat xarakterli fəal fəaliyyətini davam etdirir və Azərbaycan sosial şəbəkələrində İranın Azərbaycan (Atropatena/Azərbaycan) vilayəti ilə bağlı ərazi iddialarına dair tezisləri aktiv şəkildə dövriyyəyə buraxır. Xüsusilə, Musavat.com və Axar.az xəbər portallarının Telegram kanallarında “Təbrizin gözü yoldadır” siyasi şüarı ilə paylaşımlar yayılıb. Faktiki olaraq, bu cür paylaşımlarla Azərbaycan tərəfi İran İslam Respublikasına qarşı açıq ərazi iddiaları nümayiş etdirir.

Əliyevin çıxışından sonra İranın mövcud hakimiyyətinə qarşı aqressiya və hörmətsiz bəyanatlar Azərbaycan mediasında sürətlə yayılmağa başladı. Belə ki, APA xəbər agentliyi hadisəni tələsik şəkildə belə başlıqla təqdim etdi: “Nankor molla rejimi öz həqiqi simasını göstərdi”.

Ölkənin birinci şəxsi tərəfindən İrana ünvanlanan ifadələrin “söz ehtiyatının” seçimi həm yerli, həm də beynəlxalq media qurumlarının diqqətini cəlb etdi.
Fransa “Le Monde” qəzeti yazdı: “Azərbaycan İranın “terrorçu” pilotsuz uçuş aparatlarının zərbələrinə cavab zərbəsi endirməklə hədələyir”. “France 24.com” isə Əliyevin sözlərini belə şərh etdi-“Azərbaycan İranın “terrorçu” pilotsuz uçuş aparatlarının zərbələrindən sonra qisas alacağını vəd edir”. Öz növbəsində, “The Canberra Times” baş verən hadisələrə toxunaraq yazdı. “İran pilotsuz uçuş aparatının ehtimal edilən zərərsizləşdirilməsindən sonra Azərbaycan ordusu döyüş hazırlığı vəziyyətinə gətrilib”.
Bəs əslində nə baş vermişdi...?
Azərbaycan tərəfi əvvəlcədən İranın iki pilotsuz uçuş aparatının (PUA) düşdüyünü bəyan etdi. Bunun ardınca Azərbaycan Xarici İşlər Nazirliyi qısa müddət ərzində müvafiq izahat verməyi və gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyi tələb edir.
“İran İslam Respublikası ərazisindən həyata keçirilmiş pilotsuz uçuş aparatlarının bu hücumlarını qətiyyətlə pisləyirik. Nəticədə hava limanının binası zədələnmiş və iki mülki şəxs xəsarət almışdır. Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir”,-deyə Azərbaycan Xarici İşlər Nazirliyin bəyanatında qeyd olunur.
Hadisə ilə bağlı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu və İran tərəfinə etiraz notası təqdim edildi. Bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyi də bəyanat yaydı-“ baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür” və “bu hücum aktları cavabsız qalmayacaq”.
Daha sonra Azərbaycan mətbuatında “İran dörd pilotsuz uçuş aparatı ilə hücum edib”,-rəsmi, “Müdafiə Nazirliyi 4 pilotsuz uçuş aparatın hücumu ilə bağlı məlumat yayıb”, “İran dörd pilotsuz uçuş aparatı ilə hücum edib-Müdafiə Nazirliyi” başlıqlı xəbərlər dövriyyəyə buraxıldı və bu xəbərlərdə Azərbaycan Müdafiə Nazirliyinə istinad edilirdi. Amma əslində, Naxçıvan ərazisinə neçə PUA düşdüyü və onların İran istehsalı olub-olmaması hələlik məlum deyil...