2025
2025-10-18
Azərbaycanın Konstitusiyası və bununla bağlı 1991-ci il müstəqilliklə əlaqədər müvafiq hüquqi sənədlər dolayı yolla Azərbaycanın indiki ərazi-sərhəd əhatəsini inkar edir. Məsələ çoxqatlıdır və kökləri 1918-1920-ci illərə qədər uzanır.
Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq referendumunun nəticəsində qəbul edilmiş və 1995-ci il noyabr ayının 27-də qüvvəyə minmişdir. Azərbaycanın ana qanunu, üç dəfə redaktə edilməsinə (2002-ci il, 2009-cu il, 2016-cı il) baxmayaraq, ərazi-sərhəd məsələləri, xüsusilə də Dağlıq Qarabağ və Naxicevanın Azərbaycana mənsubiyyətinin hüquqiliyi ilə bağlı kifayət qədər problemli müddəalar ehtiva edir.
Azərbaycan Konstitusiyasının preambulasında qeyd olunur ki, Konstitusiya “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunmuş prinsiplərə əsaslanır. Yuxarıdakı 1991-ci il oktyabr ayının 18-də Azərbaycanın Ali Sovet tərəfindən qəbul edilmişdir. O isə öz növbəsində 1991-ci il avqust ayının 30-da Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannaməsinə əsaslanır.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamədə qeyd olunur ki, Azərbaycan Respublikasının 1918-1920-ci illərdə Azərbaycan Respublikası müstəqil dövlət kimi mövcud olmuş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdır.

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etmək haqqında Bəyannamə, 1991-ci il.
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyəti ilə irsi əlaqə məsələsi müstəqillik Bəyanatından irəli gələn Konstitusiya Aktında daha dəqiq şəkildə ifadə olunur.
Konstitusiya aktına əsasən:
Qeyd olunan müdəalar və Azərbaycan Konstitusiyası niyə mübahisəlidir?
Birincisi, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dəqiq və beynəlxalq səviyyədə tanınmış sərhədləri yox idi. Konstitutiya Aktının preambulasında 28 may 1918-ci il tarixli Azərbaycan İstiqlal Bəyannaməsinə istinad edilir, yuxarıdakının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Cənubi və Şərqi Zaqafqaziyaya qədər uzanır, bu da qeyri-müəyyəndir və dəqiq sərhədləri nəzərdə tutmur.

Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsi, 1918-ci il
1918-1920-ci illərin Azərbaycan Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmış olduğu, buna görə də beynəlxalq hüququn subyekti olması barədəki iddiası da əsassızdır. 1920-ci ilin yanvar ayının 11-də keçirilmiş Paris Konfransı belə bir dövlət qurumunun mövcudluğunu yalnız de-fakto tanıyıb, bu isə hər hansı sərhədin tanınmasını nəzərdə tutmurdu. Xüsusilə, yanvar ayının 10-da Böyük Britaniyanın xarici işlər naziri lord Kerzon yanvar ayının 10-da verdiyi bəyanatda qeyd edirdi ki, Gürcüstanın və Azərbaycanın müstəqilliyinin de-fakto tanımasında onların indiki və gələcək sərhədləri barədə heç bir qərar yoxdur. 1920-ci ilin əvvəlində isə Millətlər İttifaqı Azərbaycanın üzvlük müraciətini iki əsas səbəbə görə rədd edir. “birincisi, bu dövlətin hökumətinin öz səlahiyyətlərini həyata keçirdiyi ərazinin dəqiq yerini müəyyən etmək çətindir, ikincisi- qonşu dövlətləri ilə öz sərhədləri ilə bağlı olan mübahisələrə görə Azərbaycanın indiki sərhədlərini müəyyən etmək mümkün deyil”. Beləliklə, 1920-ci il aprel ayının 27-28-də sovetləşməsindən 1991-ci il avqust ayının 30-a qədər baş verən hadisələrini və bu dövr ərzində formalaşmış sərhədləri də inkar edərək, Azərbaycan Respublikası 1918-1920-ci illərdən “miras” olaraq dəqiq müəyyənləşdirilməmiş sərhədləri, beynəlxalq səviyyədə tanınmamış ərazini və mübahisəli məsələləri qəbul edir. Çünki müasir Azərbaycanın beynəlxalq əlamdə qəbul olunmuş sərhədləri məhz sovet dövründə, xüsusilə 1921-ci ildə formalaşmışdır.
Sovet Azərbaycanın sərhədlərinin formalaşması xüsusilə iki mühüm mərhələdə baş vermişdir: Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 1921-ci ilin iyul ayının 5-də keçirilmiş plenumunun qərarına əsasən Dağlıq Qarabağ Azərbaycana verildi (DQMV və Kürdüstan uezdin sərhədləri yalnız 1923-cü il iyulun 7-də formalaşmışdır) habelə 1921-ci ilin mart ayının 16-da imzalanmış Moskva müqaviləsi və onda irəli gələn 1921-ci il oktyabr 13-də bağlanmış Qars müqavilələri ilə Naxicevan Muxtar Respublikası statusu ilə Azərbaycanın himayəsinə verildi. Qeyd etməyə dəyər ki, yuxarıda göstərilən aktlar-həm Qafqaz Bürosunun plenumunun qərarı, həm də Qars və Moskva müqavilələri: hüquqi əsaslandırma baxımından ciddi qanun pozuntuları ehtiva edir.
1920-ci ilin aprel ayının vəziyyəti ilə Naxicevanın Azərbaycana mənsubiyyətini təsdiq edən hər hansı hüquqi akt yoxdur, əksinə, hələ də 1919-cu ildə Ermənistan Respublikasının bölünməz tərkib hissəsi kimi tanınmışdı. Əgər, 1920-ci ilin aprel ayında Naxicevan həqiqətən də Azərbaycana məxsus olsaydı və beynəlxalq səviyyədə tanınsaydı, başqa, üçüncü tərəfə güzəştə getməmək şərti ilə Azərbaycanın xeyrinə rus-türk ticarətinin predmetinə çevrilməzdi.
Dağlıq Qarabağa gəlincə, yerli erməni əhali 7-ci qurultayda məsələnin Paris Sülh Konfransı tərəfindən yekun həllinə qədər Azərbaycanın hakimiyyətini yalnız şərti və müvəqqəti olaraq qəbul etmişdi. Bundan başqa, Qarabağın mübahisəli ərazi kimi statusu Millətlər İttifaqının Azərbaycanın üzvlük müraciətini inkar etməsi haqqında qərarında da qeyd olunmuşdur. Beləliklə, Dağlıq Qarabağ baxımından Azərbaycanın 1918-1920-ci illərdə Dağlıq Qarabağ üzərində legitim hakimiyyətini təsdiq edən heç bir beynəlxalq və ya dövlətlərarası hüquqi tənzimləmə yoxdur. Əgər 1920-ci ilin aprel ayının 28-dək bu məsələyə məntiqli bir çözüm verilmiş olsaydı, 1921-ci ilin iyun-iyul aylarında bolşeviklərarası müzakirə mövzusu halına gəlməzdi.
Beləliklə, qeyd edilməlidir ki, Azərbaycanın ərazi əhatəsini hüquqi əsaslandıran sənədlər və onların müddəaları həm Naxicevanın, həm də Dağlıq Qarabağın yalnız mövcud hüquqi-siyasi deyil, həm də tarixi mənsubiyyətini Azərbaycanın xeyrinə təsdiqləmir və mübahisəlidir.