2025
2025-12-02
“Geğard” elmi-analitik fondunun və Erməni Apostol Kilsəsinin Moskva və Yeni Naxicevan Yeparxiyasının Ermənistanşünaslıq Mərkəzinin təşəbbüsü ilə Moskvada “Erməni xristianlığı və Zaqafqaziyanın mədəni məkanında onun rolu: çağırışlar və qorunma yolları” adlı beynəlxalq konfrans keçirilib.
Ön Asiya regionu xalqlarının və dövlətlərinin qədim dövr tarixi ilə bağlı Azərbaycan saxtalaşdırmalarından danışaraq “Geğard” fondunun direktoru Robert Ğazaryan qeyd etdi. “azərbaycanlılar özlərini regionun əsas türk xalqı kimi təqdim etdiklərinə görə türklərlə bağlı hər şeyi özlərinə aid edirlər”.
“Dünya tarixşünaslığı qeyd edir ki, Aratta və kutilərin tarixinin türk-azərbaycanlılarla heç bir əlaqəsi yoxdur. 20-ci əsrdə yaranmış yeni etnos bu qədim xalqların və dövlətlərin tarixinin bir hissəsi olduğunu iddia edə bilməz”,-R. Ğazaryan vurğulayıb.
Fondun analitiki Gor Margaryan “Yenidən mənalandırmadan inkaradək: Sovet keçmişinin 1991-ci ildən sonrakı Azərbaycan tarixşünaslığında təqdimatı” adlı məruzəsində postsovet dövründə Azərbaycan tarixşünaslığı tərəfindən Rusiyanın mənfi obrazının ardıcıl şəkildə təqdim edilməsinə və bunun siyasi baxımdan qiymətləndirilməsinə toxundu.
Rusiya Federasiyasının Milli Elmlər Akademiyasının Dağıstan Federal Araşdırmalar Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbəri, tarix elmləri namizədi Ramazan Abdulməjidov Dağıstanın Otau kəndində aşkar edilmiş 16-19-cu əsrlərə aid erməni daş yazılı abidələrdən danışaraq vurğuladı ki, yerli epigrafik mənbələrin daha ətraflı tədqiqi onların güclü mədəni təbəqənin qalıqları kimi qiymətləndirilə biləcəyini göstərir.
“Ermənistanda xristianlığın qəbul edilməsi məsələsi-Movses Xorenatsinin “Ermənistan tarixi” əsərinə görə” mövzusunda məruzə ilə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Xristian Şərqi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Aleksan Hakobyan çıxış etdi. Abovyan adına Ermənistan dövlət Pedaqoji Universitetinin Tarix və Sosial elmlər fakültəsinin dekanı,tarix elmləri namizədi, dosent Edgar Hovhannisyan məruzəsində “Ermənistanda rus pravoslav dini və ibadət müəssisələri” mövzusuna toxundu.
1920-1930-cu illərdə Sovet Azərbaycanda baş verən anti-sovet hərəkatlarına istinad edən “Geğard” fondunun analitiki Anuş Harutyunyan vurğuladı ki, onlar dərin anti-rus meylləri ehtiva edirdi, digər xalqlara qarşı nifrətin göstəricisi kimi. “Anti-sovet təzahürlər milli özünüdərkin möhkəmlənməsinə, biz-onlar konsepsiyasının formalaşmasına əhəmiyyətli dərəcədə töhfə vermişdit”,-deyə analitik vurğuladı.
Guya “azərbaycan kimliyi” yaratmaqla, başqalarla birlikdə Azərbaycanda Rus və Böyük Vətən müharibəsi iştirakçılarının qəbiristanlıqları da hədəfə alınır. Bu mövzuda danışan “Geğard” fondunun analitiki Armine Xanpikyan vurğuladı. “Azərbaycan Respublikasının ərazisində təkcə erməni deyil, həm də rus qəbiristanlıqlarına qarşı törədilən vandalizm Azərbaycan tərəfinin vəhşiliyini əks etdirir, bu isə açıq şəkildə rus icmasına da yönəlmiş dərin nifrət və dözümsüzlüyü göstərir”.
İştirakçılar öz məruzələrində həmçinin regionda xristian irsinin qorunması ilə bağlı əsas problemləri təqdim etdilər, Şərqi Zaqafqaziya regionunda Azərbaycan dövlət siyasəti nəticəsində erməni xristian abidələrinin məhv edilməsinə, mənimsənilməsinə və onların tarixi ilə bağlı saxtalaşdırmalara toxundular.
Konfransda habelə Rusiya Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Alikber Alikberov, Stanford Universitetinin professoru Artavazd Xaçikyan, Lomonosov adına Moskva Dövlət Universitetinin Mərkəzi Asiya və Qafqaz ölkələri şöbəsinin müdiri, tarix elmləri doktoru Aleksey Muravyov, Rusiya və qonşu ölkələrin tarixi üzrə eksperti, tarix üzrə fəlsəfə doktoru Aleksandr Çeryomin və digər tanınmış alimlər iştirak edirdilər.