2025

Astabadın taleyi

Astabad Vaspurakan vilayətinin Naxçıvan əyalətinin yaşayış məntəqələrindən biri idi, yuxarıdakının adının mənşəyi ənənə ilə “Ölüləri burada parça ilə örtürlər” ifadəsi ilə əlaqələndirilir. Həmin ənənəyə görə, 451-ci ilin Avarayr döyüşündən sonra, erməni sparapet Vardan Mamikonyanın və onunla birlikdə şəhid olan qəhrəmanların cənazələrini xalq gətirib və bu kəndin Qırmızı monastırında parça ilə örtür. Lakin guya Makunun nazirləri sonradan əsaslandırıblar ki, qəhrəmanlar Makuya daha yaxın olan Avarayr tarlasında hələk olublar və onların cəsədləri həmin kənddən Makuya aparırlar. Həmin hadisə nəticəsində kənd Astabad adlandırılır.

Bir sıra tədqiqatçılar da yaşayış məntəqəsinin adını izah etməyə çalışmışlar- “ast”-“möhkəm, bərk, daimi” və “apat”-“abadlı yer”, başqa halda-“ast”-“burada” və “apat” komponentlərinin tərkibinə görə, belə ki, “Astvatsapat”, “Astatsapat”, “Astapat”, “Azatapat”, “Astapat” və s.

Astabad qəsəbə kimi ilk dəfə 9-10-cu əsrlərin tarixçisi Tovma Artsruninin “Artsruni xanədanının tarixi” əsərində 8-ci əsrin əvvəlinin hadisələrini təqdim edərkən qeyd edilir.

Gevond Alişanın “Sisakan, Sünik ölkəsinin topoqrafiyası” əsərində yer almış geniş məlumatlarından biri də 17-ci əsrin səyyahı Jan Batist Tavernyenin şahidliyi idi, həmin şahidlikdə Astabad “hər evdə bulaq olan çox gözəl kiçik şəhər kimi. Burada bağlar və su sahələri ilə əhatə olunmuş 4 karvansara var. Qırmızı boya (Ronas-) olan yeganə yaşayış məntəqəsidir, hindistanlılar bununla öz kətanlarını boyalayırlar” kimi təqdim edilir. Ğugas İnciciyan 1806-cı ildə öz “Dünyanın dörd hissəsi barədə coğrafiya. Asiya...” əsərində qeyd edir ki, Astabadın 300 ev sakinlərinin çoxu ermənilər və bir neçə ev-fars. İnciciyan astabadlıları təsvir etmək üçün məşhur fars tərifini misal kimi gətirir. “Astabadın (Ertivpat[1]) sakinləri evə ibadət edənlərdir, Təbrizin sakinləri isə qadınlara sitayiş edenlərdir, Naxicevanın sakinləri-qızıla sitayiş edənlərdir”.

Erməni Astabad həm də yeni və ən son dövr erməni ədəbiyyatında qeyd edilir- Raffi “Samvel”, “Davit bəy”, Sero Xanzadyan “Mxitar Sparapet”, Suren Ayvazyan “Erməni taleyi” və s. əsərlərdə.

Astabad monastırlarla zəngin idi- Surb (Müqəddəs) Vardan, Surb (Müqəddəs) Poğos-Petros, Surb (Müqəddəs) Hovhannes, Surb (Müqəddəs) Stepanos və ya Qırmızı Monastır, yuxarıdakılar erməni memarlıq düşüncəsinin ləl-cəvahiratlarındandır. Çoxlu erməni əlyazmaları bu qəsəbədə yazılaraq köçürülmüşdür. Matenadaranda qorunub saxlanılan 1269-cu ilin İncilin 382 saylı əlyazma ən qədim əlyazmalarından biridir. 14-cü əsrdə fəaliyyət göstərmiş Surb (Müqəddəs) Vardan kilsəsinin məktəbi Astabadın məşhur ədəbi mədəniyyət mərkəzi idi. 1379-cu ildə Astabad monastırında Mağakia Ğrimetsi və Hovhan Vorotnetsinin göstərdiyi səyi ilə orta əsr seminariyalarına bənzər ali tipli məktəb açıldı. 1870-ci illərdə Hovakim Ter Grigoryan Qırmızı monastırının məktəbi qurdu, Astabadda anadan olmuş Manuk Abeqyan (1865-ci il) həmin məktəbin şagirdlərindən biri idi. İlk dəfə astabadlıları Fars taxt-tacının vəliəhdi Abbas Mirzə köçürdü. 1811-ci ildə astabadlıları Zanglu adlanan yaylanın altında salınmış yeni kənddə- Yeni Astabadda məskunlaşdırıblar, yuxarıdakı həm də Təzəkənd adlanır. Astabadın özündə isə bir qala tikdi-onu öz adı ilə Abbasabad adlandırıb. Lakin bu dəyişiklik Astabad sakinlərinin Ermənistanın digər kənd və şəhərlərinə davamlı köçünün əsasını qoydu. Təəssüf ki, bu bir vaxtlar izdihamlı erməni yaşayış məntəqəsi 19-cu əsrin birinci yarısından etibarən mövcud deyil.

Lakin Yeni Astabadda-Qırmızı monastırının torpaqlarında yerli əhalinin çatışmamazlığını İranın ermənilər yaşayan bölgələrindən buraya köçən ermənilər doldurdu. 20-ci əsrin əvvəlində kənddə 3443 nəfər yaşayırdı, onlardan 480-i iranlı, qalanları isə ermənilər idi. 1918-1920-ci illərdə astabadlılar türk-tatar hücumlarına və qırğınlarına məruz qaldılar. Naxçıvanın Şxmamdud kəndində anadan olmuş Hamazasp Vardanyan öz əlyazma “xatirəsində” Astabadda türk-tatar qırğınlarını belə təsvir etmişdir. “Türklər 1918-ci ildə kənddən köçməyən 234 erməni əsir götürürlər, müxtəlif yerlərdə işləməyə məcbur edirlər və tükəndikdən sonra güllələyirdilər. Əsirlərin bir qismi- 120 nəfər, Naxicevana çayın dağılmış körpüsünü bərpə etmək üçün aparıblar. 114 nəfəri isə Culfa istiqamətinə daşqınlar nəticəsində zədələnmiş körpüləri və magistral yolları bərpa etmək üçün aparıblar”.

Bütün bunlara baxmayaraq, astabadlılar kənddə yaşamağa davam ediblər, Stepan Şahumyan adına kolxoz yaradıblar, sənətkarlıqla məşğul olublar. Kənddə mədəni həyat da canlı idi.

Sovet İttifaqı ilə İran arasında 1963-cü ildə (Araks çayı üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı) imzalanan müqaviləsindən sonra, 1971-ci ildə ermənilər kənddən çıxıblar və kənd boşaldı. Yeni Astabad öz memarlıq abidələri, yaşayış evləri və tarixi ilə sular altında qaldı.

Astabad 1360 il mövcud qaldısa, Yeni Astabad və ya Təzə kənd cəmi 160 il. Naxicevanın erməni kəndinin 1520 illik tarixi Sovet Azərbaycanın iqtisadi üstünlüyü kontekstində susdurulub.

Ədəbiyyat

Gevond Alişan, Sisakan, Sünik ölkəsinin topoqrafiyası, Venesiya, 1898.

Ğugas İnciciyan, Dünyanın dörd hissəsi barədə coğrafiya. Asiya, Avropa, Afrika, Amerika, H.A., Venesiya, 1806.

Argam Ayvazyan, Naxicevanın monumentəl abidələri və heykəlləri, Yerevan, 1987-ci il.

Poğos Poğosyan, Astabad. Araks yaxınlığındakı erməni dünyası, Yerevan, 2005-ci il.

G.Grigoryan, Astabad və onun monastırları, Eçmiadzin. Ümimi Erməni Katolikosluğunun Müqəddəs Eçmiədzin Katedralının rəsmi jurnalı, 1963-cü il, s. 29-35.

Morus Hasratyan, Astabad monastırının memarlıq kompleksi, tarix-fioloji jurnalı, 1, 1975-ci il, s. 126-148.

[1] İnciciyanın dediyinə görə, adı farsca belə səslənirdi, həmin ad da Ordubad adı ilə üst-üstə düşə bilər, bu da hərfi mənada “düşərgə-qoşun üçün” deməkdir.

Telegram kanalımıza abunə olun