2026

Su ehtiyatları siyasi rıçaq kimi: Samur çayı Bakının strategiyasında

2026-02-09

Rusiya və Azərbaycan arasında dövlət sərhədi ətrafında yaranmış fikir ayrılıqları 2024-cü ilin dekabr ayında Azərbaycan təyyarəsi ilə bağlı baş vermiş insidentdən və 2025-ci ilin iyun ayında Rusiyada bir sıra azərbaycanlıların həbs olunması ilə başlayan gərginlikdən sonra yenidən aktuallaşıb. Tarixi reallıqları və faktları nəzərə almadan Azərbaycan Dağıstanın Dərbənd şəhərinə və Samur çayına bitişik digər ərazilərə qarşı iddialar irəli sürməyə başlayıb.

Azərbaycanın sabiq xarici işlər naziri və siyasi analitik Tofiq Zülfüqarovun sözlərinə görə, “Dərbəndin azərbaycanlıları Rusiyanın ən qədim yerli xalqlarından biridir”. Bununla keçmiş diplomat azərbaycanlıları Azərbaycana qayıtmağa çağırış edən rus millətçilərinə cavab verib. Rusiya tərəfində keçmiş xarici işlər nazirinin bu açıqlaması ərazi iddiası kimi qəbul edilib.

Digər bir azərbaycanlı siyasi şərhçi Azər Həsrət Dağıstanı, Çeçenistanı və İnquşetiyanı “ruslarsız respublikalar”, Dərbəndi isə qədim Azərbaycan şəhəri adlandıraraq iddia edib ki, “Moskva Qafqazın və digər ərazilərin taleyini müəyyən etməməlidir”.

Rusiya mətbuatı isə, öz növbəsində, 1813-cü il Gülüstan müqaviləsini (bu müqavilə ilə İranın Dərbəndi Rusiyaya güzəştə getdiyini) xatırlatmağa, Azərbaycan dövlətinin və “azərbaycanlı” etnoniminin Sovet İttifaqı tərəfindən süni şəkildə yaradıldığına dair dəlillər gətirməyə başlayıb. Bu cür müasir mübahisələr yüksək səviyyədə aparılmadığına baxmayaraq, onların siyasi yuxarı dairələr tərəfindən məzmun etibarilə yönəldirildiyi və tarixi keçmişi olan dərin ziddiyyətlərin mövcudluğu açıq şəkildə görünür.

Samur çayının boyunca sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı ilk qərar 1921-ci ilin yanvar ayının 20-də qəbul edilib. Bununla RSFSR tərkibində Dağıstan MSSR yaradılıb. Rusiya tərəfində-Dağıstanın (Samur-Dərbənd su kanalı), Azərbaycan tərəfində isə Bakı, Sumqayıt və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin (Samur-Abşeron su kanalı) su təchizatı və suvarılmasında mühüm rol oynayan Samur çayı sahəsində ərazi mübahisəsi və çayın su ehtiyatlarından istifadfə ilə bağlı fikir ayrılıqları 1950-ci illərdən başlayıb. 1954-cü ildə Azərbaycanın Xaçmaz rayonunun otlaq sahələrinin bir hissəsi 30 il müddətinə Dağıstanın Maqarəmkənd rayonunun kolxozlarına verilib. Həmin müqavilə 1984-cü ildə daha 20 il müddətinə uzadılıb.

1957-ci ildə Samur-Dəvəçi kanalı üzərində suqəbuledici bənd inşa edilib. Həmin il ərzində Azərbaycan SSR-in xahişi ilə Sovet İttifaqı Dağıstanın Maqarəmkənd rayonunda Samurun ən iri hidrotexniki qovşağını tikib. Sistem Dağıstanın cənubi ərazilərini və Azərbaycan ərazisinin xeyli hissəsini-Zaqataladan Abşeron yarımadasınadək-su ilə təmin etməyə nəzərdə tutulmuşdu.

Yeni su sistemlərinin istismarı nəticəsində meşə sahələri daha az suvarılmağa başlayıb. 1960-cı illərdə Samur çayı sahəsində ekoloji vəziyyətin pisləşməsi və biomüxtəlifliyin azalması qeydə alınıb.

Çayın su ehtiyatlarının paylanması SSRİ-nin Su Ehtiyatları Nazirliyinin 1967-ci il 7 oktyabr tarixli protokolu ilə tənzimlənib. Buna əsasən suyun 33.7 %-i ekoloji buraxılış kimi müəyyən edilib, 16.7 %-indən istifadə hüququ Dağıstana, 49.6%-i isə Azərbaycana ayrılıb. Lakin su təchizatı sisteminə nəzarəti ələ keçirməsi nəticəsində Azərbaycan tərəfi bəzən su həcminin hətta 90%-dək hissəsini istifadə edib. Faktiki olaraq ərazilərin və suyun qeyri-bərabər mübadiləsi baş verib, bu da sonradan yeni narazılıqlara səbəb olub.

Sovet İttifaqının dağılmasından sonra-1991-ci ildə, inzibati sərhədi Rusiya ilə Azərbaycan arasında dövlət sərhədinə çevrildi və bununla da yerli ləzgiləri, avarları və digər xalqları artıq dövlət baxımından da bir-birindən ayırdı. Nəticədə, suvarma və içməli suyun qeyri-bərabər bölüşdürülməsi probleminə sovet dövründən bəri dərinləşən etniklərarası ziddiyyətlər də əlavə edilib. Azərbaycan tərəfində qalan ləzgilərin məcburi şəkildə “azərbaycanlaşdırılmasına” başlanıldı, ləzgi “Sadval” hərəkatı terrorçu elan edildi, fəallar həbs olundu, ləzgi dilinin və onun dərsliklərinin istifadəsi qadağan edildi. “Cənub” və “Şimal” ləzgiləri arasında istənilən əlaqə Azərbaycan təhlükəsizlik xidmətləri tərəfindən nəzarətdə saxlanıldı. Dağıstanda isə yerli idarəetmə orqanlarında azərbaycanlıların sayının artması fonunda ləzgilərin maraqları, o cümlədən Samur çayının su ehtiyatlarına çıxış məsələsi arxa plana keçirildi.

2007-ci ilin vəziyyəti ilə qeydə alınıb ki, Rusiya və Azərbaycan arasındakı sərhədin 5-10%-i hələ də delimitasiya olunmayıb. Hələ də mübahisəli qalan sahələr Balakən rayonunda (Azərbaycan, Rusiya və Gürcüstan sərhədlərinin kesişmə nöqtəsi), Xaçmazın meşəlik ərazilərində və Samur çayının mənsəbi yaxınlığında yerləşən hissələrdir. 2008-ci ildə Bakı Samur-Abşeron hidrotexniki sisteminin yenidən qurulmasına başlayıb, bunun nəticəsində isə çaydan su götürülməsi artıb, ekoloji tarazlıq isə pozulub.

2009-cu ildə Azərbaycandakı Rusiyanın səfiri Vasili İstratov bəyan edib ki, Azərbaycanla Rusiya arasında sərhədlərin delimitasiyası məsələsinin həllinə Samur çayından istifadə və onun mühafizəsi ilə bağlı fikir ayrılıqları mane olur. Məsələ əsasən onunla bağlı idi ki, Azərbaycan tərəfi suyun böyük hissəsindən istifadə edib, bunun nəticəsində Dağıstan sakinləri bağlarını suvarmaq imkanından məhrum qalıblar.

Uzun sürən danışıqların nəticəsində, 2010-cu ilin sentyabr ayının 3-də Bakıda Azərbaycan və Rusiya arasında “Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli şəkildə istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” razılaşma (saziş) imzalanıb. Həmin sazişə əsasən, suyun 30.5%-i ekoloji buraxılış kimi nəzərdə tutulub, qalan hissəsi isə tərəflər bərabər istifadə edilməli idi. Birgə komissiya yaradılıb, yuxarıdakının məqsədi çayın su ehtiyyatlarını paylanması ilə bağlı bütün məsələlərin ədalətli və beynəlxalq praktikaya uyğun həlli elan edilib. Komissiya sonrakı illər ərzində mütəmadi iclaslar keçirərək Samur çayının su ehtiyatlarının bölgüsü və monitorinqi, Samur hidrotexniki sisteminin birgə istismarı və digər məsələləri müzakirə edib. Müzakirələrdən sonra gələcək fəaliyyətlə bağlı protokollar imzalanıb. Həmin gün Bakı şəhərində Rusiya və Azərbaycan arasında dövlət sərhədi haqqında müqavilə imzalanıb. Bununla, əslində, Rusiya Azərbaycan ilə dövlət sərhədi haqqında müqavilə imzalayan ilk ölkəyə çevrilib. Saziş elan olunanda bəyan edilib ki, sərhəd məsələləri yoxdur və müqavilə dağıstanlıların maraqlarına xidmət edir. Lakin sərhədin delimitasiyası işlərinə 2013-cü ildə başlananda müqavilənin əsas müddəaları açıq şəkildə üzə çıxıb və yerli sakinləri təəccübləndirib. Məlum olub ki, müqavilə ilə iki ölkə arasındakı sərhəd Samur çayının sağ sahəsindən mərkəzə köçürülüb. Azərbaycan tərəfinə Dağıstanın Maqarəmkənd rayonundakı ləzgi kəndləri Xrax-Uba və Uryan-Uba kəndləri verilib-burada təxminən 600 nəfər Rusiya vətəndaşı yaşayır.

Yerlilərin narazılıqlarına, mitinqlərinə, ləzgi “Sadval” (Azərbaycan tərəfindən terrorçu kimi tanınıb) və ləzgi “Federal Milli-Mədəni Muxtariyyəti” təşkilatlarının Rusiyanın müxtəlif şəhərlərində keçirdikləri etiraz aksiyalarına baxmıyaraq, müqavilənin müddəaları dəyişdirilməyib. Nəticədə, Azərbaycanın ərazisinə düşən kəndlərin sakinləri yaranmış vəziyyəti ilə razılaşmayaraq, Azərbaycan vətəndaşlığı təklifini rədd edərək tədricən Dağıstana köçüblər. Sonrakı illər ərzində təşkil olunan müzakirələr, qaldırılan məsələlər, verilən təkliflər də heç bir nəticə verməyib.

Suyun bərabər paylanması məsələsi də saziş ilə həll edilməyib-Rusiyaya ayrılmış əvvəlki 19.6% həddi 50% ilə əvəzləndiyinə baxmayaraq. Bakı su ehtiyatlarının böyük hissəsindən istifadəni davam etdirib, bunun nəticəsində Dağıstanın düzənlikləri, xüsusi mühafizə olunan ərazilər quruyub, hətta çayın yatağını dəyişdirməyi planlaşdıraraq öz ərazisini genişləndirmək və rus tərəfinin ləzgi kəndlərini su altında qoymaq məqsədi güdüb. Azərbaycan tərəfində həyata keçirilmiş tikinti işləri nəticəsində ekoloji problemlər kəskinləçib və bu, sakinlərin etiraz aksiyaları, polis ilə toqquşmalar, həbslər və yerli hakimiyyət orqanlara qarşı narazılığa səbəb olub. Dağıstan hissəsində su həcminin azalması yerli sakinlər arasında da gərginliyə səbəb olub-məhdud su həm Dərbənd şəhəri, həm də qonşu kəndlərə kifayətləndirmir.

Bəzi fikirlərə görə, Rusiya öz neft-qaz maraqlarına üstünlük verərək əraziləri Azərbaycana güzəşt edib. Hesab olunur ki, “Dağıstan torpaqları-enerji ehtiyatları müqabilində” müqavilə sayəsində Azərbaycan qazının Avropaya çıxarılmasını-Rusiya maraqlarına zərər verəcək şəkildə, Moskva əngəlləyir. Azərbaycana gəlincə isə, Samur çayı və sahəsində delimitasiya prosesi sadəcə paytaxt və Abşeron yarımadasının su təchizatını təmin etmək və ölkənin su təhlükəsizliyini yüngülləşdirmək məqsədini daşımır, həmin siyasət habelə sərhəd boyu rayonlarında ləzgi əhalisini itaətdə saxlamaq və qonşu ölkələrdə yaşayan azərbaycanlı əhaliyə göstərilən təsirini genişləndirməyə Bakı üçün strateji əhəmiyyət kəsb edir.

Sözü gedənin məntiqi ətrafında Azərbaycan hakimiyyəti Dağıstanın cənubi rayonlarında “yumşaq güc” vasitəsilə öz təsirini möhkəmlətməyə çalışır. Küçələrin Heydər Əliyev adı ilə adlandırılması, məktəblərdə Rusiya prezidenti Putinin portretinin yanında ata və oğul Əliyevlərin şəkillərinin yerləşdirilməsi, Azərbaycan dərslikləri ilə tədris, şagirdlər arasında digər ideoloji işlər bunun bariz nümunələrindəndir. Rusiya məmurlarının fəaliyyətsizliyi və korrupsiya sövdələşmələrində iştirak etməsi fonunda Azərbaycan pasportlarının yerli əhali arasında paylanması, məqsədyönlü sərmayələr, Azərbaycan təbliğat fəaliyyəti haqqında da məlumatlar var.

Rusiya və Azərbaycan arasında Samur çayının sahəsində sərhədin delimitasiya və demarkasiya işləri hələ də başa çatmayıb. Rəsmi məlumatlara görə, proses konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçirilir. Lakin 2025-ci ildə, iki ölkə arasında siyasi ziddiyyətlər fonunda sərhəd və su məsələləri ilə bağlı müzakirələrin yenidən aktuallaşması göstərir ki, Azərbaycan tərəfi hələ də 2010-cu il müqaviləsində əldə etdiyi uğuru əsas götürərək ruhlanır. Bakı cəzasızlıq şəraitində Rusiyanın cənubi bölgələrində təsirini artırmaq siyasətini ardıcıl olaraq davam etdirir. Bu məqsədlə Dağıstan ərazisində Azərbaycan əhalisinin mövcudluğunu, habelə geosiyasi hadisələr konteksində əhəmiyyətindən sui-istifadə edir.

Telegram kanalımıza abunə olun