2025
2025-11-25
Artsaxın rəmzi “Bizik, bizim dağlarımız” (“Nənə-baba”) heykəli Azərbaycan tərəfindən vandalizmə məruz qalıb. Sosial şəbəkələrdə bunu subut edən yeni videolar yayılır.
Xüsusilə, talış əsilli azərbaycanlı jurnalist Rahim Şaliyev bununla bağlı öz “X” mikrobloqunda paylaşım edib və heykəlin videosunu yayımlayıb. “Azərbaycanlılar tərəfindən Artsaxın rəmzisi hesab edilən “Bizik, bizim dağlarımız” tarixi heykəli vandalizmə məruz qalıb”,- Şaliyev qeyd edib.
Onun təqdim etdiyi videoda heykəlin ön hissəsində Azərbaycan dilində müxtəlif yazılar görünür.
Jurnalistin paylaşımının şərhlərində başqa bir istifadəçi heykəlin müxtəlif hissələrində də Azərbaycan dilində oyma və yazıların göründüyü digər bir video yayımlayıb.
2023-cü ilin sentyabr ayının 19-da Artsaxa qarşı Azərbaycanın hərbi təcavüzündən, sonrakı etnik təmizləmə və ermənilərin məcburi deportasiyasından sonra, xüsusilə “Bizk, bizim dağlarımız” heykəli azərbaycanlıların hədəfinə çevrilib. Bu müddət ərzində internetdə, mütəmadi olaraq, heykəl vandallığa məruz qoyduğu, Azərbaycan bayrağı ilə heykəlin önündə şəkil çəkilməsi, ermənilərə qarşı təhqiredici ifadələr etdiyi və yazılması ilə bağlı müxtəlif fotolar və videolar yayılıb.
Vaxtaşırı Azərbaycanda hətta bu erməni abidəsinin sökülməsi ilə bağlı bayanatlar səslənir.
Xüsusilə, bu ilin avqust ayında, Azərbaycan Milli Məclisinin deputatı, “Ədalət, hüquq, demokratiya” partiyasının sədri Qüdrət Həsənquliyev heykəlin sökülməsini təklif etmişdi. “1967-ci ildə Xankəndidə (Stepanakerti nəzərdə tutur) inşa olunan, erməni millətçiləri və erməni separatizminin simvoluna çevrilmiş “Biz və bizim dağlar” adlanan tikili sökülməli və onun yerində Azərbaycan əsgərinin şərəfinə möhtəşəm abidə ucaldılmalıdır”,-deyə Həsənquliyev bildirib.
Azərbaycanlı politoloq Ramiz Yunus yazıb ki, “tibbdən məlumdur ki, metastazlar insan orqanizminə yayıldıqda, bəzən təcili cərrahi müdaxilə tələb olunur. Eyni şəkildə, erməni “miatsum” xərçənginin Azərbaycan torpağında bir daha boy atmasına imkan verməmək üçün bu simvollar cərrahi yolla, kökündən çıxarılmalıdır. Bu, Sovet İttifaqı dövrünə aid bütün abidələrə aiddir, o cümlədən 1967-ci ildə Xankəndidə (Stepanakert) ucaldılmış və qondarma “DQMV”nin gerbində təsvir olunan “Dədə və Nənə” adlı eybəcər abidə-postamentə”.
Artsaxda və xüsusilə Stepanakertdə erməni izlərinin silinməsi ilə bağlı səsləndirilən çağırışlara Milli Məclisin digər deputatı Fəzali İbrahimli də dəstək verib. O qeyd edib ki, Xankəndidə (Stepanakert) erməni izlərinin tamamilə silinməsi vacib hesab edir və deputat Qüdrət Həsənquliyevin “Biz və bizim dağlar” abidəsinin sökülməsi ilə bağlı təklifini dəstəkləyib. “Xankəndidə (Stepanakert) çirkin təsvirlər var və onlar, təbii ki, oradan uzaqlaşdırılmalıdır...”,-deyə deputat Fəzali İbrahimli qeyd edib və bəyan edib ki, “bu məsələni mədəniyyətin məhv edilməsi kimi təqdim edənlər öz həqiqi niyyətlərini gizlədirlər, bunu separatizmin nişanələrinin aradan qaldırılması kimi başa düşmək lazımdır”.
Əlavə edək ki, “Bizik,bizim dağlarımız” abidəsi 1967-ci ildə ucaldılıb. Müəllifi heykəltəraş Sarkis Bağdasaryandır, memarı isə Yuri Hakobyandır. Stepanakert girişində, təpənin zirvəsində yerləşən heykəl qırmızı tuf daşından hazırlanıb. O, Artsax torpağı ilə xalqın kökləri arasındakı əlaqəni simvollaşdırır. Heykəl ənənəvi milli geyimdə, çiyin-çiyinə, qürurlu və sarsılmaz duruş və sabit baxışlı yaşlı Artsaxlı ər-arvadı təsvir edir.
Maraqlıdır ki, hətta Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı Azərbaycanı Artsaxın erməni dini və mədəni irsini məhv etməyə addımlar atmaqdan çəkindirmir.
Məhkəmə Azərbaycana öhdəlik qoyub ki, “erməni mədəni irsinə təsir edən vandalizm və təhqir halları qarşısını almaq və cəzalandırmaq üçün bütün zəruri tədbirləri görsün...”.
Artsaxda həyata keçirdiyi mədəni vandalizm siyasətinə baxmayaraq, dünən Azərbaycan yenidən UNESCO-nun Ümumdünya İrs Komitəsinin üzvü seçilib və mədəni abidələrin qorunmasına öhdəliyi öz üzərinə götürüb.
Aydındır ki, Artsaxın erməni dini, tarixi və mədəni irsi hələ də təhlükə altındadır.
Bakı Artsaxdakı yaşayış məntəqələrindən erməni izini məhv etmək, onların ermənilliyini silmək və azərbaycanlaşdırmaq prosesindən imtina etməyib və etməyəcək.