2025
2025-11-10
Əvvəllər ermənilərin yaşadığı Varxian kəndi indiki Zaqatala rayonunda-rayon mərkəzindən 19.7 km cənubda yerləşirdi.
Bölgənin digər erməni kəndlərinin sakinləri kimi Varixanın erməniləri də 18-ci əsrin ortalarında islamı qəbul etməyə məcbur olub. 19-cu əsrin əvvəlində Rusiya hakimiyyəti altına keçdikdən sonra,Varxian ermənilərinə xristian inancına qayıtmaq imkanı verildi. Bu istiqamətdə Gandzak Surb (Müqəddəs) Hovhannes kilsəsinin baş keşişi Martiros Ter-Danielyan Ter-Hovhannisyan xeyli iş görüb. Onun göstərdiyi səyləri nəticəsində, 1850-ci illərin əvvəllində kəndin erməniləri yenidən xristianlaşıblar. Erməni ruhanisinə bütün ermənilərin katolikosu Nerses Aştaraketsi tərəfindən xüsusi kondak verilib. “Varxian kəndinin əvvəllər türkləşmiş 60 erməni sakini Erməni Maarifçi Kilsəsinin etiqadına çevirmək səylərinə görə 1855-ci il oktyabr ayının 23-də (N 326) həzrətlərinin kondakına əsasən yuxarıda adı çəkilən keşiş məxmərdən baş örtüyü alıb”.
1857-ci ilin noyabr ayının 29-da baş keşiş Martiros bildirir ki, Varxian erməniləri kilsə tikmək niyyətində idilər. Lakin bu plan reallığa çevrilmədi.
1863-cü ilin məlumatlarına görə, kənddə 51 erməni sakin yaşayırdı. 1863-cü ildən sonra mövcud olan mənbələrdə Varxianda ermənilərin yaşadığı barədə heç bir məlumat yoxdur. Abidəşünas Samvel Karapetyana görə, kənd əhalisi ruhanisiz qalaraq, ya yenidən islamı qəbul etdi, ya da yaxınlıqda yaşayan müsəlmanların qisasını almaqdan yayınaraq Varxianı tərk etdi.
Mənbələrin verdiyi məlumatlarına görə, 1876-cı ildə Varxianda 1780 ləzgi, 1914-cü ildə 2102 muğal yaşamışdır (yuxarıdakılar17-ci əsrdə Şah Abbas I-in əmri ilə Zaqafqaziyaya köçürülmüş türkdilli əhali idi).
Ədəbiyyat
Karapetyan S., Albaniyanın özü, elmi tədqiqatlar. Kitab 22, hissə1-Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2024, s. 83-84.