2026
2026-02-20
Vaşinqtonda azərbaycanlı müxalifətçilərin aksiyası İlham Əliyevin mühafizəçiləri tərəfindən zorakılığa və döyülməyə çevrilib.
Fevral ayının 19-da Vaşinqtonda bir qrup azərbaycanlı nümayişçi Azərbaycan prezidenti İlham Əliyevin yerləşdiyi hotelin qarşısında etiraz aksiyasını keçirməyə çalışıb. Əliyev, Sülh Şurasının ilk iclasında iştirak etməyə Vaşinqtonda idi.
Azərbaycan müxalifət mənbələri ABŞ-da yaşayan azərbaycanlıların və Azərbaycan hökumətinin fəaliyyətini tənqid edənlərin etiraz aksiyasının kadrlarını yayımlayıb. Aksiyada “Siyasi məhbuslara azadlıq”, “Tofiq Yaqubluya azadlıq” şüarları səsləndirilib.
“Bizim məqsədimiz sadəcə “Waldorf Astoria” hotelin qarşısında dinc etiraz aksiyası keçirmək idi, harada ki, İlham Əliyev qalırdı və bütün siyasi məhbusların, o cümlədən təhqir olunmuş jurnalistlərin, insan hüquqları müdafiəçilərinin, “Xalq Cəbhəsi” partiyasının sədri Əli Kərimli və Tofiq Yaqublunun azad olunmasını tələb etmək idi. Burada heç bir provokasiya olmayıb”,-deyə Əliyev rejiminin sərt tənqidçisi və hazırda dələduzluq ittihamı ilə 9 il həbs cəzasına məhkum edilmiş Tofiq Yaqublunun oğlu, ABŞ-da yaşayan Rahim Yaqublu bildirib.
“Ölkədə (yəni Azərbaycanda-red.) İlham Əliyevə qarşı etiraz etmək mümkün deyil, 2019-cu ildən etibarən Azərbaycanda toplaşmaq azadlığı qadağan olunub. Biz də istəyirdik ki, öz fikirlərimizi və şüarlarımızı xaricdə də səsləndirək. Təəssüf ki, Azərbaycan hakimiyyəti və Əliyevin mühafizəçiləri buna sərt reaksiya göstərdilər...”,-deyə nümayişçi bildirib, əlavə edərək ki, prezidentin mühafizəçiləri aksiyada iştirak edənləri döyüblər, onun geyimini cırmışlar.
Bildirilir ki, Vaşinqton Baş Prokurorluğu hotelin qarşısında baş vermiş insidentlə bağlı araşdırmaya başlayıb. Son günlər bu, müxalifətçilərə və tənqidçilərə qarşı Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilən zorakılığının ilk halı deyil. Xüsusilə, İsveçrədə yaşayan tanınmış azərbaycanlı jurnalist Emin Hüseynov da ona qarşı hücum cəhdi edildiyini bəyan edib.
“İlham Əliyev Sülh Şurasının iclasında sülhdən danışarkən, Cenevrənin mərkəzində iki kişi məni izləyib... Cəmi bir neçə gün əvvəl Münhendə İlham Əliyevin həyat yoldaşı, Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevə açıq şəkildə, aydın təhdid xarakterli tonla guya mənə “sağlamlıq” arzuladı. Baş verənləri mən sui-qəsd cəhdi kimi qiymətləndirərəm. Əliyev ailəsinin bu insidentlə birbaşa bağlı olduğuna şübhə etməyə əsaslarım var”,-deyə Emin Hüseynov sosial şəbəkələrində hadisənin videosunu yayımlayaraq bildirib. Hüseynovun sözlərinə görə, o, İlham Əliyevdən müstəqil media nümayəndələrinin suallarını cavablandırmağı xahiş edib. Buna cavab olaraq Əliyev “dünyada müstəqil media yoxdur”deyə bildirib.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycaın Baş Prokurorluğu Emin Hüseynovun rəhbərlik etdiyi “Jurnalistlərin Azadlığı və Təhlükəsizliyi institutu”na qarşı cinayət işi açmış, jurnalistlərə ölkəni tərk etmək qadağan edilmişdi. Hüseynov Bakıda İsveçrə səfirliyində gizlənmiş, daha sonra 2015-ci ildə ölkədən mühacirət etmişdi.
Diqqətəlayiqdir ki, ABŞ-da Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev öz “demokratik” siyasəti ilə çıxış etməyi hətta ölkə sərhədlərindən kənarda da “çəkinmir”.