2025
2025-11-28
Bu yaxınlarda “Geğard” fondu Azərbaycan Milli Elmlər Akademiyasından şikayət-məktub almışdır: məktub A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun təxminən iyirmi elmi işçisi tərəfindən imzalanmışdır. Azərbaycanlı “alimlər” “Geğard” fondunun fəaliyyətindən, xüsusilə fondun veb-saytındakı “AZƏRFEYK”, “AZƏRVANDALLIQ” bölmələrində təqdim olunan materiallardan şikayətlənirdilər. Şikayətin xüsusi mövzusu “Geğard” fondunun beynəlxalq elmi informasiya bazalarına və dövri nəşrlərə göndərdiyi şikayət-məktublar olmuşdur, bu məktublar azərbaycanlı müəlliflərin anti-elmi və anti-erməni nəşrlərinin yayılmasının qarşısını almağa yönəlmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının hörmətli həmkarları
“Geğard” elmi-analitik fondunun fəaliyyətinə dair tərəfinizdən göndərilən şikayət-məktubuna cavabı sizə təqdim edirik
Əvvələ, icazənizlə qeyd edək ki, məktubunuzun “tonu” təəssüf ki, qəbul oluna bilməz. İlk abzasda Ermənistan tarixi açıq-aşkar və sinik şəkildə təhrif edilmişdir. İndiki “Ermənistanın” guya “azərbaycan” xanlıqlarının ərazilərində yaranmasına dair iddianıza toxunmaq belə ləyaqətdən aşağıdır. Elmi əsaslardan və reallıqdan uzaq həmin təbliğat elmi müzakirənin predmetinə çevrilə bilməz.
Təkcə onu qeyd etmək kifayətdir ki, sizin həmin ərazilərindən biri “İrəvan xanlığı” adlandırdığınız, daha çox tarix, coğrafiya və toponimika sahəsində kifayət qədər məlumatınız olmadığını göstərir. Görünür, siz bu xanlıqların məhz Ermənistan ərazisində yarandığını (əksinə deyil), sadə bir həqiqəti dərk etməkdə çətinlik çəkirsiniz.
Sizin guya tarixi faktlara önəm verdiyiniz və arxiv materiallarına əsaslanmağı üstün tutduğunuz barədə bəyanatınıza cavab olaraq (halbuki praktikada bunun tam əksi baş verir), Millətlər Liqasının Azərbaycanla bağlı məşhur qərarını xatırlatmağı zəruri hesab edirik. Bu sənəddə açıq mətnlə bildirilir ki, “1918-ci ilə qədər “Azərbaycan” adlı dövlət olmayıb və indi sizin iddia etdiniz ərazilər heç vaxt vahid dövlət qurumu təşkil etməyib, daha böyük imperiyaların-əvvəlcə Monqol, daha sonra Fars, 1813-cü ildən isə Rusiya imperiyasının tərkibinə daxil olmuşdur”. Üstəlik, həmin qərarda aydın şəkildə qeyd olunub ki, “yeni respublikaya verilən “Azərbaycan” adı ələ alınmışdır və heç bir fərqi yoxdur qonşu İranın eyni adlı vilayətinin adından”.
Hesab edirik ki, Millətlər Liqasının sənədinin orijinal mətni ilə sərbəst şəkildə tanış olamağa kifayət qədər bacarıqlarınız olacaq. «Il est intéressant dobserver que ce territoire, qui occupe une superficie de 40.000 milles carrés, ne paraît jamais auparavant avoir constitué un État, mais a toujours été compris dans les fédérations plus vastes comme lEmpire Mongol ou Persan et, depuis 1813, lEmpire Russe. Le nom dAzerbaïdjan, choisi pour désigner la nouvelle République, est aussi celui de la province persane voisine»:
Bu ifadə tamamilə sübut edir tarixi həqiqəti ki, siz qəsdən və məqsədli şəkildə nəzərə almırsınız.
Ondan sonra siz yazırsınız ki, “biz (azərbaycanlı) alimlər, tarixi həqiqəti beynəlxalq elmi ictimaiyyətə çatdırmışıq-əsərlər, məqalələr nəşr etməklə...”.
Əvvələ, özünüzü alim və tarixçi adlandırmaq məsələsində tələsmədiyinizi təklif edirik. Alim statusu yalnız nəşrlərin və titulların formal mövcudluğunu deyil, həm də akademik etikaya sadiq qalmağı tələb edir. Alimlər tarix təhrif etməz, hamıya məlum olan faktları inkar etməz, mənbələrdən seçilmiş ayrı-ayrı detallarla tarixi manipulyasiyalarla məşğul olmazlar.
Alim özünə icazə verə bilməz ki, tarixi reallığı qəsdən nəzərə almasın-Ermənistanın minillik irsini inkar etsin və ya erməni, alban, gürcü, iran mədəni-tarixi irsini mənimsəyərək onları “azərbaycan” kimi elan etsin. Üstəlik, alimlər adətən açıq saxtakarlıq ehtiva edən materiallar nəşr etmirlər və, daha da vacibi, belə nəticələrlə fəxr etməzlər.
Sizin bəyanatınızın digər ifadəsinə diqqət edək ki, guya siz “yeni tarix yazır və onu beynəlxalq ictimaiyyətə çatdırırsınız”. Siz şikayətlənirsiniz ki, “Geğard” elmi-analitik fondu elmi məlumat bazalarını və jurnalların fəaliyyətini tənqid edir və işıqlandırır, o ki, siz uzun müddətdir ki, elmi olmayan və anti-erməni mətnlər nəşr edirsiniz. Məhz bununla da sizin bəyanatınızın mahiyyəti açıq-aşkar ortaya çıxır. Siz şikayət edirsiniz ki, “Geğard” fondunun şikayət-məktublarına cavab olaraq xarici jurnallar və elmi informasiya bazaları sizin nəşrlərinizə qarşı daha diqqətli yanaşmağa başlayıblar və nəticədə siz anti-erməni tezislərinizi yaymaq imkanından məhrum olursunuz.
Lakin anlamağa çalışın-belə mövqe elmi ictimaiyyətin təbbi və gözlənilən reaksiyasıdır, hansı ki, elmi və biliyi devalvasiyadan qorunmağa və ədalətli tarixi tədqiqatları siyasi təbliğat materialları ilə əvəz etməyə yönəlmiş səyləri əks etdirir.
Əgər, bizim fəaliyyətimiz hər hansı bir şəkildə sizin saxta-tarixi, təbliğat və metodologiyadan məhrum materiallarınızın daha geniş şəkildə yayılmasını məhdudlaşdırıbsa, biz buna görə səmimi qəlbdən təəsüflənirik, belə bir təşəbbüslə kifayət qədər gec çıxış etdiyimiz üçün təəssüflənirik. Təəssüf ki, qeyd etmək məcburiyyətindəyik-vəziyyətiniz həqiqətdən mürəkkəbdir, çünki akademik mühitdə belə saxtakarlıqların nəşr və irəliləyiş üçün getdikcə daha az yeri qalır.
Sizə, bundan sonra vəziyyət daha da mürəkkəbləşəcək. Biz daha da diqqətli olacağıq-şikayətləri və xəbərdarlıqları gecikdirmədən təqdim etməklə bu reallığın təkrarlanmasının qarşısını almağa çalışacağıq.
Akademik jurnallar və məlumat bazaları bundan sonra da rəsmi tövsiyə məktubları və şikayət məktubları almağa davam edəcəklər, sizin materiallarınızı daha diqqətlə nəzərdən keçirəcəklər və onların nəşrinə icazə verməyəcəklər, əgər bu materiallar akademik etikaya zidd olarsa və anti-erməni məzmunu olsa.
Lakin, bununla belə, biz sizə kömək etməyə hazırıq. İnanırıq ki, siz uzadılan yardım əlini xoşməramlılığın təzahürü və vəziyyəti düzəltmək istəyi kimi qəbul edəcəksiniz. Elmi etika prinsiplərinə əsaslanaraq heç bir qarşılıq gözləmədən dəstəyimizi sizə təqdim edirik. Yardım və dəstək təklifi belədir. “bundan sonra siz tədqiqatlarınızın ilkin variantlarını və qara nüsxələrini bizə göndərə bilərsiniz”. Bizim qərəzsiz mütəxəssislərimiz materiallarınızı elmi cəhətdən nəzərdən keçirəcək və redaktə edəcək, metodoloji qeyri-dəqiqlikləri qeyd edəcək, faktiki səhvləri düzəldəcək və gələcək nəşrlərinizi akademik standartlara uyğunlaşdırmağa tövsiyələr verəcək. Belə bir ynaşma sayəsində əsərləriniz asanlıqla beynəlxalq akademik standartlara uyğunlaşa bilər, anti-elmi və anti-erməni təbliğat materialından təmizlənə bilər və bundan sonra onları elmi jurnalların əksəriyyətində uğurla nəşr edə biləcəksiniz.
Lakin əgər bizim yardım təklifimizdən istifadə etməyi mümkün saymasanız, o halda tövsiyə edirik ki, ən azı minimal səylər göstərəsiniz-akademik etik norma və prinsiplərinə ciddi riayət etmək, tarixi faktları təhrif etməmək, erməni və qonşu digər xalqların tarixi-mədəni irsini saxtalaşdırmaqdan çəkinmək.
Əmin edirik ki, bu prinsiplərə riayət etmək xaricdə nəşr olunmaq şansınızı artıracaq və akademik ictimaiyyət tərəfindən həqiqətən alim və ya tarixçi kimi qəbul olunmağınıza imkan verəcək. Yekunlaşdıraraq, icazə verin sizə. “tarixçilərinizə”, kiçik bir intellektual düşüncə məşqi təklif edək. Bəlkə də bunun üçün “Geğard” fonduna qarşı şikayət-məktubu imzalamış bütün “tarixçiləri” yenidən bir araya gətirməli və bu düşüncə məşqini birlikdə yerinə yetirməli olacaqsınız. Sizi bu düşüncə məşqini mütləq yerinə yetirməyə çağırırıq, çünki bu sizə tarixi faktlara daha da yaxınlaşmağa kömək edəcək.
Yeni dövrlərdə, yəni 17-18-ci əsrlərdə, Avropada çapın sürətlə inkişaf etməyə başladığı zaman, “Ermənistan tarixi” mövzusunda çoxsaylı nəşrlər və tədqiqatlar işıq üzü gördü.
Məsələn,17-ci əsrin əvvəllərində, 1613-cü ildə çap edilmiş “Qüds, Kipr, Ermənistan tarixi” (Histoire générale des royaumes de Hierusalem, Cypre, (Arménie et lieux circonvoisins Étienne de Lusignan) nəşri ilə tanış ola bilərsiniz və ya 1739-cu ildə nəşr edilmiş “Ermənistanda və Efiopiyada Xristianlığın tarixi” (Maturin Veyssière La Croze, Histoire du christianisme dEthiopie et dArménie Paris, 1739) ilə, ya da 1736-cı ildə Londonda “Historiae Armeniacae” başlığı ilə Movses Xorenatsinin “Ermənistan tarixi” əsərlərin latın dilinə tərcüməsi və s.
Bunlar və digər çoxsaylı nümunələr göstərir ki, artıq 17-ci əsrin əvvəlindən, Avropada çap işi inkişaf etməyə başladığı vaxtdan, Avropa nəşriyyatlarında Ermənistan tarixi haqqında elmi nəşrlər işıq üzü görürdü.
Habelə, diqqət yetirin ki, Ermənistan tarixinə dair çap olunmuş əsərlər Avropada artıq 17-ci əsrin əvvəllərində, məhz mənbələrə görə, sizin (mümkün) əcdadlarınızın Ermənistana, Gürcüstana, Şirvana və digər qonşu ölkələrə köç etməyə yenicə başladığı vaxtlarda meydana çıxıb.
Bütün bunlarla tanış olduqdan sonra, 17-18-ci əsrlərə aid nəşrlər arasında heç olmasa “Azərbaycan tarixi” və ya “Azərbaycan xalqının tarixi” adlı bir araşdırma və ya nəşr tapmağa cəhd etməyi təklif edirik. Təəssüf ki, sizə dərhal xəyal qırıqlığı yaşatmalı oluruq-belə şeylər yoxdur. Məntiqi və elmi aşkar reallığa görə yoxdur. Tamamilə aydındır ki, bu dövr ərzində Azərbaycan tarixi və siyasi subyekt kimi, mövcud olmayıb, buna görə də onun “tarixinə” həsr olunmuş tarixi ənənə və ya nəşr ola bilməzdi.
Bütün bunları sənədləşdirərək biz müasir Azərbaycan cəmiyyətinin öz tarixşünaslığını formalaşdırmaq hüququnu şübhə altına almırıq. Lakin, sizi yeni tarixi konsepsiyanı və Azərbaycanın yeni tarixini akademik standartlara uyğun, saxtakarlığı istisna etməklə, mənbələrə və faktiki materiallara vicdanlı yanaşma ilə təqdim etməyə çağırırıq.
Ermənistan Respublikası Milli Elmlər Akademiyasının “Geğard” Elmi-Analitik Fondu Ermənistan Respublikası,
Yerevan, 27 noyabr 2025-ci il

Millətlər Liqasının Azərbaycanla bağlı qərarı, 1920-ci il

“Qüds, Kipr, Ermənistan tarixi...”, Paris, 1613-cü il

“Ermənistanda və Efiopiyada xristianlığın tarixi”, 1739-cu il

Movses Xorenatsi “Ermənistan tarixi”, London, 1736-cı il