2025
Azərbaycanda intiharların səbəblərindən biri də demokratik azadlıqların pozulmasına, məhkəmələrdə ədalətin olmamasına etirazıdır. Hüquqşünas Namizəd Səfərov deyib.“demokratik şəkildə etiraza icazə verimədiyinə görə insanlar çarəsiz və nümayişkaranə tədbirlərə əl atırlar”.
Azərbaycanlı psixoloq Azad İsazadə qeyd edib ki, bir qayda olaraq, 10 intihar cəhdindən 1-2-si ölümlə nəticələnir. İsazadə deyib.“Əgər 36 şəxs ölübsə, demək ki, 350-400 cəhd olub. İntiharların iki səbəbi olur-“yaşa bilmirəm”, “dözə bilmirəm” ”.
BBC 44 günlük müharibəsinə iştirak edən hərbçilərinin intiharları barəsində məqalə yayaraq, fərq edib ki, 2020 il müharibəsindən sonrakı iki il ərzində mətbuat ən azı 26 intihar hadisəsi barədə məlumat yayıb.
Müharibədən sonra Azərbaycanda mütəmadi olaraq etiraz aksiyaları keçirilir,şikayətçilər dövlətin sosial siyasətinə narazılıq bildirərək əlilliyin və müvafiq pensiyanın verilməsini tələb edirlər. Müharibə iştirakçıları xüsusi ilə bürokratik əngəllərdən məyus olurlar. Onlar iddia edirlər ki, əlillik haqqında sərəncamın verilməsi aylar çəkir, onların müraciətləri çox vaxt tamamilə rədd edilir.
Deməli döyüşlərə iştirak edən və yaralanan insanlar dövlətdən dəstək almırlar, əlillik və pensiya ala bilmirlər, iş tapa bilmirlər.
BBC yekunlaşdırır, müharibədən sonrakı sosial-psixoloji ağır vəziyyəti, xüsusilə rayonlarda reabilitasiya müəlicəsinin olmaması bəzən intihara səbəb olur.
Azərbaycanda müharibəyə iştirak etmiş veteran statusuna malik olanlar ayda təxminən 50 dollara bərabər müavinət alırlar, əlillik dərəcəsi alan insanlar isə, əlillik kateqoriyasından asılı olaraq 175-235 ABŞ dollara bərabər pul, prezident təqaüdü alırlar. Bundan başqa onlar eləcə də əlillik təqaüdü alırlar, əlillik kateqoriyasına görə.
Müdafiə nazirliyinin məlumatlarına görə, 44 günlük müharibəsinin 76 min iştirakçısı veteran statusuna malik olub, daha 13 min nəfərin statusu hələ də müəyyənləşdirilir. 3000-ə yaxın insan müharibə əlili kimi tanınıb.
Qeyd etmək lazımdır ki,bu rəqəmlər reallığı əks etdirmir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Əliyevə görə “Vətən müharibəsində 2907 azərbaycanlı hərbçi şəhid olub, mindən çox əsgər və zabit yaralanıb, 7 nəfər itkin düşüb...”.
Əgər Azərbaycan Müdafiə Nazirliyi veteran statusuna malik olan 76 min insanı, 13 min nəfərin statusunu hələ müəyyənləşdirilməsi və 3000 əlil olduğu barəsində bildirirsə, onda hakim rejiminin apardığı siyasətini və ölkənin sosial vəziyyətini hesaba alaraq intihar edən veteranların sayı ümumiyyətlə daha çoxdur.