2025

Şəxsi problemlər və ya dövlət diqqətsizliyi: intiharlar azərbaycan ordusunda

2025-10-21

Son illər ərzində Azərbaycan tərəfindən başlanılan hərbi əməliyyatlar silahlı qüvvələrdə intiharların sayısının artmasına səbəb olub. 2016-cı ilin 4 günlük aprel müharibəsindən, 2020-ci ildə Tavuş istiqamətində həyata keçirilən əməliyyatlardan, habelə 44 günlük müharibədən sonra hərbçilər arasında çoxsaylı intihar halları qeydə alınıb. Onların sayı xüsusilə hərbi əməliyyatlarda iştirak etmiş hərbçilər arasında çoxdur. Azərbaycan hakimiyyət orqanları çox vaxt bu halları yalnız sosial çətinliklərin və ya psixi pozğunluqların nəticəsi kimi təqdim etdiyinə baxmayaraq, faktların müqayisəsi əsl səbəblərin daha dərin olduğunu göstərir. Həmin hallar azərbaycan ordusunda mövcud olan daxili problemlər, psixoloji təzyiqlər, müharibədən sonrakı travma ilə bağlıdır. Hakimiyyət çox vaxt orduda mövcud olan sistemli problemlərin üzə çıxmasından bu halları gizlətməyə çalışırlar.

4 günlük aprel müharibəsindən sonra intihar edən hərbçilər:

Neftçala rayonunun Bankə qəsəbəsinin sakini, keçmiş hərbçi Əhməd Nağıyev yaşadığı evdə intihar edib. Yuxarıdakı “Tərtər işi” ilə bağlı dindirilib və işgəncələrə məruz qalıb.

4 günlük müharibənin iştirakçısı, Tovuz şəhərində intihar edən Fazil Abdiyev evində özünü asıb. İcra hakimiyyəti Abdiyevin intiharını psixi pozğunluqlarla əlaqələndirib.

Masallı rayonunun Nəzəroba kəndinin 29 yaşlı sakini Fətulayev Pərvin yaşadığı evində özünü asıb. Fətulayev hadisədən əvvəl video yayıb. Az sonra müharibə iştirakçısı intihar edib.

2020-ci ilin iyul ayında Ermənistan Respublikasının Tavuş rayonunda baş vermiş hərbi əməliyyatlarda iştirak edən hərbçilər də istisna deyillər. Tovuz rayonunun Qazqulu kənd sakini R. Musayev öz evində asılmış vəziyyətdə tapılıb. İntihar səbəbləri müəyyənləşdirilməyib.

44 günlük müharibədən sonra intihar edən hərbçilərə əvvəlki yazılarımızda ətraflı şəkildə toxunmuşduq, lakin onların sıraları “artıb”:

Hacıqabul rayonunun 26 yaşlı sakini K.Qocayev Nəvahi kənd orta məktəbində “Hərbi rəhbər” vəzifəsində işləyirdi. İntihar cəhdindən sonra Qocayev ilk olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağır qiymətləndirilib. Lakin, keçmiş hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

33 yaşlı Bayramov Ayxan Füzuli rayonunun İkinci Mahmudlu kənd sakini idi. İki azyaşlı uşağın atası özünü asaraq intihar edib.

Beyləqan Kəbirli yaşadığı evində 34 yaşlı İ. İsmayılovu asılmış vəziyyətdə anası tapıb. Keçmiş hərbçi ailəli idi və 3 övladı olub.

Ağdaşın Ləki kəndinin sakini Bəhruz Kərimovu nintihar etməsi barədə araşdırmaçı jurnalist Kamil Həmzəoğlu bildirib. Keçmiş hərbçinin intiharı səhhətində olan problemlərlə izah edilib.

Goranboy rayonunun Səfikürd kəndində Təbriz Əliyev özünü asaraq intihar edib. Qeyd olunur ki, 44 günlük müharibəsinin iştirakçısının çoxlu problemi olub, həmin səbəbdən də intihar edib.

24 yaşlı İlkin İsmayılov Qəbələ rayonunun Əmirvan kəndinin sakini idi. Keçmiş hərbçi yaşadığı evinin həyətində özünü asıb.

26 yaşlı İmdad Qəhrəmanov İmişli rayonunun Ağcüyür kəndində yaşayırdı. 44 günlük müharibəsinin iştirakçısı “naməlum səbəblərdən” intihar edən növbəti hərbçilərdən biridir.

Azərbaycan ordusunda intiharların geniş dalğası sistemdə ciddi və köklü problemlərin mövcud olduğunu göstərir. Hökumətyönlü mətbuat qeyd olunan hadisəslərə obyektiv qiymət verməkdən çəkinməsinə baxmayaraq, müxalifət nümayəndələri və beynəlxalq media orqanları bu hadisələrin əsl səbəblərini işıqlandırmağa çalışırlar. Xüsusilə, post travmatik stres pozğunluqları, sosial və psixoloji dəstəyin olmaması, xidmət zamanı hərbçilərin qəsdən qətlə yetirilməsi, habelə rəislər tərəfindən tətbiq olunan təzyiqlər-bunlar Azərbaycan ordusunda baş verənlərin yalnız bir hissəsidir.

Telegram kanalımıza abunə olun