2026
2026-01-07
Rusiya Federasiyasının Dağıstan Respublikasına olan Azərbaycan maraqlarının bir əsrdən artıq tarixi var. 1917-ci ildə Zaqafqaziya hökumətinin müsəlman (tatar) fraksiyasının rəhbərləri müxtəlif səviyyələrdə Şimali Qafqazın müsəlman dövlət birləşmələrinin Zaqafqaziyaya birləşdirilməsi məsələsini dəfələrlə qaldırdılar. 1921-ci ilin yanvar ayının 20-də Azərbaycan SSR-dən Samur çayı boyunca uzanan inzibati sərhədlərlə ayrılan Dağıstan MSSR yaradıldı.
Dağıstana daim maraq göstərən ölkələr sırasında Türkiyə də olmuşdur-burada sünni müsəlman əhalinin üstünlük təşkil etməsinə söykənərək-habelə İran da, hansı ki, fars hakimiyyətinin varisi kimi 1813-cü il Gülüstan müqaviləsi ilə bu ərazini Rusiyaya güzəştə etmişdi. Azərbaycan Dağıstan ilə birbaşa qonşuluq faktından, yerli mənzərənin xüsusiyyətlərindən, eləcə də su ehtiyatlarının idarə olunması sahəsində malik olduğu üstünlüklərdən istifadə edərək, Dağıstan ictimai, iqtisadi və siyasi həyatına əhəmiyyətli dərəcədə cəlb oluna bilmişdir.
Dağıstana Türkiyə və İranın göstərdiyi diqqəti nəzərə alaraq demək olar ki, Moskva burada Azərbaycan təsirinin yayılmasına digər aktorlara qarşı balans yaratmaq və öz strateji məqsədləri naminə zahiri razılıq nümayiş etdirir. Bundan istifadə edərək, Bakı Dağıstanın cənub rayonlarına dair ərazi iddialar irəli sürür, yerli azərbaycanlı əhalinin mövcudluğunu, sovet illərində sərbəst gediş-gəliş nəticəsində formalaşmış əlaqələri, eləcə də maliyyə-iqtisadi və mədəni alətləri istifadə edir.
Dağıstanda təxminən 130 min azərbaycanlı yaşayır. Azərbaycanla sərhədə yaxın yerləşən və Bakı tərəfindən “azərbaycan” elan edilən Dərbənd şəhərində əhalinin demək olar ki, üçdə biri azərbaycanlılardan ibarətdir. Bu rəqəmlər əslində nisbi xarakter daşıyır, çünki məlum olduğu kimi, Sovet Dağıstanında yaşayan bütün türkdilli əhali azərbaycanlı kimi eyniləşdirilmişdir.
Dağıstandakı azərbaycanlılar yerli digər etnik qruplarla müqayisədə bir sıra əlavə üstünlüklərə malikdirlər. Onların tədrisi Azərbaycan dərslikləri əsasında həyata keçirilir, halbuki Azərbaycan ərazisində yaşayan ləzgilər, avarlar və digər xalqlara münasibətdə Bakı assimilyasiyaedici siyasət apararaq onları hər cür müstəqilikdən məhrum edir.
Şahidliklərə görə, Dağıstanın dövlət idarələrində tez-tez Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin portretinə və Azərbaycan bayrağına rast gəlmək olar. Dağıstanın müxtəlif yaşayış məntəqələrində azərbaycanlı (və ya belə eyniləşdirilmiş) xadimlərin heykəllərinin qoyulması, onların adları ilə müəssisələrin yaradılması, küçələrin adlandırılması, yerli xalqların narazılığına səbəb olduğuna baxmayaraq, artıq qəribə hal hesab edilmir.
Dağıstanın siyasi və inzibati orqanlarında azərbaycanlıların və ya Azərbaycana müsbət münasibət göstərənlərin təyinatları da adi hal hesab olunur. Onların dəstəyindən istifadə edərək Bakı Dağıstanın yaşayış məntəqələrində yerli əhali arasında mütəmadi olaraq ifadə olunan xalq narazılıqlarını və sosial çətinlikləri tez-tez öz məqsədlərinə istifadə edir. Dağıstanın azərbaycanlıları tez-tez etnik və dini qarşıdurmaların mərkəzində olurlar.
Dağıstanda yaşayan ləzgilərin nümayəndələrinə görə, azərbaycan yatırımları təhlükə hesab olunur, çünki Dağıstan cəmiyyətində belə təəssürat yaranır ki, Bakı Moskva ilə müqayisədə daha “xeyirxah”dır. Bu təəssürat xüsusilə Azərbaycan dövlət və özəl sektorunun böyük həcmli yatırımları kontekstində daha qabarıq şəkildə özünü göstərir. Təsadüfi deyil ki, tez-tez elə Dağıstanlı məmurlar Azərbaycana arzu olunan investor kimi baxırlar-ya bilərəkdən, ya “yumşaq işğal” risklərini nəzərə almayaraq, ya da Moskvadan gələn göstərişə qarşı müqavimət göstərmək iqtidarına malik olmadıqlarına. Üstəlik, Dağıstanda Azərbaycana yatırım etməyə “çağırış” edənlər arasında azərbaycanlı olmayan məmurlar da var. Bakının apardığı siyasəti nəticəsindədir ki, Dağıstanın indiki rəhbəri, millətcə ləzgi olan Sergey Məlikov belə bəyan edir ki, Dağıstan “azərbaycanlıların evidir və onlar burada yerli xalqdır”.
2012-ci ildə Dağıstanın baş nazirin müavini Rizvan Kazımqomədov qeyd etmişdi ki, Respublika Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır və Dağıstanda iqtisadi sahələrin müxtəlif sahələrində əməkdaşlığın artırılması və investisiya imkanları barədə məlumatlar da təqdim edib.
Digər br diqqətəlayiq nümunə Dağıstan Sahibkarlıq və İnvestisiya Agentliyinin rəhbərinin müavini, azərbaycanlı iş adamı Zeynula Qurbanovun “etirafıdır”. 2016-cı ildə Bakıda keçirilən “Dağıstan Günləri” tədbiri zamanı yuxarıdakı vurğulamışdı ki, Azərbaycan və Rusiya yalnız neft sahəsi ilə kifayətlənməyərək, inkişaf üçün digər sahələrdə də ehtiyac var. Onun sözlərinə görə, bu işdə kiçik və orta biznesin rolu vacibdir və “indi əla vaxtdır ki, azərbaycanlı iş adamları Dağıstanda müəssisələr təsis etsinlər”. Qurbanov vurğulamağı təklif etmişdir ki, diqqət istixana təsərrüfatlarının qurulması və tərəvəzçilik üzərində cəmləşdirilsin. Bu, heç bir başqa şey deyil, sadəcə vəzifəsi sayəsində güzəştlər və əlverişli şərait təmin edəcəyi ilə bağlı yönləndirmədir. Qurbanovun sözlərinə görə, “azərbaycanlı iş adamları burada dayaq tapacaqlar və mən hazıram hər şeyi edim ki, Dağıstanda yatırım edən azərbaycanlı iş adamlarına dəstək olum”.
Hər iki tərəfdə turizmin inkişafı məqsədi ilə 72 saatlıq vizasız giriş rejimi tətbiq etmək təklif olunub. Eyni məsələ 2020-ci ildə də müzakirə edilmişdir, lakin koronavirus pandemiyasının başlanması bəhanəsi ilə Azərbaycan tərəfi sərhədləri (bu günə qədər) bağlayaraq sərhəd boyunca yaşayan qohum ləzgilər və digər xalqlar arasında əlaqələri məhdudlaşdırmışdır.
Bunun əvəzində mədəni əlaqələr daha da aktivləşmiş, habelə Azərbaycan və Dağıstanın dövlət və iş adamları dairələri arasında iqtisadi sahədə qarşılıqlı maraqlar barədə fəal müzakirələr aparılmışdır. 2020-ci ildə Azərbaycan istehsal və ticarət sahəsində fəaliyyət göstərən iri “Karvan-L” şirkəti Dərbənd şəhərinin “Ana göz yaşı” məscidi ilə əhatə olunan yeni mikrorayon konsepsiyasını işləməyə başlamışdır. Layihənin icrası barədə müqaviləni Rusiya Federasiyası Şurasının spikeri Valentina Matviyenko və Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyevə imzalamışdır. 2025-ci ildə keçirilən növbəti görüş zamanı isə Dağıstan rəhbərliyi tikinti sahəsindəki azərbaycanlı iş admları 2026-cı ildə Dağıstana səfər etməyə dəvət ediblər.
Siyasi qərarlar nəticəsində, Azərbaycan Dağıstanın əsas ticarət-iqtisadi tərəfdaşı elan edilmişdir. Azərbaycan-Dağıstan münasibətləri çərçivəsində ilk növbədə sənaye (xüsusilə kənd təsərrüfatı), logistika (“Şimal-Cənub”, enerji daşıyıcıları) və mədəni sahələr ön plandadır. Lakin Samurçayından böyük həcmli su götürülməsi və yerli əhalinin su ilə təminatının məhdudlaşdırılması məqsədilə Bakı tərəfindən həyata keçirilən məqsədli siyasəti nəticəsində Dağıstanın cənub rayonlarının əksər torpaqları becərilmir. Bunun əvəzinə azərbaycanlı investorlar kənd təsərrüfatı layihələrinin paketlənməsi vasitəsilə yüzlərlə hektar torpaq sahələrini tədricən “mənimsəyirlər”.
2014-cü ildə Azərbaycan kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlər Dağıstan tərəfi ilə müqavilələr bağlamışlar ki, burada Azərbaycan məhsullarının satışı, 240 min kv. m sahəli plastik istixana, balıqçılıq təsərrüfatı, balıq konserv zavodu vətütün istehsalı zavodunun tikintisi nəzərdə tutulmuşdur. Azərbaycan “ATA” holdinqi Dərbənddə infrastrukturun yenidən qurulması və yeni idman obyektlərinin tikintisinə 1 milyard rubl (27 milyon dollar) ayırmışdır. Azərbaycan “Karvan-L” şirkəti isə 2020-ci ildə Dərbənddə “Qızıl balıq” adlanan 3 milyon dollar dəyərində balıqçılıq mərkəzinin tikintisinə başlamışdır.
2024-cü ildə Dağıstanın Rusiya Kənd Təsərrüfatı Mərkəzi və Azərbaycan “ISFA” şirkəti bağçılıq sahəsində əməkdaşlıq haqqında müqavilə imzalamışdır. Müqaviləyə əsasən, azərbaycanlı investorların vəsaiti hesabına Dağıstanda böyük meyvə bağları üçün yeni bağça yaradılacaq və ümumi sahəsi 53 hektar olan bağlar salınacaq. Yeni bağça vişnə, gavalı, nektarin, şaftalı və zeytun tingiləri (ağac) yetişdirəcək. “ISFA” habelə Dağıstandakı “S.R.Plast” şirkəti ilə Dərbənd regionunda emal istehsal sahələrinin yaradılması barədə müvafiq müqavilə imzalamışdır.
Başqa bir müqavləyə əsasən, “ISFA” şirkəti öhdəlik götürmüşdür ki, birinci mərhələdə 2025-ci ildə Dağıstanın Dərbənd rayonunda 100 hektar sahədə zeytun bağı salacaq və bunun üçün Yevlax kənd təsərrüfatı sınaq bağında yetişdirilmiş 165 min tingi istifadə olunacaq. Şirkət həmçinin bağın suvarma sistemini qurmalıdır. İkinci mərhələdə isə şirkət gündəlik 100 ton məhsuldarlığa malik zeytun yağı emalı zavodu tikəcək.
Dağıstan Azərbaycana həm də logistik baxımdan maraqlıdır. Burada yalnız Rusiya və Azərbaycan məhsulları üçün deyil, həm də İrandan və Türkiyədən gələn yüklərin tranziti üçün loqistik infrastruktur yaradılır. 2024-cü ildə Dərbənd şəhərində ilk Azərbaycan-Dağıstan nəqliyyat və kənd təsərrüfatı logistik mərkəzi yaradılmışdır. Mərkəzdə kənd məhsullarının saxlanması üçün soyducu anbarlar və qablaşdırma sistemi mövcuddur. Bunun sayəsində yerli kəndlilər məhsullarını və məhsul yığımını anbarlarda saxlaya bilirlər.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və Dağıstan üzərindən keçən qolunu hazırda Bakı və Mahaçqala birgə inkişaf etdirir. Tranzit imkanlarının artırılması məqsədi ilə 2030-cu ilədək Samur dəmiryolu keçidinin modernləşdirilməsi planlaşdırılır. Azərbaycan həmçinin Rusiya sərhədinə gedən yol infrastrukturunu təkmilləşdirir. Bakı-Rusiya sərhədi ödənişli magistral yolunun 150 km-lik hissəsi istifadəyə verilib. 2026-cı ildə isə Rusiya-Azərbaycan sərhədində Yaraq-Qazmalar gömrük-keçid məntəqəsinin yenidənqurulmasının başa çatdırılması nəzərdə tutulur, keçiddə 10 hərəkət zolağı olacaq. Təqirkent-Kəzmalyar və Novo-Filya keçidlərinin layihələndirilməsi və tikinti üzrə müqavilələrin 2025-ci ilin sonuna qədər imzalanması nəzərdə tutulur. Azərbaycanın strateji proqramlarına əsasən, bu region həmçinin enerji daşıyıcılarının ixracına önəmli istiqamət kimi qiymətləndirilir.
Azərbaycan faktiki olaraq illərdir Dağıstana “yumşaq nüfuz” istiqamətində işləyir-burada kənd təsərrüfatı məhsullarının emalı zavodları və müəssisələr açır, o cümlədən öz investorlarını güzəştli kreditlərlə təşviq edir. Müxtəlif sahələrdə təçəbbüskar davranış nümayiş etdirərək “qamçı və şirniyyat” metodu ilə yerli əhaliyə təsir göstərərək və iri layihələri maliyyələşdirərək Bakı Dağıstan cəmiyyətində “etibarlı tərəfdaş” statusunu qazanmaq iddiası göstərir. Bundan əlavə, Azərbaycanda mütəmadi olaraq saxta, elmi əsasdan məhrum tezis irəli sürürlər ki, guya Dərbənd Azərbaycanın ən qədim şəhəridir. Faktiki olaraq Bakı “yumşaq güc” vasitəsilə Dağıstandakı mövqelərini daha da möhkəmləndirmək istəyir və lazım olanda öz siyasi maraqları üçün Dağıstanda yaşayan azərbaycanlı adlandırılan etnik qruplardan da istifadə edir.