2025

Azərbaycanda qadınlara qarşı zorakılıq formalaşmış ənənə kimi

2025-10-29

Gündüz Ağayevin karikaturası

Son illər ərzində Azərbaycanda qeydə alınan məişət zorakılığının əhəmiyyətli dərəcədə artmsaı onun cəmiyyətdə geniş yayılmış və dərin kök salmış bir hadisə olduğunu bir daha da sübut edir. Bu ölkədə qadınların hüquqlarının pozulması, onlara qarşı tətbiq olunan zorakılıqlar və qəddar qətllər, yerli media və hüquq müdafiəçilərinin xəbərdarlıqlarına baxmayaraq, davamlı xarakter daşıyır. Qeyd etməyə dəyər ki, azərbaycanlı kişilər tərəfindən qadınlara qarşı tətbiq edilən zorakılıqlar yalnız öz ölkələri daxilində deyil, həm də xaricdə formalaşmış azərbaycan icmalarında törədilir. Bu halda azərbaycan psixologiyasına xas olan reallıqla üzləşirik, burada qadının rolu yalnız məişətlə məhdudlaşır. Zorakılıq hallarının artması və onların qarşısının alınmasına səmərəli tədbirlərin olmaması barədə habelə Azərbaycan Milli Məclisinin deputatı Tamam Cəfərova qeyd edib. Yuxarıdakı vurğulayıb ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun ciddi dəyişikliyə ehtiyac var. 2025-ci ilin sentyabr ayında keçirilən Milli Məclisin Ailə, qadın, və uşaq məsələləri komitəsinin iclasında Tamam Cəfərova qadın qətli törədənlərə ömürlük həbs cəzasının verilməsini təklif edib. “Mətbuatda hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat yoldaşları tərəfindən qətlə yetirilirlər”.

Psixoloq Gülnar Orucova, qadınlara qarşı törədilən zorakılıqlardan danışaraq qeyd edib ki, “Azərbaycanda boşanmaların sayı gündən-günə artır. Bəzən boşanmış qadına ya hörmətsizliklə yanaşırlar, ya da onu qınayırlar. Valideynlər qızlarına deyirlər. “Əgər boşansan, ata evinə gəlmə! gəlinliklə ər evinə girmisən, kəfənlə də çıxacaqsan”.

Azərbaycanın Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə “Məişət zorakılığının əsas səbəblərindən biri bəzi ailələrdə və ya fərdlərin şüurunda kök salmış mənfi düşüncə və davranış stereotipləridir. Onların aradan qaldırılması istiqamətində aparılan işlər əksər hallarda bu stereotiplərin daşıyıcılarının güclü müqaviməti ilə qarşılaşır”.

Azərbaycanda qadınlar təkcə öz yoldaşları tərəfindən deyil, həm də oğulları tərəfindən zorakılıqlara məruz qalırlar.

Baş kəsmə, güllələmə, baltalama, bıçaqlama, yandırma və qəddar döymə Azərbaycanda qadınlara qarşı zorakılığın yayılmış formalarındandır.

Qadınlarının başının kəsilməsi halları

2025-ci ildə Ağstafa şəhərində dəhşətli bir hadisə baş verib. 44 günlük müharibənin iştirakçısı İ.Qədimov əvvəlcə həyat yoldaşını, 18 yaşlı Madina Gadimovanı boğaraq öldürüb, sonra isə başını kəsib.

Belə zorakılıq Bakıda da baş verib. 38 yaşlı Bürhan Məmmədov 33 yaşlı həyat yoldaşı Xumar Məmmədovanın başını kəsib, sonra isə öz canına qəsd edib.

Sabunçu rayonunda 46 yaşlı Məmmədov İlham öz həyat yoldaşı 43 yaşlı Gülnaz Məmmədovanın başını kəsib, sonra isə cansız bədəninə elektrik cərayanı ilə zərər yetirib.

2024-2025-ci illərdə Azərbaycanda qadınların başlarının kəsilməsi ilə qətlləri onların dərin, sistemli, sosial və psixoloji problemlərin mövcudluğunu göstərir.

Baltalama

Qadınlara qarşı zorakılıq tətbiq etmə üsullarından biri, baltalamadır. Bu, həmçinin məişət problemlərinin “həlli” kimi zorakı üsullar sırasına daxildir.

Belə ki

Daşkəsən rayonunda 53 yaşlı Teymur Ocaqverdiyev ailə münaqişəsi zamanı balta ilə 39 yaşlı həyat yoldaşı Atlas Ocaqverdiyevanı öldürüb.

İşğal edilmiş Varandada (Füzuli) 47 yaşlı Elsevər Bağırov xəstəxananın həyətində balta ilə keçmiş arvadı 41 yaşlı Dilbər Namazovaya zərbələr endirib.

Buna oxşar bir hadisə də Qusarın Yuxarı Tahrical kəndində qeydə alınıb. Kişi yatan həyat yoldaşını baltalayıb. Eyni apartmanda olan həyat yoldaşının qardaşı da xəsarət alıb.

Şərur rayonunun Çomaxtur kəndində 57 yaşlı Elçin Qasımov 48 yaşlı həyat yoldaşı Qasımova Məharətə balta ilə çox saylı xəsarət yetirib.

Silahdan istifadə etməklə törədilən zorakılıq halları

Qadın qətllərinin dəhşətli halları azərbaycan mətbuatında tez-tez “məişət mübahisələri” və ya “ailə münaqişələri”nin nəticəsi kimi təqdim olunur. Lakin bu ifadələr göstərir ki, cinsi ayrı-seçkilik və qadınlara qarşı tətbiq olunan zorakılıq ölkədə hələ də ciddi və dərin bir problem olaraq qalır.

Masallı rayonunun Xoşçobanlı kəndində 29 yaşlı Kamran Zərbəliyev ov tüfəngi ilə həyat yoldaşına, onun bacısına və anasına atəş açıb.

Buna oxşar hadisə Bakıda da qeydə alınıb. Ailə münaqişəsi zamanı 38 yaşlı kişi həyat yoldaşını güllələyib.

Rusiyanın Moqoça şəhərində kişi arvadını güllələyib. Mərhum qadının rəfiqəsi deyib ki, ailədə ciddi fikir ayrılıqları olub və kişi həyat yoldaşını dəfələrlə öldürməklə hədələyib.

Boğaraq qətl (boğma yolu ilə qətl)

Azərbaycanda qadınlara qarşı tətbiq olunan zorakılığının yayılmış formalarından biri, öz qəddarlığı ilə seçilən, boğaraq oldürməkdir.

Sabunçu rayonunda 28 yaşlı Nurəddin Məmmədov ailə mübahisəsi zamanı 22 yaşlı həyat yoldaşı Ayşen Məmmədovanı boğaraq qətlə yetirib.

Xaçmaz rayonunun Xaspoladoba kəndində 45 yaşlı Yaqut Məmmədova həyat yoldaşı Asəf Məmmədov tərəfindən boğularaq öldürülüb. Qeyd edək ki, o, həmin rayonun mollası olub.

Sumqayıtda 50 yaşlı Qorxmaz Quliyev öz 41 yaşlı arvadı Cəmalə Quliyevanı boğaraq öldürüb.

Göygöl rayonunun Ağsu kəndində 32 yaşlı Ceyhun Musafayev qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı arvadı 22 yaşlı Münəvvər Kərimovanı boğaraq öldürüb.

Yandırma nəticəsində qətl

Yandırma halları da qadınlara qarşı tətbiq olunan ən ekstremal zorakılıq formalarına daxildir.

Tovuz rayonunun Aşağı Quşçu kəndində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğlu 22 yaşlı Röyal Tağıyev kafelərdən birində orada çalışan Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

Bıçaqlama və işgəncə

Son onilliklər ərzində kişilər tərəfindən qadınlara qarşı tətbiq edilən çoxlu işgəncə halları göstərir ki, bu fenomen azərbaycan cəmiyyəti arasında qəbul edilən bir problemdir. Buna baxmayaraq, 2024-2025-ci illərin statistik məlumatları göstərir ki, Azərbaycanda qadınlara qarşı tətbiq olunan zorakılıq halları əhəmiyyətli dərəcədə artıb.

Belə ki

Tovuz rayonunun Əyyublu kəndinin sakini 32 yaşlı Səbuhi Hacızadə həyat yoldaşını-29 yaşlı Mətanət Hacızadəni bıçaqlayıb, sonra isə onu ağacdan asıb. Hadisədən sonra həyat yoldaşı videonu yayaraq qadını öldürdüyünü etiraf edib.

Bakının Sabunçu rayonunda ər mübahisə zamanı boşanmaq istəyən 30 yaşlı arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.

Başqa bir hadisə Biləsuvar rayonunda baş verib. ər iki azyaşlı övladı olan ananı bıçaqlayıb, sonra onu evin tavanından asıb.

Uşaqların iştirakı ilə buna oxşar bir hadisə də Şakidə qeydə alınıb-mübahisə zamanı kişi 34 yaşlı həyat yoldaşını bıçaqlayıb, o, iki azyaşlı övladı ilə ata evində yaşayırdı.

Ailə məsələləri ilə bağlı yaranan mübahisə səbəbindən Kürdəmir rayonunun Şilyan kəndində 40 yaşlı sakin Elşən Abdulovun həyat yoldaşı, 35 yaşlı Samirə Abdulovanın boğazını bıçaqla kəsib.

Azərbaycanın Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) üzrə rayon prokurorluğunda cinayət işi açılıb. Abşeronda 50 yaşlı kişi kəsici-deşici alətlə 48 yaşlı həyat yoldaşı S. Əhmədağayevanı öldürüb.

Ərin arvadını bıçaqlaması ilə bağlı növbəti hadisə Binəqədi rayonunda qeydə alınıb. 45 yaşlı Rəşad Quliyev həyat yoldaşı 32 yaşlı Aygül Quliyevanı öldürüb-qətlin səbəbi ailə münaqişəsi olub.

Başqa bir hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb-54 yaşlı Zaman Zeynalov mübahisə zamanı arvadı 50 yaşlı Pərvanə Zeynalovanı bıçaqlayıb.

Mingəçevirdə 45 yaşlı Ceyhun Mirzəyev mübahisə zamanı keçmiş həyat yoldaşı, iki uşağın anası Aytən Məmmədovanı bıçaqlayıb.

Bıçaqlama ilə bağlı başqa bir hadisə Yevlaxda baş verib: 38 yaşlı Həsrət Bəkirov həyat yoldaşı, 37 yaşlı Lələzar Bəkirovanı qətlə yetirib.

Azərbaycanda qadınlara qarşı tətbiq edilən məişət zorakılığı yalnız ərləri tərəfindən törədilmir. Anaların oğulları tərəfindən zorakılığa məruz qaldığı hallar da çoxdur.

Belə ki

Xaçmaz rayonunun Qadaşoba kəndində 15 yaşlı oğlan anasını Kifayət Lətifovanı qətlə yetirib. Qohumların sözlərinə görə, hadisə səbəbi telefon olub: ana telefonu oğlunun əlindən alıb, bundan sonra oğlan anasını bıçaqlayıb.

Buna oxşar hadisə Bəbək rayonunun Şəkərabad kəndində baş verib. 24 yaşlı Nihad Qoçəliyev kəsici-deşici alətlə anasını 47 yaşlı Leyla Qoçəliyevanı qətlə yetirib.

2025-ci ildə 15 yaşlı R.Həsənov (adı şərtidir) anasını Lalə İsmayılovanı və nənəsi Tamella İsmayılovanı bıçaqlayıb.

16 yaşlı Ayxan Qasımlı anasını 36 yaşlı Əsmət Qasımovanı qətlə yetirib. Boşanmış qadın oğlu ilə birlikdə Türkiyədən Azərbaycana gəlmiş və oteldə məskunlaşmışdı.

Ailə zorakılığında bacılar da sığortalanmayıb. Siyəzən rayonunda 21 yaşlı Səfər Mustafazadə bacısı 28 yaşlı Şəbnəm Mustafazadəni bıçaqlayıb.

Qadınlar yaxın qohumları tərəfindən qətlə yetirildiyi hallar da az deyil.

Belə bir hadisə Ağcabədidə qeydə alınıb: 32 yaşlı qayın 34 gəlnini bıçaqlayıb. Xaçmazda qohumluq əlaqəsi olan kişi tərəfindən 66 yaşlı qadın qətlə yetrilib.

Ataları tərəfindən qızlarına qarşı tətbiq olunan zorakılığı da az yayılan fenomen deyil.

Gəncənin Bayan küçəsində 47 yaşlı Səməd Həsənli qızı 22 yaşlı Leyla Həsənlini döyüb. Aldığı xəsərətləri nəticəsində qız dünyasını dəyişib.

Belə bir hadisə Bakının Zabrat qəsəbəsində baş verib. Həbsdəykən Yelmar Atakişiyev öyrənib ki, qızı Cəmələ Atakişiyeva kişi ilə münasibətdə bulunur. Cəzasını çəkdikdən sonra ata qızının evinə gedərək mübahisə edib. Mübahisə zamanı kişi qızına əlləri və ayaqları ilə çoxlu zərbə endirib, nəticədə o, şüurunu itirib. Ata şüursuz qıza heç bir yardım göstərməyib.

Dindirmə zamanı o qeyd edib ki, qızını işgəncə verməyib, sadəcə onu “cəza vermək” niyyətilə əllə bir neçə dəfə vurub. Qızı köməksiz qoyaraq Yelmar Atakişiyev oradan ayrılıb, bir neçə saat sonra isə qızının vəfat etdiyini öyrənib.

Qadınlara qarşı tətbiq edilən zorakılıq hallarının artmasına Azərbaycandakı kənd və şəhər kiçik icmalarında cəmiyyətin qadın və cinslərin rollarına dair mövqeyi, zorakılıq edənlərə yüngül cəza verilməsi, qurbanların qorunmaması və zərərçəkənlərin susqunluğu kimi amillər töhfə verir. Yuxarıda qeyd olunan hadisələr əslində Azərbaycan cəmiyyətində baş verənlərin yalnız bir hissəsidir. Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının sayı əslində çox daha yüksəkdir, amma onların əksər halları açıqlanmır və “ev divarları arasında” qalır. Qadınlara qarşı zorakılıq hallarının əksəriyyəti əsasən böyük şəhərlərdə işıqlandırılır.

Telegram kanalımıza abunə olun