2026

Qoxtn vilayətinin Norakert (Nor Gyut) kəndi

2026-01-15

Norakert tarixi Vaspurakan vilayətinin Qoxtan (Qoxtn) əyalətinin erməni kəndlərindən biri idi, həmin kənd Bstadzorun ən yuxarı hissəsində, təxminən 2500 metr yüksəklikdə olan Zəngəzur dağ silsiləsində yerləşirdi. Kənd izdihamlı yollardan uzaq olduğuna görə tədqiqatçıların diqqət mərkəzindən yayınıb.

Norakert habelə Nurğut və ya Terenirğit adları[1] ilə də tanınırdı. Kənd sakinləri əsasən bağçılıq, heyvandarlıq və əkinçiliklə[2] məşğul olurdular. Kənd ərazisinin maddi mədəniyyətinin araşdırması kəndin çox qədim zamanlardan mövcud olduğunu sübut etmişdir. Lakin yaşayış məntəqəsində həyat xüsusilə 14-18-ci əsrlər[3] ərzində canlı idi.

13-cü əsrə aid bir vergi siyahısına görə Norakert Tatev monastırına 12 vahid (dram) vergi[4] ödəyib.

Targmançats monastırı kəndin mərkəzi hissəsində yerləşirdi, yuxarıdakı qərb fasadından girişi olan üç nefli bazilika idi. Yesai vardapet tərəfindən 1662-ci ildə[5] tikilmişdir. Kilsədə freskalar, ikonalar və ya dekorativ heykəllər yox idi. Qərb fasadının qarşısında dağılmış binaların və divarların izləri qorunub saxlanılmışdır. Targmançats kilsəsi 1990-cı illərin əvvəllərində yarı dağılmış vəziyyətdə idi. 1997-2006-cı illər ərzində[6] tamamilə dağıdılıb.

Orta əsrlərdə tikilmiş daha bir kilsə Norakertdə yerləşirdi, yuxarıdakı ilk dəfə 1829-cu ildə xatırlanıb. Həmin kilsə hazırda tamamilə dağıdılmış vəziyyətdədir[7].

Kəndin cənub-şərq hissəsində qəbiristanlıq yerləşir, 12-18-ci əsrlərə aiddir. Burada xüsusilə 14-16-cı illərə aid 100-110 erməni qəbir daşı və xaçkar qorunub saxlanılır. Bir sıra məzar daşı və qoç heykəlləri yerindən tərpəndilib və sındırılıb, erməni yazıları isə silinib.

Norakertin şimal-şərq hissəsində, piramida formasında dağda 14-15-ci əsrlərə aid qalanın xarabalıqları var.

19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində kənd ermənilərdən təmizlənmişdir. Həmin dövrdə 25-26 müsəlman[8] ailəsinin yaşadığına dair məlumat qorunub saxlanılmışdır.

Hazırda kənd Nirgüt və ya Nürgüt[9] adlanır. Naxicevan (Naxçıvan) Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı şəhərindən 37 km şimal-şərqdə yerləşir və azərbaycanlılar yaşayır.

Ədəbiyyat

Qevond Alişan, Sisakan, Venesiya, 1893.

Yervand Lalayan, Naxicevan vilayəti, 1-ci hissə, Qoxtn və ya Ordubad rayonu, “Etnoqrafik jurnal”, XI kitab, 1904.

T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 4-cü cild, Yerevan Universitetinin nəşriyyatı, Yerevan, 1998.

Argam Ayvazyan, Mesropavan, Şrcu, Voğohinin və Norakertın memarlıq abidələri, Eçmiədzin, LE, 1980, B-G.

Ayvazyan A., Naxicevan MSSR-in erməni abidələri. Toplu siyahı. Yerevan, 1986.

Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012.

Qafqaz İrsi Müşahidə Mərkəzi (CHW) St. Targmanchats Monastery of Norakert

[1] Qevond Alişan, Sisakan, Venesiya, 1893, s. 344.

[2] T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 4-cü cild, Yerevan Universitetinin nəşriyyatı, Yerevan, 1998, siyahı 1, səhifə 38.

[3] Argam Ayvazyan, Mesropavan, Şrcu, Voğohinin və Norakertın memarlıq abidələri, Eçmiədzin, LE, 1980, B-G, səhifə 97.

[4] T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 4-cü cild, Yerevan Universitetinin nəşriyyatı, Yerevan, 1998, siyahı 1, səhifə 17.

[5] Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012, səhifə 24.

[6] Qafqaz İrsi Müşahidə Mərkəzi (CHW), St. Targmanchats Monastery of Norakert

[7] Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012, səhifə 24.

[8] Qevond Alişan, Sisakan, Venesiya, 1893, s. 344, habelə bax- Yervand Lalayan, Naxicevan vilayəti, 1-ci hissə, Qoxtn və ya Ordubad rayonu, “Etnoqrafik jurnal”, XI kitab, 1904, səhifə 323.

[9] Norakert, hazırda azərbaycan dilində Nürgüt.

Telegram kanalımıza abunə olun