2025

Humanitar elmlərin çağırışları və tendensiyaları

2025-12-16

“Geğard” fondunun əməkdaşları Tbilisidə keçirilən “Scientia. Humanitar elmlərin çağırışları və tendensiyaları” mövzusunda beşinci beynəlxalq elmi konfransda iştirak etdilər. Tədbir adətən Gürcüstanın Milli Əlyazmalar mərkəzində keçirilir və məqsədi humanitar elmlər sahəsində müasir tədqiqatları, elmi yenilikləri və çağırışları təqdim etmək, habelə bu mövzular ətrafında akademik müzakirələr aparması təşviq etməkdir.

“Geğard” fondunun əməkdaşı, tarix elmləri namizədi, dosent Gor Margaryan erməni, avropa, gürcü və digər xristian mühitlərində köçəri, türk, monqol və tatar tayfalarının qavranılması məsələlərinə toxunaraq qeyd edib ki, bu köçəri xalqlar Bibliya təfsirləri kontekstində skiflər və hunlarla eyniləşdirilmişdir.

“Buna oxşar eyniləşdirmələrə əsaslanaraq, türkləri və tatarları skiflər və hunlarla eyniləşdirən bəzi azərbaycanlı müəlliflər hunları və skifləri azərbaycanlı kimi təqdim etməyə çalışırlar, lakin bu yanlışdır və elmi baxımdan əsasızdır”,-deyə G. Margaryan vurğuladı.

Tarix elmlər namizədi Anuş Harutyunyan 1926-cı ilin ümumittifaq əhali siyahıyaalınmasında Sovet Ermənistanda tətbiq olunmuş etnik özünüidentifikasiya prinsiplərinə toxundu. “Sovet dövrünün əhali siyahıyaalmaları yalnız kimlikləri qeydiyyata almamış, eyni zamanda onları fəal şəkildə yenidən formalaşdırmış, türkdilli müxtəlif qrupların sonradan “azərbaycanlılar” kateqoriyası daxilində birləşdirilməsinə töhfə vermişdir”,-deyə A. Harutyunyan qeyd etmişdir.

Arevik Harutyunyan Gürcüstanda yaşayan azərbaycanlıların yerli erməni əhaliyə münasibəti barədə danışdı. “Araşdırmalar göstərirlər ki, azərbaycan dövləti tərəfindən himayə olunan təbliğat, Gürcüstan kitabxanaları vasitəsilə yayılan saxta və anti-elmi materiallar, habelə sosial media platformalarında sistemli şəkildə aparılan anti-erməni dezinformasiya kampaniyaları Gürcüstandakı azərbaycan azlığın göstərdiyi münasibətinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir”,-deyə A. Harutyunyan vurğuladı.

1905-1906-cı illərdə baş vermiş erməni-tatar toqquşmaları və onların əvvəlki tarixçəsinə Anna Palakyan toxundu. “Göründüyü kimi, erməni-tatar toqquşmaları çar hakimiyyəti tərəfindən qızışdırılmışdır. Onların səbəbləri Qafqazda onilliklər ərzində siyasi, sosial-iqtisadi, dini və etnik səviyyədə toplanmış müxtəlif ziddiyyətlər idi”,-deyə Anna Palakyan qeyd etdi.

Konfransda çıxış edənlər arasında Tokio Metropolitan Universitetinin tədqiqatçısı Hirotake Maeda olub, o, son orta əsrlərdə gürcü cəmiyyətinin mənzərəsinə dair tədqiqatını təqdim etdi. Gürcüstanın Qafqaz universitetinin müəllimi Şota Matitaşvili erməni-gürcü kilsə əlaqələrinə toxundu. Tədqiqatçı David Merkviladzenin çıxışı isə Gürcüstanda yeni dövrə qədər qorunmuş qul alveri fenomeni barədə idi. Tbilisi İvane Cavaxişvili adına Tarix və Arxeologiya İnstitutunun elmi işçisi Nato Sonqulaşvilinin məruzəsi 18-19-cu əsrlərdə rus-türk müharibələrində Batumi məsələsi barədə idi.

Humanitar elmlərin geniş sahəsini əhatə edən konfrans mövzuları ətrafında əhatəli müzakirələr aparıldı, təqdim olunan tədqiqatlara sual-cavab formatında toxunuldu.

Telegram kanalımıza abunə olun