2026
2026-01-26
Azərbaycan tərəfindən erməni abidələrinin məhv edilməsi və mənimsənilməsi onilliklər tarixə malikdir. Bu, dövlət siyasətinə və institusionallaşmış fəaliyyət üsulla çevrilib.
2026-cı ilin yanvar ayının 14-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyəti-2040” sənədini imzalayıb, həmin sənəddə gələcək 15 il üçün Azərbaycanın dövlət-mədəniyyət siyasətinin baxışı, məqsədləri və icra mexanizmləri-qısamüddətli, orta müddətli və uzun müddətli perspektivdə təqdim olunur. 39 səhifədən ibarət sənədə görə Azərbaycanın mədəni və dil siyasəti bilavasitə həmin konsepsiyanın məntiqindən və müddəalarından irəli gəlməlidir.
Konsepsiyada Artsax “azad edilmiş ərazi” kimi təqdim olunur və onun “mədəni irsinin qorunmalı və bərpa edilməli” olduğunu vurğulanır. Fəaliyyət proqramında qeyd olunur-“azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin mühafizəsi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyət arasında mədəni irsə dəymiş zərər barədə məlumatlılığın artırılması və dəymiş ziyanın kompensasiyasına tədbirlərin həyata aparılması” həyata keçirilməli.
Son illər ərzində Azərbaycan Artsaxda erməni mədəni irsin sistemli şəkildə məhv edilməsi və mənimsənilməsi ilə məşğuldur-eyni zamanda erməniləri vandallıqda ittiham edərək. Əldə olunan təcrübə göstərir ki, qorunma adı altında Artsaxdakı erməni abidələrin bir hissəsi “işğalçıllıq” damğası ilə məhv ediləcək, digər hissəsi isə alban və ya azərbaycan kimi elan olunacaq.
“Konsepsiyanın əsas məqsədlərindən biri Azərbaycanın tarixi coğrafiyasına mədəni qayıdışını təmin etmək, Azərbaycan xalqının dağıdılmış və məhv edilmiş tarixi-mədəni irsini bərpa etmək və birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunu yenidən bərpa etmək”. Yeri gəlmişkən, bu cür ifadə tərzi Azərbaycanın iddialarını təkcə Ermənistana deyil, həm də ona həmsərhəd digər dövlətlərə-İran, Rusiya və Gürcüstana qarşı da əks etdirir. Azərbaycan rəsmi diskursunda bu ifadələr əsassız ittihamlar kontekstində Ermənistanın ünvanına mütəmadi olaraq təkrarlanır.
Konsepsiyada “Qərbi Azərbaycan” ekspansionist və uydurulmuş tezisi birbaşa qeyd olunmur, lakin nəzərə alaraq ki, bu tezis hətta ölkə prezidentinin səviyyəsində irəli sürülür, onun sənəddə yer almaması mümkün deyildi. Konsepsiyanın bəndlərindən birində qeyd olunur. “Azərbaycan xalqının yaratdığı mədəni irsin yerləşdiyi tarixi coğrafi ərazidə Azərbaycan xalqının mədəni irsinin mənsubiyyəti, mühafizəsi və bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi”.
Bu bəndin həyata keçirilməsinə görə Azərbaycan Xarici İşlər Nazirliyi, Milli Elmlər Akademiyası və digər dövlət orqanları cavabdehdir.
2025-ci ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında öz çıxışında İlham Əliyev demişdi ki, “azərbaycan xalqı geniş coğrafi məkanda yaşayıb və yaşayır. Demək kifayətdir ki, sərhədlərimizdən kənarda hər yerdə azərbaycanlılar yaşayırlar. Onlar Ermənistanda da yaşayıblar, amma qovulublar. Bununla belə, əminəm ki, onlar yenidən orada yaşayacaqlar, çünki bu gün bütün qonşu ölkələrdə, sərhədlərimizdən kənarda azərbaycanlıların öz doğma tarixi torpaqlarında yaşadıqlarını görürük”.
Xatırladaq ki, Əliyəvin tapşırığı ilə bu istiqamətdə Azərbaycanın Milli Elmlər Akademiyasında infrastrukturun yaradılması işləri hələ də 2024-cü ildə başlamışdı, bunun nəticəsində Əlyazmalar İnstitutunda “Qərbi Azərbaycan”ın qədim əlyazmaları və sənədlərinin tədqiqi şöbəsi açılıb. Bakıxanov adına Tarix İnstitutunda “Qərbi Azərbaycan tarixi”, Etnoqrafiya İnstitutunda “Qərbi Azərbaycan folkloru”, Nəsimi adına Dilçilik İnstitutunda isə “Toponimika” şöbələri yaradılıb.
Azərbaycanda bir sıra başqa qurumlar da tarixin yenidən yazılması ilə məşğuldur, bunun məqsədi isə ermənilərin Ermənistanda və regionda yerli xalq olduğunu inkar etmək, əsrlərlə yaradılmış erməni mədəni irsini mənimsəmək və məhv etməkdir. Prezident İlham Əliyevin verdiyi göstərişlər isə həm konsepsiyaya, həm Azərbaycan Milli Elmlər Akademiyasının strukturlarının fəaliyyətinə aiddir və bu kontekstdə, eyni zamanda, sözdə “Qərbi Azərbaycan” konsepsiyanı da nəzərə almaq lazımdır.