2026
2026-03-10
“Qarabağda yenidən məskunlaşdırılan” insanların yeni qrupları, mənzillərin təntənəli şəkildə təqdim olunan açarları, fotolar, alqışlar və “məmnun” baxışlı növbəti ailə-Azərbaycan mediası hər həftə Artsaxın yenidən məskunlaşdırılması barədə bunun kimi “məlumat verir”. Bəs reallıq nədir...?
Günlər əvvəl, Azərbaycan parlamentinin növbəti iclası zamanı, deputat Razi Nurullayev diqqətçəkən bir bəyanatla çıxış edib. O, dövlətin “Qarabağa qayıdanlar” üçün evlər tikməsinə qarşı olduğunu bildirib və bunun əvəzinə yaşamağa əlverişli şərait yaradılmasını təklif edib. Deputatın sözlərinə görə, insanlar torpağa daha çox bağlanmaları üçün evlərini özləri tikməlidirlər. Nurullayevin çıxışından aydın olur ki, “qayıdanlar”ın bir çoxu sonradan yenidən Bakıya qayıdırlar. Onun fikrincə, Qarabağın “bərpasına” yalnız dövlət layihələri çərçivəsində proqramların həyata keçirilməsi kifayət deyil, iqtisadi xüsusi zonalardan kənarda da özəl sektora fəaliyyət göstərməyə imkan verilməlidir.
Nurullayevə qarşı çıxaraq, bəzi deputatlar işğal olunmuş ərazilərdə həyata keçirilən investisiyaları və hökumətin apardığı siyasətini əsaslandırmağa çalışıblar. Hətta Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova müdaxilə edərək bildirib ki, heç kim məcburi şəkildə qayıtmayıb-hər şey könüllü şəkildə baş verir.
Azərbaycanın rəsmi məlumatlarına görə, Qarabağda “yenidən məskunlaşdırılanların” sayı təxminən 75 min nəfərdir.
“Qayıdış” proqramı ilə bağlı bir neçə mühüm məqamı qeyd edək:
Yayılan fotolarda görünür ki, yenidən məskunlaşdırılanlar arasında yaşlıların sayı çoxdur. Bu isə o deməkdir ki, hətta pulsuz ev və ya mənzil verilməsi, eləcə də tikiş fabrikində iş imkanı belə insanlar, xüsusilə də artıq uzun illərdir Bakıda və Azərbaycanın digər şəhərlərində yaşayan və ya daim orada yaşamış gənc ailələrə o qədər də cəlbedici deyil.
Bundan əlavə, insanlar çox vaxt heç vaxt yaşamadıqları yerlərə köçürülürlər. Məsələn, Artsaxın Haterk, Karmir Şuka (Qırmızı Bazar) və digər yaşayış məntəqələri hətta sovet dövründə belə tamamilə ermənilərin yaşadığı kəndlər olub.
Azərbaycan hakimiyyəti qeyd edir ki, keçən 5-6 il ərzində “yenidənqurma” işləri üçün təxminən 15 milyard dollar sərmaya qoyulub. Bu vəsaitin böyük hissəsi iri infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilib.
Nümunə olaraq, Araks vadisi bölgəsində yeni yaşayış məntəqələrinin tikintisini qeyd edək. Bu, əsasən nümayiş xarakteri daşıyır və həmin yaşayış məntəqələri “öz həyatını yaşayan təbii orqanizmə” çevrilmir.
Bakı Artsaxı qapalı zona kmi saxlamağa davam edir, burada məskunlaşdırılan sakinlərə fəaliyyət və gediş-gəlişi məhduddur. Əslində, Qarabağa köçürülmüş azərbaycanlıların necə yaşadığını demək çətindir, çünki ölkədə azad mətbuat yoxdur, təqdim olunan məlumatlar, fotolar və videolar isə yönləndirilmiş, süzgəcdən keçirilmişdir və yalnız təbliğat xarakteri daşıyır. Bu proseslər çox vaxt korrupsiya mexanizmləri ilə də bağlı olur. Sosial şəbəkələrə sızan azsaylı videolar və paylaşımlar göstərir ki, məskunlaşdırma ilə, paralel olaraq, azərbaycanlılar Artsaxda erməni mədəni irsini və abidələrini məhv edir.