2026
2026-01-09
Azərbaycan baş naziri Əli Əsədovun imzaladığı sərəncama əsasən, ölkədə koronavirus pandemiyasının (COVİD-19) yayılmasının və onun mümkün nəticələrinin qarşısını almaq məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı il aprel ayının 1-dək uzadılıb-bu, Azərbaycanın bütün qonşu ölkələrlə quru sərhəd keçid məntəqələrində sərnişin daşımalarının qadağan olunması nəzərdə tutur, yalnız xarici vətəndaşların ölkədən çıxışına və Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verilir.
Hərəkət üçün yeganə seçim hələ də hava nəqliyyatı olaraq qalır. Bu isə Azərbaycanın sərhədyanı bölgələrində yaşayan, Türkiyə, Rusiya, Gürcüstan və İranla sərhəd ərazilərdə qohumları olan sakinlərə problem yaradır. Bu halda onlar məcbur qalaraq yüksək xərclər ödəməli, paytaxta və ya ən yaxın hava limanına (Gəncə, Naxicevan) getməli, oradan isə digər ölkəyə, daha sonra isə lazımi yaşayış məntəqəsinə çatmalıdılar. Üstəlik, bu, yaşayış məntəqələri arasındakı məsafənin cəmi bir neçə yüz metr ola bildiyi hallarda belə baş verir.
Bundan başqa, quru sərhədlərin bağlanması digər sosial-iqtisadi çətinliklərə də səbəb olub. Xüsusilə sərhədin digər tərəfindən alış-veriş edən, ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar, eləcə də nəqliyyat və əlaqələr vasitəsilə iqtisadi fəaliyyət göstərən şəxslər zərər çəkiblər.
Azərbaycan, qonşu ölkələrlə olan quru sərhədlərini bağlayaraq, qeyd olunan xüsusi karantin rejimini ilk dəfə 2020-ci ilin mart ayında, dünyada koronavirus pandemiyasının yayılması dövründə elan etmişdi. Mövcud olan məhdudiyyətlər hər üç aydan bir uzadılıb.Əvvəlki qərar 2025-ci ilin sentyabr ayında qəbul edilmiş və müddət 2026-cı il yanvar ayının 1-dək müəyyən olunmuşdu. Lakin yeni qərar azərbaycanlıları, xüsusilə də nəhayət sərbəst hərəkət edə biləcəklərinə ümid edən naxicevanlılara gözlənilməz olub.
Naxicevanın quru sərhədləri 2023-cü il ərzində müvəqqəti olaraq açılsa da, hazırda həmin sərhədlər də bağlıdır. İzolyasiya vəziyyətində olan naxicevanlılar daha mürəkkəb vəziyyətə düşüblər, çünki onların əsas iqtisadi fəaliyyəti Türkiyə və İranla əlaqəlidir.
Rəsmi olaraq karantin rejiminin məqsədi kimi ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısını alınması qeyd edilib. Lakin Ümumdünya Səhiyyə Təşkilatı hələ də 2023-cü ilin may ayında COVİD-19-un artıq pandemiya xarakteri olmadığını bəyan etmişdi. Əliyev rejimi quru sərhədlərini açmaqdan başqa, əvvəllər tətbiq olunan tələbləri də ləğv edib-maska taxılması, evdən yalnız məhdud vaxt ərzində çıxmaq və s. kimi məhdudiyyətlər aradan qaldırılıb.
Azərbaycan prezidenti kimi ayrı-ayrı rəsmilər və deputatlar daha sonra etiraf ediblər ki, quru sərhədlərin bağlanması çoxdan COVİD-19-la bağlı deyil. Əliyev 2024-cü ilin sentyabr ayında Milli Məclisdə çıxışı zamanı, vurğulayıb ki, sərhədlərin bağlanması “Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib”. Onun sözlərinə görə, hətta “bağlı sərhədlər şəraitində belə Azərbaycana qarşı təhlükəli hərəkətlər həyata keçirilir”. Öz vətəndaşlarının hərəkət azadlığını məhdudlaşdırılmasını əsaslandırmağa çalışan Əliyev bildirib ki, tətbiq olunan məhdudiyyətlər sayəsində Azərbaycanda sabitlik təmin olunub.
Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc da sərhədlərin bağlanması əsaslandırıb. Onun sözlərinə görə, Rusiya-Ukrayna və İran-İsrail münaqişələrinin nəticələrindən, Azərbaycan yüz minlərlə insanın axınına yol verməməklə, yayınmağa nail olub. Bundan sonra hakimiyyətyönlü media orqanları da “vətəndaşların təhlükəsizliyinin təmin edilməsi zərurəti” adı altında sərhədlərin bağlı saxlanmasını əsaslandırmağa qoşulub və bununla da real səbəbin heç də pandemiya olmadığını təsdiqləyiblər.
Gürcüstan mətbuatı, öz növbəsində, karantin rejimi əsas gətirərək sərhədlərini bağlı saxlanılması növbəti qərarı istehza ilə qarşılayıb, yəqin ki, bu, Gürcüstan-Azərbaycan sərhədinin müxtəlif tərəflərində qalmış gürcülərin və azərbaycanlıların sərhədlərin açılması ilə bağlı Əliyevə ünvanladıqları müraciətlərin nəzərə alınmamasına cavab olaraq baş verib.
Rusiya və İran ilə sərhədlərinin bağlı saxlanması birinci halda 2024-cü ilin dekabr ayında Azərbaycan təyyarəsinin vurulmasından sonra yaranmış gərginliklə, ikinci halda isə Azərbaycanın əsas müttəfiqi olan İsrail-İran qarşıdurması fonunda mümkün təhlükəli elementlərin hərəkətinin qarşısının alınması zərurəti ilə izah edilir. Lakin ən azı “qardaş” Türkiyədən bu cür ehtiyatlanma şübhə doğurur-Naxicevanla həmsərhəd olan İğdır vilayətində azərbaycanlıların geniş mövcudluğu və fəallığına baxmayaraq. İstisna deyil ki, terror qruplarının sızması ilə bağlı narahatlıq təkcə İranla sərhədə deyil, eyni zamanda Türkiyəyə də aid edilir.
Xarici təhlükələrdən başqa, bunun daxili-siyasi və öz xalqını istismar etmə məqsədləri də açıq-aşkar görünür. Ölkənin müxalifət dairələrinin nümayəndələrinin fikrincə, quru sərhədlərinin bağlı saxlanması hakimiyyətin daxili maraqlarına xidmət edir. İddia olunur ki, müstəqil jurnalistlərə, vətəndaş cəmiyyəti və müxalifət nümayəndələrinə qarşı tətbiq olunan təqiblər ümumi məhdudiyyətlər məntiqinin bir zəncirindədir. Müxalifət mənbələrinin məlumatına görə, İlham Əliyev Azərbaycanı inamla avtoritarizmə doğru aparır və karantin rejimi bu baxımdan effektiv vasitədir. Quru sərhədlərini keçməyə qadağa qoyulduğu halda ictimai və siyasi xadimlərə qarşı zorakılıq və həbs hallarının kəskin şəkildə artması da təsadüfi deyil. Fakt budur ki, Azərbaycanda karantin rejimi tətbiq olunduqdan sonra, etiraz aksiyaları təşkil etmək mümkün olmayıb.
Karantin rejimi habelə mühacirəti məhdudlaşdıran vasitə kimi tətbiq oluna bilər. Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, 2016-2017-ci illərdən etibarən Azərbaycanın vətəndaşlarının miqrasiyası artıb. Əsas istiqamətlər Rusiya, Türkiyə və Almaniyadır, burada azərbaycanlılar müvəqqəti və ya daimi miqrasiya prosedurları ilə yaşamağa məskunlaşırlar.
Quru sərhədlərini bağlı saxlanmasının real səbəblərindən biri də hakim ailənin maliyyə maraqları hesab olunur. Hakim ailəyə məxsus AZAL aviaşirkəti hava nəqliyyatı vasitəsilə hərəkət etməyə məcbur olanlardan böyük gəlirlər əldə edir. Bundan başqa, bir çox azərbaycanlı qonşu ölkələrin daha əlverişli bazarlarından alış-veriş edə bilmir. Əvəzində onlar məcbur qalıb pulu Azərbaycanda xərcləyirlər ki, burada bazar əsasən Əliyev klanının nəzarəti altındadır. Həmçinin, belə hesab edilir ki, bu yolla azərbaycanlılar sərhədin o biri tayında tətbiq olunan yenilikləri, sosial-iqtisadi inkişaf fərqliklərini görmürlər.
Demək ki, bağlı sərhədlər daxili-siyasi baxımdan Əliyevə mükəmməl vasitədir: həm müxalif siyasi xadimlərin, həm hakim ailəyə təhlükə yarada biləcək klan nümayəndələrinin, həm də ictimai fəal dairələrin hərəkətini tam nəzarət altında saxlamaq üçün. Lakin fakt budur ki, Azərbaycan rəhbərliyi xarici təhlükələrdən qorunmaq məqsədi ilə öz xalqının ehtiyaclarını, sosial vəziyyətini və çətinliklərini nəzərə almır. Bunun əvəzinə qəbul olunan qərarlar “dövlət təhlükəsizliyi” zərurəti adı altında paketlənir, Naxicevanla birbaşa əlaqəni məntiqsiz edir, halbuki bu bölgənin sakinləri Əliyevin tətbiq etdiyi izolyasiya siyasətindən ən çox ziyan çəkənlərdir.