2026

Bakıda narahatlıq var: Türkiyə və Avropa Azərbaycan qazını Liviya qazı ilə əvəz etməyi planlaşdırır

2026-03-17

2026-cı ilin fevral ayının əvvəlində azərbaycan mətbuatında Bakının Liviyada baş verən proseslərlə, xüsusilə də Liviya enerji resursları ətrafında müxtəlif ölkələrin artan marağı ilə bağlı narahatlıqlarını nümayiş etdirdiyi barədə yazılar yayılmışdır. Xüsusilə də Azərbaycan hakimiyyətyönlü saytlarından birində dərc olunmuş məqalə diqqət çəkir: həmin yazı Bakının Avropa ölkələrində və Türkiyədə Azərbaycan qazının Liviya qazı ilə əvəzlənməsi niyyətləri ilə bağlı narahatlıqlarını təsdiqləyir.

Avropa İttifaqı Rusiya qazından 2027-ci ilə qədər tam şəkildə imtina etmək niyyəti barədə qərar qəbul edib. Həmin qərara əsasən, Aİ ölkələri Rusiya istehsalı olan qazın idxalını istisna etməli və 2026-cı iilin mart ayının 1-dək qaz təchizatının diversifikasiyası üzrə milli proqramlar hazırlamalı, Rusiya qazının əvəzlənməsi ilə bağlı mümkün problemləri müəyyənləşdirilməlidirlər. Buna uyğun olaraq, Avropa ölkələrinin qaz tələbatının ödənilməsinə alternativ variantlar kimi Azərbaycan, Şimali Afrika, Mərkəzi Asiya və Yaxın Şərq enerji resursları nəzərdə tutulmuşdur.

Hazırda Azərbaycan 16 ölkəyə, o cümlədən Aİ-yə üzv olan 10 ölkəyə qaz tədarük edir. 2026-cı ilin yanvar ayından Xəzər dənizindən başlayaraq İtaliya sahillərinə qədər uzanan SCPX-TANAP-TAP boru kəməri sisteminə son olaraq Almaniya və Avstriya da qoşulmuş, “SOCAR” ilə 10 illik müqavilələr imzalamışdır. Azərbaycan ictimai diskursunda bu razılaşma Bakının Avropanın qaz sistemində möhkəmlənməsi baxımından mühüm uğur kimi təqdim olunur. Lakin alternativ baxışlar Azərbaycanın Avropa tələbatını tam şəkildə qarşılamaq imkanlarını şübhə altına alırqeyd edir ki, ölkə artıq vəd edilmiş həcmlərin təmin edilməsi üzrə öhdəliklərindən geri qalmaqdadır.

Azərbaycan tərəfi də qısa müddətdə zəruri tədarükləri həyata keçirməyin mümkünsüzlüyünü etiraf etmiş və boru kəmərlərini tam yükləməyə yeni infrastrukturun və əlavə investisiyaların tələb olunduğunu təsdiqləmişdir. Bildirilir ki, Bakı və Aİ bu investisiyaları qısa zaman ərzində təmin edə bilməz. Ən yaxşı halda, Azərbaycan qazının həcmləri 2029-cu ildən etibarən arta bilər-bu isə Xəzər hövzəsindəki yataqlara türk şirkətlərinin yatırımları və türk kapitalının dəstəyi ilə yeni yataqların istismarı hesabına mümkün ola bilər. Bununla bağlı Azərbaycan və Türkiyə 2026-cı il yanvar ayının 5-də müvafiq saziş imzalamışdır.

2027-ci ilə qədər Rusiya qazının əvəzlənməsinə Liviya alternativi ətrafında artıq mühüm proseslər başlanmışdır. Libya National Oil Corporation (NOC) 2027-ci ilədək neft hasilatını əhəmiyyətli dərəcədə artırmaq niyyətini bəyan etmiş, beynəlxalq şirkətləri ölkənin yataqlarına və enerji infrastrukturuna qayıtmağa, investisiya yatırmağa təşviq etdiyini bildirmişdir.

2026-cı ilin yanvar ayında qaz tədarükləri ilə bağlı mühüm müqavilələr Tripoli artıq Fransa və ABŞ-la imzalamışdır. Liviya tərəfi Total Energies ConocoPhilips şirkətləri ilə dəniz akvatoriyasında qaz hasilatı məqsədilə 20 milyard dollarlıq birgə investisiya qoyuluşu barədə razılıq əldə etmişdir. Bundan əvvəl isə İtaliya də böyük həcmdə Liviya qazı almağa hazır olduğunu bildirmişdi.

Liviya qazı Avropanın enerji sisteminə GreenStream sualtı boru kəməri vasitəsilə qoşulub. Uzunluğu 516 kilometr olan bu kəmər Liviyadan Siciliya adasına qədər uzanır. Sistem İtaliya Eni şirkəti tərəfindən, onun “Green Stream BV” birgə müəssisəsi vasitəsilə istismar olunur. Liviya ilə Türkiyəni birləşdirən qaz kəmərlərinin olmamasını nəzərə alaraq, Ankara “GreenStream” vasitəsilə Liviya qazının İtaliyaya ixracı variantını nəzərdən keçirir.

Türkiyə hazırda Liviyada neft və təbii qazın araşdırması üzrə bir sıra layihələr həyata keçirir. Həmin layihələr xarici enerji mənbələrindən asılılığın azaldılmasına yönəlmiş daha geniş strategiyanın və Ankaranın uzunmüddətli enerji siyasətinin tərkib hissəsi kimi təqdim olunur. Bununla bağlı Azərbaycan mətbuatı qeyd edir ki, Liviya hökuməti türkiyə təşəbbüslərinə siyasi dəstək göstərərək Ankaraya əlavə rəqabət üstünlükləri formalaşdırıb. Bakı həmçinin hesab edir ki, bu proses Türkiyə ilə Avropa ölkələri arasında müəyyən ziddiyyətlərin yaranmasına səbəb ola bilər.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, öz növbəsində bəyən edib ki, bu məqsədlə svop (mübadilə) mexanizmi vasitəsilə Azərbaycan qazı ilə kompensasiya imkanları müzakirə olunur. 2026-cı il “Liviya və Türkiyə arasında enerji əməkdaşlığı ili” kimi elan edilib və 17 illik fasilədən sonra iki ölkə iqtisadi əməkdaşlıq haqqında memorandum imzalayıb.

Əsasən, Azərbaycanın Liviyanın neft-qaz sektoruna qarşı həssas davranışını yaxşı bilən Türkiyə prezidenti 2021-ci ildə Əliyevə təklif etmişdi ki, Türkiyə dövlət şirkəti (TPAO) vasitəsilə birgə layihələrdə iştirak etsin. Ərdoğanın sözlərinə görə, Əliyev bu təklifdən razılıq ifadə etmişdir, lakin sonrakı əməkdaşlıq barədə məlumatlar açıqlanmamışdır. Bundan əlavə, Liviyanın neft və qaz sektoruna diqqətlə təqib edən Bakı 2025-ci ildə SOCAR-ı Liviya iqtisadiyyatına daxil etməyə təşəbbüs göstərmişdir.

Azərbaycan tərəfində habelə Avropa İttifaqının qəbul etdiyi qaydaların o bəndindən narazılıq var ki, qazın Rusiya istehsalı olmadığını sübut edən sənədlərin təqdim edilməsini tələb edir. Bakı vurğulayır ki, Rusiya qazı Avropaya “Turkish Stream” vasitəsilə çatır və Azərbaycandan başlayan “South Gas Corridor” ilə heç bir əlaqəsi yoxdur. Tələbdə Bakıya qarşı şübhə görən Azərbaycan narazılığını xüsusilə Fransaya göstərir, Fransanın mövqeyi, Rusiyaya qarşı münasibətlərinə baxmayaraq, Rusiya qazından imtina məsələsində digər Avropa ölkələrinin mövqeyini paylaşmır. Bundan əlavə, Bakı-Paris “münaqişəsinin” son illərdəki “müqavilələrində” iqtisadi məsələlər də rol oynayır. Fransa tərəfi Azərbaycan qazı əvəzinə Liviya qazını seçmiş, 2026-cı ilin yanvarında yeni müqavilələr imzalamaqla Liviya qazının idxalını artırmağı hədəfləmiş, eyni zamanda Rusiya qazını Türkiyə boru kəmərləri vasitəsilə almağa davam etmişdir.

Bu kontekstdə Bakı narahatdır ki, Azərbaycan qazından tədricən imtina edən Parisin ardıcıllığı sayəsində gələcəkdə Avropada Azərbaycan qazına tələbat artmayacaq, əksinə, Ankara ilə əməkdaşlıq sayəsində Liviya qazı daha tez Avropanın tələbatını ödəyə biləcək. Rusiya qazını Azərbaycan qazının rəqibi hesab edən Bakı həmçinin Ankaranın Liviya qazını Rusiya qazı ilə əvəzləmə variantını nəzərdən keçirməsindən narahatdır.

Lakin, həmin Azərbaycan “narahat” mənbələrinə görə, TAP AG birgə şirkəti bəyan edib ki, hazırda Liviya və Azərbaycan enerji resurslarını mübadiləsi mövzusu müzakirə olunmur.

Əlavə olaraq, şirkət 2045-ci ilə qədər mövcud olan müqavilə öhdəliklərinin qüvvədə olduğunu və mövcud tənzimləmələrin dəyişdirilməsinin zəruriliyini təsdiqləmişdir.

Demək ki, Bakının narahat olmasının bir neçə ciddi səbəbi var: birincisi-o, Brüsel tərəfindən qəbul edilmiş diversifikasiya siyasətindən kənarda qala bilər və bu zaman öz əvvəlki mövqelərini Liviya qarşısında itirə bilər. İkincisi-Azərbaycan qazından asılılığın azalması nəticəsində ölkə əvvəlki cəzasızlıq imkanlarını itirə bilər. Bunun sayəsində Azərbaycan Artsaxda etnik təmizləmə və hərbi cinayətlər həyata keçirmişdi. Üstəlik, Azərbaycan qazını istifadə edən Avropa ölkələri və təşkilatlar Azərbaycanda insan hüquqlarının müxtəlif pozuntularınarepressiyalara qarşı ciddi sanksiyalar tətbiq etməmiş və ya kifayət qədər münasibət göstərməmişlər.

Üstəlik, Bakıya artıq şübhə ilə yanaşılır ki, o, Rusiya qazının idxalına qoyulmuş məhdudiyyətləri aşamağa dəstək verə bilər. Bakı üçün narahatlıq doğuran digər məsələ Ankaranın siyasətidir. Türkiyə də öz enerji iqtisadiyyatının diversifikasiyası ilə maraqlıdır və davamlı olaraq Liviya qazının ixracını əhəmiyyətli dərəcədə artırmaq proseslərinə fəal şəkildə cəlb olunur.

Buna görə, Liviya qazı ətrafında yaxın gələcəkdə əldə olunacaq razılaşmalar və praktiki işlər Azərbaycanı daha da həssas edəcək. Maliyyə axınlarından məhrum olmaq və iqtisadi, bunun vasitəsilə habelə siyasi təsir imkanlarının zəifləməsi Bakı üçün Ankaraya və Brüsselə qarşı yeni təzyiq alətləri axtarmağa səbəb olacaq. Belə olan halda, daha çox ehtimal olunur ki, Vaşinqton ilə əməkdaşlıq qurulacaq, onun vasitəsilə yalnız Azərbaycan qazı Rusiya qazının əsas əvəzedicisi hesab oluna bilər.

Telegram kanalımıza abunə olun