2026

Kiçik Heydər Əliyev hakimiyyətin klan varisi?

2026-01-22

Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək məqsədi ilə İsveçrəyə səfər edən Azərbaycan rəsmi nümayəndə heyətinə habelə prezident Əliyevin oğlu-kiçik Heydər Əliyev daxildir. Yuxarıdakı, Azərbaycan hökumətində heç bir vəzifə daşımır. İsveçrədə həyat yoldaşına müşayiət edən Mehriban Əliyevanın sosial şəbəkə paylaşımlarında görünür ki, Əliiyevlərin böyük qızı Leyla Əliyeva da Davosdadır.

Azərbaycan KİV-də heç bir dövlət vəzifəsi daşımayan kiçik Heydər Əliyevin beynəlxalq rəsmi görüşlərdə iştirakı geniş müzakirələrə səbəb olub. O, Braziliya “BTG Pactual” investisiya bankının sədri Andre Esteves, “Vestas wind Systems” şirkətinin Marketinq, Kommunikasiya, davamllılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm, dünyanın ən böyük liman operatorlarından biri olan “DP world” şirkətinin prezidenti və icraçı direktoru Sultan Əhməd bin Sulaim, habelə Qətər baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Cassim AI Thani ilə İlham Əliyevin görüşlərində iştirak edib.

Sosial şəbəkələrdə və KİV-də yayımlanan fotolardan görünür ki, kiçik Heydər Əliyev Azərbaycan Dövlət Neft şirkəti-“SOCAR” nümayəndəsi kimi təqdim olunur. Heç bir rəsmi mənbədə onun şirkətdə iş fəaliyyəti barədə məlumat təqdim edilməyib. Maraqlıdır ki, İlham Əliyev də 1994-2003-cü illərdə “SOCAR”da birinci vitse prezidenti kimi işləyib.

Bəzi azərbaycanlı siyasi analitiklərin sözlərinə görə, son dövrlərdə rəsmi tədbirlərdə və görüşlərdə kiçik Heydər Əliyevin iştirakı yuxarıdakının İlham Əliyevin mümkün hüquqi varisi olacağına işarədir. Onların fikrincə, kiçik Heydər Əliyev gələcəkdə siyasi və dövlət idarəetməsi sistemində daha fəal rol oynaya bilər. Analitiklər istisna etmirlər ki, beynəlxalq görüşlərdə kiçik Heydər Əliyevin iştirakı onun siyasi karyerasının “hazırlıq mərhələsi” ola bilər.

Bu, kiçik Heydər Əliyevin atasının yanında rəsmi görüşlərdə iştirak etdiyi ilk hal deyil. Hələ 2024-cü il yanvar ayının 9-da o, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Məhəmməd bin Zayed ƏI Nəhyanın verdiyi rəsmi nahar qəbulunda iştirak etmiş, eyni masada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə əyləşmişdi. Məhz bu nahardan sonra, İlham Əliyevin oğlunu siyasi fəallığa hazırladığı barədə müzakirələr başlamışdı.

Azərbaycanda geniş müzakirələrə səbəb olan hadisələrdən biri də 2024-cü ilin sentyabr ayının 26-da keçirilən iqtisadi məsələlərə dair müşavirə idi. Görüşdə iştirak edən kiçik Heydər Əliyev anası, birinci vitse-prezident Mehriban Əliyevanın yanında oturmuşdu. Dövlət protokoluna görə, rəsmi görüşlər zamanı baş nazir və müavinləri prezidentin sol tərəfində, vitse-prezidentlər isə sağ tərəfində otururlar. Sual yaranır-Kiçik Heydər Əliyev niyə ikinci vitse-prezidentin yerində oturmuşdu?

Son zamanlarda ictimai yerlərdə kiçik Heydər Əliyevin həyat yoldaşı-Alyona Əliyeva da tez-tez görünür, bu günlərdə o da Davosdadır. Yuxarıdakı Mehriban Əliyeva və Əliyevlərin qızları Arzu və Leylə ilə müxtəlif tədbirlərdə, habelə xarici səfərlərdə iştirak edir. Misal üçün, 2025-ci ilin oktyabr ayının 17-də Mehriban Əliyevanın Vatikana rəsmi səfəri çərçivəsində, o, Roma Papası XIV Leo ilə keçirilən görüşdə də iştirak etmişdir.

Oğlunu ictimai arenaya çıxarmaqla, onu yüksək səviyyəli rəsmi görüşlərə cəlb etməklə İlham Əliyev kiçik Heydər Əliyevə prezident taxtının mümkün klan varisi kimi siyasi təcrübə qazanmaq, dövlət idarəçiliyinin mexanizmlərini başa düşmək, beynəlxalq siyasi və biznes dairələri ilə ünsiyyət qurmaq, xarici siyasət proseslərini izləmək imkanı yaradır. Ağsaqqal Heydər Əliyevin 2003-cü ildə Azərbaycanın indiki prezidentini hakimiyyətə gətirməyə hazırladığı eyni ssenari həyata keçirilir.

Telegram kanalımıza abunə olun