2025

Azərbaycan həmkarlar ittifaqları hakimiyyətin əlaltısı

2025-11-05

Öz fəaliyyətinə görə 2022-ci ildə Azərbaycanda yaradılmış “İşçi Masası” (“Labor Desk”) Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan hakimiyyətinin diqqət mərkəzinə düşüb. Həmin qurum etiraz aksiyaları vasitəsilə işçilərə dəstəkləyən və onlara hüquqi yardım göstərən bir təşkilatdır.

“İşçi Masası” 2025-ci ilin aprel ayında beynəlxalq həmrəylik çağırışı yayıb. Həmin çağırışda Azərbaycan hakimiyyətindən siyasi motivlərlə həbs edilmiş bir qrup şəxsin-xüsusilə Konfederasiyanın sədri Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilovun, Elvin Mustafayevin və Mohiaddin Orucovun azadlığa buraxılmasını tələb edib. Təşkilat bəyan edib ki, Azərbaycanın avtoritar rejimi həbslər vasitəsilə işçilərin istismarına və özünütəşkilatlanmaya qarşı çıxan işçi təşkilatlarına təzyiq göstərir.

2023-cü ilin avqust ayından etibarən əmək şəraitini pisləşdirən qanunvericilik dəyişikliklərinə qarşı keçirilən etiraz aksiyalarında iştirak edən azərbaycanlı kuryer və taksi sürücülərinin maraqlarını müdafiə edən konfederasiyanın sədri və üzvləri narkotik vasitələrdən istifadə və xuliqanlıq kimi saxta ittihamlarla mütəmadi olaraq həbs olunublar. Onların tərəfdaşlarının fikrincə hakimiyyət tərəfindən həyata keçirilən həmin dəyişikliklərin məqsədlərindən biri çatdırılma xidməti göstərən Wolt şirkətini saxta əsaslara görə lisenziyadan məhrum etmək, bununla da bazara girişini təmin etməyə öz şirkətini yaratmaqdır.

Azərbaycanda etiraz aksiyalar nadir hallarda keçirilir.

Sonuncu böyük mitinq 2019-cu ilin yanvar ayında “Məhsul” stadionunda siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilib. Əgər Artsaxa qarşı müharibədən sonra həmin ölkədə siyasi məzmunlu hərəkatlar demək olar ki, keçirilməyibsə, müxtəlif ictimai problemlər-məsələn, ekolojisosial problemlər-bəzən səsləndirildiyinə baxmayaraq dərhal həbs və təhdidlərlə susdurulur.

Azərbaycanda əmək hüquqlarına mübarizə edənlər siyasi məhbuslardan daha yaxşı vəziyyətdə deyillər. Əmək istismarına qarşı çıxanlar fəaliyyət göstərən həmkarlar ittifaqlarından dəstək ala bilmirlər, ona görə ki, onlar Əliyev rejiminin əlaltısıdırlar. Belə həmkarlar ittifaqları və xüsusilə də onların “yuxarı instasiyası”-Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)-ölkənin mərkəzi hakimiyyətləri ilə sıx əlaqələrdədir, onlar öz mənbələri ilə Azərbaycanda işçilərin hüquqlarının “yüksək səviyyədə qorunduğunu” tərənnüm edən siyasi xarakterli, həmçinin anti-erməni bəyanatlar yayırlar.

1993-cü ildən fəaliyyət göstərən bu həmkarlar ittifaqları birliyi Heydər Əliyevin rəhbərliyi dövründən etibarən Bakı hakimiyyətlərinin siyasi və iqtisadi maraqlarına xidmət edir. Həmin qurum sonrakı dövrlərdə də eyni davranışı nümayiş etdirib. Təsadüfi deyil ki, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində “Yeni Azərbaycan” partiyası əvəzinə məhz “AHİK” İlham Əliyevin namizədliyini irəli sürüb. Məqsəd İlham Əliyevi işçilər tərəfindən irəli sürülmüş namizəd kimi göstərmək olub. Lakin sonradan öz partiyası ilə irəli sürülməsi göstərir ki, “Əliyevin artıq işçilərin ehtiyacı yoxdur”. Azərbaycan hakimiyyət orqanları “AHİK”-in rəhbərliyinə geniş səlahiyyətlər verib-monopol mövqedən istifadə edərək bütün həmkarlar ittifaqlarını birləşdirmək və yeni yaradılanları da nəzarət altına almağa bütün bunları işçilərin hüquqlarının qorunması zərurəti adı altında təqdim ediblər.

2023-cü ildə iş yerlərində ölüm halları barədə məlumat dərc edən “İşçinin Səsi” Facebook səhifəsinin fəaliyyəti dayandırılıb. Bundan əvvəl təşəbbüsün nümayəndələri müsahibə verməyə müvəffəq olublar, qeyd edərək ki, Azərbaycanda Həmkarlar İttifaqlarının rəhbəri ya işəgötürənin özüdür və ya onun etibarlı adamıdır. “İşçinin Səsi”nin üzvlərinin sözlərinə görə, həmin ölkədə fəaliyyət göstərən həmkarlar ittifaqları işçilərin maraqlarının qorunması baxımından formal xarakter daşıyır, halbuku hakimiyyətə işçi təbəqəsi üzərində əlavə nəzarət vasitəsidir.

“İşçilərin Səsi”nin üzvlərinin fikrincə işçilər Həmkarlar İttifaqlarının mövcudluğu barədə yalnız əməq haqqının 2% tutulduğuna görə “xatırlayırlar”. Eyni məsələni Azərbaycanda müxtəlif sahələrdə çalışan işçilər, o cümlədən müəllimlər də səsləndirirlər. Məlum olduğu kimi, yuxarıdakılar illər boyu Həmkarlar İttifaqlarına pul ödəsələr də, istirahət mərkəzlərinə və ya sanatoriyalara yollayış əldə edə bilməyiblər. “AHİK”-dən öz narazılıqlarını bildirən müəllimlər qeyd ediblər ki, həmin qurum onların telefon zənglərinə və müraciətlərinə cavab vermir, habelə toplanan vəsaitlərin xərclənməsi barədə hesabatlılıq tamamilə yoxdur. Diqqətəlayiqdir ki, həmkərlar ittifaqına üzvlük qanunla könüllü olduğuna baxmayaraq, praktikada məcburidir, çünki müəllimlərin əmək haqqından həmkarlar ittifaqlarının xeyrinə tutulmalar onların razılığı olmadan aparılır.

“İşçinin səsi”nin nümayəndələri qeyd ediblər ki, Azərbaycanda hərbi xidmət ən korrupsiyalaşmış sahələrindən biridir və silahlı qüvvələr də əsas işəgötürən kimi işçi-hərbçilərin hüquqlarını pozur. Nümunə kimi göstərilir ki, Ermənistanla sərhəd bölgələrində xidmətə ən kasıb təbəqədən olan insanlar göndərilir, ona görə ki, onlar tələb olunan rüşvəti ödəyə bilmirlər. Habelə vurğulanıb ki, 2020-ci ildə Artsaxa qarşı müharibəyə çağırışçılar xüsusilə fəhlə və kəndli təbəqəsindən olan gənclər idi.

Azərbaycan hakimiyyəti həmkarlar ittifaqının rolunun formal tərəfini qoruduğuna baxmayaraq, mütəmədi olaraq onların fəaliyyətinə həsr olunmuş beynəlxalq seminarlarkonfranslar keçirilsə də, rəsmi açıqlamalardan kənarda həmin tədbirlərin mənasız məzmunu və onu anti-erməni tezislərlə, Artsax mövzusu ilə doldurma meyli üzə çıxır. Azərbaycanlı rəsmilər əsaslı məzmunu olmayan həmin platformalarından istifadə edərək, 1990-cı illərin “qaçqınlarını” və münaqişənin gedişatını öz vəzifələrini yerinə yetirməmələrinə əsas kimi təqdim edirlər.

Bundan başqa, işçilərin hüquqlarının qorunmasına və həmkarlar ittifaqlarının problemləri mövzusunda keçirilən əsas tədbirlər Azərbaycan prezidentinin sərəncamları ilə müşayiət olunur. İlham Əliyev adətən bu fürsətlərdən həm AHİK-ə və digər qurumlara göstəriş vermək, həmçinin qanunvericilik dəyişiklikləri aparmaq yolu ilə əmək hüquqları sahəsində təkmilləşdirmələrin zəruriliyi ilə bağlı formal görünən bəyanatlar verir.

Bütün bunlara baxmayaraq, Azərbaycan tez-tez tənqid hədəfinə çevrilir. Avropa Sosial hüquqlar komitəsi Azərbaycanla bağlı növbəti hesabatında vurğulayıb ki, həmin ölkənin davranışı üzərinə götürdüyü öhdəliklərə və Azərbaycan tərəfindən ratifikasiya edilən beynəlxalq sənədlərin müddəalarına uyğun gəlmir. Xüsusilə, qeyd olunub ki, Azərbaycanda minimum əmək haqqı ləyaqətli həyat səviyyəsini təmin etmir, ödəniş prosesində cinsi ayrı-seçkilik müşahidə olunur və bərabər dəyərli işə görə bərabər əmək haqqını təmin edən dəqiq qanunvericilik təminatı yoxdur.

Beynəlxalq qurum tərəfindən bir sıra problemlər qeydə alınıb-əmək müqaviləsinə xitam verilməsi üçün adekvat xəbərdarlıq müddətinin pozulması, maaşdan əsassız tutulmalar, həmkarlar ittifaqı yaratmaq, tətilə çıxma və iş şəraiti ilə bağlı qərarların qəbulunda iştirak etmək hüquqlarının məhdudlaşdırılması və s.

Azərbaycan hakimiyyəti nə qədər də öz səhvlərini etiraf etsə də, bu, kuryerlərin hüquqlarını müdafiə etdiyinə görə həbs edilən A. İsrafilovun məsələsində olduğu kimi, yalnız, formal xarakter daşıdığı açıq-aşkar görünür. Onun barəsində hüquqi tədbirin tətbiqi ilə bağlı Bakı öz səhvini etiraf edib, lakin onun yaxınları azadlığa deyil, amnistiya ümid edirlər.

Əliyevlər rejimi, demək ki, hələ də 1990-cu illərdən etibarən həmkarlar ittifaqlarını işçi təqəbəsini müəyyən nəzarət altında saxlamaq və onların vasitəsilə işçilər arasında siyasi və təşviqat xarakterli məsələləri həll etməyə bir vasitə kimi qəbul edib. Azərbaycan həmkarlar ittifaqları, əslində, hakimiyyət məcburi olaraq Azərbaycan Həmkarları İttifaqları Konfederasiyasına birləşdirib, işçi hüquqları ilə bağlı hakimiyyətin yanaşmasından fərqli fikir bildirənləri, etiraz aksiyaları təşkil edənləri və problemləri gündəmə gətirənləri isə mümkün olan bütün vasitələrlə susdurub.

Telegram kanalımıza abunə olun