2026
2026-05-08
Son günlər ərzində Azərbaycanın hakimiyyətyönlü KİV-i 2019-cu ildən ölkənin baş naziri vəzifəsini tutan Əli Əsədova məxsus biznes-imperiyası haqqında məqalələr dərc edir. Saytlardan birinin yayımladığı “Əli Əsədovun biznes və tikinti imperiyası” adlı məqaləyə görə, ölkənin baş nazirinə Bakının müxtəlif rayonlarında yerləşən 7 bina, 5 restoran və bir otel məxsusdur.
Məqalə müəllifinə görə, prezident İlham Əliyev məmurlardan peşəkarlıq, təvazökarlıq, nəzakətli davranış və qanuna riayət etməyi tələb edir. Məmurlar rüşvət almamalı, şəxsi maraqlar naminə səlahiyyətlərindən sui-istifadə etməməlidirlər. Lakin məqalədə Əsədov Əliyevin qeyd olunan göstərişlərinə əməl etməyən məmur nümunəsi kimi təqdim olunur.
“Qafqazinfo”ya görə, Əsədov hətta Prezident Administrasiyasında işlədiyi dövrdə belə onun adı biznes fəaliyyəti ilə bağlı məsələlərdə hallanırdı.
“Bakının ən məşhur və ən bahalı məkanlarından birində-Bayraq Meydanının qarşısında “Manqal” restoranı yerləşir ki, bəzi məlumatlara görə, o, Əli Əsədova məxsusdur. Miqyası və dəbdəbəsi ilə diqqət çəkməməsi mümkün deyil”,-məqalədə deyilir. Restoranın yaxınlığında “Beer Hall” restoranı da yerləşir. Qeyd olunur ki, hər iki obyekt milyonlarla ölçülür.
“Manqal” adlı digər bir restoran Zağulba yaşayış məntəqəsidə fəaliyyəət göstərirdi.
Əsədova məxsus bizneslərdən biri olan “Nar şərab” restoran kompleksi Bibi-heybət qəsəbəsində yerləşir, kompleksin yanında isə “Sapphire” oteli yerləşir. Azərbaycanın baş nazirinə Bayıl qəsəbəsində fəaliyyət göstərən “Ocaqbaşı” restoranı da məxsusdur.
Media orqanı vurğulayır ki, “baş nazirin maaşı bu qədər daşınmaz əmlakı əldə etməyə kifayət etməzdi”.
Əli Əsədovun adı ilə bağlı daşınmaz əmlakların siyahısı yuxarıda qeyd edilənlərlə məhdudlaşmır, buraya habelə Səbail rayonunda dördmərtəbəli ofis binası, Xətai rayonunda qeyri-yaşayış binası, Yasamal və Səbail rayonlarında yaşayış evləri, Sabunçu rayonunda yaşayış kompleksi, Bayılda üç çoxmərtəbəli bina və s. daxildir.
Azərbaycan hakimiyyətyönlü media orqanı Əsədovu “sızdırmaların” təşkilində də ittiham edir. “Əli Əsədov öz “sevimli” jurnalistləri vasitəsilə Nazirlər Kabinetinin qabalı iclaslarında müzakirə olunan məsələləri ictimaiyyələşdirərək kimisə günahlandırmağa çalışır. Yüksək vəzifəli şəxs, görünür, dərk etmir ki, Azərbaycan kiçik ölkədir və kimin nə etdiyini, kimin kimlə ünsiyyətdə olduğunu müəyyənləşdirmək çətin deyil”,-məqalə müəllifi yazır.
Ümumiyyətlə, azərbaycan hakimiyyətyönlü KİV-i “yuxarıdan gələn” göstərişlər olmadan bu cür məzmunlu materiallar hazırlamağa və yayımlamağa cəsarət etmirlər. Əsədov haqqında belə bir məqalənin hakimiyyətin razılığı və ya ən azı səssiz təsdiqi olmadan dərc edilməsi isə qeyri-mümkün görünür.
Bu, Azərbaycanda hakimiyyətyönlü, nəzarət olunan media qurumlarının məmurların korrupsiya fəaliyyətləri barədə məqalələr dərc etdiyi ilk hal deyil. Bununla belə, bu cür materiallar adətən məmurlar vəzifədən uzaqlaşdırıldıqdan sonra yayımlanır. Əsədov isə, vəzifəsindən azad olunmayıb və fəaliyyətini davam etdirir.
Bu halda, belə bir məqalənin dərc olunmasının məqsədi nədir?
Ekspertlərin fikrincə, mətbuatda yayılan bu cür materiallar baş naziri “hədələmək” və ya “cəzalandırmaq” məqsədi daşıyır. Eyni zamanda, “İlham Əliyev yaxşı biridir, ətrafındakı şəxslər isə pisdir” tezisini vurğulamaq və onu ictimai rəyə yeritmək cəhdi də müşahidə olunur.
Xəzər Tədqiqat və Analiz Mərkəzinin direktoru Elman Fəttah hesab edir ki, hökumət tərəfindən nəzarət olunan media qurumlarında baş nazir haqqında bu cür məqalələrin dərcinə yalnız Prezident Administrasiyası tərəfindən icazə verilə bilər. Lakin onun fikrinə görə, dərhal vəzifədən uzaqlaşdırılacağını gözləmək düzgün deyil.
Bəzən bu cür informasiya sızmaları sadəcə nəzarət çərçivəsində ötürülən mesajlar olur və konkret addımlara gətirib çıxarmaya bilər. Lakin belə məlumat axını davamlı xarakter alarsa, bu, mövqenin dəyişməsinə və ya təsir dairəsinin məhdudlaşdırılmasına səbəb ola bilər. Əsas məsələ isə odur ki, bu ifşalar davamlı olacaq, yoxsa müvəqqəti”,-deyə Elma Fəttah bildirib.
Siyasi şərhçi Qabil Hüseynli, vaxtilə Prezident Heydər Əliyevin müşaviri olmuş şəxs, vurğulayıb ki, belə məlumatların yayılması həmin məmura “zərbə vurulmasına” hazırlıqdan xəbər verir. “Belə praktika Heydər Əliyevin dövründə də mövcud idi. Bir şəxsi vəzifədən azad etməzdən əvvəl onun əleyhinə ictimai rəy formalaşdırılır, sonra isə işi müzakirəyə çıxarılırdı. Bu dəfə isə daha genişmiqyaslı əks-təbliğat kampaniyası həyata keçirilir”,-deyə keçmiş müşavir əlavə edib.
Keçmiş səfir Arif Məmmədov da hesab edir ki, bütün bunlar Əsədovun vəzifədən uzaqlaşdırılmasına işarədir. “Ümumiyyətlə, Azərbaycanda artıq belə bir ənənə formalaşıb-kiməsə “zərbə vurmazdan” əvvəl onun əmlakı və onun barəsində materiallar hakimiyyətyönlü mediada dərc olunur. Burada hamı başa düşür ki, Əli Əsədovun işi artıq bitib”,-deyə Məmmədov bildirib.
Onun sözlərinə görə, bu, nəzarətsiz biznes fəaliyyəti ilə bağlı ola bilər. “Azərbaycanda hər bir məmur üçün müəyyən “varlanma limiti” mövcuddur və əgər bu limit aşılırsa, həmin əmlək geri alına və ya dəymiş ziyanın ödənilməsi tələb oluna bilər. Əsas məsələ isə odur ki, hakimiyyət “qırmızı xətləri” keçməsin”,-deyə keçmiş səfir əlavə edib.
Azərbaycanlı müxalifətçi Fəxri Qəhrəmanlı da sual edib ki, niyə İlham Əliyev Əli Əsədovu vəzifədən azad etmir. Hakimiyyətyönlü media qurumlarının Əli Əsədovun korrupsiya faktları barədə məqalələr dərc etməsinə baxmayaraq, o, hələ də vəzifəsində qalmağa davam edir. Siyasətçinin fikrincə, korrupsiya artıq ölkənin ən yüksək səviyyəsində leqallaşdırılıb.
“Keçən dəfə yazmışdıq ki, əgər Əli Əsədov bu məqalələrdən sonra da vəzifəsində qalarsa, bu o demək olacaq ki, İlham Əliyev öz hökumətində korrupsiya reallığını açıq şəkildə qəbul edib. Beləliklə, o, cəmiyyətə də bir mesaj verib ki, siz də bu vəziyyətlə barışmalısınız. Aydındır ki, bu ölkədə kimin cinayət törətdiyini qanunlar və hüquq sistemi deyil, məhz İlham Əliyev müəyyən edir”,-deyə Qəhrəmanlı bildirib.
Bununla belə, nəzərə alaraq ki, Azərbaycan hakimiyyətyönlü media mühitində Əsədov ətrafında təzyiqlər artır, yaxın gələcəkdə onunla bağlı yeni ifşaların, hətta vəzifədən uzaqlaşdırılmasının da istisna edilməsi mümkün deyil. Hakimiyyətyönlü mediada yayılan materiallar Azaərbaycanın hakim elitası daxilində gedən siyasi mübarizəni əks etdirir və bu halda həmin mübarizə Əsədova qarşı yönəlib. Bu vaziyyət göstərir ki, ölkədə korrupsiyaya qarşı mübarizə seçici və siyasiyəlişdirilmiş xarakter daşıyır, qərarlar isə qanunla deyil, hakimiyyət daxilində qüvvələr nisbəti ilə müəyyən olunur.