2025
2025-11-03
Zaqatala şəhəri Şərqi Zaqafqaziyanın şimal hissəsində yerləşir, yuxarıdakının yaxınlığındakı əraziləri əvvəlcə Albaniyanın, sonra isə Gürcüstan dövlətinin tərkibində olub.
Ermənilər burada erkən orta əsrlərdən məskunlaşıblar. Lakin 17-18-ci əsrlərdə yerli xristian əhalinin (ermənilər, gürcülər) bir hissəsi yerli hakimiyyət orqanlarının təzyiqi ilə islamı qəbul etməyə məcbur oldular. Ərazi Rusiya imperiyasının tərkibinə keçən zaman 19-cu əsrin əvvəllərində Zaqatala qalası ətrafında ilk sakinləri ermənilər olan şəhər yaranmışdır. Rusiya hakimiyyəti ermənilərin, xüsusən də erməni tacir və sənətkarlarının burada məskunlaşmasına təşviq edirdilər. Şəhərdə və ətrafda məskunlaşan ermənilərin böyük əksəriyyəti Aqulis, Gandzak, Sğnax, Nuxi, Tiflis və Şuşidən Zaqatalaya köçmüşdü. Saxlanılan məlumatlara görə, 1886-cı ildə şəhərdə təxminən 300 ev olub, ondan 200-ü ermənilər, qalanları isə ruslar, gürcülər və polyaklar idi. Zaqtalada bir neçə nökər və tacirdən başqa müsəlman yox idi.
1854-cü ildə kənddə 4 ev-13 erməni sakin, 1872-ci ildə 52 ev-205 erməni sakin yaşayırdı. 1908-ci ilin məlumatlarına görə, Zaqatalada 276 ev-1635 nəfər erməni olub, 1916-cı ildə isə şəhərin erməni əhalisinin sayı 2165-ə çatıb. 1916-cı ildə ermənilər şəhər əhalisinin 48 faizini təşkil edirdi.
Əslində, ermənilər şəhərin yaradıcılarından idi və ərazidəki iqtisadi fəaliyyətin əhəmiyyətli hissəsi onlarla bağlı idi. Yerli ermənilər həm də ipəkçiliklə məşğul olurdular. Zaqatalalı Hovhannes Anyan yüksək keyfiyyətli ipək istehsal etdiyinə görə 1889-cu ildə Qafqaz Sərgisində gümüş medal almışdır.
1877-ci ildə Zaqatalada Surb (Müqəddəs) Gevorg kilsəsinin yanında yerləşən erməni kilsə məktəbi (oğlanlar üçün) açılıb. 1877-1878-ci tədris ilində məktəbdə şagirdlərin sayı 32 nəfər idi. 1887-ci ildə Surb (Müqəddəs) Vardanyan adına məktəbdə müəllim və mədəniyyət xadimi Qriqor Xalatyants da dərs deyirdi. 1889-1890-cı illərdə məktəbdə 68 şagird təhsil alırdı. Gandzaklı tacir Avetis Ohanyantsın rolu məktəbin fəaliyyətində böyük olmuşdur, yuxarıdakı 1882-ci ildən başlayaraq 1892-ci ilə qədər hər il məktəbə maddi yardım göstərirdi. 1892-ci ildən məktəbin yanında teatr fəaliyyət göstərirdi. 1894-cü ildə Zaqatalada erməni kilsə məktəbində həm də qızlar məktəbi fəaliyyət göstərməyə başlamışdır. Beləliklə, Zaqatalanın erməni kilsə məktəbi qarışıqcinsli olub. Fəaliyyət göstərdiyi ilk ilində (1894-1895-ci tədris ili) 81 şagird: 64 oğlan, 17 qız və 4 müəllim, 1895-1896-cı tədris ilində isə 108 şagird: 74 oğlan və 44 qız təhsil alırdı. 1911-1912-ci tədris ilində məktəbdə şagirdlərin sayı 288 nəfərə çatmışdır, onlardan 138 nəfəri qız idi. Məktəb 1918-ci ildə bağlandı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1920-ci illərdə Zaqatala məktəbi yenidən fəaliyyətə başlayıb. Yerli Azərbaycan hakimiyyətinin təzyiqi ilə 1953-cü ildə erməni məktəbi bağlandı.
1870-ci ildə məktəbin yanında Milli Kitabxana-Oxu zalı da açılmışdır, həmin oxu zalında 1872-ci ildə 165 kitab olub. 1912-ci ildə kitabxanada 1219 kitab var idi, həmçinin erməni qəzetləri olan “Mşak”, “Ararat”, “Meğu Hayastan”, “Horizon”a abunə olunmuşdur.
Şəhərin mərkəzində qalanın yaxınlığında taxtdan hazırlanmış Surb (Müqəddəs) Gevorg erməni kilsəsi yerləşirdi, həmin kilsə ilk dəfə 1833-cü ildə xatırlanıb. Surb (Müqəddəs) Gevorg yeni daşdan hazırlanmış kilsənin tikintisi 1840-cı illərdən başlanmışdır, həmin kilsənin tikinti işləri əsasən 1850-ci illərdə başa çatdırılmışdır.
Surb (Müqəddəs) Gevorg kilsəsinin cənub qapısının fasadında aşağıdakı yazı var idi.
“Kilsə 1851-ci ildə I Nikolayın hakimiyyəti dövründə, erməni V Nerses katolikosluğu dövründə zaqatalalı erməni taciri Gevorgun ianəsi ilə tikilmişdir. Həmin dövrdə canişin-knyaz Vorontsov, qarnizonun komandiri-knyaz Qriqor Orbelyan, keşiş-Ter Daniel idi”.
Sovet dövründə Azərbaycan hakimiyyəti kilsəni yataqxanaya çevirib. 1984-cü ildə abidəşünas Samvel Karapetyanın Zaqatalaya səfəri zamanı Surb (Müqəddəs) Gevorg kilsəsinin üzərindəki erməni yazıları gipslə örtülmüşdür. Səfəri zamanı o, üzərində suvaqla örtülməmiş kitabə aşkar edib. “Surb (Müqəddəs) eyvan 1851-ci ildə Sğnaxlı Stepan Grigorovun ianəsi ilə tikilmişdir”.
Hazırda Zaqatalanın erməni kilsəsi acınacaqlı, yarı dağılmış vəziyyətdədir. Kilsənin içərisindəki yazılar məhv edilmişdir.
Azərbaycan hakimiyyəti tərəfindən həm də şəhərin erməni qəbiristanlığı məhv edilib.
Şəhərin erməniləri üçün 1863-cü, 1876-cı və 1905-1906-cı illər taleyüklü olub. 1863-cü ildə ləzgilər Zaqatala qalasına hücum ediblər. Yerli rus qarnizonu Zaqatala ermənilərini silahlandıraraq, onların köməyi ilə ləzgilərin hücumunu dəf etdi.
1876-cı ildə şəhərin əhalisi yanğından çox əziyyət çəkdi. Şəhərin böyük hissəsi yanıb, lakin ermənilərin köməyi ilə şəhər yenidən qurulub. 1905-1906-cı illərin erməni-tatar toqquşmalarının dalğası Zaqatalaya da çatdı. 1917-ci il Rusiya inqilabından sonra, bölgədə başlayan hadisələr şəhər erməniləri üçün daha ağır nəticələrə səbəb olub. Zaqatalanın müsalmanları ermənilərə hücum edərək onların mallarını qərət ediblər.
Zaqatala yeni yaradılmış Azərbaycan Respublikasının tərkibinə daxil olanda vəziyyət daha da çətinləşdi. Çoxlu erməni şəhəri tərk etməyə məcbur oldu. Sovet hakimiyyəti qurulduqdan sonra şəhəri tərk etmiş ermənilərin bir hissəsi geri qayıdaraq orada məskunlaşıblar. 1928-ci ildə Zaqatalada təxminən 200 erməni ailə, 1930-cu ildə 206 erməni ailə qeydə alınmışdı. 1984-cü ildə şəhərdə 70-80 ev erməni-300-ə yaxın sakinb olub.
Ermənistan SSR və SSRİ xalq artisti David Malyan, şair, tərcüməçi Aleksandr Tsaturyan, Ermənistan Respublikasının əməkdar memarı Şmavon Azatyan və başqaları Zaqatalada anadan olublar.
1988-ci ilin noyabr ayında yerli Azərbaycan hakimiyyət orqanları Zaqatalada ermənilərin qırğınlarını təşkil edib, həmin hadisələrdən sonra ermənilər şəhəri tərk rtməyə məcbur oldular.
Ədəbiyyat
Koçaryants M., Zaqataladan məktub, “Mşak”, 1872, N 21, 1 iyun, s. 2.
Koçaryants M., Zaqataladan məktub, “Mşak”, 1872, № 22, 8 iyun, s. 2.
Koçaryants M., Zaqataladan məktub, “Mşak”, 1873-cü il, № 14, 19 aprel, s. 2.
Yakovbyan G., Zaqataladan məktub, “Mşak”, 1883-cü il, 144, 6 oktyabr, s. 1.
Matinyants A., Zaqatala rayonu haqqında ümumi oçerk, “Nor-Dar”, 1884-cü il, 14 sentyabr, № 146, s. 3.
Matinyants A., Zaqatala rayonu haqqında ümumi oçerk, “Nor-Dar”, 1884-cü il, 15 sentyabr, № 147, s. 2-3.
T. At., Yazışmalar, Zaqatala. “Nor-Dar”, 1886, № 40, 20 mart, s. 1-2.
T. At., Yazışmalar, Zaqatala, “Nor-Dar”, 1888-ci il, № 144, 1 sentyabr, s. 3.
Avetyants A., Redaktora məktub, “Mşak”, 1892, № 134, 21 noyabr, s. 2.
Karapetyan S., Albaniyanın erməni litoqrafiyaları. Kitab I, Yerevan, 1997-ci il, s. 14-15.
Karapetyan S., Ermənilər Qaxetidə. “Erməni memarlığını tədqiq edən təşkilat”ın tədqiqatları, 8, kitab 8, Yerevan, 2004-cü il, s. 194-199.
Karapetyan S., Albaniyanın özü, “Erməni memarlığını tədqiq edən təşkilat”ın tədqiqatları, 22, kitab 22, 1-ci hissə, Yerevan, 2024-cü il, s. 63-81.
Barxudaryants M., Albaniya ölkəsi və qonşuları. Artsax, Yerevan, 1999-cu il, s. 139-140.