2026

Tarixi Qafqaz Albaniyasında Beklarkənd kəndi

2026-02-02

Beklarkənd və ya Beqlarkənd yaşayış məntəqəsi Kutkaşendən (hazırda-Qəbələ) 13.8 km cənubda yerləşir. Erməni kəndinin əhalisi buraya 18-ci əsrin sonlarında Artsaxın Xaçen (Xaçın), Varanda (Vərəndə), Craberd (Cilabürt) mahallarından köçüb. Lakin kəndin qəbiristanlığında qorunub saxlanılmış erməni məzar daşları sübut edir ki, ermənilər Beklarkənddə bundan əvvəl də yaşamışlar. 18-ci əsrə qədər naməlüm səbəblərdən kənd boşalmışdır.

1841-ci ilin məlumətlərinə görə, kənddə 617 erməni sakin, 1889-cu ildə isə 841 nəfər olub. Kəndin erməni əhalisi 1901-ci ildə 528, 1905-ci ildə 590, 1914-cü ildə isə 526 nəfər idi.

1875-ci ilə aid bir xatirəyə görə, kənddə erməni dilinin tədris olunduğu özəl bir məktəb fəaliyyət göstərmişdir və burada Ağasi Petrosyan dərs demişdir. Surb (Müqəddəs) Mesropyan adını daşıyan məktəbin açılmasında Nuxa erməni yeparxiyasının rəhbəri, vardapet Qriqoris Ter-Hakobyants böyük töhfə vermişdir. 1878-1879-cu tədris ilində məktəbdə 42, 1880-1881-ci tədris ilində-40, 1889-1890-cı tədris ilində isə 28 şagird təhsil almışdır. 1895-ci ildən etibarən məktəbin fəaliyyəti barədə məlumət yoxdur.

Beklarkənd kəndində Surb (Müqəddəs) Stepanos kilsəsi fəaliyyət göstərmişdir, həmin kilsə barədə ilk məlumət 1821-ci ilə aiddir. Kilsə haqqında son məlumət 1893-cü ildə qeydə alınmışdır. Petros Haxverdyan Xaçatryants (1821-1851-ci illər), Hovhannes Harutyunyants (1836-1845-ci illər), Sargis Ter-Stepanyants (1843-1845-ci illər), Harutyun Ter-Hovhannisyan-Ter-Avagyants (1856-1861-ci illər), Mkrtiç Ter-Petrosyan Beklarbekyants (1861-1868-ci illər), Hovhannes Ağbalyants (1888-ci ildə xatırlanıb), Yeğişe Ter-Hovsepyan (1908-1912-ci illər) Surb (Müqəddəs) Stepanos kilsəsinin keşişləri idi.

Beklarkənd ərazisində üç qəbiristanlıq qorunub saxlanılmışdır. Kənd kənarındakı qəbiristanlıqda 18-ci əsrdə kənddə məskunlaşmış Artsax erməniləri dəfn olunmuşlar. Bu qəbiristanlıqda dəfn mərasimləri 1918-ci ilə qədər aparılmışdır. Digər iki qəbiristanlıq orta əsrlərə aid olmuşdur.

1918-ci ildən sonra Beklarkənd erməni kəndi barədə məlumət yoxdur. Həmi ildə bütün Şərqi Zaqafqaziya ərazisində yerli türk qüvvələri və bölgəyə daxil olmuş osmanlı qoşunları tərəfindən təşkil edilən ermənilərin kütləvi qırğınlarında habelə Beklarkəndin erməniləri qurban olmuşlar.

Ədəbiyyat

Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il, səh. 113.

Xoy-Zade “Nor Dar”, 1895-ci il, N 223, 19 dekabr, səh. 2.

Karapetyan S., Albaniyanın özü, erməni memarlığının araşdırma (tədqiqi) fondu, 2024-cü il, kitab 22, 1-ci hissə, səh. 247-250.

Humanitar cəmiyyətin ümumi yığınacağı.

“Mşak”, 1888-ci il, N 17, 11 fevral, səh. 1,

Syunetsi, Məqalələr (Məktub yazışmaları), “Nor Dar”, 1887-ci il, № 86, 3 iyun, səh. 2.

Telegram kanalımıza abunə olun