2025
2025-12-24
Erməni Apostol və Rus Pravoslav Kilsələri arasında xristian həmrəyliyi və qarşılıqlı anlaşma üzərində qurulmuş dostluq münasibətləri mövcuddur. Lakin, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının rəsmi saytının “Azərbaycanda Xristianlığın tarixi” bölməsinə daxil olanda elə bir təəssürat yaranır ki, guya həmin mətn Əliyev rejiminin “tarixçiləri” tərəfindən yazılıb.
Məsələnin nədən ibarət olduğunu daha aydın göstərməyə həmin saytda aşkarlanan anti-elmi və anti-erməni tezislərindən bəzilərini təqdim edək.
Belə ki, saytın qeyd olunan bölməsinin mətninin əvvəlində Nuhun ailə üzvlərinin ilk olaraq Azərbaycanın ərazisində məskunlaşdıqları qeyd olunur.
Əvvəllə, qeyd etməyə dəyər ki, həmn materialda Nuhun erməni rəvayəti xatırladılır (saytın müəllifləri qəsdən onun erməni mənşəli olduğunu qeyd etmirlər). Həmin rəvayətə görə, Nuhun və ailə üzvlərinin ilk məskunlaşdıqları yer sonradan Naxicevan adlandırılmışdır, yəni ilkin, ilk yaşayış məskənı mənasını daşıyır. Bu gün Naxicevan Azərbaycan Respublikasının tərkibinə daxil olduğundan, həmin bölmənin “müəllifləri” sadəcə bu faktora istinad edərək Nuhun məhz Azərbaycanın ərazisini məskunlaşdırdığını iddia edirlər. Materialın müəllifləri qeyd etməyi “unudublar” ki, bütün qədim tarixi mənbələrdə bu ərazi erməni torpağı kimi göstərilir, erməni xalqı isə Nuhun oğlu Habetdən (Yafəs) törəmiş xalq kimi təqdim olunur. Albaniya, xüsusən də azərbaycanlıların və Azərbaycan dövlətinin bütün bunlarla heç bir əlaqəsi yoxdur. Bundan başqa, Naxicevan toponimin erməni mənşəli izahı da qəsdən diqqətdən kənarda buraxılmışdır.
Müəyyən bir tarixi ekskursiya etdikdən sonra, həmin bölmədə görürük ki, “Azərbaycan və Dağıstan Rusiya İmperiyasının təsiri altına keçdikdə, burada və həmin bölgədə xristianlıq yalnız Rus Pravoslav Kilsəsinin fəaliyyəti sayəsində yox olmadı”.
Materialın müəllifləri, azərbaycan təbliğat maşınının uydurduğu hekayələri davamlı olaraq təkrarlayaraq və “ümumi xəttdən” bir qədər saparaq, 19-cu əsrin əvvəllərində baş verən hadisələri müasir Azərbaycan ərazilərinin Rusiya İmperiyası tərəfindən işğalı, zəbt olunması kimi təqdim etməmişlər. Bunlar Azərbaycanda istifadə olunan anlayışlardır və bununla da guya Rusiya və rus xalqı tərəfindən iki dəfə işğal olunmuş Azərbaycanın çəkdiyi zərərləri vurğulayırlar. Əvvəllə qeyd edək ki, 19-cu əsrin əvvəllində Azərbaycan adlı hər hansı bir dövlət və ya azərbaycanlı xalq mövcud olmayıb, Rusiya İmperiyasının tərkibinə İran Şərqi Zaqafqaziya xanlıqlarının əraziləri daxil olmuşdur. Maraqlıdır ki, “işğalçı” ölkənin və xalqın din xadimləri niyə hər bahasına o xalqa və dövlətə xidmət etməyə çalışırlar ki, orada anti-rus və anti-xristian ahval-ruhiyyə hökm sürür.
Mətndə Erməni kilsəsinin ilk dövlət kilsəsi olduğu faktını şübhə altına aldığı bir hissə var. Bundan başqa, bölgədə Müqəddəs İsa Məsihin həvariləri Faddey və Bartalmayın fəaliyyətini “albanlaşdırmağa” çalışırlar, bu fəaliyyət yalnız Albaniya kilsəsinin təsis edilməsi ilə əlaqələndirilir. Erməni kilsəsində onların fəaliyyəti, şəhid olmaları və Erməni Kilsəsinin təsis olunması barədə heç bir söz yoxdur. Üstəlik, Müqəddəs Bartalmayın fəaliyyəti barədə danışarkən, hətta erməni Syunik mərzi də Albaniya torpağı kimi təqdim olunur.
Bu saxta tezisini davam etdirərək, materialın müəllifləri yalnız syunikliləri Albaniya xalqı kimi təqdim etməyə çalışmır, habelə 13-cü əsrin erməni tarixçisi Stepanos Orbelyanın (“Sisakan vilayəti tarixi”) əsərindən sitat gətirərək qəsdən onu sadəcə syunikli (erməni deyil, müəlliflərin məntiqinə görə Albaniya) kimi təqdim edirlər. Müəlliflər Stepanos Orbelyanın əsərinin “ermənilərdən əvvəl syuniklilər xristianlığı qəbul etmişlər” hissəsini təhrif edərək təqdim edirlər. Saytdakı materialda tarixçinin xatırlatdığı bu hissə belə təqdim olunur: “Ermənistan əhalisindən əvvəl Syuniklilər Müqəddəs Bartalmayın təbliğ etdiyi vardapetliyi qəbul etmişdir”. Burada açıq şəkildə “Bunyatov üslubu” görünür-mənbələrin sübutlarını dəyişdirərək təqdim etmək və onları Azərbaycan təbliğatına və saxta, uydurma tarixə uyğunlaşdırmaq.
Əliyev təbliğatçıları kimi, mətnin müəllifləri də saxta, anti-elmi və uydurma tezisi irəliyə sürürlər, buna görə, Alban yaşayış məntəqəsi Bakı şəhəri ilə eyniləşdirilir. Xatırladaq ki, Alban haqqında məlumat olan orta əsr mənbələri onu Böyük Ermənistanın bir yaşayış məntəqəsi kimi qeyd edirlər (yəqin ki, söhbət Vaspurakanın Ağbak qəzası və onun mərkəzi Ağbak yaşayış məntəqəsindən gedir). Üstəlik, Rus Pravoslav Kilsəsinin tarixinin müəllifi, mitropolitan Macarius Bulgakov da bunu qeyd edir.
Varfolomey haqqında danışaraq materialın müəllifləri yerli hər hansı bir əfsanə (əslində uydurulmuş) təqdim edir, Müqəddəs Varfolomey şəhidliyini Bakı ərazisində, Qız qalasının yaxınlığında “yerləşdirməyə” çalışırlar. Bu habelə guya Müqəddəs Varfolomeyin Bakı şəhərinin himayədarı olması barədə saxta tezisin davamıdır. Müqəddəs Varfolomeyin Bakıda şəhid olması barədə heç bir tarixi mənbə və ya qeyd yoxdur. Üstəlik, 1-ci əsrdə belə bir şəhər mövcud olmayıb. Xatırlatmağa dəyər ki, həm Həvari Varfolomey, həm Həvari Faddey Böyük Ermənistan ərazisində, sonradan şəhid olduqları yerlərdə monastırlar tikilmiş ərazilərdə: indiki Artaz (indiki İran ərazisində) vilayətindəki Həvari Faddey monastırında və indiki Türkiyənin Vaspurakan vilayətinin Ağbaq vilayətindəki Həvari Varfolomey monastırında təbliğ etmiş və şəhid olmuşlar.
Xristianlığın yayılması ikinci mərhələsinə keçərək saytın müəllifləri onun Qrigor Lusavoriç ilə bağlı olduğunu qeyd edirlər. Burada da onun Erməni ruhani lideri olduğunu və 301-ci ildə Böyük Ermənistanda onun səyləri nəticəsində Xristianlığı dövlət dini kimi elan edilməsi faktlarını qəsdən qeyd etmirlər. Onlar uydurma tezisi irali sürməyə çalışırlar ki, Albaniya regionda xristianlığın yayılması məsələsində Haykdan və Virkdən daha mühüm və müstəqil rol oynayıb. Erməni tarixçisi Aqafangelin “Qriqorun davranışı” (“Qriqorun varkı”) əsərinə görə, Qriqor Lusavoriç Böyük Ermənistanda erməni padşahı III Trdatdan sonra ham də Albaniyanın kralını da (ehtimal ki, o zaman Böyük Ermənistanda olan Urnayr) vəftiz etmişdir. Saxlanılan məlumatlara görə, Qriqor Lusavoriç Albaniyada Xristianlığı təbliğ etməyə Tovma adlı birini göndərmişdir. Ondan sonra Qriqor Lusavoriçin nəvəsi Qriqoris Albaniyada xristianlıq tbliğ edir və orada da şəhid olur, onun qalıqları Artsaxdakı Amaras monastırının ərazisində dəfn edilib.
Mətndə alban yazısı barədə danışılır, lakin V əsr erməni tarixçisi Koryunun fikrincə, Müqəddəs Mesrop Maştotsun alban tayfalarından birinə yazı yaratması faktı qeyd olunmur ki, bu da Xristianlığın Albaniyada yayılmasına töhfə verilməli idi.
Saytın mətnində habelə qeyd olunur ki, Albaniyanın kilsəsi, guya 551-ci ildən etibarən, doktrinal məsələlərdə monofizitlərə qoşulub və Bizans pravoslav kilsəsi ilə əlaqələrini kəsib. Qeyd etməyə dəyər ki, bu erməni kilsəsinə yönəlmiş saxtakarlıq və çaşdırmadır. Erməni Apostol kilsəsi və onun əqibəsinə tabe olan Alban kilsəsi monofizit deyil, “...monofizitlik Xilaskarın (İsa) insan təbiətini inkar etməkdir və bu, Erməni kilsəsi tərəfindən həmişə qətiyyətlə rədd edilmişdir”. Bu yanlış anlaşılma erməni dilindəki miabanutyun anlayışının səhv tərcüməsinə əsaslanır, bu anlayış Xilaskarın ilahi təbiətinin yeganəliyini deyil, onun ilahi-insani təbiətinin vəhdətini ifadə edir. Və buna görə də, bu, monofizitlik deyil, miafizitlik kimi tərcümə olunmalıdır”.
Qeyd edək ki, Albaniya Kilsəsi əvvəlcədən Erməni Apostol Kilsəsinin rəhbərliyini qəbul etmiş və ona tabe olmuşdur. Erməni kilsəsinin birbaşa təsiri altında Albaniya Kilsəsi doktrinal və siyasi əhəmiyyətli məsələləri müzakirə edən bir neçə kilsə məclisində (Dvin, 506 və 554-cü illər) Erməni Kilsəsi ilə eyni mövqedən çıxış etmiş və Bizans Kilsəsi ilə əlaqələrini kəsmişdir.
Xatırladaq ki, 6-cı əsrdə Albaniya kilsəsinin mərkəzi erməni Utik vilayətinin Partav şəhərinə köçürülmüşdür. Daha sonra, 14-cü əsrin sonlarında Artsaxda-Qadzasarda yerləşdirilmişdir. Bundan sonra Qandzasar katolikosluğu adı ilə də fəaliyyət göstərmişdir və Erməni Apostol Kilsəsinin tərkibində olan struktur kimi tanınırdı.
Materialın müəllifləri habelə Azərbaycan təbliğat maşınının o tezisini təkrarlayırlar ki, 1836-cı ildə Rusiya imperatoru I Nikolay tərəfindən Albaniya Kilsəsi ləğv edilmiş və Eçmiadzin Erməni Kilsəsinə birləşdirilmişdir. Xatırlatmağa dəyər ki, Qandzasar və ya Albaniya katolikosluğu həmin dövrdə Erməni kilsə qurumunun bir hissəsini təşkil edirdi. 1836-cı ildə imperiya nizamnaməsi (“Polojenie”) birbaşa nəzarət tətbiq edirdi və öz hakimiyyəti altına daxil olan Erməni Kilsəsinə təsir edirdi.
Həqiqətən də, Qandzasar katolikosluğu Erməni Kilsə sisteminə daxil olan dini qurum hesab edən çar hakimiyyəti onu yalnız katolikos statusundan məhrum etdi və öz hakimiyyəti altında olan ərazidə yalnız Eçmiadzin Ümumerməni Katolikosuna katolikos titulu daşımağa icazə verdi.
Qısa müddət sonra, Şərqi Zaqafqaziya bölgəsində Erməni Apostol Kilsəsinin iki arxiyepiskopluq yeparxiyası da yaradıldı: biri Qarabağ (Artsax)-Kürün sağ sahilində, digəri isə Şamaxı-Kürün sol sahilində yerləşirdi. Öz əsrlik vətənlərində, Kür çayının sol sahilində (tarixi Albaniyada) yaşayan bir neçə min Udi ruhani icması XX əsrin əvvəlinə qədər Şamaxı erməni yeparxiyasına daxil olmuşdur.
Gördüyümüz kimi, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının saytında yer almış “Azərbaycanda Xristianlığın tarixi” bölməsi tamamilə Əliyev təbliğatının məşhur “vardapet” və “cəngavər” Aleksİy Nikonorovun mövqelərini təkrarlayır. Bunlar da, öz növbəsində azərbaycanlı tarixçilərin irəli sürdüyü saxta və uydurma hekayələrdən qaynaqlanır.
Qeyd edək ki, bütün bunların əsası aşağıdakılardır.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının rəsmi saytının müəlliflərinə xatırladaq ki, xristian kilsəsinin din xadimlərinin borcu həqiqət və ədalət haqqında danışmaq olmalıdır, Əliyev rejiminin saxtakarlıqlarına güzəştə getmək deyil.
Azərbaycan erməni, xristian irsinin məhv edilməsi və mənimsənilməsi siyasətinin həyata keçirilməsi kontekstində həmin dövlətdə girov vəziyyətinə salınmış xristian udi xalqından da istifadə edir.
Hesab edirik ki, həmin saytda yer alan və qeyd etdiyimiz bütün məqamlər Rusiya Pravoslav Kilsəsinin rəsmi mövqeyi deyil, bəzi “azmış” tarixçilərin Azərbaycan hakimiyyətinə öz loyallıqlarını nümayiş etdirməsinin ifadəsidir.
Ədəbiyyat
Xaratyan H., Qədim həvariləri yeni “missiyaları”: Rusiya Pravoslav Kilsəsinin və “alban-azərbaycan” gözləntiləri Həvari Bartalmaydan, “Amsoria” jurnalı, 2025, 1, s, 238-322.
Макарий Булгаков, История Русской Церкви ( История Русской Церкви - Макарий (Булгаков), митрополит | Предание.ру - православный портал )
Святой Григор Татеваци, Злаоточрев, пер. с древнеармянского, введение и примечания А.К. Матевосяна, Ереван, 2022.
Акобян А., Албания-Алуанк в греко-латинских и дрвнеармянских источниках. Второе, переработанное издание, Ереван, 2022.