2026
2026-02-16
Şahkert Ermənistan Krallığının Sünikin Yerncak əyalətinin (nahiyə) məşhur yaşayış məntəqələrindən biri idi, haqqında ilk qeydlər 13-cü əsrə aiddir. Tanınmış erməni tarixçisi Stepanos Orbelyanın yazdığına görə, kənd hər il Tatev monastırına 8 dahekan (manat) vergi[1] ödəyirdi.
Məlumdur ki, orta əsrlərdən etibarən, erməni toponimləri ilə yanaşı, həm də bəzən peşələri göstərən əcnəbi adlar istifadə olunub. Bu cür yer adlar əsasən türk mənşəli “-çi” şəkilçisi ilə[2] bitirdi. Şahkert həm də Qazançı adı ilə tanınırdı, bu isə “Qazan istehsal edən kənd”[3] anlamına gəlirdi.
Kənd Yerncak çayının sağ sahilində bağlarla zəngin və düzənlik ərazidə yerləşir. 1919-cu ilə qədər əhali yalnız ermənilərdən ibarət olmuşdur. 1826-1828-ci illərin Rusiya-İran müharibəsindən sonra, 1828-1829-cu illərdə, Salmastdan buraya çoxlu erməni ailəsi mühacirət edib. 1915-1918-ci illər ərzində kənddə təxminən 400 ev erməni əhalisi[4] olub. Əhali çox olduğundan Şahakert bəzən kənd əvəzinə qəsəbə adlanırdı.
13-17-ci əsrlərdə şahakertlilər arasında misgərlik geniş şəkildə yayılmışdı (buna görə Qazançı, yəni qazan istehsal edən).
Ənənəyə görə, kənddə 1500 ev olub və 42 dəyirman[5] işlədib. Lakin 19-cu əsrin 2-ci yarısından kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və arıçılıq olub. Yerli əhali Şahkert adının mənşəyini bir əfsanəyə bağlayır, həmin əfsanəyə görə, fars şahı kəndə daxil olub və kənd sakinləri buna görə əvvəlcə onu “Şah girdi” (mənası “Şah gəldi”) adlandırıblar, daha sonra isə ad dəyişərək Şahkert[6] olmuşdur.
Digər bir folk etimologiyasına görə, kəndin Qazançı adı tunc işləmə ilə bağlı deyil, “qazançı, kazançı” sözləri ilə bağlıdır ki, bu sözlər “mühakimə etmək, qazanmaq”[7] mənasına malikdir.
Şahkert kəndi 1749-1750-ci illərdə Hovhannes Xandamiryanın başçılığı ilə Naxicevanın Heydərqulu xanına qarşı üsyan etmişdir. Bu döyüşlərdə şahkertlilər özləri əridərək hazırladıqları top və mərmilərdən istifadə ediblər. Nəticədə üsyan yatırılıb və şahkertlilər Kapana[8] köçüblər. Heydərqulu xanın qisasından qaçmaq məqsədi ilə sonradan Qazançı kəndinin sakinləri Artsaxa-Şuşiyə köçərək Qazançetsots məhəlləsini[9] salıblar. Burada da 1868-1887-ci illərdə Şuşinin Surb (Müqəddəs) Amenaprkiç (Xilaskar) kilsəsini inşa ediblər, həmin kilsəsinin açılışı 1888-ci ilin sentyabr ayının 20-də[10] baş tutub.
Şahkertdə 1897-ci ildə dövlət (rus) məktəbi[11] açılmışdır.
16-cı ilin görkəmli erməni katolikosu Azaria Cuğayetsi[12], işxanlar (hakim) Hovhannes və Vardazar Xandamiryanlar, qoşun komandiri Qazançetsi Qazar, Şuşidə yaşayan varlı tacirlər və xeyriyyəçilər Markos və Zahrap Tarumyanlar[13] və s. məşhur şahkertlilər arasında olmuşdur.
Sovet dövründə kənddə ermənilər və azərbaycanlılar yaşamışdır. Lakin 1974-cü ildən sonra burada artıq ermənilər yaşamamışdır[14].
Kənd ərazisi tarixi-mədəni abidələrlə zangindir, lakin onların böyük əksəriyyəti hazırda xarabalıq vəziyyətindədir.
Surb (Müqəddəs) Amenaprkiç (xilaskar) monastırı Şahkertin mərkəzi hissəsində yerləşir, həmin monastır 12-13-cü əsrlərdə inşa olunub, 1654-cü ildə isə təmir olunub. Giriş qərb, şimal və cənub fasadlarındadır. Qərb fasadında yazılar mövcuddur, girişlər isə bəzəkli oyma naxışlarla bəzədilmişdir. Monastır 1990-cı illərin əvvəllərində hələ də salamat vəziyyətdə olmuşdur.
Şahkertin Surb (Müqəddəs) Hovhannes kilsəsi 12-13-cü əsrlərdə inşa edilmişdir. Kəndin cənub-şərq hissəsində yerləşirdi, girişi isə qərb fasadında idi. Divar rəsmləri, fiqurlu relyeflər və bəzəkli oyma naxışları yox idi. Hazırda kilsə dağıdılmış vəziyyətdədir.
Yerncak çəyının üzərində 1551-ci ildə Poğos Qazançetsi vardapeti tərəfindən Şahkert körpüsü inşa edilmişdir və hazırda fəaliyyət göstərir.
Qədim qəbiristanlıq kəndin şimal-şərq hissəsində yerləşir, həmin qəbiristanlıq 10-18-ci əsrlərə aiddir. 700-720 məzar daşı qorunub saxlanılmışdır, onlardan 236-sı[15] kitabəlidir.
Yeni qəbiristanlıq kəndin cənub-qərb hissəsində yerləşir və 18-20-ci əsrlərə aiddir. Burada 400-410 qəbir daşı qorunub saxlanılmışdır, onlardan 270-275-i kitabəlidir. 18-19-cu əsrlərə aid kitabələrin bir qismi dağılıb[16]. 17-20-ci əsrlərə aid digər bir qəbiristanlıq kəndin şimal tərəfində yerləşir. Burada 71 qəbir daşı qorunub saxlanılmışdır, onlardan 23-ü kitabəli[17].
10-12-ci əsrlərdə inşa edilmiş Şahkertin qalası kəndin şimal tərəfindəki kəskin uclu dağ zirvəsində yerləşirdi. Sünikin və Yerncak nahiyəsinin erməni işxanları (hakim) tərəfindən inşa edilmişdir. 18-ci əsrdə qala şahkertli zadəgan Hovhannes Xadamiryan tərəfindən yenidən tikilmişdir. Daxili qalası dağın zirvəsində-əlaçatmaz yerdə yerləşirdi, divarları daşdan idi, qalanın ornamentlərlə bəzədilmiş. Hazırda qala dağıntı vəziyyətindədir.
Kəndin şimal-şərq məhəlləsində 16-17-ci əsrlərdə inşa edilmiş Şahkertin karvansarası yerləşirdi: xarabalıq vəziyyətindədir.
Şahkert kəndi hazırda Naxicevan Muxtar Respublikasının Culfa rayonunda yerləşir, azərbaycanlılar yaşayır[18].
Ədəbiyyat
M. Çamçyan, Ermənistan (erməniləri) tarixi, 3-cü cild, Yerevan 1984.
Gevond Alişan, Sisakan, Venesiya, 1893.
St. Orbelyan, Sünik ölkəsinin tarixi, Yerevan 1986.
Arakel Davrijetsi, Tarix, Yerevan, 1988.
M. Barxudaryan, Artsax, Bagu, 1895.
M. Barxudaryan, Artsax, Yerevan, 2019.
Matenadaranın farsca sənədləri III, Şəriət üzrə notariat sənədləri (16-17-ci əsrlər), Yerevan 2018.
T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 3-cü cild, s. 1, Yerevan Universitetinin nəşriyyatı, Yerevan, 1991.
T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 4-cü cild, s. 1, Yerevan Universitetinin nəşriyyatı, Yerevan, 1998.
Ayvazyan A., Naxicevan MSSR-in erməni abidələri. Toplu siyahı. Yerevan, 1986.
Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012.
V. Balayan, Şuşi, Yerevan, 2017.
[1] St. Orbelyan, Sünik ölkəsinin tarixi, Yerevan 1986, səh. 403.
[2] Matenadaranın farsca sənədləri III, Şəriət üzrə notariat sənədləri (16-17-ci əsrlər), Yerevan 2018, səh. 49.
[3] Gevond Alişan, Sisakan, Venesiya, 1893, səh. 362.
[4] Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 3, s. 1, Yerevan 1991, səh. 497-498.
[5] Gevond Alişan, Sisakan, Venesiya, 1893, səh. 362.
[6] Eynisi-səh. 362.
[7] Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 4-cü cild, s. 1, Yerevan 1998, səh. 56-57.
[8] M. Çamçyan, Ermənistan (ermənilər) tarixi, 3-cü cild, 56 Yerevan, 1984, səh. 842-848.
[9] V. Balayan, Şuşi, Yerevan, 2017, səh. 96.
[10] M. Barxudaryan, Artsax, Bagu, 1895, səh. 138, eləcə də-M. Barxudaryan, Artsax, Yerevan, 2019, səh. 138.
[11] Naxicevan: xəritə kitabı, Yerevan, 2012, səh. 23.
[12] Arakel Davrijetsi, Tarix, Yerevan, 1988, səh. 278.
[13] V. Balayan, Şuşi, Yerevan, 2017, səh. 146.
[14] Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, cild 4, s. 1, Yerevan 1998, səh. 56-57.
[15] Ayvazyan A., Naxicevan MSSR-in erməni abidələri. Toplu siyahı. Yerevan, 1986, səh. 73.
[16] Eynisi-səh. 74.
[17] Eynisi-səh. 74.
[18] Şahkert hazırda Qazançı adlanır.