2026

İsrail tərəfindən Erməni Soyqırımının tanınması və Azərbaycan

2026-06-30

İyun ayının 28-də İsrail hökuməti yekdiliklə Erməni Soyqırımını tanınması barədə qərar qəbul edib.

Bir neçə gün əvvəl İsrail xarici işlər naziri Gideon Saar öz “X” mikrobloqunda, Erməni Soyqırımının tanımasına dair qətnaməyə toxunaraq, yazıbdır. “Osmanlı İmperiyasının mövcud olduğu son illər ərzində erməni xalqına qarşı törədilən soyqırımının tanıması mənəvi və tarixi borcdur. Biz tarixi həqiqətin inkarını, kiçildilməsini və təhrif olunmasını qəti şəkildə pisləməliyik. Genişmiqyaslı və təkzibedilməz tarixi sənədlərin mövcud olduğuna baxmayaraq, bu günədək Erməni Soyqırımı inkar və kiçildilmənin institusionallaşdırılmış siyasətinin obyekti olaraq qalmağa davam edir. Bu siyasətə, ilk növbədə, Türkiyənin həyata keçirdiyi tarixi dərsliklərinin təhrif olunmuş şəkildə yenidən yazılması da daxildir”.

İsrailin “mənəvi borcu” və Türkiyə ilə münasibətləri

İsrail siyasətində Erməni Soyqırımının tanınıb-tanımadığı məsələsinin kifayət qədər uzun illər əhatə edən tarixi var. Holokostdan sağ çıxmış bir xalqın Erməni Soyqırımını tanımaması məsələsi İsrail cəmiyyətinin müxtəlif təbəqələrində daim müzakirə mövzusu olub. Lakin ölkə hökumətinin bunun rəsmi şəkildə tanımaması yalnız İsrailin strateji maraqları ilə deyil, habelə Türkiyə ilə münasibətləri ilə şərtlənib.

Saarın bəyanatından təxminən bir il əvvəl-2025-ci ilin avqust ayının 27-də, İsrail baş naziri Benyamin Netanyahu Patrick Bet-Davidin podkastında İsrailin niyə Erməni Soyqırımını tanımadığı ilə bağlı səsləndirilən fikrə toxunmuşdu. Baş nazir demişdi. “mən elə indicə bunu etdim”. Türkiyə Netanyahunun bəyanatına dərhal reaksiya verərək onu “keçmişin faciələrini siyasi məqsədlər naminə istismar etməkdə” ittiham etmişdi.

Erməni Soyqırımının tanınması məssələsi xüsusilə də son 15 il ərzində İsrail-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda siyasi müzakirə və manipulyasiya mövzusuna çüvrilib. Tanınma məsələsi bir neçə dəfə Knessetdə müzakirəyə çıxarılıb. Bunun zəruriliyi barədə israilli siyasətçilər bəhs etsələr də, məsələ heç vaxt rəsmi şəkildə tanınma ilə nəticələnməyib və icra hakimiyyəti buna daim qarşı çıxıb.

İsrailin Xarici İşlər Nazirliyinin bəyanatı İsrail-Türkiyə siyasi münasibətlərinin gərginləşmə fonunda-münasibətlərin tarixi baxımdan ən aşağı səviyyəyə endiyi bir dövrdə yayılıb. Tərəflərin Qəzzada gedən müharibə, İrana qarşı müharibə, Suriya, Livan və bir sıra digər siyasi məsələlərdə bir-birinə zidd mövqeleri var. Digər tərəfdən, gərgin durumda belə, İsrail Azərbaycandan Türkiyənin Ceyhan limanı vasitəsilə fasiləsiz neft almaqda davam edir. Lakin Türkiyə Prezidenti Rəcb Tayyib Ərdoğan bunu təkzib edib.

Vurğulamağa dəyər ki, tanınma təşəbbüsü Ermənistan-İsrail münasibətlərinin olduqca soyuq olduğu bir şəraitdə irəli sürülür. İsrailin Azərbaycana silah tədarükləri-Bakının bunlardan 2020-2023-cü illərdə Artsaxın işğal etməsi və Ermənistanın dövlət sərhədlərinə hücumları zamanı istifadə etməsi-Ermənistan-İsrail münasibətlərinə mənfi təsir göstərib. 2024-cü ildə Ermənistan rəsmi şəkildə Falastin dövlətini tanımışdır, bu da İsraildə kəskin mənfi və tənqidi reaksiyaya səbəb olmuşdu.

Tanınmama səbəbləri

Türkiyə və Azərbaycan ilə İsrailin strateji münasibətləri İsrailin “praqmatik” mövqeyinin əsas səbəbilərindən biri hesab olunur. Hələ də 1950-ci illərdən etibarən ərəb dünyası ilə düşmən münasibətlərin hökm sürdüyü şəraitdə, İsrail Türkiyə, İran və digər ölkələri ilə sıx əlaqələr qurmağa çalışıb-öz təcridini zəiflətmək məqsədilə. Türkiyə və İsrail onilliklər ərzində siyasi, iqtisadi və digər sahələrdə sıx əlaqələr inkişaf etdiriblər.

İsrail tərəfindən Erməni Soyqırımının tanınmaması məsələsinə bir sıra digər amillər də təsir göstərib. Bu amillər israilli tədqiqatçılar tərəfindən ətraflı şəkildə araşdırılıb. Türkiyədəki Yəhudi icmasının mövqeyi, ABŞ-dakı İsrail lobbisi və, sözdə, “etnik rəqabət”-Holokostu xüsusi və unikal soyqırımı hadisəsi kimi qoruyub saxlamaq istəyi bunlar arasındadır.

Azərbaycan amili və mövqeyi

1990-cı illərin əvvəllərindən etibarən İsrail və Azərbaycan strateji əhəmiyyət daşıyan qarşılıqlı münasibətlər inkişaf etdiriblər. Azərbaycan Prezidenti İlham Əliyevin ifadəsinə görə, bu münasibətlər yalnız zirvəsi görünən bir aysberqə bənzəyir. İran ilə olan düşmən münasibətlərini nəzərə alaraq, İsrail ardıcıl olaraq, Azərbaycan ilə əlaqələrini inkişaf etdirib və Azərbaycan ordusunun müasir texnika və digər vasitələrlə təchiz olunmasına mühüm töhfə verib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan İsrailə neftin əsas tədarükçülərindən birinə çevrilib. Amerikaın “CNN” nəşrinin məlumatına görə, 2026-cı ildə İrana qarşı aparılan müharibə zamanı İsrail İrana qarşı əməliyyatlar həyata keçirməyə Azərbaycanın ərazisindən istifadə edib. Bakı, öz növbəsində, keçən aylar ərzində müəyyən razılaşmalara nail olmağa İsrail və Türkiyə, habelə İsrail və Suriya arasında vasitəçi rolunu oynamağa çalışıb. Qəzzada İsrailin apardığı dağıdıcı müharibə məsələsində Azərbaycan ikili vəziyyətdə qalmışdı-bir tərəfdən İslam dünyasının mövqeyi ilə uyğunlaşmaq və Türkiyə ilə münasibətlərdə problemlər yaratmamaq, digər tərəfdən isə İsraillə sıx əlaqələri davam etdirmək.

Erməni Soyqırımı məsələsində Azərbaycanın mövqeyi inkarçıdır. Azərbaycan Erməni Soyqırımını “uydurma” kimi qiymətləndirir və başqa ölkələrin onun tanınmasına mane olmağa addımlar atır.

Mümkün nəticələr

İsraildə tanınma təşəbbüsü bu dəfə qanunverici orqandan deyil, icra hakimiyyətindən gəlir. Son illər ərzində İsraildə Türkiyəyə qarşı daha sərt mövqedə olanların sayı artıb. İsrail-Türkiyə münasibətlərində mövcud olan ziddiyyətlərə və qarşılıqlı sərt ritorikaya baxmayaraq, hər iki ölkə birbaşa qarşıdurmaya gətirib çıxara biləcək qırmızı xətləri keçməməyə çalışıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq İsrail hökumətinin qərarını “narahatedici”, “tarixi faktların təhrif edilməsi”, “tarixi mürəkkəb məsələnin siyasi qərara çevrilməsi” kimi qiymətləndirib. Azərbaycan İsraili bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

Bakıya İsrail-Azərbaycan münasibətlərinin xarakteri və əhəmiyyətini nəzərə alaraq, Azərbaycan İsraillə əlaqələrini riskə atmayacaq və məsələ ilə bağlı genişmiqyaslı media kampaniyası təşkil etməyəcək. Bəs Knessetdən nə gözləmək olar...?

Telegram kanalımıza abunə olun