2026
2026-02-23
Bleğşen erməni kəndi tarixi Albaniyanın Kapağak vilayətində, indiki Qəbələ (Kutkaşen) rayon mərkəzindən təxminən 24 km cənub-şərqdə: erməni Amuravan və Beklarkənd kəndlərinin yanında yerləşirdi. Müxtəlif mənbələrdə kənd habelə Bileğ, Biliğ, Bleğ ad formalarında da xatırlanıb. Kəndin əhalisi buraya Artsaxın Varandaq (Vərəndə) və Xaçen (Xaçın) mahallarından 18-ci əsrin sonunda məskunlaşmışlar.
1841-ci ildə Bleğşendə 202, 1851-ci ildə 264, 1876-cı ildə 244 erməni yaşayırdı. 1889-cu ildə kənddə 301, 1901-ci ildə 236, 1905-ci ildə 287, 1914-cü ildə 264 erməni sakin olub.
1918-ci ildə Zaqafqaziya türkləri, osmanl qoşunları ilə birlikdə, bölgənin erməni yaşayış məntəqələrinin böyük hissəsini dağıdıblar, erməni əhalisini qətl etmişlər. Bleğşen kəndinin əhalisi eyni taleyi yaşamışdır.
Kənddə erməni məktəbi fəaliyyət göstərmişdir. 1895-ci ilə aid bir qeydə görə, qonşu Amuravan və Beklarkənd erməni kəndlərinin uşaqları da Bleğşen məktəbində təhsil alıblar.
Bleğşendə habelə Surb (Müqəddəs) Minas adını daşıyan kilsə fəaliyyət göstərirdi, həmin kilsə 19-cu əsrin əvvəlində inşa olunub. Müxtəlif illərdə Sargis Matevosyan (1832-1851-ci illər), Margar Ter Sargsyants (1860-cı ilə qədər vəzifə tutmuşdur), Harutyun Hakobyan Harutyunyants (1860-cı illərdən 1870-ci illərə qədər), Harutyun Ter-Hovhannisyan-Ter-Avagyants, Harutyun Grigoryan -Ter-Davtyants (1873-1890-cı illər), Nerses Voskanyants (1910-1917-ci illər) ruhani xidməti yerinə yetirmişlər.
1984-cü ildə abidəşünas folklor-toplayıcısı Samvel Karapetyan kənd yerinə səfəri zamanı, Bleğşendə kilsə izi yox idi. Samvel Karapetyan kənd qəbiristanlığının ərazisində 19-20-ci əsrlərə aid qorunub saxlanılmış təxminən 30 qəbir daşı aşkar etmişdir. Bunlardan bir neçəsinin üzərində ermənicə kitabələr qorunub saxlanılmışdır.
Misal üçün: “burada 1857-ci ildə vəfat etmiş bleğeli Hayrapet Ter-Sargsyan dəfn edilmişdir” və ya “Burada bleğeli keşiş Margar Ter-Sargsyan dəfn olunmuşdur, məzarın yanından keçən hər kəs Tanrı rəhmət eləsin desin, 1860-cı il”.
Digər bir qəbir daşının üzərində:“Burada bleğeli Grigor Ğahramanyan-Ohanyan dəfn olunmuşdur, 1872-ci il”, və ya “1830-cu ildə anadan olmuş bleğeli Ter Harutyun Grigoryan-Davtyantsın məzarı budur, 1898-ci ilin noyabr ayının 15-də vəfat etmişdir, Tanrı rəhmət eləsin”.
Hazırda Bleğşen yaşayış məntəqəsinin yanında eyniadlı kənd var (azərbaycan dilində Bılıx), 20-ci əsrin sonunda kəndin təməli qoyulmuşdur.
Ədəbiyyat
Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il, s. 113.
Bleğ, “Nor-Dar”, 1888-ci il, № 212, 16 dekabr, səh. 2.
Xoy-Zade, Nuxi, “Nor-Dar”, 1895, N 223, 19 dekabr, səh. 2.
Karapetyan S. Albaniyanın ermənicə daş kitabələri, I kitab, Ermənistan Respublikasının Milli Elmlər Akademiyası, “Elm” nəşriyyatı, Yerevan, 1997, səh. 38.
Karapetyan S. Albaniyanın özü, erməni memarlığının araşdırma fondu, 2024-cü il, kitab 22, 1-ci hissə, səh. 250-252.
“Mşak”, 1882-ci il, N 89, 22 May, səh. 2.
Sünikli, Amirvan, “Nor Dar”, 1887-ci il, N 86, 3 hunis, səh. 2.