2025

Artsax-təbliğat istiqaməti kimi: Çarlz Villinin 'missiyası'

2025-11-18

Azərbaycan hakimiyyəti son illər ərzində beynəlxalq imicin formalaşdırılması istiqamətində böyük fəallıq göstərir, turist qruplarını Azərbaycana yönəldir. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər edən qruplar habelə Artsaxa da yönəldirilir və onların səfərləri, xüsusilə Artsax ərazisindəki gəzintiləri, açıq anti-erməni vurğular və şərhlərlə geniş şəkildə işıqlandırılır.

Azərbaycana səfərlərinin təşkil etməsində MTP qrupunun rəhbəri, amerikalı səyyah Çarlz Vilinin də böyük marağı var. O, müxtəlif millətlərdən ibarət qrupları habelə Artsaxa da müşayiət edir.

Vili artıq aktiv səyahətlərlə məşğul olmadığını iddiə etdiyinə baxmayaraq, MTP qrupu 2022-ci ildən etibarən Qarabağa beş səfər təşkil edib. Həmin səfərlər yuxarıdakılar tərəfindən maarifləndirici və Azərbaycanı tanıdan səfərlər kimi təqdim olunur, lakin əslində Azərbaycanın hökuməti tərəfindən istifadə edilən yumşaq güc aləti hesab olunur.

MTP qrupunun turistləri öz səfərləri zamanı Artsaxın bir sıra bölgələrində olublar-guya “erməni işğalı nəticəsində baş vermiş genişmiqyaslı dağıntıları” və Azərbaycan hakimiyyəti tərəfindən onların bərpasına yönəlmiş səylərini və nəticələrini görmək məqsədilə.

Səyahət etməkdən “imtina edən” Çarlz Vili qəribə bir şəkildə 2024-cü ildə “Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən “Şuşa II Qlobal Media Forumunda” iştirak edib və forum çərçivəsində “saxta xəbərlərin” ifşasında xarici turistlərin rolunun və töhfəsinin əhəmiyyətindən danışıb. Vilinin sözlərinə görə, Qarabağ barədə beynəlxalq KİV-də “saxta xəbərlər və məlumatlar” təqdim edilmiş, bu da onların “öz gözləri ilə gördükləri reallığa” uyğun gəlmir. Qeyd edə bilərik ki, II forum zamanı Vili etiraf edir ki, o, Artsax ətrafında beynəlxalq reaksiyalara və Azərbaycan rəhbərliyinə xoş olmayan məlumatlara qarşı mübarizə aparmaq işinə “cəlb olunub” və ya “səfərbər edilib”.

Bu bəyanatdan-forumdan bir neçə gün sonra, “tamamilə təsadüfi bir uyğunluq” nəticəsində, Ç. Vilinin rəhbərliyi ilə MTP qrupunun Artsaxa dördüncü səfəri baş tutur.

2025-ci ilin iyul ayında Stepanakertə səfəri zamanı, Vili Şuşidə iyul ayının 19-21-də təşkil edilmiş III Qlobal Media forumunda iştirak edib. Panel müzakirə çərçivəsində o, öz çıxışında vurğulayıb ki, insanlar ona çox vaxt “niyə etnik təmizləmələrə və vəhşiliyə (yəni bunu həyata keçirən Azərbaycan hakimiyyətinə) dastəkləyir” sualını verirlər və əlavə edib ki, “o, sadəcə şahid olduğu həqiqəti çatdırır”.

Çarlz Vili Şuşidə təşkil edilmiş III Qlobal Media Forumu zamanı

Artsaxda Vilinin həyata keçirdiyi fəaliyyəti habelə “qara turizm”ə xas xüsusiyyətlər qazanıb, bu isə münaqişələr, dağıntılar və ya insan faciələrinin baş verdiyi yerlərə səfərləri nəzərdə tutur. Məhz bu səfərlər çərçivəsində də o, öz səyləri ilə Azərbaycana gəlmiş “səyahətçilərlə” birlikdə əvvəllər mina basdırılmış zonalarda olub, mina təmizləmə prosesini “izləyib”, Şuşi qalasına və digər ərazilərə səfər edib, bu arada anti-erməni təbliğatı da unutmamağı unutmamışdır. Bir sıra tədbirlər sırasında Artsaxa səfər etmiş turistlərə Azərbaycan hərbçilərinin iştirakı ilə “tanklarla qəzinti” də təşkil olunmuşdur.

Şübhəsizdir ki, Çarlz Vili Azərbaycan təbliğatının alətlərindən birinə çevrilib, bunu onun müsahibələri də sübut edir. Qeyd etməyə dəyər ki, əvvəllər Ç. Vili səyyahlıq karyerası boyu heç vaxt heç bir ölkə və onun rəhbərliyini tərifləyən müsahibələrlə seçilməmişdi, lakin maraqlı bir şəkildə, indi isə açıq -aşkar anti-erməni narrativlərlə müsahibələr verməyə başlayıb və həmin müsahibələr Azərbaycan KİV-lərində geniş şəkildə yayılır.

“30 illik işğal nəticəsində baş vermiş dağıntılar”dan danışarkən Ç. Vili müsahibələrində erməniləri dəfələrlə dağıdıcı və barbar kimi təqdim edir, eyni zamanda Əliyev rejimini tərifləyir və Azərbaycan hakimiyyət orqanlarının Artsaxda “tikinti və quruculuq” fəaliyyətini öyür.

“Mən son 12 ay ərzində artıq üç dəfə Qarabağa səfər etmişəm. Hər dəfə bölgəyə səfər edərkən irəliləyişi görürəm”,-o qeyd edib.

Qapalı sərhədlər ölkəsi “turizm” qaynar nöqtəsi kimi

Azərbaycanın quru sərhədləri qapalı olduğuna, Artsaxa səfərlərə həmişə Azərbaycan hakimiyyətinin xüsusi icazəsini almaq tələb olunduğuna baxmayaraq Ç. Vili və dünyanın müxtəlif ölkələrindən toplanmış qrupları Azərbaycana və Artsaxa maneəsiz gedirlər. Burada mühüm rolu dünyada ən çox səyahət edən azərbaycanlı Mehrac Mahmudov oynayır, o, hələ 2021-ci ildə Ekstremal Səyyahların Beynəlxalq Konfransı çərçivəsində Ç. Vili ilə əlaqə yaradıb və turist qruplarını Artsaxa aparmağı təklif edib. Qeyd etməyə dəyər ki, Mahmudov habelə Azərbaycanın ən böyük reklam agentliklərindən biri olan “Banner Media”nın təsisçisidir. Daha sonra Mahmudov, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına töhfə verən şəxs kimi, “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

2025-ci ilin iyul ayının 23-dən etibarən Azərbaycan hakimiyyəti artıq turistlərin Artsaxa səfərlərini xüsusi platformada qeydiyyatdan keçmə və viza alma proseduru vasitəsilə icazə verməyə başlayıb. Bəzi məhdudiyyətlər hələ də tətbiq olunmasına baxmayaraq, ümumilikdə turistlər birbaşa turist statusu qazanmaqla qeydiyyatdan keçə və Artsaxa səfər edə bilərlər.

Vilinin Artsaxa səfər edən ekspedisiyalarının maliyyələşdirilməsi haradan gəlir?

Çarlz Vilinin ekspedisiyalarının bəzi səfərləri Azərbaycan dövlət milli informasiya agentliyi “Azərtac” və hakimiyyətyönlü “APA” özəl informasiya agentliyi tərəfindən işıqlandırılsa da, bu səfərlərin təşkilində və maliyyələşdirilməsində hakimiyyətin iştirakının dərəcəsi aydın deyil. Azərbaycan hakimiyyəti illər boyunca beynəlxalq media nümayəndələrinə, tədqiqatçılara və alimlərə ölkəni göstərmək məqsədilə səfərlər və tədbirlər təşkil edir, bu isə “kürü diplomatiyası” çərçivəsində qiymətləndirilir. Bu səfərlər habelə Azərbaycan hakimiyyəti tərəfindən verilən rəmzi hədiyələrlə də müşayiət olunur. Güman etmək olar ki, Vilinin Artsaxa təşkil etdiyi səfərlər bu strategiya çərçivəsində həyata keçirilir.

“MTP” maliyyələşdirilməsi üzvlük haqları və ianələr vasitəsilə həyata keçirilir, lakin qurum təşkil olunan səyahətləri maliyyələşdirmir. 2025-ci ilin noyabr ayının 13-16-da Efiopiya paytaxtı Əddis-Əbəbə “MTP”-nin növbəti konfrasnsının keçirilməsi planlaşdırılır və tədbirin təşkili Efiopiyanın Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Buradan güman etmək olar ki, təşkilat hökumətlərlə əməkdaşlığa hazırdır, bu da öz növbəsində azərbaycan hökuməti ilə “MTP”-nin əməkdaşlığını istisna etmir.

Ç. Vilinin ekspedisiyası 2023-cü ildə Aknadakı Çörək Muzeyinin xarabalıqları yanında.

Beləliklə, son illər ərzində Çarlz Vili nə ilə məşğuldur?

  1. Azərbaycana həyata keçiriləcək səfərləri üçün insanların cəlb edilməsi ilə (Azərbaycanın quru sərhədlərinin bu günə qədər qapalı olduğuna baxmayaraq).
  2. Səfərlər zamanı azərbaycan KİV-lərinə verilən müsahibələrin fəallığı ilə (bunlar guya təşkilatın məntiqindən irəli gələn Azərbaycana edilən səfərlərə həsr olunmayıb, əslində tamamilə təbliğat xarakteri daşıyır) anti-erməni xarakterli və Azərbaycan hakimiyyətini tərifləməklə.
  3. Vili, onun göstərdiyi fəaliyyət üslubundan göründüyü kimi, “qara turizm”in təşkili ilə məşğuldur.
  4. Azərbaycanda insan hüquqları barədə qərb beynəlxalq təşkilatlarının mənfi reaksiyalarına baxmayaraq, Vili guya Azərbaycana səfərlər təşkil etməyə davam etdiyinə baxmayaraq, əslində Artsaxı hədəfə alır. Bütün bunlar azərbaycan hakimiyyətinin və xüsusi xidmətlərin məlumatı və icazəsi ilə baş verdiyindən, ehtimal etmək olar ki, Ç. Vili azərbaycanyönlü təbliğata insanları cəlb etməklə məşğuldur.

Telegram kanalımıza abunə olun