2026
2026-02-03
Azərbaycan fəal şəkildə müxtəlif tərəfdaş ölkələrdən silah növlərinin alınmasını davam etdirir. Azərbaycan ordusunun arsenalına son illər ərzində daxil edilən silahlar 2025-ci ilin noyabr ayının 8-də Bakıda keçirilmiş hərbi parad zamanı nümayiş etdirilib. Ümumilikdə 39 ədəd xüsusi texnika və silah sistemi, 53 hava hücumundan müdafiə vasitəsi, 63 raket-artilleriya silahı və 12 gəmi, habelə 55 aviasiya vasitəsi göstərilib (təqdim edilib), onlardan beşi Türkiyədən gətirilib. Hərbi paradda, Azərbaycanın 5000 hərbçisi ilə birlikdə, Türkiyə Silahlı Qüvvələrinin 240 və Pakistan Silahlı Qüvvələrinin 120 hərbçisi də iştirak edib.
Paradda ən yeni silahlar: güc nümayişi yoxsa hərbi-siyasi mesaj?
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq media orqanlarının məlumatına görə, silahlanmadakı əsas yeniliklərdən biri Çin istehsalı olan HQ-9 BE uzaqmənzilli zenit-raket sistemləridir. Bu silahın ixrac variantı təyyarələri, qanadlı raketləri və qısa mənzilli ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub. “HQ-9BE”-Çinin HQ-9 hava hücumundan müdafiə sisteminin ixracına hazırlanmış ən son versiyasıdır. HQ-9BE hava hücumundan müdafiə sistemi ilk dəfə 2025-ci ilin fevral ayında Əbu-Dabidə keçirilmiş İDEX beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Onun istehsalçıları-Çin şirkətləri Norinco və CATİC: bu sistemi Amerika istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400” sistemlərinə rəqabətli alternativ kimi təqdim ediblər. Nəşrlərə görə, Azərbaycan Mərakəş, Pakistan və Misirdən sonra HQ-9BE sistemləri Çindən əldə edən dördüncü ölkə, keçmiş sovet respublikaları arasında isə ilk ölkə olub.

Çin istehsalı olan uzaqmənzilli hava hücumundan müdafiə (HHM) raket kompleksləri
2024-cü ildə Azərbaycan Çin-Pakistan birgə istehsalı olan JF-17 Blok 3 qırıcılarını alıb. 2024-cü ilin sentyabr ayının 25-də Azərbaycan prezidenti İlham Əliyevə Bakıda Pakistan istehsalı olan JF-17C (Block III) qırıcıları təqdim olunub.
Azərbaycan KİV-lərinin məlumatına görə, hərbi parad zamanı nümayiş uçuşu çərçivəsində həmin JF-17 çoxməqsədli qırıcıları havaya qalxıb. Paraddan əvvəl Azərbaycan mətbuatında Pakistan Hərbi Hava Qüvvələrinə məxsus JF-17 Thunder qırıcılarının və pakistanlı hərbiçilərin də tədbirdə iştirak edəcəyi barədə məlumatlar yayılmışdır. Bununla belə, paradda uçuşlar Azərbaycan Silahlı Qüvvələrinə, yoxsa Pakistana məxsus qırıcıların yerinə yetirdiyi aydın deyil.

Çin-Pakistan birgə istehsalı olan JF-17 Blok 3 qırıcıları
2025-ci ildə Azərbaycan və Çin arasında “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanmışdır, energetika, nəqliyyat, təhsil və mədəniyyət sahələrini əhatə edib. Çin habelə Azərbaycanın enerji ehtiyatları və “yaşıl enerji” layihələri ilə maraqlanır. Digər tərəfdən, Çin və Pakistan arasındakı hərbi əməkdaşlıq mərkəzi rol oynayır. Hər il birgə hərbi təlimlər keçirilir, Çin Pakistana “Hangor” sinifli sualtı qayıqlar və J-10C qırıcıları tədarük edir, həmçinin müdafiə sənayesinin inkişafına dəstək verir. Çin və Pakistanın hərbi ittifaqı Pekinin regiondakı mövqelərini gücləndirir, bu da Bakı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan ordusunun arsenalındakı yeniliklərindən biri İsrail istehsalı olan Sea Breaker raketidir. “Rafael Advanced Defense Systems” tərəfindən hazırlanmış “Sea Breaker” yüksək dəqiqliyə malik, beşinci nəsil sistemidir, o, 300 kilometrədək məsafədə səthi və sahilyanı hədəfləri məhv edə bilir və bir raketlə kiçik döyüş gəmisini məhv etmək mümkündür.

İsrail istehsalı olan “Sea Breaker” raketi
Azərbaycan mənbələrinin verdiyi məlumatlarına görə, Bakı tərəfindən “Sea Breaker” raketlərinin əldə etməsi ölkənin sahilyanı infrastrukturuna, enerji platformalarına və dəniz kommunikasiyalarına yönələ biləcək, mümkün təhdidləri neytrallaşdırmağa imkan verən yeni bir fürsat kimi qiymətləndirilə bilər. Xəzər regionunda “Sea Breaker” və digər yeni hərbi-dəniz silahlarını Azərbaycan, görünür, İran və ya daha az ehtimalla Rusiyaya qarşı tətbiq edə bilər.
Predator Hawk (Houk) əməliyyat taktiki raket kompleksi PULS şassisi üzərində nümayiş etdirilib. Raketlər İsrailin müdafiə şirkəti “Elbit Systems” tərəfindən istehsal olunur. Şirkətin məlumatlarına görə, “Predator Hawk” yüksək dəqiqliklə idarə olunan raket sistemidir və uzaq məsafələrdə hədəfləri məhv etməyə nəzərdə tutulub. 50-dən 300 kilometrədək müstəsna uçuş məsafəsi var. Təxminən 10 ildir ki, Azərbaycan “Elbit System”in raket sistemlərini alır. Azərbaycana 200 kilometrədək məsafəyə malik “Extra” taktiki raketləri tədarük edilib, daha sonra isə Azərbaycan ordusu “Elbit Systems” tərəfindən hazırlanmış 400 kilometrədək məsafəyə malik “LORA” raketlərini əldə edib. 44 günlük müharibəsi zamanı hər iki raket də Artsaxa qarşı istifadə olunub.

İsrail istehsalı olan “Predator Hawk” (HOUK) raket kompleksi
Bakıda keçirilmiş hərbi parad zamanı habelə Sky Striker Block-4 sistemi nümayiş etdirilib, yuxarıdakı da İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal edilib. “Sky Striker” uzaq məsəfələrdən taktiki dəqiq zərbələr endirə bilir. O, operator tərəfindən təyin edilmiş hədəfləri aşkar etmək, izləmək və məhv etmək imkanına malikdir, zərbələrin yüksək dəqiqliyini təmin edir.

İsrail istehsalı olan Sky Striker Block-4 sistemi
Nümayiş etdirilən növbəti İsrail istehsalı olan sursat “Hero-120” sərbəst uçan döyüş sursatıdır, “Uvision Air” şirkəti tərəfindən hazırlanıb. Quru, dəniz və hava tətbiqi üçün yaradılmış “HERO-120” zirehli texnikaya, hərbi-dəniz gəmilərinə və döyüş helikopterləri kimi fırlanan qanadlı sistemlərinə inteqrasiya olunur. Xəzər dənizində enerji infrastrukturlarının qorunması, dəniz kommunikasiyalarına nəzarətin həyata keçirilməsi və İran Hərbi-Dəniz Qüvvələrinin qarşısını alınması məqsədi ilə “Hero-120” Bakıya aviasiya və ya donanmanın böyük qüvvələrini cəlb etmədən, təhdidlərin sürətlə aradan qaldırmağa imkan verir.

İsrail istehsalı olan sərbəst uçan döyüş sursatı “Hero-120”
Bakıda keçirilmiş paradın nümayış nümunələrindən biri də İsrailin “Aeronautics” şirkəti tərəfindən istehsal olunan “Orbiter-5” taktiki-kəşfiyyat PUAsı olub. O, ilk dəfə 2023-cü ilin iyun ayında: Paris aviasərgisində nümayiş etdirilib. Azərbaycanın arsenalında habelə “Orbiter”in digər-1KM, 2, 3 və 4 versiyaları da var.

İsrail istehsalı olan “Orbiter-5” taktiki-kəşfiyyat PUAsı
Azərbaycan arsenalının yeniliklərindən biri də Serbiya istehsalı olan 155 mm-lik B-52 NORA özüyeriyən artilleriya qurğusudur. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Azərbaycan və Serbiyanın birgə keçirdiyi taktiki təlimlər zamanı artilleriya bölmələri “NORA B-52”dən döyüş atəşi məşqləri icra ediblər.

Serbiya istehsalı olan 155 mm-lik NORA B-52 özüyeriyən artilleriya qurğusu
Nümayiş etdirilən silahlar sırasına habelə Çexiyanın “Excalibur Army” müdafiə şirkəti tərəfindən istehsal olunan DITA 155 mm özüyeriyən top-haubitsa artilleriya sistemi daxil edilib. 2024-cü ilin may ayında Azərbaycan KİV-ləri Çexiya şirkətinin Azərbaycana 70-dən çox təkərli özüyeriyən 155 mm haubitsa tədarük etməyi planllaşdırdığını bildirmişdi. Həmin ilin sentyabr ayında isə, saytlarda yayımlanan məlumatlara görə, DITA haubitsasının ilk nümunəsi Azərbaycan Silahlı Qüvvələrinə çatdırılıb.

Çexiya istehsalı olan DITA 155 mm özüyeriyən top-haubitsa artilleriya sistemi
Hələ də 2024-cü ilin iyun ayında Bakının Heydər Əliyev adına beynəlxalq hava limanında Azərbaycan prezidenti İlham Əliyevə İtaliyanın “Leonarto” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim edilmişdi. C-27J hərbi nəqliyyat təəyyarələri də paradda nümayiş etdirilib.

İtaliyanın istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi
Azərbaycan Silahlı Qüvvələri habelə İsrail istehsalı olan “SandCat” zirehli maşınları nümayiş etdirib. Bu, sürətli reaksiya qüvvələrinə nəzərdə tutulmuş yüngül və yüksək manevr qəbiliyyətinə malik zirehli platformadır. Azərbaycanın 5-ci beynəlxalq müdafiə sərgisi “ADEX 2024” zamanı Bakı İsrailin “SandCatStormer” maşınının modernləşdirilmiş versiyasının təqdim etmişdi, qeyd edilir ki, bu versiya “Spike NLOS” raket sistemi ilə təchiz olunub.

İsrailin istehsalı olan “SandCat” zirehli maşını
“Cobra II” (Cobra II Sanitarka variantı da daxil olmaqla) Azərbayacan arsenalına daxil edilib. Bu, gücləndirilmiş mina mühafizəsinə malik çoxməqsədli zirehli döyüş maşını kəşfiyyat, desant qüvvələri, atəş dəstəyi və döyüş zonalarında şəxsi heyətin təxliyəsinə istifadə olunur. Türkiyənin Otokar şirkəti tərəfindən hazırlanıb və istehsal edilir.

Türkiyənin istehsalı olan “Cobra II” zirehli döyüş maşını
Azərbaycan ordusu ilk dəfə habelə “KAYRA” kamikadze tipli suüstü dəniz vasitəsini nümayiş etdirib. Bu, gəmiləri, liman qurğularını və sahilyanı infrastrukturu məhv etməyə yönəlmiş zərbə vasitəsidir. Həmin döyüş maşını Türkiyənin “Dearsan” şirkəti tərəfindən istehsal olunur.

Türkiyənin istehsalı olan “KAYRA” kamikadze tipli suüstu dəniz vasitəsi
Türkiyədə istehsal olunan silahlar sırasında Türkiyənin “ROKETSAN” şirkəti tərəfindən istehsal edilmiş Kasırğa-TRLG 230A taktiki raket sistemi də var.

Türkiyənin istehsalı olan Kasırğa-TRLG 230A taktiki raket sistemi
Azərbaycan hərbi sənayesi
Müxtəlif ölkələrdən əldə edilən silah-sursatdan başqa Bakıda keçirilən hərbi paradda Azərbaycan ordusunun arsenalına daxil edilmiş yerli müdafiə sənayesi tərəfindən hazırlanmış yeni silah və avadanlıqlar da nümayiş etdirilib.
Hava hədəflərinə qarşı mübarizə aparmağa nəzərdə tutulmuş yeni “Viking” çoxməqsədli mobil döyüş sistemi təqdim olunub.

“Viking” çoxməqsədli mobil döyüş sistemi
“Vaşaq” xüsusi əməliyyat nəqliyyat vasitələri də yeniliklər sırasındadır. Onlar tamamilə Azərbaycanda “İTX Motors” şirkəti tərəfindən istehsal olunub. Vaşaq (ITX-6L SOV) modeli Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin birbaşa dəstəyi ilə, Müdafiə Nazirliyinin sifarişi əsasında hazırlanıb və istehsal edilib. Bu, sürətli reaksiya qüvvələrinə nəzərdə tutulmuş zirehli maşındır və şəhər şəraitində, eləcə də çətin keçilən ərazilərdə hücum və antiterror əməliyyatları üçün istifadə olunur.

Vaşaq xüsusi əməliyyat nəqliyyat vasitəsi
Silah istehsalı mövzusuna Prezident İlham Əliyev noyabr ayının 3-də də toxunub. O, bəyan edib ki, hərbi sənaye “sürətlə inkişaf edir. Bu çox gəlirli sahədir”. Sektora əhəmiyyətli resurslar ayrılıb, çünki Əliyevin sözlərinə görə, dövlətin məqsədi yalnız daxili tələbatı ödəmək (təmin etmək) deyil, həm də xarici ölkələrə silah satmaqdır. Əliyevin 2024-cü ilin avqust ayında verdiyi icazədən sonra, özəl şirkətlər də Azərbaycanın hərbi səanayesində fəaliyyətə başlayıblar.
2026-cı ilin yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycan Prezidenti qeyd edib ki, 15 özəl şirkətə lisenziyalar verilib və onlardan yeddisi artıq hərbi istehsala başlayıb. Yeni istehsal obyektlərinin yaradılması və mövcud olan obyektlərin genişləndirilməsinə 2024-2025-ci illərdə 1 milyard manat investisiya qoyulub ki, bunun yarısı özəl sektorun payına düşür. Əliyevin sözlərinə görə, Azərbaycanda müdafiə sənayesinin qlobal lider şirkətləri ilə birgə müəssisələr yaradılıb. Pilotsuz uçuş aparatlarının, artilleriya qurğularının və digər avadanlıqların istehsalı nəzərdə tutulur.
Azərbaycan Dövlət Statistika Komitəsi hərbi sənaye və ölkənin hərbi məhsullarının xarici ticarəti üzrə ayrıca məlumatlar təqdim etmir. Lakin Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyət hesabatı göstərir ki, dövlət sifarişi ilə istehsal olunan hərbi məhsulların həcmi son iki il ərzində iki dəfədən çox artıb və “hazırda istehsal edilən hərbi məhsulların əhəmiyyətli hissəsi ixrac olunur”. Qeyd olunur ki, bu il ərzində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr ümumilikdə 781.8 milyon manatlıq məhsul istehsal ediblər, bu da əvvəlki ilə müqayisədə 14.7% çoxdur. İxrac edilən məhsulların ümumi həcmi 565.8 milyon manat təşkil edib. 2024-cü ildə nazirliyin müəssisələri 55 növ zirehli texnika, atıcı silah və digər avadanlıqları təmir ediblər.
“Azərbaycan dünyada təxminən 20 ölkəyə hərbi məhsul ixrac edir”,-deyə Prezident Əliyev bildirib.
Azərbaycanın müstəqil “Toplum TV” kanalına verdiyi müsahibəsində “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov bildirib ki, “əgər Azərbaycan hərbi asılılığını azaltmaq istəyirsə, buna görə strategiyaya malik olmalı və şəffaflığı təmin etməlidir”.
“Belə bir strategiya nə ictimaiyyətə, nə də parlamentə məlumdur. “Ağ kağız” olmalıdır və orada növbəti 5-10 il ərzində Azərbaycanın məhz hansı silahları istehsal etmək istədiyi göstərilməlidir. Biz bilmirik ki, hansı proses gedir və onun məqsədi nədir. Məqsəd ordunun tamamilə dəyişdirilməsi də ola bilər. Bu proses şəffaf olmalıdır , ictimai nəzarət olmalıdır. Burada söhbət milyardlardan gedir”,-deyə ekspert vurğulayıb.
Cəsur Məmmədovun sözlərinə görə, “silah istehsalı üzrə tenderləri hansı özəl şirkətlərin qazandığı haqqında məlumat yoxdur. Bu da onu göstərir ki, silah istehsalı hakimiyyətə biznesdir və istisna edilmir ki, bu sahə “çirkli pulların yuyulmas” üçün istifadə oluna bilər”. Ekspert Azərbaycanın istehsal etdiyi silahların keyfiyyəti məsələsi ilə bağlı da şübhələrini bildirib.
Çindən, Pakistandan, İsraildən, Türkiyədən, Serbiyadan alınmış silahlar noyabr ayının 8-də keçirilən paradda nümayiş etdirildiyinə baxmayaraq, tədarük edilən silahların alış dəyəri məlum deyil. Bakı ədatən əldə edilən silahların qiymətini və ya sayını açıqlamır. Son iki il ərzində Azərbaycan hərbi və təhlükəsizlik xərclərini artırıb ki, bu da büdcənin 20 faizdən çoxunu təşkil edir.
Azərbaycan dövlət büdcəsinin layihəsi əsasında 2024-cü il üzrə müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 421 milyon 047.420 min manat (3.777 milyard ABŞ dolları) təşkil etməli idi, bu da dövlət büdcəsinin 17.4 faizi idi.
Silahlı Qüvvələrə ayrılan xərclər 2 milyard 465.55 milyon manat (1.45 milyard dollar), milli təhlükəsizliyə 413.4 milyon manat (243.2 milyon dollar), Sərhəd Xidmətinə isə 487.7 milyon manat (268.9 milyon dollar) səviyyəsində nəzərdə tutulmuşdu. 2024-cü ildə xüsusi müdafiə layihələri və tədbirləri üçün xərclər 3 milyard manat (1.76 milyard dollar) olaraq planlaşdırılmışdı, qalan vəsait isə digər məqsədlərə yönəldirildi. Daha sonra bildirilmişdi ki, 2024-cü il üçün müdafiə və milli təhlükəsizlik xərcləri 6.421 milyard manatdan 7.126 milyard manata qədər artırılıb.
2025-ci ilin büdcə layihəsinə əsasən müdafiə və təhlükəsizlik sahəsinə 8 milyard 396 milyon manat ayrılmışdır. Dekabr ayında parlamentdə “2025-ci il dövlət büdcəsi” haqqında qanun layihəsinin müzakirəsi zamanı sabiq maliyyə naziri Samir Şərifov bildirmişdi ki, hökumət 2025-ci ildə müdafiə və milli təhlükəsizlik üçün nəzərdə tutulan büdcə xərclərini artıraraq 8.5 milyard manata çatdırmağa qərar verib.
2026-cı ilin dövlət büdcəsi ilə Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsinə 8.7 milyard manat (5.1 milyard dollar) vəsait ayrılmağı nəzərdə tutulmuşdu, bu isə ümumi xərclərin 20.9%-nı təşkil edir. Bu məbləğdən 3 milyard manatdan bir qədər çoxu silahlı qüvvələrə, 480 milyon 623 min 148 manatı milli təhlükəsizliyə, 541 milyon 633 min 496 manatı sərhəd xidmətlərinə, 5 milyon manatdan bir qədər çoxu müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 4 milyard 656 milyon 698,016 manatı isə müdafiə və milli təhlükəsizliklə bağlı digər fəaliyyətlərə ayrılıb.
Azərbaycan hakimiyyətyönlü mənbələri iddia edirlər ki, paradda nümayiş etdirilən silahlar ölkənin bütün silah arsenalını əhatə etmir və “bu mərhələdə nümayişi məqsədəuyğun olmayan daha güclü sistemlər var”. Lakin artıq nümayiş etdirilmiş hərbi texnika belə Bakının Türkiyə, İsrail və Pakistanın birbaşa dəstəyi ilə hərbiləşmə və silahlanma istiqamətində aqressiv siyasətini davam etdirdiyini göstərməyə kifayətdir, eyni zamanda Bakı Avropa ölkələrində də yeni bazarları tapmağa çalışır.