2026

Kosovonun müstqilliyi məsələsində Türkiyə və Azərbaycanın ziddiyyətləri

2026-04-15

Kosovonun parlamenti müstəqillik haqqında bəyannaməni 2008-ci ilin fevral ayının 17-də qəbul edib. Növbəti gün, Türkiyə bəyannamənin qəbulunu alqışlayıb və Kosovo Respublikasının müstəqilliyini rəsmi şəkildə tanımaq qərarına gəlib. Sonrakı illər ərzində Türkiyə Kosovo üçün təhlükəsizlik təminatçılarından birinə çevrilmişdir. Ankara Priştinanın əsas hərbi tərəfdaşı və silahlanmanın başlıca təchizatçısıdır. Türkiyə qüvvələri Kosovonun ərazi və ictimai təhlükəsizliyinin təmin olunması proseslərində geniş şəkildə daxil edilir. Türkiyənin, şübhəsiz ki, Kosovo məsələsində öz maraqları var. Öz növbəsində, Kosovo Türkiyəni yalnız təhlükəsizliyin təmin edilməsi və hərbi qüvvələrin NATO standartlarına uyğunlaşdırılması məsələlərində deyil, həm də müstəqilliyin beynəlxalq səviyyədə tanınması prosesində dəstəkçi kimi qiymətləndirir.

Lakin Azərbaycan bu məsələdə Türkiyənin yanaşmasını bölüşmür. Hələ də 2008-ci ilin fevral ayının 18-də, Türkiyə tərəfindən Kosovonun müstəqilliyini tanıdığı gün, Azərbaycan bəyan etmişdi ki, Kosovonun müstəqilliyini tanımır. Xarici İşlər Nazirliyinin sözçüsü bildirmişdi ki, Kosovonun müvəqqəti özünüidarəetmə orqanı tərəfindən Serbiyadan ayrılma ilə bağlı qəbul edilən qətnamə beynəlxalq hüquqa ziddir.

Müstəqilliyin birtərəfli elanının qanuniliyini müzakirə etmək məqsədi ilə 2009-cu ildə Haaqadakı Beynəlxalq Məhkəmədə keçirilən dinləmələr zamanı Bakı öz mövqeyini bir daha da təsdiqləmişdi. Azərbaycan tərəfinin iddiasına görə, daxili qanunların pozulması ilə ayrılma elan edən bir bölgə dövlət hesab edilə bilməz.

Azərbaycan və Türkiyə arasında mövcud olan yanaşmalarındakı bu cür ziddiyyətlər sadəcə Kosovonun müstəqilliyi məsələsi ilə məhdudlaşmır. «Qardaş» kimi xarakterizə edilən bu iki ölkənin fikir ayrılıqları habelə Ermənistan ilə normallaşma prosesi, Şimali Kipr Respublikasının müstəqilliyi, İsrail ilə münasibətlər, kürd məsələsi və s. əhatə edir. Lakin Ermənistandan sonra münasibətlərin tənzimlənməsi çərçivəsində Ankara Bakı öz siayasətlərini uzlaşdırmağı başarırlar. Türkiyə tərəfi, misal üçün Ermənistan ilə münasibətlərin normallaşdırılması, Bakının təzyiqi ilə də olsa, Ermənistan və Azərbaycan arasında gedən proseslərlə şərtləndirir. Azərbaycanın yaxın tərəfdaşı və kürd dövlətinin yaradılmasının tərəfdarı olan İsrail və onun rəqibi Türkiyə arasında mövcud olan problemlər onların iqtisadi əməkdaşlığına mane olmur, Şimali Kipr məsələsində isə Bakı zahirən müstəqilliyin tanımasını istinad etmir. Bu kontekstdə Kosovo, Azərbaycan onun müstəüilliyini heç vaxt tanımayacağını israrla bəyan etdiyinə görə, diqqətçəkəndir. Üstəlik, münaqişənin digər tərəfi olan Serbiyaya ərazi bütövlüyünün bərpası məsələsində diplomatik dəstək göstərir və bununla da Serbiya tərəfinin rəğbətini qazanır.

Azərbaycan Kosovo məsələsində ilkin mərhələdən etibarən apardığı siyasətini Qarabağ münaqişəsi çərçivəsində izah etmişdir. Kosovonun statusu barədə aparılan müzakirələr ərzində Bakı «presedent» yaranmasının qarşısını almağa çalışmışdır. Hələ də 2007-ci ildə Azərbaycan hökuməti Avropa İttifaqını Kosovoya müstəqillik statusu verilməsi ilə bağlı təklifləri rədd etməyə çağırmışdı. Bakı Balkan regionunda belə bir ayrılma Qarabağ üçün presedent yarada bildiyindən öz narahatlığını bəyan etmişdir.

Bu müzakirələr zamanı Azərbaycan nümayəndəsi qeyd etmişdi ki, Kosovo məsəsləsinin «Ermənistan-Azərbaycan münaqişəsindən» fərqli olduğuna baxmayaraq, beynəlxalq hüququnun pozulması ilə ərazi məsələsinin, ayrılma və müstəqillik lehinə həlli Qafqaz regionuna mənfi təsir edə bilər. Avropa İttifaqına ünvanlanan çağırışda azərbaycanlı rəsmi maraq amilini də əlavə edərək, Avropa ölkələrinə enerji bazarını diversifikasiya etmək və Rusiyanın qaz və neftindən asıllığı azaltmaq istiqamətində dəstək vəd etmişdi. Avropalı rəsmiləri bu «cəlbedici» təklifə müəyyən mənadə müsbət yanaşaraq, Qarabağın «işğal olunmuş ərazi» olduğunu qəbul etmiş və Bakını əmin etmişdir ki, Kosovo ilə bağlı qərar postsovet məkanındakı münaqişələrin ziyanına istifadə olunmayacaqdır.

Lakin Avropa ölkələrinin verdiyi təminatlar və Kosovo məsələsində Türkiyənin yanaşmaları, faktiki olaraq, Bakının narahatlığını aradan qaldıra bilməmişdir. Azərbaycan Balkandakı bu münaqişə məsələsində Türkiyənin və qərb tərəfdaşlarına zidd siyasət aparmağa davam etmişdir. Kosovo müstəqilliyi ilə bağlı siyasi mövqeyinə uyğun olaraq, Azərbaycan tərəfi habelə hərbi xarakterli “etiraz” nümayiş etdirmişdir. İlham Əliyevin təklifi və Milli Məclisin 4 mart 2008-ci il tarixli qərarı ilə Azərbaycan 34 nəfərlik bölüyü Kosovoda yerləşdirilmiş Türkiyə hərbi kontingentinin tərkibində həyata keçirdiyi sülhməramlı missiyanı dayandıraraq Bakıya geri qayıtmışdır.

Sonradan da, Serbiya ilə münasibətlərin dərinləşməsi ilə paralel olaraq, Azərbaycan Kosovonun müstəqilliyinə qarşı mövqedən geri çəkilməmiş və bu mövqeyi Qarabağ məsələsi ilə əlaqələndirməyə davam etmişdir. Bundan əlavə, 1999-cu ildən etibarən geosiyasi şəraitlərin də təsiri ilə Kosovoda yerləşdirilmiş Azərbaycan sülməramlı missiyanın çıxarılması, Qarabağ münaqişəsi prosesinin (Praqa prosesi) kontekstində birbaşa əlaqəli kimi şərh edilmiş və bu gün də retrospektiv şəkildə belə izah oluna bilər, çünki məlum olduğu kimi sülhməramlı vasitəçiliklə Qarabağ məsələsinin həlli variantı Kosovonun müstəqillik elan etdiyi dövrdə də müzakirə mövzusu olmuşdur. Kosovo nümunəsinin təkrarlanmasının qarşısını almaq məqsədi ilə, öz hərbi kontingentini geri çağırmaqla Bakı faktiki olaraq Qarabağda eyni ssenarinin baş verməsi ehtimalını aradan qaldırmışdır. Azərbaycan rəsmiləri bu kontekstdə sülhməramlılığı “separatizmə dəstək verən missiya” kimi qiymətləndirmişlər.

Türkiyə tərəfindən Kosovoya göstərilən hərbi-siyasi dəstəyə baxmayaraq, 2012 və 2017-ci illərdə Azərbaycan Kosovonun Ümumdünya Gömrük Təşkilatına (ÜGT) üzvlüyünə icazə verməmişdir. 2017-ci ildə Vyanada keçirilən ÜGT Avropa regionu üzrə gömrük xidmətləri rəhbərlərinin konfransı zamanı Azərbaycan tərəfi bir daha da Kosovonun müstəqilliyini tanımadığını və müstəqilliyinin birtərəfi elan edilməsinin beynəlxalq hüquqa zidd olduğunu vurğulamışdır. Azərbaycanlı rəsminin sözlərinə görə, Azərbaycan “ərazi bütövlüyü problemi ilə üzləşmişdir və gömrük təşkilatı çərçivəsində siyasi məsələlərin müzakirəsi qəbul edilməzdir”.

Qarabağ münaqişəsi ilə öz mövqeyini əsaslandıran Bakı 2020-ci ildə Qarabağa qarşı aparılan müharibədən sonra da yanaşmalarını dəyişməmişdir. Buna baxmayaraq, Kosovo ümid etmişdir ki, həmin müharibənin nəticəsində Azərbaycan, güya “Qarabağ narahatlığında qurtularaq”, artıq Kosovonun müstəqilliyinin tanınması məsələsində daha az məhdudiyyətli mövqe sərgiləyə bilər. 2021-ci ilin avqust ayında Türkiyədə müdafiə nazirlərinin görüşü zamanı Priştina Azərbaycandan (və digər ölkələrdən) tanınma xahişi etmişdir. Bununla yanaşı, Belqrad bunu Vaşinqton razılaşmanın pozulması kimi qiymətləndirmişdir (2021-ci ilin sentyabr ayının 1-ə qədər tanınma üçün müraciət edilməsi barədə razılaşma) və sonrakı mərhələdə münaqişənin həlli baxımından Azərbaycanın apardığı siyasətini nümunəvi hesab etmişdir.

Aydındır ki, Azərbaycanın müttəfiqi olan Türkiyədə müdafiə nazirlərinin görüşü zamanı Kosovo müstəqilliyi çərçivəsində aparılan müzakirələr və tanınma xahişinin irəli sürülməsi, Kosovonun Türkiyənin dəstəyindən istifadə edərək Azərbaycandan tanınma “qoparmağa” çalışdığını göstərir. Kosovo hələ də Türkiyənin dəstəyinə dair gözləntilərini itirməmişdir, lakin bu günədək-Qarabağ üzərində tam nəzarətin bərpa olunmasından və Bakının fikrincə münaqişənin həll olunmuş sayılmasından sonra belə-Azərbaycan Kosovonun məsələsində “qətiyyətli” mövqeyini davam etdirir. Bundan başqa, Azərbaycan tərəfi Serbiya ilə münasibətlərini dərinləşdirir və onun ərazi bütövlüyünün bərpası məsələsində mühüm diplomatik dəstək göstərir. Bu kontekstdə görünür ki, Ankaranın Bakıya qarşı Türkiyənin həm Kosovonun məsələsində, xarici siyasətinin bir sıra digər istiqamətlərində maraqlarını tam şəkildə təmin edə biləcək kifayət qədər təsir vasitələrinə malik deyil.

Telegram kanalımıza abunə olun