2025

Qoxtn vilayətinin Ramis kəndi

2025-07-17

Ramis Qoxtn (Qoxtan) vilayətinin mənzərəli erməni kəndlərindən biri idi. Kənd həm də Ramiq, Rumis, Urumis, Urtsmis, Urimis adları ilə tanınırdı. Coğrafi cəhətdən Ramis Zəngəzur dağ silsiləsinin yüksək dağlarında, Dağlıq Qoxtn ərazisində, 2600-2800 metr yüksəklikdə yerləşirdi.

Qevond Alişan, Yervand Lalayana görə, Qoxtn vilayətinin kənd və qəsəbələri arasında, Aqulisdəki Surb (Müqəddəs) Tovma monastırının qərb fasadında 17-ci əsrə aid daş kitabədə Ramisin adı çəkilir.

Varfolomey (Bartalmay) Ermənistana gəldi

Əvvəlcə, Rəbbin evi burada qurmuş

Onu həvari Surb (Müqəddəs) Tovmanın şərəfinə adlandırdı

Koms adlı şagirdini

Orada yepiskop olaraq təyin etdi

Və Qoxtan vilayəti ona verildi

Seçilmiş ruhani rəhbəri kimi

Aqulisin yaxınlığında yerləşən Daşt kəndini təriflədi

Tsğna, Ramis ona verildi.

Bust və Paraka da ona verdi”.

18-ci əsrin salnaməçisi İsahak ravvinin xatirələrinin “Ətraflı” bölməsində Ramisin adı çəkilir, qeyd olunur ki, 1695-ci ildə, Surb (Müqəddəs) Tadeos monastırında “ramisli cənab Anuşun xahişi ilə” yazılıb.

1829-cu ilin məlumatlarına görə, Ramisdə 55 ev, 1873-cü ildə isə 377 ev erməni əhalisi yaşayıb. 1907-ci ildə kənddə yalnız ermənilər yaşayırdı-335 ev əhalisi ilə. 1914-cü ilin vəziyyəti ilə kənddə yalnız ermənilər yaşayırdı, 1940-cı ildə isə kəndin əhalisi azalıb-70 ev erməni ailə.

Ramisin və ətrafındakı qədim abidələrin xarabalıqları yaşayış məntəqəsinin çox erkən dövrlərdə yarandığını sübut edir. Orta əsrlərdə kənd kifayət qədər inkişaf etmişdi, bunu müxtəlif abidələrin, kilsələrin, ibadətgahların, ziyarətgahların, qalaların, su dəyirmanlarının və böyük qəbiristanlığın xarabalıqları sübut edir. Bu sonuncu kəndin şimal-şərq məhəlləsində yerləşirdi və 14-19-cu əsrlərə aiddir. Qəbiristanlıqda 600-dən çox qəbir daşı və çoxsaylı xaçkarlar olub, onlardan 124 kitabəli, həmin kitabələr zədələnmiş və çətin oxunan vəziyyətdə olmuşdur. 1974-cü ilin Sovet topoqrafik xəritəsində Ramisin qəbiristanlığı sənədləşdirilib. Qəbiristanlıq 2009-cu ildə dağıdılıb, bunu peyk fotoşəkilləri sübut edir. Kəndin və ətrafındakı xarabalıqlarda hələ də bir neçə ibadətgahın, dəyirman və qalaların izləri görünür.

Ramisin ən məşhur abidəsi yüksək məhəllədə yerləşən Surb (Müqəddəs) Astvatsatsin kilsəsidir, həmin kilsə Q. Alişan və Yervand Lalayan tərəfindən xatırlanır. Kilsənin divarlarında çoxlu daş kitabələr qorunub saxlanılmışdır. Surb (Müqəddəs) Astvatsatsin 12-ci əsrdə tikilmiş, 1677-78-ci illərdə təmir olunub və qorunub saxlanılan kitabələrə görə, onu təmir edən memar “Usta Murad” idi. Kilsə ikonoqrafiya və freskalarla zəngin idi. Surb (Müqəddəs) Astvatsatsin kilsəsi 1980-ci illərin vəziyyəti ilə hələ də dayanırdı, lakin 2000-2009-cu illərdə azərbaycanlılar tərəfindən tamamilə dağıdılmışdır.

Ramisin Surb (Müqəddəs) Astvatsatsin kilsəsinin tarixi qəbiristanlığında 16 qəbir daşı olub, onlardan 12-nin üzərində erməni kitabələr qorunub saxlanılmışdır, həmin kitabələr tarixçi Arqam Ayvazyan tərəfindən sənədləşdirilib.

Orta əsrlərdə tikilən Surb (Müqəddəs) Hovhannes (Surb Hakob) kənd ortasında yerləşirdi, həmin kilsə 1840-cı ildə xatırlanıb. Hazırda xarabadır.

Kənddən 5 km cənubda bərbad vəziyyətdə Surb(Müqəddəs) Sargis kilsəsi qorunub saxlanılmışdır, 1890-cı illərdə xatırlanıb.

Ramisin şimal-qərb məhəlləsinin hündür yerində Surb (Müqəddəs) Karapet kapellasının qalıqları qorunub saxlanılıb. Kənddə müsəlman abidələri yox idi.

Kənd gec orta əsrlərdə həm də yazı mərkəzi idi, o ki 1604-cü ilə aid əlyazma salnaməsi yazılmışdı. Ramisdə 1890-cı ildə Erməni kilsə məktəbi açılmışdır.

1919-cu ilin yayında kənd türk-tatar qoşunlarının hücumuna məruz qalmışdır. Ramisin erməni əhalisi Dağlıq Qoxtnın kəndləri-Bist, Tsğna, Nasrvaz, Paraka və Alahinin sakinləri ilə birlikdə aylarca düşmənin hücumlarına müqavimət göstərmişlər.

Ramisdəki son 7 erməni ailəsi 1989-cu ildə deportasiya edilib.

Kənd hazırda Naxicevan Muxtar Respublikasının Ordubad rayonunda-Ordubad şəhərindən təxminən 20 km şimal-qərbdə yerləşir və demək olar ki, xarabalıq vəziyyətindədir.

Ədəbiyyat

Qevond Alişan, Sisakan, Venesiya, 1893.

Yervand Lalayan, Naxicevan vilayəti, 1-ci hissə, Qoxtn və ya Ordubad rayonu, “Etnoqrafik jurnal”, XI kitab, 1904.

T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 4-cü cild, Yerevan, 1998.

A. Ayvazyan, Naxicevan. Təbiət aləminə həsr olunmuş illüstrasiyalı ensiklopediya, Yerevan, 1995.

A. Ayvazyan, Naxicevan MSSR-in erməni abidələri. Toplu siyahı. Yerevan, 1986.

A. Ayvazyan, Ramis üç nefli bazilikası və onun daş yazıları. Tarix-filologiya jurnalı, 1979, cild 3.

Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012.

E. Zohrabyan, Naxicevan məsələsi və Ermənistanın “müttəfiqləri” (1918-ci ilin dekabrı-1920-ci ilin aprel ayı), Yerevan, 2002.

Kiçik xronologiyalar XIII-XVIII əsrlər, cild 1, Erməni xalqının tarixi üzrə materiallar, kitab 3. Tərtib edən: V.A. Hakobyan, ESSR Milli Akademiyasının Tarix İnstitutu-Yerevan, ESSR Milli Akademiyasısın nəşriyyatı, 1951.

Telegram kanalımıza abunə olun