2026

Azərbaycan təbliğatı növbəti dəfə tələyə düşüb

2026-09-18

“Bakı tədqiqat institutu” beyin mərkəzinin rəhbəri, tarixçi Altay Göyüşov öz X səhifəsində bu günlərdə Azərbaycan təbliğatının uydurmalarından birini sözün əsl mənasında ifşa edib.

Göyüşov Aİ-nin Cənubi Qafqaz və Gürcüstandaki böhrən məsələləri üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun rəsmi səhifəsindəki paylaşımına münasibət bildirib. Həmin paylaşımda qeyd olunur ki, sentyabr ayının 11-12-də Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan hakimiyyətinin diplomatik korpusunun nümayəndələrinə təşkil etdiyi səfərdə iştirak edib. Səfər “Qarabağ və Şərqi Zəngəzurun keçmiş münaqişə zona olmuş rayonlarına” təşkil olunub və məqsəd yerli vəziyyəti ilə tanış olamq olub.

Maraqlıdır ki,Göyüşov öz paylaşımında vurğulayıb ki, Azərbaycanın tarixində heç kim qeyd olunan bölgəni “Şərqi Zəngəzur” adlandırmayıb və əslində bu termin prezident İlham Əliyev tərəfindən-2020-ci il müharibəsindən dərhal sonra dövriyyəyə buraxılıb.

 

Tarixçi hətta həmin “termini” məsxərəyə qoyaraq Əliyevin “ixtirası” adlandırıb. Göyüşov vurğulayıb ki, bu terminin istifadəsi və yayılması özü-öüzlüyündə sülh barədə ritorikaya ziddir və qeyd edib: “belə ritorikanı təşviq edən Avropa regionda sülhü səmimi şəkildə necə arzulaya bilər?”

Qeyd edək ki, Göyüşov bəzən Əliyev rejimini tənqid edən çıxışlarla da çıxış edir və bununla da Azərbaycan hakimiyyətinin hədəfinə çevrilir. 2025-ci ildə “dövlət əleyhinə çağırışlar səsləndirmək” ittihamı ilə Göyüşov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hətta Azərbaycandan kənarda da Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Göyüşov bu cür uydurma təbliğat üsullarını tənqid edən yeganə azərbaycanlı alim deyil. Məsələn, Niderlandda yaşayan sürgündəki digər azərbaycanlı tarixçi və münaqişələr üzrə tədqiqatçı Arif Yusif də “Qərbi Azərbaycan” adlandırılan terminə münasibət bildirib. O, əvvəllər Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətlə bağlı tənqidi məqalələrinə görə siyasi məhbus olub. Yusifin fikrincə, “Qərbi Azərbaycan” narrativi siyasi və təbliğat alətdir.

Daha da diqqətçəkən məqəm odur ki, hətta türk mütəxəssislər də Əliyev təbliğatının bu təzahürlərini tənqid edirlər. Türk politoloq Cengiz Aktar da “Qərbi Azərbaycan” termininin istifadəsini tənqid edib. Aktar müsahibələrindən birində qeyd edib ki, Bakı hətta Qarabağı işğal etdikdən sonra da “dayanmayıb” və bu dəfə “Qərbi Azərbaycan” terminini dövriyyəyə buraxıb, bununla birbaşa Ermənistanı nəzərdə tutur.

Aktar öz elmi məqalələrində və elmi dairələrdə fəal şəkildə həmin fenomeni müzakirə edir və tənqid edir.

Türk alim və siyasətçi Baskın Oran da Azərbaycan tərəfindən istifadə edilən terminologiyaya toxunub. Müsahibə zamanı Oran vurğulayıb ki, Azərbaycan Ermənistan əhrazisinin təxminən 70 faizini “Qərbi Azərbaycan” adlandırır. Siyasətçi bunu ekspansionist ritorika kimi xarakterizə edərək qeyd edib ki, bu termin Ermənistan-Türkiyə münasibətlərinin inkişafına maneə yaradan ört-basdıredici amildir və sülh prosesində əldə olunmuş nailiyyətləri sıfırlamaq məqsədi daşıyır.

Aydındır ki, Əliyev aparatı tərəfindən yaradılaraq dövriyyəyə buraxılmış “Şərqi Zəngəzur” və “Qərbi Azərbaycan” təbliğat uydurmalarının heç bir tarixşünaslıq əsası yoxdur və hətta azərbaycanlı və türk tarixçilər, alimlər tərəfindən də kəskin tənqid olunur. Bu, sözügedən təbliğat materialının qeyri-elmi və əsassız olduğunu bir daha sübut edir.

Telegram kanalımıza abunə olun