2025

Qoxtn vilayətinin Dastak (Dasta, Dastakert) kəndi

2025-10-16

Dasta Ermənistan Krallığının Vaspurakanın Qoxtn vilayətinin erməni kəndlərindən biri idi. Kənd Qoxtnın Trunyats dərəsinin və ya Dastadzorun ən aşağı hissəsində, Araks çayının sahilində yerləşir.

Q.Alişan habelə kəndin Tasd ad formasını qeyd edib, yuxarıdakını Qalataya (Gağatio)[1] monastırının kondaklarından birində xatırlanan Dastakert ilə[2] eyniləşdirmişdir. Kənd adı Dastak formasında, həmçinin İtaliyanın Livorno şəhərindəki erməni kilsəsindəki qəbir daşlarından birində də qeyd olunub. “...dastakertli xoca Bekin oğlu Bağdasarın məzərı budur, o, 1724-cü il noyabrın 29-da vəfat etmişdir”[3].

Kənd habelə Aqulis Surb (Müqəddəs) Tovma monastırının yazılarında qeyd olunub[4].

19-cu əsrin ikinci yarısında burada 62 ev-346 nəfər erməni sakin yaşayırdı, onlar həmin əsrin sonlarında Aqulis və Şuşi şəhərlərinə[5] köçmüşlər. Kənddə ətrafdakı erməni əhalisinin ziyarət yeri sayılan bərbad bir kilsə var idi. Dastak meydanında ətrafı yüksək və gözəl şam ağacları[6] ilə əhatə olunmuş şirin su bulağı var idi.

Kəndin şimal hissəsində Surb (Müqəddəs) Xoran kilsəsi yerləşirdi, həmin kilsə 12-13-cü əsrlərdə tikilmişdir. İlk dəfə 1552-ci ilə aid saxlanılmış İncilin xatirə qeydlərində Sargis Griç tərəfindən xatırlanmışdır. “İndi Müqəddəs Kitabın İncili bərpa etdim, Qoxtn vilayətinin Dastsk kəndində yerləşən Surb (Müqəddəs) Xoran adlı kilsədə”[7].

Surb (Müqəddəs) Xoran kilsəsi günbəzli bazilika olmuşdur, girişi isə qərb fasadında yerləşirdi. Günbəzi kərpicdən tikilmişdi. Kilsə 17-ci əsrdə təmir olunub. Qərb fasadında kitabələri olmuşdur. Giriş ətrafında, tağ daşlarının üzərində bəzək oyma işi olmuşdur. Kilsənin ətrafında qəbiristanlıq və hasarlar olmuşdur, lakin onlar hazırda dağılmış və bərbad vəziyyətdədir.

16-17-ci əsrlərdə Dastakın Surb (Müqəddəs) Xoran kilsəsində yazıxana (xəttatlıq ocağı) fəaliyyət göstərmişdir. Düşmanların hücumlarına məruz qalaraq monastırdakı əlyazmalar da yoxa çıxmışdır. Surb (Müqəddəs) Xoran hazırda dağılmış vəziyyətdədir.

Kənddə 1610-1611-ci illərdə tikilmiş fars məscidinin və 19-20-ci əsrlərə aid başqa bir məscidin xarabalıqları[8] qorunub saxlanılmışdır.

Hazırda kənd Naxicevan Muxtar Respublikasının Ordubad rayonunda: eyniadlı şəhərdən təxminən 8 km qərbdə yerləşir, Dəstə adlanır və azərbaycanlılar yaşayır.

Ədəbiyyat

Qevond Alişan, Sisakan, Venesiya, 1893.

Yervand Lalayan, Naxicevan vilayəti, 1-ci hissə, Qoxtn və ya Ordubad rayonu, “Etnoqrafik jurnal”, XI kitab, 1904.

Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012.

Ayvazyan A., Naxicevanın erməni memarlıq abidələri, Yerevan, 1986.

T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 2-ci cild, Yerevan Universitetinin nəşriyyatı, Yerevan, 1988.

[1] Qevond Alişan, Sisakan, Venesiya, 1893, s. 338.

[2] T.X. Hakopyan, St.T. Melik-Baxşyan, H.X. Barseğyan, Ermənistan və qonşu rayonlarının toponimlər lüğəti, 2-ci cild, Yerevan Universitetinin nəşriyyatı, Yerevan, 1988-ci il, siyahı 1, səhifə 38.

[3] Qevond Alişan, Sisakan, Venesiya, 1893, s. 338.

[4] Bax eynisini: s. 338.

[5] Yervand Lalayan, Naxicevan vilayəti, 1-ci hissə, Qoxtn və ya Ordubad rayonu, “Etnoqrafik jurnal”, XI kitab, 1904, s. 317.

[6] Eyni yerdə: 317-318.

[7] Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012, s. 24.

[8] Naxicevan: xəritə kitabı, Erməni Memarlığının Tədqiqi Fondu, Yerevan, 2012-ci il, s. 30.

Telegram kanalımıza abunə olun