2025

Azərbaycanda Torq Angeğə “göz dikiblər”

2025-10-28

Azərbaycanda tarixi və əfsanəvi obrazları azərbaycanlaşdırmaq və ya türkləşdirmək meylləri artıq Torq Angeğə qədər çatıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi (azərbaycanlılar tərəfindən mənimsənilmiş orta əsr şairi) adına Dilçilik İnstitutunun Qədim Dillər və Mədəniyyətlər şöbəsinin müdiri, doktor, professor İlhami Cəfərsoyun sözlərinə görə, Tork həmin Türkdür, ermənilər isə təxminən 250 il ərzində bunu saxtalaşdırıblar. Cəfərsoy Tork-Türk “sübutu” kimi qeyd edir ki, o, qaya üzərində dırnaqları ilə qartallar oyub, halbuki qartal “türk sözü və simvoludur”. Deyildiyi kimi, hər bir dahi şey sadə olur.

Hraçya Açaryanın “Kök-lüğətinə” görə, “artsiv” (qartal) yerli, qədim erməni sözüdür- “ari” və “tsiv” köklərindən ibarətdir.

Qartal Artaşes sülaləsinin çarlarının taclarında və kəsilmiş sikkələrində təsvir olunub. Orta əsr mənbələrinə görə, Arşakunilər sülaləsinin çarları da “qartal rəmzini daşıyırdılar”.

Torka qayıdaq-Tork Angeğ erməni mifologiyasının ən məşhur obrazlarından biridir. Tarixçi Movses Xorenatsi yazır ki, Tork misli görünməmiş gücə malik qəhrəman idi və erməni xalqının əcdadı Haykın nəvəsi idi. “Haykın nəvəsi Paksamdan olan Turk (Tork), uzunboylu, kobud bədən quruluşu, düz burunlu, batmış gözləri ilə, sərt baxışlı və son dərəcə çirkin olduğuna görə Angeğ adlandırılan kişi idi, o, nəhəng boyu və gücü ilə seçilirdi və qərb bölgəsinin hakimi təyin olundu.

Sirr deyil ki, “Azərbaycanın qədim və ən qədim dövrlərinin tarixi”nin uydurulması, azərbaycanlıların yerli xalqlar kimi təqdim edilməsi və lokalizasiyası hələ Sovet dövrünün erkən mərhələlərindən başlamışdır. Tarixin yaradılmasının tərkib hissələrindən biri müxtəlif dövrlərin siyasi və mədəniyyət xadimləri azərbaycanlı kimi təqdim etməkdir.

Nümunalar isə çoxdur.

Ümumiyyətlə, azərbaycanlaşdırma iki əsas üsulla həyata keçirilir-əgər şəxs türkdillidir və ya müsəlmandırsa, dərhal azərbaycanlı kimi təqdim olunur, əgər xristiandırsa, əvvəlcə albanlaşdırılır, sonra isə mənimsənilir.

Bəzi hallarda azərbaycanlaşdırılma tarixi mənbələri və faktları uyğunlaşdırmaq və unikal tərzdə şərh etmək yolu ilə həyata keçirilmişdir. Hər şeydən asılı olmayaraq, Azərbaycanda qonşu xalqların mədəni irsinə iddialı olmaq artıq təxminən yarım əsrdir davam edən dövlət siyasətidir.

Cəfərsoyu da unutmayaq...

“Alim”ə görə, almanların əcdadları indiki Türkiyə ərazisindən Almaniyaya gediblər və köhnə alman dili türk dillərlə qohumdur. Cəfərsoy iddia edir ki, ermənilər bütün bunları yaxşı bildikləri halda “həqiqəti” gizləyiblər. Azərbaycanlılar isə xəbərsiz idilər, çünki çar və sovet dövrlərində ağıllı insanları güllələyiblər və ya Sibirə göndəriblər.

Nasimiyə gəlincə isə. Britannika ensiklopediyasına görə, “Nəsimi XIV əsrin sonu və XV əsrin əvvəllərində yaşamış mistik şairdir və türkcə, farsca, ərəbcə yazmışdır”. Nəsiminin doğum yeri ilə bağlı müxtəlif versiyalar var, lakin məlumdur ki, o, heç vaxt indiki Azərbaycan ərazisində yaşamayıb.

Şair 1418-ci ildə Suriyanin Hələb şəhərində vəfat etmişdir və məzarı oradadır.

Azərbaycanın 2024-cü ilin sonunda Türkiyənin dəstəyi ilə Suriyada formalaşmış yeni rəhbərliklə yaxşı münasibətləri var. Bundan və Suriyadakı qeyri-müəyyən, qeyri-sabit vəziyyətdən istifadə edərək Azərbaycan rəhbərliyi Nəsiminin məzarının Azərbaycana köçürülməsi imkanları barədə ciddi şəkildə düşünməyə başlayıb. Azərbaycan mətbuatının verdiyi məlumatlarına görə, həmin mövzuda Azərbaycanla Suriya arasında artıq müzakirələr olub.

Qeyd etməyə dəyər ki, belə siyasət yalnız Azərbaycanın “qədim dövr”ün saxta tarixinin yaratması və azərbaycanlıları yerli xalq kimi təqdim etmək məqsədi daşımır, eyni zamanda uzun müddətdir ki, Bakının qonşularına qarşı ekspansionizminin mühüm tərkib hissələrindən birinə çevrilib.

Telegram kanalımıza abunə olun